Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 28,17 Kb.
səhifə1/2
tarix29.11.2023
ölçüsü28,17 Kb.
#141481
  1   2
642550319-0007-2-docx


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Tələbə - Ayxan Məmmədov


İxtisas - Kultorologiya
Müəllim - İ.Ağamirzə
Fənn - Mikroiqtisadiyyat
Mövzu - Turizmin elmi kulturoloji mahiyyəti
BAKI-2022
Bu gün Azərbaycanda turizm ,o cümlədən beynəlxalq turizm sahəsi diqqət mərkəzindədir. Turizm insan kütləsini özündə birləşdirən bir sahə olduğu üçün burada insanların mədəni ünsiyyətinin və onların maarifləndirilməsinin də böyük ictimai-siyasi və kulturoloji əhəmiyyəti vardır. Turizm təkcə insanların səyahatlərinin təşkilinə onların mənəvi həzzinə xidmət etmir, eyni zamanda turizm insanların müxtəlif bilgilərlə maarifləndirmək, onların dünyagörüşlərini inkişaf etdirmək funksiyalarını yerinə yetirir .
Bu gün turizmin təşkili prosesini kulturoloji proseslərdən ayrı təsəvvür etmək düzgün deyildir. Turizmin təşkili forması istirahət və əyləncənin əsas iştirakçıları olurlar. Tətbiqi kulturologiya elmi turizmə kulturologiyanın böyük bir sahəsi və asudə vaxt şəraitində sosial mədəni fəaliyyətin bir növü kimi yanaşır
Turizm əsasən sosial-iqtisadi sahə kimi XIX əsrin ortalarından inkişaf etməyə başlamışdır. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşımış, qeydiyyata düşmədən müxtəlif əraziləri, ölkələri gəzən adamlara «turist» demişlər. 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının yığıncağında «Turizm» sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir.
Yenə BMT-nin 1963-cü ildə keçirilən Roma konfransında isə «turist» anlayışına konkret tərif vermək cəhdi edilmişdir. Sözsüz ki, bu konfransda turizmə konkret tərif verə bilməmişlər. Lakin hal-hazırda turizm bütün dünya miqyasında sosial-iqtisadi kulturoloji sahə kimi inkişaf etdiyinə görə onun haqqında müxtəlif elmi ədəbiyyatlar meydana gəlmişdir. Bu istiqamətdə Azərbaycan alimlərinin də müəyyən nailiyyətləri vardır.
Bunlardan S.T. Yeqanlının, E.M. Hacıyevin, B.Ə.Bilalovun və başqalarının adlarını xüsusi olaraq qeyd etmək olar.
B.Ə.Bilalov «turizm» sözünün mənasını aşağıdakı formada izah etmişdir: «Turizm-fransız sözü olmaqla mənası fiziki şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir (səyahətləridir)».
Qeyd etmək lazımdır ki, ədəbiyyatlarda kütləvi turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk adlı şəxs hesab olunur.
O, hələ, 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını qoymuşdur. O, həmçinin 1847-ci ildə səyahət və ekskursiyalar cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis vətəndaşları Aralıq dənizində səyahətini təşkil etmişdir.
XIX əsrin sonunda Tоmas Kuk tərəfindən yaradılmış bu cəmiyyət 53 ölkədə fəaliyyət göstərən və 324 şöbəsi olan möhtəşəm bir konsernə çevrilmişdir. Həmin konsernin 12 min əməkdaşı olmuşdur. Amerikanlar da ingilislərdən geridə qalmamış, turizm ilə məşğul olan «Amekso» adlı şirkət yaratmışlar.
1918-ci ildə bu şirkətin firmaları bütün qitələri əhatə etmişdir. 1869-cu ildə Avropada Beynəlxalq Mehmanxana işçiləri Assosiasiyası yaradılmışdır. Bu Assosiasiya 1921-ci ildə Beynəlxalq Mehmanxana İttifaqı ilə birləşdirilmişdir. Təbii ki, bu ənənə get-gedə inkişaf edərək bütün dünyaya yayılmışdır. Ayrı-ayrı ölkələrdə turizmin sosial-iqtisadi kulturoloji əhəmiyyətini qiymətləndirərək onun uzun müddətli inkişaf proqramını işləyib hazırlamışlar.
Məsələn, Fransada hələ 1960-cı illərdən turizmin inkişaf proqramı hazırlanmış, 1967-ci ildə dövlət müxtəlif iş adamlarını da bu proqramın realizə olunmasına cəlb etmişdir. Bütün çimərliklər texniki təchizatla təmin olunmuş, turistlərin istirahət və əyləncəsi üçün hər cür şərait yaradılmışdır. Turistlərə xidmətin keyfiyyətinə görə İspaniya Fransadan sonra ikinci yeri tutur.
Burada 1998-ci ildə turistlərin sayı 47143 nəfərə çatmışdır. İspaniyaya gələn turistlərin tərkibində fransızlar, almanlar, niderlandlılar çoxluq təşkil edir. İspanlar adı çəkilən ölkələri özlərinin turizm bazarına çevirə bilmişlər. Hazırda İspaniyanın paytaxtı Madrid Avropanın mədəniyyət, incəsənət və turizm mərkəzlərindən biri kimi qiymətləndirilir. İtaliyada isə turizm özünün ən yüksək təşəkkülünü 1983-cü ildən tapmağa başlamışdır.
Qardaş Respublika olan Türkiyədə də turizmin inkişafına böyük diqqət yetirilir. Burada turistlərin sayı ildən- ilə artır, ölkənin milli gəlirinə böyük xeyir gətirir. Belə ki, 1996-cı ildə Türkiyəyə gələn turistlərin sayı 7966-ya çatmışdısa, 1997-ci ildə 8904, 1998-ci ildə isə 9200 xarici turist bu ölkənin turizm xidmətlərindən istifadə etmişdir. 1998-ci ildə Türkiyənin Beynəlxalq turizmdən əldə etdiyi gəlirin miqdarı 8,3 milyard ABŞ dolları həcmində olmuşdur.
Bütün bu faktlar turizmin sosial-iqtisadi вя културоложи əhəmiyyətini düzgün dərk etmək üçün aydın təsəvvür yaradır. Turizmin inkişaf proqramı bütün ölkələrdə kompleks yanaşma prinsipləri əsasında hazırlanır. Daha doğrusu bu tipli proqramda milli, regional və beynəlxalq amillər nəzərdə tutulur.
Proqramın bu şəkildə hazırlanması həm yerli, həm də beynəlxalq amillərdən istifadə etmək imkanı yaradır. Digər tərəfdən beynəlxalq turizm şirkətlərinin fəaliyyəti də yerli əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilir.
İnsanlara yeni iş yerləri yaradılır, eyni zamanda onların bir çox yaradıcılıq məhsullarının yeni satış bazarı açılır. Belə ki, əksər turistlər, səfər etdiyi ölkələrin milli аdəт və ənənələri, xalq yaradıcılığı nümunələri ilə çox maraqlanırlar. Bu sahədə beynəlmiləl əlamətlər milli elementlərlə zənginləşir. Sözsüz ki, bu zənginləşmə beynəlxalq mühiti daha da sabitləşdirir və turizmin azad inkişafına mane olan regional amilləri aradan qaldırır.
Ümumiyyətlə, turizmin inkişafı aşağıdakı istiqamətlərdə sosial, iqtisadi və texnoloji əhəmiyyət kəsb edir:
1.Turizmin təşkili əsasında yeni iş yerləri açılır və müəssisələr yaranır.
2.Yerli əhalinin əlavə gəlir və qazanc əldə etmək imkanları meydana gəlir.
3.Yerli mallara daha çox istehsal tələbatı yaranır. Yeni bazar açılır.
4.Ölkədə turizmin inkişafının yeni infrastrukturu formalaşır. Həmçinin, bütün xidmət obyektləri, kommunal sahələr modernləşdirilir.
5.Turizmin inkişafı ilə əlaqədar olan yeni ixtisaslar və texnologiyalar meydana gəlir.
6.Ətraf mühitin qorunmasının əhəmiyyəti daha düzgün dərk olunur və bu istiqamətdə cəmiyyət tərəfindən əsaslı işlər görülür.
7.Torpağa münasibət yaxşı mənada köklü şəkildə dəyişir, ona qayğı artır.
8.Dövlət səviyyəsində səhiyyə xidməti də yeni keyfiyyət zəminində inkişaf etdirilir və dünya standartlarına uyğunlaşdırılır. Beləliklə də, cəmiyyətin həyatında əsaslı inkişaf baş verir.
Azərbaycanın turizm profilli ölkəyə çevirməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri , qədim tarixi və memarlıq abidələri özünəməxsus mentaliteti əlverişli ictimai coğrafi mövqeyi , xəzərin sahil zonaları turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir . Bu halda bizi belə bir sual düşündürə bilər.
Bu qədər təbii sərvətləri olan ölkəni inkişaf etmiş turist ölkəsinə çevirmək üçün nə çatmır? İlk öncə Azərbaycanın bu sahədə düzgün siyasəti , strategiyası olmalıdır.Məlumdur ki , turizm milli maraqların və iqtisadi inkişafın əsas istiqamətlərindən biridir.
Hər bir Azərbaycan vətəndaşı bu gün tam əmin olmalıdır ki, turizm insanın sosial-iqtisadı problemlərini həll etməyə qadirdir. Turizm həmçinin cəmiyyətdə gedən polyarizasiya-qütbləşmə və təbəqələşmə prosesinin də qarşısını alır. Bu sahə milli gəlirin əhali arasında bərabər bölünməsinədə müəyyən şərait yaradır.
Aydın məsələdir ki, turizm iqtisadiyyatla qarşılıqlı əlaqədədir.
İlk növbədə turizmin infrastrukturu formalaşmalıdır. Bu iqtisadiyyatın başqa sahələrinin də inkişaf etmasi üçün zəmin yaradır. Dövlətin turizmin idarə edilməsində götürdüyü istiqamət turizmin bazar münsibətləri şəraitində özü-özünü maliyyələşdirməsi üçün imkan yaradır. Bunun reallaşdırması üçün dövlət özünün müxtəlif dövlət və yerli icra hakimiyyəti orqanlarının turizmin işinə qarışmadan turoperatorların (
Yüklə 28,17 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə