Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs: 3 Qrup: 2008 Tələbə



Yüklə 58,5 Kb.
səhifə4/5
tarix11.05.2023
ölçüsü58,5 Kb.
#109722
1   2   3   4   5
Səttar Bəhlulzadə

Dördüncü mərhələ: rəsmin tonallıqla aydın çəkilməsi, həcmin işıq- kölgə
Vasitələri ilə aşkarlanması; Əvvəl karandaşla kağıza ehmallı toxunmaqla, əşyalara Kölgə salın. Bu sizə əşyanın kütlə əsasını aydm görməyə köməklik göstərəcək, təbii Ki, əşyalar arasındakı tənasüb nisbətini bir daha yoxlamağa ımkan verəcək. Belə ki, Xətli rəsmdə əşyaların həcmi lazımi dərəcədə aydın oxunmur və ona görə də səhv Buraxıla bilər. Sonra yarımkölgələri qoyun, kölgələri gücləndirin və ton ilə əşyalardan Düşən kölgələri təsvir edin. Bunu edərkən, cizgilər əşya müstəvisinin forması üzrə Qoyulmalıdır. Çəkilənin düzgünlüyünü yoxlayıb, hər bir əşyanın formasının dəqiq İşlənməsinə keçin.


NATÜRMORTUN İŞLƏNMƏSİNİN 5-CI MƏRHƏLƏSİ
Beşinci mərhələ: formarıın ətraflı işlənməsi. Rəsm tonda saxlanılsın deyə formanı ətraflı öyrənərkən əşyada ən işıqlı və ən Tünd yerləri tapıb rəsminizdə qeyd edin. Onları tapmaq asan olsun deyə naturaya Baxarkən gözünüzü qıyın. Rəsm üzərində bu iki nahiyəni müəyyənləşdirdikdən sonra Hər bir əşyanın tonallığını öyrənmyə keçin - ən açıq yarımtondan ən tündə doğru.
Ayrı – ayrı əşyaların işıq – kölgələrini öyrənərkən işıqlanmanın xüsiyyətlərinə
Diqqət yetirmək və həcmin düzgün verilməsinə çalışmaq lazımdır. Əgər siz bir əşyaya Məsəslən, səhəngə baxırsınızsa, onun sol hissəsinin yuxarı işıqlı, sağının isə tünd Olduğunu görəcəksiniz. Onda ən işıqlı hissə işıq zolağıdır. Əşyanın üzərindəki Dairəvilik artdıqca işıq zolağının ətafındakı işıq tədricən heçə enir və kölgə hissəsinəKeçir. Kölgəli hissə eyni cür deyil.
Ən dərin kölgə əşyanın görünən kənarında deyil, kölgəli hissənin ortasında Yerləşir, o halda ki, əşyanın kölgəli kənarı reflekslə işıqlanıb, başqa sözlə desək, o Başqa əşyalardan əks olunmuş işıqla işıqlanıb. Refleks təsvir olunarkən onu çox açıq Rənglə rəngləmək məsləhət görülmür. O həmişə əşyanm işıqlı hissəsindən tünddür. Formanın ətraflı öyrənilməsi zamanı rəsmin ümumi tonallıq ahəngi pozula Bilər. Bu rəssamı çaşdırmamalıdır. Rəsmi pozmaq lazım deyil. Başqa əşyaya keçmək Məsləhətdir, onu aydm çəkib, rəsmin ümumi vəziyyətinə baxmaq lazımdır. Əgər rəsm Tonda düzəlməyə başlayırsa, o halda iş həmin tərzdə davam etdirilməlidir. Detal Üzərində uzun müddət işləmək lazım deyil, bu halda dərk etmə kəskinliyi itir, Başqasına, yanında olan hissəyə keçmək lazımdır. İşin əvvəlində görülənəQayıdarkən, çatışmamazlığı asanlıqla görmək mümkündür. Beləcə bütün iş boyu, bir yerdən digərinə keçərkən, ümumiliyə can atmadan Bütün fıquru göz önündə saxlayın, detala diqqət yetirin, onu ümumiləşdirmək çətin Deyil.



Yüklə 58,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə