35
Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq
kəndlərində
yerləşmişdilər. Nəhayət, yezidi kürdləri 1877-ci ildə Bağdad, Dolu-Taxt və
Kiçik Cəngi kəndlərində gəlib yerləşmişdilər.
1
Sonralar Ermənistanın rəsmi
dairələri tərəfindən adları dəyişdirilən, lakin əsasən bu kəndləri əhatə edən
Araqats rayonu təşkil edilmişdir.
Türkiyədən köçürülən yunanlar isə əsasən Şörəyel-Pəmbək
distansiyasının Alakilsə, Bayandur, Sisimədən
kəndlərində və Gümrüdə
yerləşdirilmişdilər. Sonralar yunanlar Ermənistanda tamamilə
assimilyasiyaya uğrayaraq tədricən erməniləşmişlər.
* * *
Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər
Rusiya-Türkiyə müharibələrindən sonra Erməni vilayətinə (İrəvan və
Naxçıvan xanlıqlarının ərazisinə) İran və Türkiyədən 57266 nəfər erməni
(10631 ailə) köçürülmüşdü. Köçürülmələrdən əvvəl həmin ərazidə cəmisi
25131 nəfər (4428 ailə) erməni yaşamışdır. Müharibələrin nəticəsində İrəvan
və Naxçıvan xanlıqlarının ərazisindən türklərin xeyli hissəsi qaçqın düşmüş,
orada yalnız 81749 nəfər (17078 ailə) müsəlman qalmışdı. Köçürmələrdən
sonra isə ermənilər 82397 nəfər (15059 ailə) təşkil etmiş,
nəticədə
müsəlmanları sayca üstələmişdilər.
2
Lakin hələ 19-cu əsrin əvvəlində Rusiyanın müəyyən dairələri rus
ordusunun Zaqafqaziyada işğal etdiyi ərazilərdə erməniləri deyil, məhz rus
koloniyalarının-kazakların, malakànların, duxoborların və s.
yerləşdirilməsinə üstünlük verirdilər. Bu məqsədlə bir neçə layihə
hazırlanmışdısa da, sonralar icrası təxirə salınmışdı. N.N.Şavrov Rusiyanın
Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti haqqında yazır: «Biz
müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan
xalqların yerləşdirilməsindən başladıq... 1826-28-ci illər müharibəsinin
qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək
Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları
Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı
dövlət
torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüz’i idi. Onları
həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında
yerləşdirdik, onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət
torpağı ayrılmış, 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi
mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq
1
Материалы для изучения экономического быта государственных крестьян
Закавказского края, Tiflis, 1885, I cild, I buraxılış, səh. 4.
2
Şopen İ., göstərilən əsəri, səh. 642.
36
hissəsi (Dağlıq Qarabağ, Xanlar və Şəmkir rayonları nəzərdə tutulur –
müəllif.) və Göyçə gölünün sahili həmin ermənilərlə məskunlaşdırılmışdı.
Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı,
qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin
sayı 200 min nəfərdən xeyli artıqdır.
1
Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877-1878-ci illər
Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə
Türkiyədə baş verən erməni üsyanları nəticəsində 400 minə yaxın erməni
yenə də Qafqaza köçüb gəlmişdi.
N.Şavrov
qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan
1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə
məskunlaşdırılmışdı.
2
Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan
100 mindən artıq erməni Ermənistana köçüb gəlmişdi.
Bütün qeyd edilənlərdən o nəticəyə gəlmək olar ki,
indiki
Ermənistanda yaşayan ermənilərin sələflərinin demək olar ki, hamısı vaxtilə
Cənubi Azərbaycandan və sonralar Türkiyədən, son dövrlərdə isə xarici
ölkələrdən – əsasən Suriyadan, Yunanıstandan, Livandan, Bolqarıstandan,
Rumıniyadan köçüb gələnlərdən ibarətdir.
1
Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая
распродажа Мугани инородцам, СПб, 1911,səh. 63.
2
Yenə orada, səh. 64.
37
II FƏSİL.
XX ƏSRİN ƏVVƏLƏRİNDƏ ERMƏNİLƏRİN TÖRƏTDİYİ
QIRĞINLAR.
1. 1905-1906-cı İLLƏR QIRĞINLARI
20-ci əsrin əvvələrində Qafqazda, xüsusən də indiki Ermənistan
ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi
ermənilərin 19-cu əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə
əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa
dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan «erməni məsələsi»
sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil
Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin
əldə edilməsi üçün əvvəlcə Şərqi
Anadolu vilayətlərində, yəni ermənilərin
«Qərbi Ermənistan» adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə
nail olmaq lazım gəlirdi. Lakin ermənilərin «Qərbi Ermənistan»
adlandırdıqları vilayətlərin heç birində say etibarı ilə üstünlük onların
tərəfində deyildi. Bunu ermənilərin qəyyumu kimi çıxış edən Fransanın
Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf etmişdi.
1
Həmin illərdə İngiltərə və Fransanın yardımı ilə Türkiyədə erməni
üsyanı təbliğatı aparılırdı. Bu işə rəhbərliyi «Daşnaksutyun» və «Hnçak»
siyasi təşkilatları öz üzərlərinə götürmüşdülər. Ermənilər kütləvi
iğtişaşlar
törətmək məqsədilə türklərə və kürdlərə hücumlar edirdilər ki, qırğınlar baş
versin və sonradan da Avropanın kütləvi informasiya vasitələri ilə türklərin
erməniləri soyqırıma məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər.
Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar
Sultan Əbdülhəmid tərəfindən yatırıldı. Həmin iğtişaşların təşkilatçılarının və
icraçılarının əksəriyyəti isə Qafqazın müxtəlif regionlarına köçmüşdülər.
2
Rus müəllifi N.Şavrovun göstərdiyinə görə, 1896-cı ildə Zaqafqaziyada
900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə
Zaqafqaziyaya 400000 erməni gəlib yerləşmişdi.
3
1908-ci ildə Rusiya Daxili
1
Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы,
С.Петербург, 1904, səh.96.
2
«Армянский геноцид». Миф и реальность. Справочник фактов и документов,
Б.1992, səh.204; Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992,
səh.119-120.
3
Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая
распродажа Мугани инородцам, С.Петербург, 1911, səh.64.