Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Yusifli Zaur Əli oğlu


Sxem 3.1 Uşaqların sığortalanması



Yüklə 0,56 Mb.
səhifə4/5
tarix05.04.2018
ölçüsü0,56 Mb.
#36037
1   2   3   4   5

Sxem 3.1
Uşaqların sığortalanması. Uşaqlar sığortalanarkən sığortaçılar və sığortalananlar müxtəlif şəxslər olur. Sığortaçı qismində uşağın valideynləri və başqa qohumları, sığortalanan qismində isə uşağın özü çıxış edir. Bu zaman sığortaçıları ən çox əmanət funksiyası cəlb edir. Buna görə də uşaqların sığorta şərtlərində üstünlük ömrün son çağının sığortalanmasına, yəni sığorta müddətinin başa çatması ilə əlaqədar olaraq sığorta məbləğinin ödənilməsinə verilir.

Sığortaçı şəxsin müxtəlif uşaqlar üçün bir neçə müqavilə bağlaması da mümkündür. Bu sığortanın şərtlərində sığortaçının sığortalanan uşaqla qohumluq dərəcəsini təsdiqləyən xüsusi sənəd tələb olunmur: sadəcə olaraq, qohumluq dərəcəsini göstərmək kifayətdir. Sığortalanmaya səhhətindən asılı olmayaraq 15 yaşına qədər olan uşaqlar qəbul edilir. Sığortalanmış uşağın yaşı tam rəqəmlə ifadə olunur. Məsələn, uşaq 5 yaş 2 aylıqdırsa, onun yaşı 6 göstərilir.

Uşaqların sığorta müqavilələri istənilən məbləğə bağlana bilər. Bu halda yalnız minimum sığorta məbləği müəyyən olunur. Sığorta müddətinin başa çatmasına az qaldıqda sığortalamış və sığortalanan şəxslər sığorta məbləğini sığorta müddəti bitməmiş sığorta orqanlarına yazılı ərizə verməklə ala bilərlər. Sığortaçı sağ ikən bu məbləği ala bilmədikdə həmin məbləğ qanuni varisə ödənilir.

Bədbəxt hadisələrdən sığorta da həyatın qarışıq sığortasının prinsipləri əsasında qurulur. Burada da yaş bütöv illər üzrə müəyyənləşdirilir. Sağlamlıq durumu müqavilənin bağlanmasına mane olmur. Sığortalamaya yalnız işləməyən I qrup əlillər qəbul edilmir.

Sığorta məbləği bədbəxt hadisə nəticəsində sığortalanmış şəxslər sağlamlıqlarını itirdikdə, yaxud vəfat etdikdə (ikinci halda varislərə) ödənilir. Sağlamlığın itirilməsilə əlaqədar sığorta məsuliyyəti həyatın qarışıq sığortası üzrə olan müvafiq sığorta məsuliyyətinə bərabər tutulur. Bədbəxt hadisələrdən fərdi sığortanın şərtində sığorta məbləğinin proporsional olaraq azaldılması imkanları da nəzərdə tutulur.

Bununla yanaşı, mövcud qanunvericiliyə əsasən, sığortalanan tərəfin müəyyən etdiyi sığorta məbləğinin ölçüsü müqavilənin əsas şərti olduğuna görə, o ancaq sığorta dövründə tərəflərin razılığı ilə dəyişdirilə bilər.

Sığortaçının göstərilən vəziyyətdə ancaq sığorta ayırmalarını yenidən hesablatmağa ixtiyarı çatır.

Sığortanın şərtləri 1 ildən 5 ilədək müddətə müqavilə bağlanmasına imkan verir. Təcrübədə bədbəxt hadisələrdən sığorta müqavilələrinin 1 il müddətinə bağlanmasına üstünlük verilir. Adamları uzunmüddətli müqavilələrə həvəsləndirmək üçün sığorta şərtlərində güzəştlər (məsələn, 3 ilə – 5%, 4 ilə – 10%, 5 ilə – 15% və s.) nəzərdə tutulur.

Sığortaçının sığorta məsuliyyətinin həcminə, müqavilələrə görə, bədbəxt hadisənin törədə biləcəyi nəticələr daxil edilir. Bu zaman sözün müstəqim mənasında hər hansı bədbəxt hadisə deyil, yalnız «sığortalıq bədbəxt hadisə», yəni müqavilə şərtlərində olan hadisə nəzərdə tutulur. Müxtəlif müqavilələrdə «sığortalıq hadisələr» siyahısına müxtəlif hadisələr daxil edilə bilər. Məsələn, sərnişinlərin sığorta şərtlərində yalnız o hadisələr «sığortalıq» sayılır ki, onlar sığortaçı müəyyən nəqliyyat növündə olarkən baş verir. İstehsalatdakı «sığortalıq hadisələr» peşə fəaliyyətinin yerinə yetirilməsi ilə bilavasitə bağlı olmalıdır.

Bütün bədbəxt hadisə nəticələrini üç növdə qruplaşdırmaq olar: ölüm, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, əmək qabiliyyətinin həmişəlik, tam və ya qismən itirilməsi (əlillik).

Birinci növün izahata ehtiyacı yoxdur. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi o deməkdir ki, bədbəxt hadisə nəticəsində orqanizmdə baş verən patoloji dəyişikliklər, funksiya pozuntuları insana müəyyən müddət öz əmək fəaliyyətini davam etdirməyə mane olur.

Bədbəxt hadisədən sığortalanma, əsasən, könüllü olsa da, bəzi kateqoriyalara daxil olan şəxslər, məsələn, polis əməkdaşları, daxili qoşunların şəxsi heyəti, hərbi toplanışa çağırılmış vətəndaşlar və hərbi qulluqçular, dövlət vergi xidmətinin, xarici kəşfiyyat və dövlət təhlükəsizliyi orqanlarının ştatlı əməkdaşları, hakimlər və b. üçün məcburi xarakter daşıyır.

Annuuitet və şəxsi pensiyaların sığortalanması. Annuitet sözü azərbaycancaya tərcümədə ilbəil ödəniş deməkdir. İndiki halda rentanın, yaxud pensiyanın sığortalanması anlamında işlənir. Annuitet və pensiyanın sığortası eyni istiqamətli anlayışlardır. Bununla belə, sığorta təminatının şərtlərində və sığortalama qaydasında bunların arasında müəyyən fərqlər də var. Annuitet sığortalanmış şəxsə onun bircə dəfə verdiyi pul əvəzinə ömrünün sonunadək hər il müəyyən ödəniş verilməsini nəzərdə tutan müqavilədir. Ödənişin məbləği, bir qayda olaraq, illik ödəmənin məbləği ilə uzlaşdırılır, lakin təcrübədə başqa ödəniş növlərinə də (yarımillik, rüblük, aylıq) rast gəlinir. Ödənişlər, müqavilə şərtlərindən asılı olaraq, əvvəlcədən və ya sonradan verilə bilər. Məsələn, annuitet müqaviləsinin qüvvəyə minmə tarixi yanvarın 1-i kimi göstərilibsə, deməli, əvvəlcədən ödəniş elə həmin ilin həmin günü, yanvarın 1-də, sonradan ödəniş isə yalnız növbəti il yanvarın 1-də verilməlidir. Sonradan ödənən annuitetlər mütənasib və qeyri-mütənasib ola bilər.Annuitetin ən geniş yayılmış növlərindən biri təcili annuitetdir. Burada bir dəfəyə alınmış pul əvəzinə hər il sığortalanmış şəxsə müəyyən məbləğdə ödəniş verilməsi nəzərdə tutulur.

Təminatlı annuitet təcili annuitetin elə bir növüdür ki, burada sığortalanmış şəxsin nə vaxt öləcəyindən asılı olmayaraq minimal ödəmə müddəti əvvəlcədən razılaşdırılır. Məsələn, 10 ilə təminat almış annuitet sığortalanmış şəxsin nə qədər yaşamasına baxmayaraq 10 il müntəzəm olaraq ödənilməlidir. Sığortalanmış şəxs 10 ildən tez ölərsə, onun varisləri qalan pulu ilbəil, yaxud bir dəfəyə ala bilərlər.Annuitetin başqa bir növü möhlətli annuitetdir. Burada ödənişin nə vaxtdan veriləcəyi əvvəlcədən razılaşdırılır. Müqavilənin bağlanması ilə ödənişlərin verilməyə başladığı vaxt arasındakı zaman məsafəsi möhlət hətta faizi ilə birlikdə qaytarır. Möhlətli annuitetlərin səciyyəvi cəhəti budur ki, ödənişlər hansısa müddəti adlanır. Sığortalanmış şəxs möhlət müddətində vəfat edərsə, sığorta şirkəti, adətən, aldığı məbləğin hamısını, bəzən gələcək tarixdən başlanır və annuitet birdəfəlik ödənişlə satın alına, yaxud möhlət müddətində qaytarıla bilər.

Başqa bir növ müddətli annuitetdir. Belə müqaviləyə əsasən, sığortalanmış şəxs ölənə qədər ödəniş verilmir, bunun əvəzinə müqavilədə hətta sığortalanmış şəxs sağ olsa belə, ödənişlərin qurtarma vaxtı razılaşdırılır.

Şəxsi pensiyaların sığortalanması da annuitetlərə bənzəyir. Lakin burada ümumi qayda belədir ki, şəxsi pensiya vətəndaş yaşa görə pensiyaya çıxmayınca verilə bilməz. Adətən, pensiya sxemləri elə hazırlanır ki, orada pensiyalar mövcud vergi mükafatlarını nəzərə almaqla təmin olunur. Söhbət özəl şəxslə pensiya fondu arasındakı müqavilə ilə ödənilən şəxsi pensiyadan gedir. Fondu ya ayrıca şirkətin əməkdaşlarının adından müvəkkil edilmiş şəxs, ya da peşəkar təşkilat (sığorta şirkəti və ya bank) idarə edə bilər. Pensiya müqaviləsi dəqiq surətdə ya yaşa görə, ya da ailə başçısının itirilməsinə görə pensiya verilməsinə yönəldilməlidir.

Sərnişinlərin sığortalanması.Bədbəxt hadisələrdən sığorta dedikdə nəqliyyat qəzaları, iş yerində baş verən bədbəxt hallar, bədən xəsarəti və s. nəzərdə tutulur. Bu sığorta növündə məcburilik amili var. Ona görə də insan sığortasının bu növü sərnişinlərin məcburi sığortalanması adlanır. Buradakı əsas vadaredici motiv və mənbə sərnişin nəqliyyatında baş verən olaylardır. Sərnişin nəqliyyatının yüksək təhlükə mənbəyi olması sərnişinlərə məcburi sığortanın tətbiq edilməsini şərtləndirir. Əmlakın məcburi sığortasından fərqli olaraq sərnişinlərin məcburi sığortasının avtomatikliyi prinsipi onların yolda olması ilə əlaqədardır. Məcburi sığorta hava, dəmir yolu, dəniz, daxili su və avtomobil nəqliyyatının sərnişinlərinə, turizm-ekskursiya təşkilatlarının xətti ilə beynəlxalq ekskursiyalarda olan turistlərə və ekskursantlara yolda olduqları müddətdə tətbiq edilir. Sərnişinlər biletin qiymətinə daxil olan sığortahaqqını nəqliyyat qurumunun təşkilati-hüquqi formasından asılı olmayaraq bilet əldə edərkən ödəyirlər. Pulsuz gediş hüququ olan sərnişinlərə sığorta da pulsuzdur. Nəqliyyat vasitələrinin xidmət personalı məcburi sığortadan azaddır.

Mövcud qanunvericiliyə görə, sərnişinlərin heç də hamısı sığortaya cəlb edilmir. Beynəlxalq nəqliyyat vasitələrinin bütün növlərində sığorta işini xarici sığorta şirkətləri görür.

3.2 ŞƏXSİ SIĞORTA FƏALİYYƏTİNİN MALİYYƏ NƏTİCƏLƏRİ VƏ TARİF SİYASƏTİ

Həyat sığortası növlərində netto-dərəcə ölüm cədvəli göstəriciləri və netto sığorta haqlarının investisiyasından potensial gəlirlərə uyğun formada hesablanır. Sığorta hadisəsi ehtimalından bəhs edərkən keçmişdə qalan müəyyən zaman dövrü ərzində imzalanmış sığorta müqavilələrində baş verən sığorta hadisələri sayının həmin müqavilələrin ümumi sayına olan nisbəti nəzərdə tutulur və bu kəmiyyət 0 - 1 aralığında dəyişə bilir. Hadisənin baş verməsi ehtimalı 0 və ya 1 olduqda həmin hadisələrlə əlaqəli sığorta fəaliyyəti absurddur. Daha dəqiq olaraq sığorta əməliyyatı elə hadisələr üçün aparılmalıdır ki, həmin hadisələrin əvvəlcədən olub olmayacağı məlum deyildir.

Sığorta sistemində tarif stavkası əsas etibarilə il ərzində sığorta məbləğinin vahidindən tutulan pul ifadəsi formasinda özünü göstərir. Sığorta haqqı hər bir sığorta olunan iştirakçı üçün sığorta fondunun yaradılmasında iştirak payına müvafiq formada olur. Tarif stavkaları iqtisadi və riyazi cəhətdən dəqiq formada müəyyənləşdirilmişdirsə, o zaman sığorta əməliyyatlarında lazımi maliyyə sabitliliyinin təminliyi verilir. Bu əsasla sığortaçı tərəfin gəlirlərinin və xərclərinin balanslaşdırılması aparılır və gəlirlərdəki artım tempinin xərclər artımından yüksək olması təmin olunur.

Sığorta əməliyyatlarında iqtisadi təhlil proseslərindən bəhs edərkən sığorta nəticələrini xarakterizə edən mühasibat və statistik göstəricilərin ümumiləşdirilməsini əks etdirən metodların məcmu forması nəzərdə tutulur

Sığorta əməliyyatlarının təhlilində əsas məqsəd sığorta şirkətləri fəaliyyətində mövcud çatısmazlıqların aşkar olunması, bu problemlərə təsiri olan faktorların dəqiqləşdirilməsi və uyğun tədbirlər planının hazırlanmasını əhatə edir. Sığorta əməliyyatlarının düzgün təhlil edilməsi sığortaçı üçün sığorta bazarında dayanıqlı inkişaf, rəqabət mübarizəsində müvəffəqiyyətin əldə edilməsi istiqamətində vacib amillərdən birini təşkil edir. Sığorta əməliyyatları qarşısında aşağıda qeyd olunan vəzifələr durur:


  1. Sığorta şirkətlərinin sığorta tədiyələrinin toplanması planları gedişatına nəzarət olunaması

  2. Sığorta ödənişləri edilməsi tendensiyalarının hesablanılması;

  3. Proqnozlasdirilan tapşırıqlarıın yerinə yetirilməsi mərhələsinə öz neqativ təsirini göstərən halların müəyyən olunmasından ibarətdir.

Bu vəzifə təcrübədən bəlli olan iqtisadi təhlili qruplaşdırma, müqayisə etmə, zəif həlqələrin aşkarlanması metodlarından istifadə etməklə yerinə yetirilir. Sığorta əməliyyatlarının təhlil prosesində istifadə olunan göstəricilərə 3 qrupda baxılır:

1.Mütləq göstərici

2.Nisbi göstərici

3.Orta göstərici

Mütləq göstərici pul və natural formada olan, mühasibat uçotu əməliyyatları daxilində öz əksini tapan göstəricilərdir. Bunlara nümunə olaraq sığorta tədiyələri məbləğini, sığorta ödənişləri məbləğini, sığorta müqavilələri sayı göstərilə bilər.

Nisbi göstərici formaları kimi bir mütləq göstəricinin digər göstəriciyə nisbətinin ifadəsində göstərilir. Bu göstəricilər faizlə və əmsal formasında müəyyənlələşdirilir. Bunlara nümunə kimi sigorta məbləgi zərərliliyi gostəricilərini ,sigorta dairəsinin əhatə olunması göstəricilərini qeyd etmək olar.

Orta göstəricilər dedikə isə sığorta fəaliyyəti sahəsində olan tipik proses formalarının xarakterik göstəriciləri nəzərdə tutulur. Bunlara nümunə kimi sığorta məbləğinin göstəriciləri, ortalama hər müqaviləyə hesablanan sığorta məbləğinin göstəricilərini qeyd etmək lazimdır.

Ümumi sığorta əməliyyatlarının təhlilində istifadə olunmuş göstəricilər 3 qrupa bölünür:



  1. Sığortada fond yaradılmasınin və istifadəsinin xarakterizə edildiyi göstərici formaları

  2. Sığortaçı gəliri və xərclərinin ifadə edildiyi göstərici formaları

  3. Sığortaçı pulu və əməyinin resursları istifadəsi səmərəliliyinin ifadə edildiyi göstərici formaları

Sığorta təcrübəsi dedikdə əsas etibari ilə vacib göstəricilər arasında ödənişin səviyyəsinin göstəricisi qeyd edilməlidir. Bu göstərici nisbi göstərici olub, aşağıda qeyd edilən düstur formasındadır:

s =

S - ödənişin səviyyəsi

Ö - sığorta ödənişinin məbləği

T - konkret sığorta növünə aid daxil olmaları göstərir.

Bu göstəricilər nisbi sabit göstəricilər hesab olunmaqla ərazi bölgüsü prinsipinin və bu prinsipin ölkə ərazisində bölüşdürülməsi mərhələsini nəzərdətutur. Bu prosesdə ödənişin norması göstəricisi də istifadə edilir. Təhlil edilərkən ödəniş səviyyəsinin göstəricisi ödəniş normasının dərəcəsilə müqayisə edilir. Bu müqayisə zamanı ödənişin səviyyəsinin göstəricisi ödəniş normasından çox olduqda, göstəricidəki səviyyə artımına təsir edən hər bir amil dəqiq bilinməlidir. Bu məqsədlə üçün sığorta məbləğində zərərlilik göstəricisinin elementlərinin təhlili aparilir. Təhlil prosesi zamanı istifadə edilən bir başqa göstərici forması isə maya dəyərinin göstəricisidir. Sığortaçı xərclərinin ən zəruri elemetləri arasında sığorta orqanının saxlanılma xərcləri mühüm yer tutur. Saxlanılma xərcləri həcmi sığorta işindəki səmərəlilik göstəricisindən asılıdır və bu tipli xərclər sığorta əməliyyatlarının maya dəyəri kimi qəbul edilir. Sığorta əməliyyatlarınn maya dəyərini təhlil edərkən nisbi göstərici olaraq qəbul olunan l manat sığorta tədiyəsinə düşən xərc göstəricisi sığorta fondunun yaradılması üzrə əməliyyatların maya dəyəri adlanır və aşağıda göstərilən düstürla ifadə olunur:



=

Rentabellik təhlillləri 2 istiqamət uzrə özünü göstərir:



  1. Konkret sığorta şirkətinin muxtəlif sığorta növləri ilə əlaqəli və ümumi halda rentabellik səviyyəsinin illər üzrə retrospektiv plan daxilində dinamikliyi dəqiq təhlil edilir. Dinamikliyə təsir edən amil və hər bir amilin təsiretmə səviyyəsi konkret araşdırılır. Sığorta təşkilatı daxilində audit təhlili aparılır və təhlillər tədbir planı hazırlanması mərhələsi ilə yekunlaşır.

Sığorta şirkətinin rentabelliyinin səviyyə ekvivalenti kimi maliyyə potensialına gorə bu sığorta şirkətilə yaxinliq təskil edən sirkət götürülür və müvafiq müqayisələr aparılır. Təhlillər nəticəsi sonrasında sığorta şirkətində geriləmə halları aşkarlanarsa, qonşu təcrübənin öyrənilməsi və hərtərəfli tədbirlər planınin reallaşdırılırması həyata keçirilməlidir. Bununla da təhlil edilən sığorta əməliyyatlari ümumi formada bilinən təhlil nəzəriyyəsi və metodları ilə əsaslandrılır , ancaq sığorta fəaliyyətindəki özəlliklər onun xüsusiyyətlərini müəyyənləşdirir.

Aktuar hesablama dedikdə sigorta təcrübəsində mövcud olan xassələrin və xüsiyyətlərin hesablama metodlari vasitəsilə daha düzgün təşkil olunması basa düsülür. Latin mənşəli söz olan “actarıus” termini dilimizə tərcümədə “qeydə alan” , ”hesabdar” mənasini verir. Aktuar hesablamalar üzrə mütəxəssis aktuar adlanır. Aktuar hesablama formaları sığorta təcrübəsində mövcud xüsusiyyətlərin bir çoxunu özündə əks etdirir. Bu xüsusiyyətlərə aşağıdakılar aid edilir.

1) Qiymətləndirilən hadisələr ehtimal xarakterli olur. Bu da öz növbəsində ödəniləcək sığorta haqları məbləğində əks etdirilir.

2)Muxtəlif illər uzrə ümumi qanunauyğunluğa uyğun kütləviləşmiş sığorta hadisələrinin əsasında formalaşır.

3) Sığortaçınin göstərdiyi sığorta xidmətləri maya dəyərinin hesablanma prosesi hər bir sigorta obyektinə müvafiq aparılır

4) Sığorta ehtiyatları yaradılması və onun optimum həcminin müəyyənləşdirilməsi zəruri prosesdir.

5) Sığortaçının və sığorta etdirənin maliyyə öhdəliklərinin ekvivalentliyi prinsipi.

6) Baxılan sığorta obyektləri çərçivəsində risk qruplarının seçilməsi.

Aktuar hesablamaların əsas məsələlərinə aiddir:

1) Baxılan sığorta obyektləri çərçivəsində risk qruplarının seçilməsi və onların tədqiqi.

2) Sığorta hadisələrinin baş verməsi ehtimalının hesablanması və zərərin ağırlığının müəyyən edilməsi.

3) Sığorta əməliyyatlarının aparılmasına çəkiləcək xərclərin zəruri məbləğinin riyazi əsaslandırılması və həmin xərclərin dəyişməsinin proqnozlaşdırılması.

4) Sığortaçının zəruri ehtiyat fondlarının riyazi əsaslandırılması və həmin fondların yaradılması mənbələrinin və metodlarının müəyyən edilməsi.

Bazar şəraitinə uygun olaraq sığorta şirkətlərinin gostərdikləri sığorta növləri onların sığorta məhsulları hesab edilir və qiymət formalaşdırılır. Sığorta məhsulu qiyməti sığorta bazarındakı tələb və təklif səviyyəsindən asılı olmaqla birlikdə müəyyən hədd səviyyəsinə çata bilir. Sığorta məhsulları qiyməti maksimal və minimal hədlər səviyyəsində ola bilir. Maksimal hədd sığortaçı ilə sığortalılar arası ekvivalentlik prinsiplərinə əsaslanirsa, minimal hədd sığortaçının daxili imkanları ilə əlaqəlidir. Butun sığorta şirkətləri dövlətin ciddi nəzarəti altında öz sığorta məhsulları qiymətlərində differensiallaşdırma apara bilər.

Bu tədbirlər istiqamətində mikro və makro sığorta səviyyəsinə uygun formalarda tarif siyasəti nəzərdə tutulur. Tarif siyasəti umumi formada sığortanın normal inkişafı maraqları daxilində sığortaçı sığorta tariflərinin müəyyənləsdirilməsi, dəqiqləşdirilməsi üzrə icra etdiyi məqsədli fəaliyyət planı anlaşılmalıdır. Nəzəri cəhətdə tarif siyasətinin aşağıda qeyd olunan metodoloji prinsipləri mövcuddur:


  1. Sığorta münasıbətlərinin ekvivalentlik prinsipinin əsasinda netto stavkanin maksimal şəkildə dəyən zərərin ehtimalına uyğunluğu dayanır. Bu yolla tarif dövründə sığorta tədiyələrinin geri qayıtması prosesləri həyata keçir.

  2. Geniş sığorta kütlələri istiqamətində sığorta tariflərinn əlçatanlığı prinsipində çox yüksək müəyyən edilən tariflər sığortanin inkişafı yolunda müəyyən əngələ çevrilə bilir. Buna gorə də tarif stavkalarının əlçatan olması dedikdə bir sıra ölkələrin milli qanunvericiliyilə əlaqəli formada uyğun sığorta nəzarəti funksiyasi vasitəsilə tənzimlənən obyektər anlaşılır. Sığorta tariflərində əlçatanlığın olması sığorta olunan şəxslərin və sığortasi nəzərdə tutulan obyektlər sayından birbaşa asılıdır.

  3. Sığorta tariflərinin səviyyəsinin stabilliyi prinsipində əsas fərqli cəhət sığorta tarifləri səviyyəsinin yüksəldilməsi ancaq sığorta məbləği zəruriliyi göstəricisinin daim artımı proseslərində baş verməsi xususiyyətidir. Sığorta tarifləri səviyyəsi nə qədər dəyişməz olursa, bu sığortalılarin muvafiq sığorta növlərinə öyrəşməsinə və sığorta növünün inkişafı proseslərinə zəmanət verir.

  4. Sığorta məsuliyyəti proseslərinin daim genişləndirilməsi prinsipi – bu o deməkdir ki, mövcud tarif stavkaları həddi səviyyəsində sığorta şirkətləri sığortalı səxsləri stimullaşdırmaq istiqamətində hər zaman öz məsuliyyətlərini artırmağa səy göstərməlidir. Bu prinsip sığorta hadisələri sayının artması və sığorta məsuliyyəti genişləndirilməsi məsələlərində özünü əks etdirir.

  5. Sığorta əməliyyatlarının rentabellik prinsipi. Burada mahiyyət sığortaçı tərəfin bir təsərrüfat subyekti kimi çıxış etməsilə əlaqələndirilir. Belə ki sahibkarlıq fəaliyyəti kimi sığorta işinə maliyyə resurlarının cəlb olunması, sığortaçının orta mənfəət normasına yaxınlaşmaq üçün o gəlirli fəaliyyət göstərməlidir, yəni, mənfəətli olması vacib şərtdir. Müasir qərb sığorta şirkətlərində əgər ümumi gəlirləri 100% qəbul etsək onda onun gəlirlərinin 65-70%-ni qeyri-sığorta fəaliyyətində əldə edilən gəlirlər, cəmi 35-40%-i isə bilavasitə sığorta fəaliyyətində əldə edilən gəlir təşkil edir. Düzgün tarif siyasətini həyata keçirmək istiqamətində sığortaçı öz gəlirləri hesabına xərclərini ödəyə bilməli və müəyyən mənfəət əldə etməlidir. Yalnız unutmamaq lazımdır ki, sığorta fəaliyyəti sosial yönümlü fəaliyyət olduğundan onun sığorta fəaliyyətində məqsədi heç də mənfəət əldə etmək deyildir. Baxmayaraq ki, sığorta işi dünyanın ən gəlirli fəaliyyət növləri arasındadır.

3.3 ŞƏXSİ SIĞORTADA TARİFLƏRİN HESABLANILMASI XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI

Sığorta tariflərinin tərkibi və strukturu, onların qurulması metodikasının əsasları. Sığorta tarifi ümumi formada brutto-stavka adlandırılır ,netto stavka və netto stavkaya əlavə hissədən ibarətdir. Netto stavka əsas etibari ilə sığorta ödənişləri verilməsinə yönəldiyi halda stavkaya əlavə sığorta işi təşkil edilməsi prosesində artiq olan xərclərin maliyyələşdirilməsi istiqamətində yönəldilir. Burada, netto stavka brutto stavkanın 75%-ni təşkil edirsə, əlavə onun 25-30%-i səviyyəsində olur. Tarif stavkası netto stavkadan ibarət olaraq mahiyyətinə baxıldıqda tarif stavkası məhz netto stavka kimi qəbul olunmalıdır. Netto stavkanın hesablanmasında əsas göstərici kimi sığorta məbləğinin zərəliyi göstəricisi qəbul edilir. Sığorta məbləğinin zərərlilik göstəricisi fərqli pul göstəricilərinin bir-birinə nisbəti formasında istifadə edilir. Sığorta məbləğinin zərərlilik göstəricisi əsas etibari ilə, aşağıda qeyd edilən amillərin təsirindən yaranır:

a-sığortalanan obyektlər sayı

b-sığortalanan obyektlər üzrə sığorta məbləği

c-sığorta hadisələri sayı

d-zərər çəkən obyektlər sayı

f-sığorta ödənişi məbləği

q-sığorta məbləği zərərliliyi göstəricisi

Sığorta məbləğinin zərərliliyi göstəricisi aşağıda qeyd olunan düstur vasitəsilə hesablanir:



q=

Sığorta məbləğinin zərərlilik göstəricisi amillərinə əsasən uyğun element formaları bir sıra düsturlarla ifadə edilir:



  1. - sığorta hadisələrinin təkrarlanması hallari bu nisbətlə hesablanir. Təcrübəyə nəzər yetirsək görərik ki, bu nisbət özünü daha çox kənd təsərrüfatı sahəsində iribuynuzlu mal-qaranın tələf olması səviyyəsinin, nəqliyyat vasitələri qərarlılıq səviyyəsinin müəyyənləşdirilməsi hadisələrində ortaya çıxır.

  2. -sığorta hadisəsinin dağıdıcılığı qabiliyyətinin düsturudur. Bu hadisə əsasən sığorta hadisəsi nəticəsində tələf olan obyektlərin orta siyahısı sayında əks olunur.

  3. : - bu mürəkkəb göstərici formasındadır və risklər nisbəti kiimi qiymətləndirilir. Belə sığorta məbləği zərərliliyi göstəricilərinin qarşılıqlı hasili bu göstəricini hesablamaq üçün imkan yaradır.


= = q

Netto stavkada hesablama metodikası tarif müddəti ərzində konkretləşmiş sığorta növləri istiqamətində aparılır. Başqa sözlə, konkret sığorta növü üzrə hər il sığorta məbləğinin zərərliliyi göstəricisi hesablanmaqla , daha sonra tarif dövrünə müvafiq olaraq, yəni, əmlak sığortası üzrə 5 il, şəxsi sığorta üzrə 10 illik orta sığorta məbləğinin zərərlik göstəricisi tapılır. 5 illik dövrdə dinamikanın sabitliyinin təmin olunması üçün orta sığorta məbləğinin zərərliyi göstəricisi üzərinə risk əlavəsi olunur. Sığortada risk əlavəsi aşağıda göstərilən düsturla tapılır:



L = - orta göstərici

n- tarif dövrü nəzərdə tutulur.

Sığorta tarifində ikinci hissə olan əlavəni keçən illərin faktiki xərclərinə əsasən hesabat nəzəriyyəsi baxımından aşağıda qeyd olunan düsturla hesablamaq olar:
Ə = B – N

B-brutto stavkani, N-netto stavkani əks etdirir.

Brutto stavkanı aşağıda qeyd edilən düsturla hesablamaq olar:
B=

H% - əlavənin brutto stavkada olan çəkisi deməkdir.

Sığorta təskilatları eyni zamanda netto stavkanı ərazilərə, növlərə və sığortanın formalarına uyğun olaraq differensasiyasi məsələlərilə məşğul olur. Burada ərazilərə uyğun olaraq sığortanın məbləğinin zəruriliyi göstəriciləri fərqlilik təşkil edir.Sığorta məbləği zərurilik göstəriciləri və sığorta tariflərində eyniləşdirmə aparmaq istiqamətində differensasiya məsələsi həll edilir. Məsələn: kənd təsərrüfatı sahəsində sığorta tarifi stavkası ölkə ərazilərinə , kənd təsərrüfatı bitkilərinə, kənd təsərrüfatı heyvanlarının növlərinə müvafiq olaraq differensiya təşkil edilir.

Sığorta tarifləri hesablanan zaman sığortanin statistik gostəriciləri vacib əhəmiyyət kəsb edir. Sığorta statistikasında əsas etibari ilə sığorta işinin xarakteriklik təskil edən ümumiləşdirilən yekun natural və dəyər göstəriciləri işlənilməsində statistikanin elmi və praktiki metodlarına əsasən daha tipik və kütləvi yayılmış sığorta əməliyyatlarının sistemləşdirilən formada mənimsənilməsi məsələləri anlaşılır. Statistik öyrənilməli olan əsas göstəricilər iki qrupda nəzərdən keçirilir. Ilk qrupun tərkibində ehtiyatların yaradılması proseslərinin xarakterik göstəriciləri, digər qrupda isə bu ehtiyatlardan istifadə olunmasınn xarakterik göstəriciləri nəzərdə keçirilir. Statistika,keçmişdə bir sıra hadisələrin baş verməsinin kütləvi müşahidə olunması nəticəsində, gələcək dövrdə baş verə biləcək mümkün risklərin proqnozlaşdırılmasına əsas olan göstəricilər sistemidir. Müşahidə edilən obyektlər sayının çox olması proqnozlaşdırma mərhələsi dəqiqliyinin də yüksək olmasına əsas verir. Aşağıda qeyd edilənlər sığorta statistikasının mühüm göstəriciləridir:

-sığorta obyektləri sayı (n),

-sığorta hadisələri sayı (N),

-sığorta hadisələri nəticəsində zərər çəkən sığorta obyektləri sayı (m),

-cəmdə yığılan sığorta haqqı (∑ p),

-cəmdə verilən sığorta ödənişi (∑ q),

-sığorta məbləğinin cəmi (∑ Si), i = 1,2,…,n.

-müşahidə edilən sığorta obyektlərin cəmindən sığorta hadisəsi nəticəsinə uyğun formada zədələnən obyektlərə müvafiq cəm halda sığorta məbləğinin göstəricisi (∑ Si), i = 1,2,…,m..

Sonrakı mərhələdə bu göstəricilərdən istifadə etməklə hesablanan törəmə göstəricilərinə nəzər yetirək.

1.Sığorta hadisələrin tezliyinin hesablanmasi.Bu hesab göstəricində sığorta hadisələri sayı sığortalanan obyektlər sayına bölünür, yəni N/n nisbətində ifadə olunur. Bu göstəricilər daha dəqiq ifadə ilə sığorta obyektinə düşən sığorta hadisələri sayıni ifadə edilir.Aydın məsələdir ki,bu göstəricilərin qiyməti 1-dən kiçik olur.

2.Dağıdıcılıq riskinin göstəricisi sığorta hadisələri nəticəsində zərər dəyən sığorta obyektlərinin sayının sığorta hadisələri sayına olan nisbətini ifadə edir (m/N) və bu göstəricinin qiyməti vahiddən kiçik olmur.

3.Zərərlilik əmsalınin göstəricisi tapilarkən zərər dəyən sığorta obyektlərinin ümumi sığorta ödənişi bu obyektlərin ümumi sığortasi məbləğinə bölünür və nisbəti bu formada ifadə olunmaqla ∑ q/∑ Si, i=1,2,…,m,alınan qiymət 1-i kecmir.

4.Sığorta obyektində müqavilə üzrə orta sığorta məbləğinin göstəricisi bütün sığorta müqavilələrinin ümumi sığorta məbləğini bu obyektlərin sayına nisbətilə tapilir və bu formada ifadə olunur (∑ Si)/n, i=1,2,…,n

5.Zərər dəyən sığorta obyektinə nəzərən orta sığorta məbləğinin göstəricisi sığorta hadisəsi nəticəsində zərərə məruz qalan hər bir sığorta obyekinə düşən ümümi sigorta məbləği bu obyektlər sayına nisbəti formasındadır (∑ Sk)/m, k=1;2,.;m.

6.Risk ağırlığınin tapılması üçün zərər dəyən konkret sığorta obyekti üçün orta sığorta məbləği göstəricisinin bir sığorta obyektinə düşən orta sığorta məbləğilə nisbətinin ifadəsidir. [(∑ Sk)/m] / [(∑ Si)/n].

7.Sığorta məbləği zərərliliyinin ehtimalı göstəricisini ümumi sığorta ödənişinin məbləğinin sığortalanan bütün obyektlərin ümumi sığorta məbləğilə nisbəti formasındadır. (∑ q)/( ∑ Si), i=1,2,…,n və faiz şəklində göstərilir. Burada alınan qiymət1-dən kiçik olur.

8.Zərərlilik norması sığorta əməliyyatları zərərliliyinin göstəriciləri ümumiləşmiş sığorta ödənişlərinin ümumiləşmiş sığorta haqları ilə nisbəti (∑ q)/( ∑ p) formasında olur və faiz şəklində göstərilir.Burada qiymət 1-dən kiçik, 1-ə bərabər və ya 1-dən böyük alına bilir.Bu göstəricidən istifadə etməklə sığorta növünün rentabelli olması və ya olmaması aydınlaşdırılır.

9.Zərərin tezliyinin göstəricisi sığorta hadisələri tezliyinin sığorta hadisələri dağıdıcılığına hasil edilməsilə tapılır. [(N/n) x (m/N) = m/n]. Zərərin tezliyinin hər zaman 1-dən kiçik olması bilinməlidir.

10.Zərər ağırlılığının göstəricisi.Sığorta statistikasında zərərlərin tezlik göstəricilərinə təsir edən amillərin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Bəzi hallarda baş verən sığorta hadisələri nəticəsinə muvafiq dəyən zərər sığorta edilmis əmlakın sığorta dəyərinə bərabər ola bilir.Bu formada zərərlər tam zərər adlandırılır.Lakin əksər hallarda, baş verən sığorta hadisəsi nəticəsində dəyən zərər əmlakın sığorta dəyərindən kiçik olur.Belə halda həmin zərər qismi zərər adlandırılır. Zərərin ağırlığını riyazi olaraq zərərliliyin əmsalının riskin ağırlığı ilə hasili formasında ifadə edilir. Sığorta statistikası köməyilə əmlak sığortası və məsuliyyət sığortası növləri üzrə zərərlərin tezliyi və sığorta məbləği zərərliliyi müəyyən olunur. Statistik metodlardan istifadə etməklə zərərin səbəbləri və onların zamana və məkana uyğun paylanması nəzərə alınır.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə