Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə14/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

əvəzinə  Bakı  neftinin  gələcəkdə  Almaniyaya  Qara  dəniz 

vasitəsilə  daşınmasının  qarşısım  sualtı  qayıqlar  vasitəsilə 

almaq planı  qəbul edildi.

Beləliklə, II dünya müharibəsi Azerbaycanın sərhədlə­

rindən çox uzaqlarda başlansa  da, neft Bakısı  üçün hərbi  sa­

hədə  qorxu  (bomba zərbəsi  və  s.)  elə  həmin  dövrdə başlan­

mışdı  və  Sovet  hərbi  rəhbərliyi  də  Bakı  neft  rayonunun 

müdafiəsi üçün müəyyən tədbirlər görməyə başlamışdı.

Mərkəzi  Sovet  hökumətinin qərarı  ilə  1940-cı  ildə  ha­

va hücumundan müdafiə üzrə  Bakıda herbileşdirilmiş hissə­

lər  Sovet  ordusu  komandanlığı  tabeliyinə  keçirildi.  Bakı  şə­

həri  ətrafında uzunluğu 28  min  km  olan  iki  zolaqlı  müdafiə 

zonası çəkildi.

SSRİ Dövlət müdafiə komitəsinin  1941 -ci  ilin  17  sent­

yabr tarixli  qərarına  əsasən  Bakıda bütün  vətəndaşların  hər­

bi  tə’limə  cəlb  edilməsi böyük qətiyyətlə  həyata  keçirilirdi. 

Bakıya  1941-ci  ilin  oktyabrında köçürülmüş  təyyarə  zavodu 

həmin  ilin  dekabrının  ortalarında  ilk  5  təyyarəni  quraşdıra­

raq  cəbhəyə  göndərmişdi.  Gəncədə  təyyarəçilik  məktəbi 

yaradılmışdı və fəaliyyət göstərirdi.

SSRİ-yə  qarşı  müharibəni  1941-ci  ildə  başa  çatdırmaq 

üzrə  Hitlerin  planı  həyata keçirilmədikdə  o,  qərara  gəldi  ki, 

Qafqaz  neftini  ələ  keçirmədən  müharibəni  davam  etlirmək 

mümkün  olmayacaqdır.  Buna  uyğun  olaraq  Hitler  Moskva 

istiqamətinə  təkrar  hücum  cəhdindən  əl  çəkərək,  1942-ci 

ildə  əsas  zərbəni  Qafqaz  istiqamətinə  yönəltdi  və  «Edel- 

veys»  adlı  gizli  plan  hazırlatdı.  Bu  haqda  Hitler  müttəfiqi 

Yaponiyanın  səfiri  general-leytenant Osimanı  qəbul  edərkən 

demişdi:  «Mən  qərara  gəlmişəm  ki,  daha  mərkəzi  hissədə 

hücumu  dayandırım.  Mənim  məqsədim  Cənub  cəbhəsində 

hücuma  keçməkdir...  Qafqaz  istiqamətində  zərbə  endi­

rəcəyəm.  Neft üçün İrana və İraqa çıxmaq vacibdir».

Qərbin  hərbi  siyasət üzrə  ekspertləri  Hitlerin  belə  bir 

addım  atacağmı gözləmirdilər.  II  dünya müharibəsi  illərində



54

ABŞ  prezidentləri F.Ruzvelt və H.Trumenin hərbi məsələlər 

üzrə  məsləhətçisi  olmuş  admiral  Uilyam  Leki  öz  xatirələ­

rində yazır ki,  1941-ci ilin yayında Hitler Rusiyaya (Soverlər 

İttifaqına) hücum  edəndə biz hesab etdik ki, «Alman orduları 

SSRİ-nin qərb  rayonlarını  işğal  etdikdən sonra Hitler Stalinə 

sülh  təklifi  ilə  müraciət  edər...  Qafqazın  neft  mədənlərinin 

işğalı  isə  Avropanın  istilasını  reallaşdıra  bilərdi.  Lakin  bu 

təhlükəli  hadisə  baş  vermədi.  Hitler  Rusiyanın  içərilərinə 

doğru  irəlilədi  vo  bununla  da  alman  ordularının  bütün  əv­

vəlki  nailiyyətlərini  heçə  endirdi.  Almanlar  1941-1942-ci 

illərin  qış  kompaniyası  dövründə  Stalinqradda  və  Rostovda 

ağır məğlubiyyətlərə  uğrayaraq,  geri  çəkiləndə  biz hamımız 

rahat nəfəs aldıq.  Bununla da nəinki Bakı  və onun tükənməz 

nefti,  eləcə  də  bütün  yaxın  Şərqin  zəngin  neft mədənləri  al­

man  işğalçılarından azad edildi»1.

II  dünya  müharibəsinin  gedişində  bu  dönüş  14  ay  da­

vam etmiş Qafqaz uğrunda döyüşlər dövründə oldu.

Hitler  müharibənin  Şərq  kompaniyasına  başlarkon 

İranda  yerləşdirdiyi 4000  nəfərlik hərbi  qüvvəsinin  köməyi­

nə  də bel  bağlayırdı.  Lakin  Sovet rəhbərliyi  İngiltərə  ilə bir­

likdə  İran  dövlətini  razılıq  verməyə  vadar etdi  ki,  İranın  şi­

malından  Sovet  qoşunlarının,  cənubundan  isə  İngiltərə  qo­

şunlarının  bu  ölkəyə  daxil  olmasına  icazə  versin.  Bu  haqda 

imzalanmış  müqaviləyə  əsasən  Sovet  qoşun  hissələri  1941- 

ci  ilin  25  avqustundan  başlayaraq  İranın  tərkibində  olan  Cə­

nubi  Azərbaycana  daxil  oldular.  44-cü  və  47-ci  Sovet  ordu 

hissələri  tərkibində  buraya  77-ci,  396-cı  və  402-ci  Azər­

baycan  milli  diviziyaları  da daxil olmuşdu.  (Pəhləvi, Rəşt və 

digər  şəhərlərdə  yerləşdirilmişdi).  Göstərilən  milli  diviziya­

ların  tərkibində  olan  ziyalılar və  mədəniyyət  işçiləri  Cənubi 

Azərbaycanda  doğma  azəri-türk  əhalisi  arasında  mədəni



A.Jakovin.  1939-1945-ci  illər  (ikinci  dünya  müharibəsinin  xronikası 

və sənədləri), Dormştadt,  1961,  s.228  (alman dilindən  tərcümə)

55


xidmət  sahəsində  xeyli  iş  apara  bildi.  İrana  göndərilmək 

üçün seçilmiş  mülki  şəxslər (3816 nəfər) tərəfindən görülən 

bütün  siyasi  maarif və  mədəniyyət  işlərinə  görkəmli  dövlət 

xadimi Əziz Əliyev rəhbərlik edirdi.

Müharibə  illərində  Sovetlər  ölkəsində  əhalinin  cəbhə 

zonalarından  köçürülməsi  məsələlərinin  təşkilinə  rəhbərlik 

partiya  xətti  ilə  Partiya  Siyasi  Bürosunun  üzvü  Anastas  Mi- 

koyana  həvalə  edilmişdi.  Azərbaycan  xalqının  qatı  düşməni 

olan  bu  daşnakın  gizli  fəaliyyəti  nəticəsində  1942-ci  ilin 

yanvarında  Azərbaycanlıların  Qazaxstana  və  Orta  Asiyaya 

köçürülməsi  haqqında qərar  layihəsi  Partiyanın  Siyasi Büro­

sunun  müzakirəsinə  təqdim  edilmişdi.  Bu  tədbir Türkiyənin 

Sovetlər  ölkəsi  əleyhinə  ikinci  cəbhə  açaraq  müharibəyə 

başlayacağı  təqdirdə  Azərbaycan  türklərinin  guya  qorxulu 

mövqeyi  ile  izah  edilrdi.  Azərbaycanın  o  zamankı  rəhbəri 

Mir Cəfər Bağırov təcili  olaraq şəxsən İ.V.Stalinin qəbuluna 

gedərək  onu  inandıra  bilmişdi  ki,  bu  tədbir  Azərbaycanda 

neft  və  pambıq  kimi  srtateji  məhsulların  istehsalına  böyük 

zərbə  vuracaq,  cəbhələrdə  döyüşən  azərbaycanlı  döyüşçülə­

rin mənəvi-siyasi  fəallığına mənfi  təsir edəcəkdir.  İ.V.Stalin 

həmin  məsələnin  Siyasi  Büroda  müzakirəsinə  razılıq  ver­

məmiş  və  beləliklə  də  Azərbaycan  xalqı  üçün  böyük  faciə­

lər törədə biləcək bu köçürülmə əməliyyatı baş tutmadı.

Azərbaycan  xalqı  SSRİ-nin  tərkibində  olmuş  digər 

xalqlarla  bərabər,  Almaniyanın  faşist  ordusuna  qarşı  1418 

gün  davam  edən  ədalətli  müharibədə  fəal  iştirak  edərək 

qəhrəmanlıq  nümunələri  göstərmişdir.  Döyüş  cəbhələrində 

Azərbaycandan  göndərilmiş  650 mindən  çox zabit və əsgər­

lərdən  yarısı  bu  müharibədə  şəhid  oldular.  Azərbaycanda 

dünyaya  göz  açmış  və  fəaliyyət  göstərmiş  vətəndaşlardan 

123  nəfəri  döyüş  cəbhələrində  «Sovet  İttifaqı  Qəhrəmanı» 

fəxri  adma  layiq  görüldü.  31  nəfər  isə  «Şöhrət»  ordeninin 

hər üç dərəcəsi ilə təltif edildilər.

Görkəmli  hərbi  sərkərdə,  iki  dəfə  Sovet  İttifaqı  Qəh­



56

rəmanı  qvardiya  general-mayor Həzi  Aslanov,  Sovet İttifaqı 

qəhrəmanları  İsrafil  Məmmədov,  Ziya  Bünyadov,  Aslan 

Vəzirov,  Mehdi  Hüseynzadə,  Adil  Quliyev,  Xəlil  Məmmə­

dov,  Nikolay Şevardyayev,  Məlik Məhərrəmov və digərləri, 

qorxmaz  qadınlarımızdan  Züleyxa  Seyidməmmədova,  Şöv­

kət Səlimova, Ziba Qəniyeva və başqaları öz qəhrəmanlıqla­

rı  ilə  xalqımızın  tarixən  mübarizliyini  bir daha  sübut  etdilər. 

Müharibə  illərində  Azərbaycanın  170  mindən  çox vətəndaşı 

SSRİ orden  və medalları ilə təltif edildilər.

Görkəmli  Sovet  hərbi  sərkərdələri  Sovet  İttifaqı  mar­

şalları  G.K.Jukov  və  K.K.Rokossovski  müharibə  illərində 

dəfələrlə  rəsmi  çıxışlarında  bildirmişdilər  ki,  Azərbaycan 

neftçiləri  bu  matorlar  müharibəsində  faşist  ordusu  üzərində 

qələbədə  cəbhəni  yanacaqla  fasiləsiz  təmin  etməklə  həlle­

dici  xidmətlər  göstərmişlər.  Bu  haqda  onların  Böyük  Vətən 

müharibəsi  haqqında  rəsmi  sənədlər  əsasında yazdıqları  xa­

tirələrində də mə’lumatlar verlmişdir.

Böyük  Vətən  müharibəsi  illərində  cəbhənin  tələb  et­

diyi  benzin  və  siirtkü  materiallarının  75-80%-ni  Azərbayca­

nın  hasil  edərək  cəbhələrə  göndərməsi  faktını  bütün  dünya 

bilir  və  təsdiq  edir.  Bu  xidməti  siyasi  müstəviyə  çevirən 

Azərbaycan  Prezidenti  Heydər  Əliyev  demişdir:  «Əgər  Ba­

kının  nefti  olmasa  idi,  Sovetlər  İttifaqının  qələbəsi  bəlkə 

də  mümkün  deyildi».  Heydər Əliyev  digər çıxışında həmin 

məsələni  daha geniş planda şərh edərək qeyd edir ki, «Tarix 



bu  gün  də,  gələcəkdə  də  bilməlidir  ki,  İkinci  Dünya 

müharibəsində,  Böyük  Vətən  müharibəsində  Azərbay­

can  Respublikasının  xidməti,  fəaliyyəti,  rolu  çox  böyük 

olmuşdur».

Bütövlükdə  İkinci  dünya  müharibəsi  illərində  (1939- 

1945)  faşizm  üzərində  qələbədə  Azərbaycan  xalqı  özünün 

çox  zəngin  və  keyfiyyətli  benzini,  şaxtaya  dözümlü  sürtkü 

materialları  ilə  bu  böyük  qələbə  naminə  misilsiz  xidmətlər 

göstərmişdir.  Müharibə  illərində  Kremldə  oturan  Qafqazlı



57


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə