55
Cədvəldən də görə bilərik ki, 2005-ci illə müqayisədə 2013-cü ildə bu
sahədə işləyənlərin orta aylıq nominal əmək haqqısı həm dövlət, dəm də qeyri-
dövlət sektoru üzrə 5 dəfəyədək artmışdır. Aydındır ki, buna həmin aralıqda həyata
keçirilmiş neft və qazla bağlı transregional layihələrin böyük təsiri olmuşdur. Təbii
ki, BTC layihəsinin bu məsələdə daha böyük təsiri olmuşdur.
Ayrı-ayrı
layihələrin
Azərbaycana
verdiyi
iqtisadi
səmərəliliyi
müəyyənləşdirmək üçün, həmin layihəyə çəkilən xərclər və onun gətirəcəyi
faydaları nəzərə almaq lazımdır.
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisinə düşən 29 km
uzunluğundakı hissəsinin Qars-Axalkalaki dəmiryolu xəttinin, habelə uzunluğu
160 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-
rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 mln. dollar,
o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il
müddətinə 200 milyon ABŞ dolları və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla
uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon ABŞ dolları, həcmində kredit
vəsaitinin ayrılması nəzərdə tutulmuşdur. Gürcüstan tərəfi krediti dəmiryolunun
işə düşməsindən sonra əldə edəcəyi gəlirlərin hesabına ödəyəcək. Bununla yanaşı,
üzərində iş aparılan hissə Gürcüstan ərazisində olmasına baxmayaraq bu hissəni
Gürcüstan tərəfi tək idarə etməyəcək. Dəmir yolunu Azərbaycan və Gürcüstan
tərəfinin yaradacağı birgə müəssisə idərə edəcək. Yalnız 25 ildən, yəni kredit tam
qaytarılandan sonra dəmir yolu Gürcüstanın idarəçiliyinə veriləcək. Təhlillərə
görə, Gürcüstana verilən kreditin illik dərəcəsini Azərbaycan üçün də iqtisadi
baxımdan rentabelli hesab etmək olmaz . Əvvəla kredit faizi aşağıdır. Eyni
zamanda kreditin qaytarılma müddəti böyükdür. Praktiki kredit dolların illik
inflyasiyasına uyğun təqdim edilib. Bu Azərbaycanın kreditin verilməsindən gəlir
əldə etməyəcəyi deməkdir. Azərbaycanın əsas gəliri dəmiryolu fəaliyyətə
başladıqdan sonra onun dövriyyəsi hesabına olacaq.
Layihələrin maliyyələşdirilməsinə başlayandan etibarən 2014-cü ilin
sonunadək Dövlət Neft Fondu tərəfindən Nəqliyyat Nazirliyinə ümumilikdə 536,8
56
milyon ABŞ dolları, o cümlədən 2014-cü il üzrə 72,7 milyon ABŞ dolları vəsait
ayrılmışdır.
Türkiyədə inşası davam edən “Marmaray” layihəsinin tamamlanması ilə
həmin xəttin BTQ xətti ilə birləşdirilməsi və Avropaya qədər uzadılması gözlənilir.
Əgər BTQ layihəsinin Türkiyədən sonra Avropaya, Azərbaycandan isə Mərkəzi
Asiya, daha sonra isə Çinə davamı olmasaydı, nə rəsmi Bakı, nə Tbilisi, nə də
Ankara belə mürəkkəb və bahalı layihəyə başlamazdılar. BTQ dəmiryolu xətti
həmçinin, həm Avropa, həm də Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna
cəlb edilməsi ilə hər iki istiqamətdə intermodal və konteyner daşımalarının
həcmini artıracaq. Ona görə də ilk baxışdan transregional layihə kimi baxılan BTQ,
uzunmüddətli perspektivdə beynəlxalq bir layihə kimi nəzərə alınmalıdır.
Layihənin yekunlaşdığını görən digər potensial iştirakçılar da hərəkətə başlayıblar.
Cənub nəqliyyat dəhlizinin bir qolu olan bu xəttin yükburaxma qabilliyyəti
pik həddə - il ərzində 17 mln. ton nəzərdə tutulub. İlkin mərhələdə bu göstəricinin
1 mln. sərnişin və 6,5 mln. ton yük həddində olması nəzərdə tutulub. Dəmir yolu
xətti ilə yüklərin daşınması üçün Ələt qəsəbəsi yaxınlığında yeni beynəlxalq yük
limanı inşa ediləcək. Bu liman il ərzində 11,6 mln. yükün daşınmasını həyata
keçirməyə imkan verəcək. Azərbaycanın ilk illərdə tranzitdən illik gəlirinin
minimum 50 mln. dollar təşkil edəcəyi gözlənilir. Dəmiryolu ilə bir günə Qarsa və
iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bundan əlavə bu layihə ilə
Londondan Pekinə 12 gün ərzində yüklərin və sərnişinlərin fasiləsiz daşınmasını
təmin etmək mümkün olacaq.
Azərbaycanın bu vaxtadək həyata keçirdiyi ən böyük transregional
layihələrdən biri olan BTC boru kəmərinin tikintisinə çəkilən xərclər 3.5 mlrd.
dollar təşkil etmişdir.
BP şirkətinin məlumatına əsasən BTC layihəsi çərçivəsində 2013-cü ilin
sonunadək 2,3 mlrd. barrel neft əldə olunmuşdur ki, onun satışı hesabına
Azərbaycan 105 mlrd. dollar gəlir qazanmışdır. Bu layihənin təkcə gəlirlilik
57
baxımından deyil, bir çox fərqli istiqamətlərdə Azərbaycan üçün faydaları
danılmazdır. Bununla yanaşı, BTC layihəsi Azərbaycanda növbəti daha böyük
həcmli layihələrin həyata keçirilməsi üçün təməl rolunu oynamışdır. Bu layihə
xarici investorlar və Avropa Birliyi dövlətlərinin Azərbaycanın böyük həcmli
layihələrin həyata keçirtmə qabiliyyətində olduqlarını göstərmiş və ölkəyə qarşı bu
cəhətdən inamı artırmışdır.
Transregional layihələrin iqtisadiyyata təsirinin daha dərin təhlili üçün
ÜDM-in tərkibinə baxmalı və eləcə də bir neçə birölçülü reqressiyalar aparmalıyıq.
Əlbəttə ki, biz bu məsələyə maliyyə tərəfdən də baxa bilərdik, lakin layihələrlə
bağlı məlumatların, həmçinin, maliyyə açıqlamalarının azlığı, NPV (Net Present
Value – Xalis Cari Dəyər) və ya IRR (Internal Rate of Return – Daxili Gəlirlilik
Norması) kimi göstəriciləri hesablamağı çətinləşdirir. Bu səbəbdən də, bu
göstəricilər qərəzli olacaq və doğru nümunə nümayiş etməyəcək.
Beləliklə, layihələrin təsirinin qiymətləndirilməsinin ən yaxşı üsulu
layihənin başlamasından əvvəl və sonrakı ÜDM-i təhlil etmək, onun təkib
hissələrinin analizi və elementlərin layihədən necə asılı olduqlarını
müəyyənləşdirməkdir.
Bakı-Tbilisi-Ceyhana əsas layihə kimi nəzər salaq. Burada əsas məlumatları
iki hissəyə bölürük - layihə başlamamışdan əvvəlki dövr və başladıqdan sonrakı
dövr, hansıki indi də davam edir. BTC dəyişəni binomial xarakter daşıyır və iki
mümkün nəticə verir, 0 və ya 1. Layihənin tətbiqindən əvvəlki dövr üçün 0,
sonrakı dövr üçünsə 1. Xüsusilə, çoxölçülü reqressiyada buna bir model kimi nəzər
salmaq bizə layihənin ÜDM kimi asılı dəyişənə və reqressiyadakı digər izahedici
dəyişənlərə həqiqi təsirini başa düşməyə yardım edir.
Lakin çoxölçülü regressiya ilə davam etməmişdən əvvəl, birölçülü dəyişənlərin
nəticələrinin dəqiq təhlilini aparmaq vacibdir.
Aşağıda qeyd olunan hesablamaların aparılmasıüçün Eviews statistic
proqramdan istifadə olunub.
Dostları ilə paylaş: |