42
2.3. Reallaşdırılması planlaşdırılan transregional layihələr, onların həyata
keçirilməsində yaranan problemlər
Əsrin müqaviləsinin imzalanmasından sonrakı dövr Azərbaycanın Xəzər
dənizindəki yataqlarının inkişafı və oradan çıxarılan neftin qərb bazarına daşınması
üçün Bakı Tbilisi Ceyhan kimi alternativ marşrutların tikintisi ilə səciyyəvidir.
Daşınma marşrutların diversifikasiyası Qərblə əlaqədə Rusiyadan olan aslılığın
azaldılması tərəfdən də əhəmiyyəti böyük idi. Bu istiqamətdə Azərbaycanın
Gürcüstan və Türkiyə ilə əməkdaşlıq əlaqələri genişləndirilmişdir. Müstəqilliyinin
möhkəmləndirilməsi və Qərbin Cənubi Qafqaz və Xəzərdə böyük iştirakı
istiqamətində geosiyasi balansında böyük irəliləyiş edilməsi məqsədi Azərbaycan
kommersiya tərəfindən daha çox, qısa müddətli perspektivdə böyük siyasi məna
kəsb edən trans regional layihələrin reallaşdırılmasını həyata keçirdi. Bu baxımdan
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Xəzər neftinin Qərbə daşınma marşrutunun
diversifikasiyası istiqamətində atılmış ilk addımdır. Baxmayaraq ki, Azərbaycan
Rusiya ilə yaxşı diplomatik münasibətləri saxlamaqdadır, dövlət gələcəkdə
Rusiyasının Azərbaycanın energetika sahəsinə girişi olarsa bundan Azərbaycana
qarşı siyasi alət kimi istifadə edə bilər deyə, Rusiyanın enerji şirkətləri ilə sıx
əməkdaşlıqdan çəkinilir.
Xəzər dənizində Şahdəniz, daha sonra isə Ümid və Abşeronda bir neçə qaz
yatağının tapılması regionda bəzi dəyişikliklərə səbəb olmuşdur. Azərbaycanın
artıq qaz istehsal edən bir ölkəyə çevrilməsi, buranın Avropa üçün alternativ qaz
təklifi mənbəyi kimi əhəmiyyətini artırmışdır. Bakı-Tbilisi-Ceyhan Xəzər neftinin
Avropa bazarına çıxarılması üçün yeganə alternativ nəqliyyat layihəsi idi. Marşrut
Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə hər üç strateji tərəfdaşı birləşdirir,
həmçinin etibarsız Rusiya və beynəlxalq səfil İrandan yan keçməyi mümkün
edirdi. Xüsusilə, Rusiya-Ukrayna böhranı zamanı qaz verilişinin kəsilməsi Şərqi
Avropa dövlətləri üçün mənfi nəticələrə səbəb olmuş və Avropa Birliyi tərəfindən
alternativ qaz istehsalı və təchizatı mənbələrinin axtarışını tezləşdirdi. Bu məqsədlə
43
Nabucco adlanan layihənin tikintisi planlaşdırıldı. Eyni zamanda çox qısa müddət
ərzində Xəzər qaz resurslarının Avropa bazarına çatdırılması üzrə Nabuccoya da
alternativlər yaranmağa başladı, sadəcə Rusiya ərazisindən keçməklə. Avropa
Birliyinin layihəsi Cənub dəhlizi adlanır və öz daxilində Xəzərdən Avropaya
nəqlinin müxtəlif yollarını əhatə etmişdir. Nabukko layihəsinin erkən
mərhələlərində Azərbaycan istehsalçılar və tranzit ölkələr zəncirində ən sadiq tərəf
oldu.Lakin zamanla üç böyük problem ortaya çıxdı: maliyyələşdirmə məsələsi,
gələcək boru kəmərinin doldurulacağı qaz həcminin mənbəyi və layihədə
Türkiyənin rolu. Nəqliyyat marşrutlarıyla əlaqəli Azərbaycanın mövqeyini
xarakterizə edərkən dövlət rəsmiləri çox açıq şəkildə bildirildi ki, bu məsələylə
bağlı təkliflərə yanaşmada ölkə milli maraqları rəhbər tutacaq. Həqiqətən,
Nabucco layihəsinin Avropa birliyi tərəfindən güclü dəstəyinə baxmayaraq bir sıra
çatışmazlıqlara malikdir. Bunlara Avropa Birliyi üzv dövlətlərinin ziddiyətli
maraqları, Xəzər hövzəsindəki geosiyasi problemlər bə layihəyə olan kommersiya
məhdudiyyətləri aiddir.
TANAP layihəsi Türkiyənin Gürcüstanla şərq sərhədindən başlayır və onun
Avropa ilə qərb sərhədinədək uzanır. Onun davamı kimi planlaşdırılmış TAP
layihəsi isə əlavə kəmərlərlə Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çıxmağı
nəzərdə tutur.
2012-ci il iyununda İstanbulda imzalanmış TANAP layihəsinin təxmini
dəyəri 10 mlrd. dollar təşkil edir. Bu layihə Azərbaycan da daxil olmaqla Xəzər
hövzəsi və Orta Asiya təbii qazının Türkiyə üzərindən Avropaya nəqlini həyata
keçirəcək.
Avropa ölkələri daha ambisiyalı Nabucco kəməri üçün resursları və dəstəyi
cəlb edə bilmədikdə, Türkiyə və Azərbaycan həyata keçirilməsi daha real olan
TANAP layihəsinə doğru istiqamətləndilər. İlkin mərhələdə TANAP-ın illik
ötürücülük qabiliyyəti 16 mlrd. kubmetr olacaq, lakin bu göstəricinin 30 mlrd.
kubmetrədək artırılması imkanları da nəzərə alınıb. Belə ki, TANAP uzunmüddətli
perspektivdə yalnız Azərbaycan yataqlarından çıxarılacaq “ikinci dalğa” qazını
44
deyil, həm də Mərkəzi Asiya, habelə Yaxın Şərq və Şərqi Aralıq dənizi hövzəsində
hasil ediləcək qaz həcmlərini tranzit yolu ilə Cənub qaz dəhlizinə ötürmək,
Avropaya daşımaq potensialına malik olacaq. SOCAR-ın (58%) operatorluğu ilə
BOTAŞ (30%) və BP (12%) şirkətlərindən ibarət konsorsium bu ilin martında
kəmərin tikintisinə başlayıblar və tikintinin 2018-ci ildə yekunlaşacağı nəzərdə
tutulub.
Şəkil 4. TANAP və TAP layihələri
“Faza-1” üzrə hazırda çıxarılan 9 mlrd. kubmetr qaza minimum
hesablamalara əsasən, daha 16 mlrd. kubmetr qaz hasilatı əlavə olunacaq.
Çıxarılacaq əlavə qaz həcmlərinin ildə 10 mlrd. kubmetri Avropa ölkələrinə, 6
mlrd. kubmetri isə Türkiyə üçün nəzərdə tutulub.
TAP kəməri üçün marşrut seçimi zamanı ən yaxşı kommersiya və texniki
imkanlarını təmin etmək və minimum sosial və ətraf mühitə təsir etmək üçün ciddi
təhlükəsizlik, sıfır-zərər siyasəti seçilib.
TAP kəmərinin təqribi uzunluğu 870 km-dir. Kəmərin ən aşağı Adriatik
dənizinin altında 820 metr dərinliyində, ən yüksək keçdiyi yer isə Albaniyada
dağlarda 1800 metr yüksəkliyində olacaq. Kəmərin ilkin buraxılış həcmi ildə 10
mlrd. kubmetrdir, lakin kəmərin tikintisi zamanı iri diametrli borulardan istifadə
gələcəkdə bu həcmin 2 dəfəyədək artırılması imkanını verəcək.
Dostları ilə paylaş: |