Azərbaycan döVLƏt turizm agentliYİ azərbaycan turizm və menecment universiteti


Kommersiya banklarının likvidliyinin qiymətləndirilməsinin xarici təcrübəsi



Yüklə 284,97 Kb.
səhifə8/10
tarix29.04.2022
ölçüsü284,97 Kb.
#86134
1   2   3   4   5   6   7   8   9   10
bankin likvidiliyi və onun idarə olunması metodları

4.Kommersiya banklarının likvidliyinin qiymətləndirilməsinin xarici təcrübəsi

Xarici təcrübədə likvidliyi aşağıdakı əsaslarla ölçürlər:

1) balanslar üzrə hesablanan və balansın likvidliyini əks etdirən maliyyə əmsalları;

2)müvafiq dövrlərdə bankın balansının aktivləri və passivləri üzrə dövriyyələrin analizi nəzərə alınmaqla, likvid vəsaitlərə tələbatın müəyyən edilməsi.

Əmsallar metodu balansın maddələri arasında kəmiyyət nisbətlərinin qurulmasını nəzərdə tutur. Bəzi ölkələrdə bu nisbətləri hökumət, digərlərində, məsələn ABŞ-da bankların özü tətbiq edir.

Bankların qazandığı təcrübə müəyyən göstəricilərin daha tez-tez istifadə olunmasını şərtləndirmişdir.

Likvid aktivlərlə depozitlərin nisbətini müəyyənləşdirərkən iki göstəricidən istifadə edirlər:

1) [İlkin ehtiyatlar (Kassa + mərkəzi bankda müxbir hesab)] / Depozitlər.

2) [İlkin ehtiyatlar + İkinci ehtiyatlar (dövlət qiymətli kağızları)] / Depozitlər.

Bu göstəricilər vasitəsilə likvid aktivlərlə depozit şəklində yerinə yetiriləcək öhdəliklər arasında birbaşa əlaqə yaranır. Birinci göstəricinin səviyyəsi bankın likvidliyinin təmin edilməsi üçün 5-10%-dən az olmayaraq, ikincinin səviyyəsi 15-25%-dən az olmayaraq qəbul edilmişdir. İkinci göstəricidən Yaponiyada da (bütün banklar üçün yerinə yetirilməsi məcburi) istifadə olunur ki, burada onun səviyyəsi 30%-dən az olmamalıdır.

ABŞ-da likvidliyin qiymətləndirilməsi üçün verilən kreditlərin məbləğinin depozitlərə nisbəti (o, 1-dən artıq olarsa, bankın likvidliyi aşağıdır) və kreditlərin aktivlərin ümumi məbləğində payının aktivlərin diversifikasiyalılığının ifadəsi kimi(bu göstəəricini 65-70% səviyyəsində optimal hesab edilir) istifadə olunur.

Likvidliyin qiymətləndirilməsi üçün həmçinin aktivin təcili nağd pula çevrilməsi qabiliyyətini əks etdirən göstərici tətbiq olunur. Bu göstərici likvid aktivlərin aktivləri ümumi məbləğinə nisbəti kimi hesablanır. Likvid aktivlərə yalnız kassada vəsaitlərin qalığı, yolda, valyuta hesablarında olan pul vəsaitləri,mərkəzi bankda və başqa banklarda NOSTRO hesabları üzrə qalıqlar daxil edilir. bu göstərici yüksək olduqca, likvidlik də yüksək, gəlir isə aşağı olacaq. Likvidliyin idarə edilməsi sahəsində menecmentin məqsədi – likvidliyin və gəlirliliyin optimal nisbətidir.

Cəlb olunan resursların strukturunun, depozit bazanın sabitliyinin analizinə böyük diqqət yetirilir. Sabitliyi nöqteyi-nəzərindən depozitlər əsas (sabit) və «uçan» depozitlərə bölünür. Əsas (sabit) depozitlər banka təhkim edilmiş və onu tərk etməyən depozitlərdir. Onlar çox olduqca, bankın likvidliyi də yüksəkdir. Əsas depozitlər tələb olunana qədər qoyulan əmanətlər, təcili və əmanət hesabları arasında ola bilər. depozitlərin sabit hissəsi tələb olunana qədər qoyulan əmanətlərdən yüksəkdir. Təcili və əmanət qoyuluşları üzrə tələb olunana qədər əmanətlərdə olduğundan daha yüksək faiz müəyyən olunur. Təcili və əmanət depozitləri üzrə ödəniş müxtəlif banklarda müxtəlifdir, onlar daha çox hərəkətdədir və buna görə «uçan» adını almışlar.

Depozitlərin sabitliyini xarakterizə edən göstərici əsas depozitlərinin məbləğinin onların ümumi məbləğinə nisbəti kimi hesablanır. Əgər əsas depozitlərin payı depozitlərin ümumi məbləğində 75%-dən az deyilsə, – bu zaman bank likvid sayılır.

