Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İxtisas- turizm Bələdçiliyi Qrup- tb20 Kurs- 4 Fənn- xalq Sənətkarlığı


Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilirdi. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilirdi



Yüklə 1,3 Mb.
səhifə2/3
tarix19.12.2023
ölçüsü1,3 Mb.
#150847
1   2   3
Mehman Xalq Sənətkarlığı

Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilirdi. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilirdi.
Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənirdi. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlcəkli qondarma qolunun astarı ipək parçadan tikilirdi. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan düzəldilmiş ilgək və düymələri olurdu. Çərkəzi çuxanın uzunluğu müxtəlif idi: bəzilərinin uzunluğu dizdən bir qədər aşağı, bəzilərininki isə dizə qədər olurdu. Çuxanı mahuddan və ya şaldan tikirdilər. Çuxanı müxtəlif qızılı bafta, sarıma və başqa parçadan köbə ilə bəzəyirdilər.
Kişi şalvarı lifə hissəsində nisbətən gen olub, ayaq tərəfə getdikcə daralırdı. Balaqların arasında üçbucaq formalı parça tikilirdi. Şalvarın lifəsinə keci sapından toxunmuş tumanbağı keçirilirdi. Tumanbağının uclarında qızılı və gümüşü güləbətin sapdan toxunmuş gözəl qotazları olurdu. Şalvar evdə toxunmuş şaldan yaxud müxtəlif çeşidli yun parçalardan tikilirdi.
XX əsrin əvvəllərinə qədər papaq Azərbaycanda baş geyimi olmaqla yanaşı, həm də simvol sayılırdı. Cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Hətta bir kişinin papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.
Keçmiş zamanlarda kişilər istənilən halda papağı başlarından çıxarmırdılar. Çünki ictimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilirdi. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı və onların müxtəlif formaları və yerli adları mövcud idi. XIX əsr kişi baş geyimləri içərisində aşılı qoyun dərisindən tikilmiş papaq xüsusi yer tuturdu. İmkanlı kişilər, əsasən, “qaragül” dərisindən sür papaq tikdirərdilər.
Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə börk (papaq), arvadda isə ləçək (çarqat) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara “tərlik” deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı və bu papaq formasının Səfəvi hökmdarlarının “Qızılbaş” ordusundan qaldığı deyilir.
Kürk. Azərbaycanın mövsümi səciyyəli kişi geyimləri arasında aşılı qoyun dərisindən tikilən kürk də əhəmiyyətli yer tutub. Azərbaycanda kürkün müxtəlif biçim üsulu ilə hazırlanan “kaval kürk” və “üzlü kürk” olub. Qarabağda bunun “geyinmə kürk” (“çoban kürkü”) kimi iki tipi geniş yayılıb.
Başlıq. Kişi baş geyimlərinin bir növü də “başlıq” adlanıb. Onu adətən soyuq havalarda uzaq səfərə çıxan və dağ şəraitində yaşayanlar papağın üstündən geyiblər. Başlıq daha çox sıx toxunmuş yun parçadan (şaldan), mahuddan, ən qiymətlisi isə dəvə yunundan hazırlanıb.
Çalma və əmmamə. Qeyd olunan dövrdə Qarabağda baş geyimlərinin bir qismini də çalma və əmmamə təşkil edib. Çalmadan bir qayda olaraq, nüfuzlu elm adamları, şairlər, mötəbər şəxslər və dövlət qulluqçuları istifadə edib. Əmmaməni isə daha çox ruhanilər (molla, əfəndi, seyid, müfti və b.) geyiblər. Əmmamə başa kiçik papaq-araqçın qoyduqdan sonra xüsusi əndazə ilə sarınıb. Əmmamələr parçasının rənginə, ölçüsünə və başa dolama qaydalarına görə bir-birindən fərqlənib. Azərbaycanlı din xadimləri əsasən ipəkdən, hümayun və batist ağından hazırlanan əmmamə qoyublar. Qeyri-müsəlman din xadimləri isə qara, göy, yaxud da sarı rəngli əmmaməyə üstünlük veriblər. Azərbaycanda ali ruhani zümrələri arasında yaşıl əmmamə də dəbdə olub.

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə