Əzilmiş cəsədlər uzanıb orda
Küçələr bomboşdu, bu nə həyatdı,
Bax, şəhidlər təkcə oğullar deyil,
Qanlı ulduzlar da dənizdə batdı.
Almancadan çevirən:
Əlihəsən Şirvanlı
1990-cı ilin 21 yanvarında Azərbaycan Respublikası
Ali Sovetinin sədri Elmira Qafarova xalqa müraciətlə çıxış
etdi və bildirdi ki, Bakıya Hərbi qüvvələr Azərbaycan Res
publikası Ali Sovetinin razılığı olmadan yeridilmişdir.
Həmin qanlı feeiə günlərində Azerbaycan xalqına baş
sağlığı verən yeganə şəxs, Moskvada «göz dustağı» şəraitin
də yaşayan Heydər Əliyev oldu. O, yanvarın 21-də (1990)
Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək kəskin
bəyanat ilə çıxış etdi və göstərdi ki, M.Qorbaçov hakimiyyə
ti tərəfindən Azərbaycan xalqına qarşı açıq təcavüz və qanlı
cinayət törədilmişdir.
Bakıda törədilmiş bu qanlı faciə Azərbaycan xalqının
milli mənlik şüurunu xeyli gücləndirdi. Şəhidlərin dəfnində
iştirak edən bir milyonluq dinc insan seli dünyanı heyrətə
gətirdi. Yanvar faciəsi şəhidləri 1918-ci ilin mart faciəsi şə
hidlərinin dəfn olunduqları dağüstü parkda torpağa tapşırıldı
lar.
Xalq şairi Bəxtiyar Vahabzadənin bu faciə günlərində
yazdığı «Şəhidlər» poemasında dövrün siyasi vəziyyəti və
xalqımızın siyasi şüurunda əmələ gəlmiş böyük qətiyyət us
talıqla göstərilmişdir. Bu isə xalqda yetişməkdə olan müstə
qillik ideyasının yaxın zamanda reallaşacağından xəbər ve
rirdi.
86
O gecə dağlardan enən sel təki,
Qəzəbdən köpürüb daşdı millətim.
O şənbə gecəsi ürəyindəki
Qorxu hasarım aşdı millətim.
* * *
... Bu ölüm, bu qırğın dərs olsun bizə
Deməyək boş yerə candan keçdilər.
Onlar şəhid olub millətimizə
Qorxmamaq dərsini təlim keçdilər1.
Özlərini bəzən xalq hərəkatının başçıları sifəti ilə qə
ləmə verən indiki müxalifət başçıları yanvar faciəsino siyasi
qiymət verməkdə heç bir təşəbbüs göstərmədilər.
1990-ci ilin yanvar faciəsinə dövlət miqyasında hüqu
qi, siyasi qiymət Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin təklifi ilə 1994-cü ildə Azərbaycan Res
publikasının Milli məclisində uzun müzakirələrdən sonra
verirdi. Əvvəlki müzakirələrdən fərqli olaraq Milli Məclis
öz qərarında 20 yanvar faciəsində Moskva rəhbərliyi ilə ya
naşı Azərbaycanın homin dövrdəki partiya rəhbərliyi və
Xalq Cəbhəsi başçılarını bu faciənin törədilməsində ittiham
etdi.
Prezident Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakı
da Dağüstü parkda 20 yanvar şəhidlərinin xatirələrinə 22
metr hündürlüyündə abidə ucaldılmışdır.
Yanvar faciəsini nadanlıq səviyyəsində saxtalaşdıran
da tapıldı. Fars şovinisti Qulamrza İnsaipur (həqiqətdə isə
insafsız) 1990-cı ilin 20 yanvarında Bakıda törədilmiş qanlı
faciəni Azərbaycan xalqının guya İrana qovuşmaq istəyi ki
mi qələmə verir. Bu səviyyədə siyasi həyasızlıq tarixdə çox
az təkrar olunur. Həmin Qulamrza eyni zamanda Azər
baycanı İrandan qoparılmış bir ərazi hesab edir.
Bəxtiyar Vahabzadə. Şəhidlər, Bakı, 1990, s.13.
87
Kfəsil
AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN
BƏRPASI VƏ MÖHKƏMLƏNDİRİLMƏSİ
DÖVRÜNDƏ XALQIN SİYASİ MƏDƏNİYYƏTİ
(oktyabr 1991-2001)
SSRİ tərkibində olduğu 70 ildə «Azər
baycan xalqımızın, millətimizin daxili
potensialını hərəkətə gətirərək inkişaf
etmiş, böyük nailiyyətlər əldə etmiş və
müstəqilliyini elan edərkən böyük iqti
sadi və intellektual potensiala malik
olmuşdur. Azərbaycanın müstəqil döv
ləti onun böyük iqtisadi və intellektual
potensialı üzərində qurulubdur».
HEYDƏR ƏLİYEV
§ 1. Müstəqilliyin elan olunmasından sonrakı
ilk aylarda Azərbaycanda siyasi vəziyyət
SSRİ-nin dağılması şəraitində' digər 12 respublika ki
mi Azərbaycan da öz müstəqilliyinə nisbətən yüngül müba
rizə yolu ilə nail odldu.
1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası-
Bu haqda geniş şərh müəllifin əvvəlki əsərlərində verilmişdir: Bax:
İ.İsmayılov. Azərbaycanın XX əsrdə dövlətçilik siyasəti məsələləri.
B., 1995, s.92-104;
Azərbaycanda dövlətçilik fikri oçerkləri. B., 1996, s.95-100.
nın Ali Soveti Azərbaycanın Dövlət Müstəqilliyi haqqında
Kosntitusiya Aktı qəbul etdi. Həmin Kosntitusiya Aktı 6
bölmədən və 32 maddədən ibarətdir1.
Kosntitusiya Aktının giriş hissəsində Azərbaycan Res
publikasının müstəqilliyinin varisliyi xüsusi olaraq qeyd
olunmuşdur. Burada deyilir: «Azərbaycan 1806-1808-ci il
lərdə və 1920-ci il aprelin 27-28-də Rusiya tərəfindən işğal
edilmiş və onun müstəqilliyinə son qoyulmuşdur. Sonralar
SSRİ tərkibində 70 il ərzində Azərbaycan Respublikasına
qarşı əslində müstəmləkəçilik siyasəti yeridilmiş, onun təbii
ehtiyatlan amansızcasına istismar olunmuş və talan edilmiş
dir». Daha sonra, Kosntitusiya Aktının giriş hissəsində deyi
lir: «Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin
bərpası haqqında Azərbaycan Respublikası Ali Sovetinin
1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannaməsini rəh
bər tutaraq bu Konstitusiya aktını qəbul edir və müstəqil
Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və
iqtisadi quruluşunun əsaslarını təsis edir».
Kosntitusiya Aktının 3-cü maddəsində deyilir: «SSRİ-
nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin
Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır».
Burada eləcə də SSRİ-yə münasibət də öz əksini tap
mışdır. Sənədin 7-ci maddəsinin əvvəlində deyilir: «SSRİ-
nin Azərbaycan Respublikası ərazisindəki bütün daşınar və
daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının Dövlət
mülkiyyətidir...»
Kosntitusiya Aktının 12-ci maddəsi xüsusi əhəmiyyət
kəsb edən bir məsələyə həsr olunmuşdur. Burada deyilir:
«Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və
onun bütün ərazilərinə şamildir».
Kosntitusiya Aktının 14-cü maddəsi də xüsusi əhə
miyyət kəsb edən bir məsələyə aydınlıq gətirdi. Burada dey-
"Xalq " qozeti, 7 noyabr 1991-ci il.
89