Depozit bazanın sabitliyini əks etdirən daha bir göstərici təcili və əmanət depozitlərinin depozitlərin ümumi məbləğinə nisbətidir. Təcili və əmanət depozitləri bankın resurslarıdır və onlar faiz dərəcəsinin dəyişməsinə daha həssasdır. Onların payının yüksəlməsi «uçan» depozitlərin həcmini artırır və bankın likvidliyini aşağı salır.

Bankın resurs bazasının keyfiyyəti də xarici mənbələr üçün (banklararası kredit – Kvi) kommersiya bankının açıq olmasını sübut edən göstəricisi ilə qiymətləndirilir:

KVİ = Sb / Sps,

burada Sb — Mərkəzi bank da daxil olmaqla, başqa banklardan alınan ssudalardır;

Sps — cəlb olunmuş vəsaitlərin məbləğidir.

Lazım gəldikdə banklararası bazardan və mərkəzi bankdan daha aşağı ödənişlə tez bir zamanda resurs cəlb etmək və likvid aəsaitlərin müvəqqəti çatışmazlığını aradan qaldırmaq imkanı bankın yüksək likvidliyi əlaməti, xarici borcların çox olması isə bankın aşağı likvidliyi kimi nəzərdən keçirilir. Ona görə də əlavə olaraq aşağıdakılar təhlil edilir:

1. borcların tezliyi;

2. borcların şərtləri (girovla və girovsuz);

3. vəsait cəlb olunmasının səbəbləri;

4. borclar üzrə faizlər.

Bir çox ölkələrdə kommersiya banklarının likvidliyi balansın müddətlər üzrə qruplaşdırılmış aktivlər və passivlərinin maddələrinin nisbəti əsasında hesablanır. Fransada bu müddət göstəricinin 60%-dən aşağı olmaması şərtilə üç ay, İngiltərədə bir aydır (likvidlik əmsalı 12,5%-dən az olmayaraq). Almaniyada kommersiya bankları hər ay balanslarının likvidliyinin vəziyyəti haqqında Almaniya Federal bankı qarşısında hesabat verirlər. Əmsalların 100% çərçivəsində tələb olunan səviyyəsi uzunmüddətli əmanətlərin daha qısamüddətli resurslarla qismən örtülməsini nəzərdə tutur. Əmsallar metodu ilə yanaşı, Yaponiyada, ABŞ-da və bir çox Avropa ölkələrində nağd pul axını əsasında bankların likvidliyinin qiymətləndirilməsi inkişaf etmişdir. Xarici ölkələrdə bankların likvidliyinin təmin edilməsi üçün kredit risklərinin məhdudlaşdırılmasına böyük əhəmiyyət verilir.

Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) normativ xarakterli aktlarına, habelə beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır.

Bu Qaydalar respublikada fəaliyyət göstərən kommersiya banklarının və xarici bankların yerli filiallarının (bundan sonra - banklar) likvidlik riski və likvidliyin idarə olunması üzrə bankların daxili siyasət, qayda və prosedurlarına dair minimum tələbləri müəyyən edir.

Hər bir bank fəaliyyətinin xüsusiyyətinə və əməliyyatlarının həcminə uyğun olaraq likvidlik riskinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması siyasətini, müvafiq bankdaxili qayda və prosedurları işləyib hazırlamalıdır. Siyasət, qayda və prosedurların hazırlanması zamanı likvidliyə təsir göstərən kredit, bazar, əməliyyat və digər risklər də nəzərə alınmalıdır.

Likvidliyin idarə olunması üzrə bankın siyasəti, daxili qayda və prosedurları İdarə Heyəti tərəfindən müvafiq komitələrlə birlikdə hazırlanmalı və Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.

Bankın təsdiq edilmiş siyasət, bankdaxili qayda və prosedurları sənədləşdirilməli, müvafiq struktur bölmələrə və əməkdaşlara çatdırılmalıdır.

Siyasət, bankdaxili qayda və prosedurlara ən azı ildə bir dəfədən az olmayaraq yenidən baxılmalıdır.

Bankların idarəetmə strukturu

Bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər (Banklar haqqında Azərbaycan Respublikasının Qanunu -maddə19).

Bankın nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqədar müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank tərəfindən Mərkəzi Banka bir nüsxədə təqdim edilir və Mərkəzi Bankda saxlanılır Banklar haqqında Azərbaycan Respublikasının Qanunu -20).

Bank məcmu kapitalını, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər tutulmuş vəsaitini daimi olaraq Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın məcmu kapitalının, xarici bankın yerli filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin strukturu, komponentləri və hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bankın və ya xarici bankın yerli filialının inzibatçıları məcmu kapitalın və ya məcmu kapitala bərabər tutulmuş vəsaitin miqdarının Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın (məcmu kapitala bərabər tutulmuş vəsaitin) minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəyyən etdikləri bütün hallarda dərhal bu barədə Mərkəzi Banka bildiriş göndərməlidirlər( Banklar haqqında Azərbaycan Respublikasının Qanunu maddə21).

Hər hansı bir şəxs bankın nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud bankın həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilər( Banklar haqqında Azərbaycan Respublikasının Qanunu maddə22)


Yüklə 284,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə