Azərbaycan döVLƏt dəNİz akademiyasi gəMİ SÜRÜCÜLÜYÜ


IV kurs 207 A2 qrup tələbəsi Mahmudlu Muradın istehsalat təcrübəsinin nəticələri haqqında



Yüklə 2,82 Mb.
səhifə4/4
tarix02.04.2022
ölçüsü2,82 Mb.
#84960
1   2   3   4
Mahmudlu Murad 207A2 Hesabat

IV kurs 207 A2 qrup tələbəsi Mahmudlu Muradın istehsalat təcrübəsinin nəticələri haqqında

H E S A B A T I
“Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə “Andoqa” gəmisində təcrübə keçmişəm.

Təcrübə müddətində “Andoqa” gəmisində ixtisasıma uyğun müəyyən bilik və bacarıqları mənimsəmişəm.

Təcrübə zamanı gəmi heyyətindən olan Böyük köməkçi ilə birgə yaranan nasazlıqların aradan qaldırılmasında, gəminin üzüşünün təşkil edilməsində müəyyən bilik və bacarıqlara yiyələnmişəm. Gəmi elektrik avadanlıqlarının texniki istismarının qaydaları ilə tanış olmuşam.

İlk öncə qəza xəbərdarlıq siqnalizasiya simvol və nişanələri ilə tanış oldum. Bu qəza xəbardarlıq siqnal və işarələri aşağıdakılardan ibarətdir:






  1. Oksigensiz mühitdə nəfəs almaq üçün vasitə .

Bu cihaz 10 dəqiqə ərzində insanı hava ilə təmin

etməlidir .




  1. B u cihaz yanğınsöndürənin ləvazimatlarına daxil

olan nəfəs aparatıdır. İnsanı 30 dəqiqə oksigenlə

təmin etməlidir.







  1. Xilasedici dairə . Andoqa gəmisində ümumi 10 ədəd xilasedici dairə mövcuddur.



  1. T üstü və işıqla təchiz edilmiş 2 ədəd

xilasedici dairə .





  1. Bu hidrokostyumdur. “Andoqa” gəmisində 35 ədəd Hidrokostyum mövcuddur. Hidrokostyum, geyinən insanı C temperaturda 1 saat, C temperaturda isə 6 saat sağ qala bilər.





  1. Yanğın xəbardaredici cihaz. Bu cihaz havanın temperaturunun, tüstünün və alovun təsirindən işə düşür.





  1. Toplanma yeri. “ Andoqa” gəmisində 1 ədəd toplanma yeri var və açıq göyərtədə yerləşir.



  1. X ilasedici sal. “Andoqa” gəmisində 4 ədəd

xilasedici sal yerləşir.



  1. Növbətçi xilasedici qayıq. “Andoqa” gəmisində 1 ədəd mövcuddur. Növbətçi qayiq 4-6 neferlik olmaqla qəza zamanı digər qayiq və sallara , suya düşmüş insanları xilas etmək üçün müəyyən bir mənada istifadə olunur.





  1. Minik üçün ştormtrap. “Andoqa” gəmisində 1 ədəd mövcuddur





  1. Xilasedici canlıq. “Andoqa” gəmisində 35 ədəd xilasedici canlıq mövcuddur.



  1. Ç ıxış yolu. Gəmidə 13 ədəd çıxış yolu mövcudur.

1 3) Siqnal raketi. Gəmidə 12 ədəd siqnal raketi yerləşir.



1 4) Qəza ehtiyyat çıxış yolu.



  1. Karbon qazı ilə yanğın söndürmə balonu. “Andoqa” gəmisində 9 ədəd mövcuddur



  1. Qəza siqnalizasiya düyməsi. Gəmidə bütün yanğın zonalarında yerləşir.



  • Aşağıdaki xüsusi hallar zamanı hansı tədbirlərin görülməli olduğu haqqında məlumatlandırıldım:

  • İnsan bortdan xaricə yıxıldığı zaman kapitan körpüsünü və yaxud növbətçi köməkçinin bu haqda məlumatlandırmalıyam. İlk öncə əgər gəmi hərəkətdədirsə ipsiz, əgər gəmi hərəkətdə deyilsə ipli xilas edici dairəni suya düşən insanın üzərinə düşməyəcək bir şəkildə atmalı və bundan sonra yüksək səslə “suda adam” deməli və ya siqnalizasiya düyməsini işə salmalıyam. Bir əlimlə sudaki adamı, bir əlimlə kapitan körpüsünü

göstərərək şəxsi gözdən itirməməliyəm.

  • Yanğın və tüstü müşahidə olunduqda siqnalizasiya vasitəsi ilə heyyəti xəbərdar etməli və onlara dəqiq yeri bildirməliyəm. Əgər yanğın kiçik çaplıdırsa yanğın əleyhinə vasitələrdən, xüsusi yanğın əleyhinə ədyallardan,sudan və s. istifadə edərək yanğının qarşısını almalıyıq.



  • Yanğın və gəmini tərk et həyəcan siqnalı verildikdə özümlə xilasedici canlığı, isti paltar və bir az yemək götürərək toplantı yerinə getməli və bundan sonra komandir heyyətini təlimatlarına qulaq asmalı, əmirlərini yerinə yetirməliyəm.



  • Gəmidə ümumi 13 ədəd qəza çıxışı vardır. Bunlar;

  • 3 ədəd üst göyərtəsində,

  • 6 ədəd tvindexdə,

  • 4 ədəd platformada yerləşir.

Gəmidə 1 ədəd açıq göyərtədə toplanış məntəqəsi vardır.

  • G əmidə 35 ədəd xilasedici canlıq yerləşir. Bunlar:

  • 2 ədəd kapitan körpüsündə,

  • 13 şlyupka göyərtəsində,

  • 13 Bak göyərtəsində ,

  • 5 ədəd üst göyərtədə

  • 2 ədəd Tvindexdə.

Xilasedici canlıq 1 dəqiqə ərzində geyinilməli və suyun üzərində insanın ağzı ilə su arasındaki məsafə 12 sm olmalıdır. 4.5m-dən suya tullanılan zaman registrin tələbinə əsasən zədələnməməlidir.

Sərt xilasedici canlıqlar gəmidə;



  • Körpələr üçün boyu 100 sm-ə qədər, çəki 15 kg-a qədər,

  • Uşaqlar üçün boyu 155 sm-ə qədər, çəki 43 kg-a qədər,

  • Böyüklər üçün boyu 155 sm-dən artıq, çəkisi 43 kg-dan artıq olan şəxslər üçün təyin edilib.

Xilasedici canlığın üzərində aşağıdakı siqnal vasitələri olur;

  • Fit,

  • Tüstü şaşkası

  • Zolaq.



  • Gəmidə hər hansı bir təhlükəli şərait müşahidə olunduqda, təhlükəni görən şəxs səs və yaxud da siqnal vasitələrindən istifadə edərək heyyət üzvlərini həmin təhlükəli şərait haqqında xəbərdar etməlidir.

Yanğın zamanı daşınan yanğın söndürənlərin istifadə qaydasını öyrəndin əvvəlcə yanğın sinifinə (A,B,C,D) uyğun olaraq daşınan yanğın söndürmə vasitəsini seçirik, sonra onun üzərindəki kurçoku çəkərək onu işlək vəziyyətə gətiririk.

  • Gəmidə bədbəxt hadisə baş veridyi zaman, heyyət üzvlərinə xəbər verməmişdən qabaq aşağıdakı ilkin yardımları göstərməyi öyrəndim;

  • Tüstü şəraitində zərərgörmüş şəxsi təmiz havaya çıxarmalı,

  • Qanaxma zamanı: arterial qanaxma olarsa zədələnmiş yerdən yuxarıdan, venoz qanaxma olarsa aşağıdan təmiz parça ilə bağlamaq lazımdır. Əgər qanaxma bədən nahiyəsində olarsa parça ilə üzərindən sıxmaq lazımdır.

  • Hər hansı bir sümüyün zədələnməsi halında zərərçəkəni mümkün qədər tərpətməmək lazımdır.

Baş göyərtədə 4 ədəd dərman qutusu və 1 ədəd göz yuma dəsti yerləşir. Lazım gələrsə istifadə etmək üçün heyyət üzvlərinə məlumat vermək lazımdır.

  • Gəmidə hər hansı bir təhlükəli hadisə baş verdikdə həyəcan siqnalı işə salınır. Həyəcan siqnalı verildikdə gəmi heyyətinin üzvləri həyəcan cədvəlinə uyğun olaraq öz vəzifələrini icra edirlər.

Gəmidə 3 cür həyəcan siqnalı mövcuddur;

  • “Ümumgəmi həyəcan” siqnalı,

  • “Suda adam” həyəcan siqnalı,

  • “Qayıq” həyəcan siqnalı.

“Ümumgəmi” həyəcan siqnalı 7 qısa 1 uzun yüksək səsli səs siqnalından ibarətdir.

“Suda adam” həyəcan siqnalı 3 uzun yüksək səsli səs siqnalından ibarətdir.

“Qayıq” həyəcan siqnalı 7 qısa 1 uzun yüksək səsli səs siqnalından ibarət olub, bir neçə dəfə təkrarlanır.


  • Gəmidə yanğın siqnalizasiya sistemi tüstünün, istiliyin və işığın təsirindən işə düşür. “Andoqa” gəmisində əsas tüstünün və istiliyin təsirindən işə düşən siqnalizasiya sistemi mövcuddur. Siqnalizasiya sistemi işə düşən kimi ümumgəmi həyəcan siqnalı verilir və buna əsasən gəmidə yanğının yeri aşkar edilir, onun sinfinə uyğun olaraq yanğın əleyhinə yanğın söndürmə vasitəsindən istifadə olunur.



  • Qəza və yanğın əleyhinə ləvazimatlar “Andoqa” gəmisində bak göyərtəsində 1 və üst göyərtədə 1 ədəd olmaqla ümumi 2 ədəd yanğın postunda yerləşir. Qəza qurutma nasosu 1 ədəd ikinci dibdə, qurutma nasosu 2 ədəd ikinci dibdə, od söndürən ədyal 1 ədəd baş göyərtədə yanğın postunda və 1 ədəd ikinci dibdə yerləşir. Yanğın postunda həmçinin qum, balta, lom və bel yerləşir.



  • Bütün gəmilərdə olduğu kimi “Andoqa” gəmisində də əsas yanğın söndürmə sistemi su ilə ( püskürtmə və yaxud sırnaq) yanğın söndürmə sistemidir. Bundan əlavə gəmidə daşınan yanğınsöndürmə sistemlərindən karbon qazlı köpük və kimyəvi tozlu balonlar mövcuddur.Bunlardan karbon qazlı yanğın söndürmə balonundan A və B yanğın siniflərini, köpükdən A sinif, kimyəvi tozlu balondan isə bütün növ yanğın siniflərində istifadə olunur. “Andoqa”s/g-də 50 ədəd yanğın əleyhinə balon yerləşir. Bunlardan 19-i karbon qazlı , 4-ü kimyəvi tozlu, 27-ü isə köpüklüdür



  • Baş göyərtədə 1 ədəd göz yuma dəsti və 4 ədəd dərman qutusu yerləşir.



  • Xilasetme vasitələri fərdi və kollektiv olmaqla 2 hissəyə ayrılır:

Fərdi: - xilasedici canlıq

-xilasedici dairə

-hidrokostyum

-istilik qoruyucu vasitə.

X ilasedici canlıq suya düşmüş insanın su üzərinə çıxmasını və onu bu vəziyyətdə saxlamasını elə təmin etməlidir ki, sifət su səthinin üzərində olsun. Xilasedici canlıq insanı 5 saniyə ərzində üzü üstə çevirməlidir. Xilasedici canlığa aşağıdaki tələblər qoyulur;


  1. Fit verən və işıqla təmin olunmalıdır.

  2. Bu lampanın işığı 8 saat yanmalıdır.

  3. 2 saniyə ərzində oda davamlı olmalıdır.

  4. 1 dəqiqə ərzində insan köməksiz bir şəkildə geyinməlidir.

Buradakı işıq 8 saat ərzində işləməli və dəqiqədə 50-70 dəfə yanıb sönməsi mümkün olmalıdır. Gəmidə 518 ədəd xilasedici canlıq mövcuddur.

  • “ Andoqa” gəmisində ümumi 10 ədəd xilasedici dairə mövcuddur. Bunlardan

4-ü sadə xilasedici dairə,

2-si kəndirli xilasedici dairə,

2-ü işıqlanan buy ilə xilasedici dairə

2-si tüstü şaşkası və işıq ilə xilasedici dairədir.

2 ədəd kəndirli xilasedici dairə gəmi dayanan zaman suya atılaraq insan həyatını xilas etmək üçün istifadə olunur. Bu dairələrə bərkidilən ipin uzunluğu 35m-ə bərabər olur. Normalda dairəyə bərkidilən ipin uzunluğu 30m və quraşdırıldığı yerdən suya qədər məsafənin iki mislinə bərabər olur. Leyer ipinin qalınlığı 9.5mm-ə bərabərdir.

Xilasedici dairənin üzərində olan işığın yanma müddəti 2 saat, tüstü şaşkasının tüstü vermə müddəti 15 dəqiqəyə bərabərdir. Çəkisi 5.48kg və istifadə müddəti 4 ildir.

2 ədəd ipli xilasedici dairə kapitan körpüsünün yanında, digərləri isə bortlar üzrə bölüşdürülmüşdür.

H idrokostyum gəmidə 35 ədəd yerləşir.Bunlardan:

2-si kapitan körpüsündə

31-si üst göyərtədə

3-ü Tvindexdə yerləşir.

Hidrokostyum soyuq suda insan sifəti istisna olmaqla bədən temperaturasını aşağı düşməsini azaltmaq və soyuğun təsirindən qorunmaq üçün nəzərdə tutulur. Onun üzərində:



  • Fit

  • İşıq qaytarıcı

  • Lampa

  • Batereya

Mövcud olmalıdır.Hidrokostyum oda davamlığı 2 saniyə olmalıdır. 4.5m hündürlükdən suya tullandığınız zaman xarab olmamalıdır.Bu xilas edici vasitə kənardan kömək olmadan 2 dəqiqə ərzində geyinilməlidir.Hidrokostyum suyun temperaturu 0-2C olduğu zaman 6 saat ərzində insanın bədən temperaturunu 2C-dən aşağı salmamalıdır.

“Andoqa” s/g 2 cür hidrokostyum mövcuddur:



  • Uşaq hidrokostyumu 150sm boya, 50kg-a qədər çəki üçün

  • Böyük ümumi hidrokostyum 190sm boyu və 150kg-a qədər çəki üçün hesablanmışdır.

İstilik qoruyucu vasitə bədən istiliyinin itkisinin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Bu vasitədə insanın üzü istisna olmaqla bütün bədənini örtməlidir. Kənardan kömək olmadan xilasedici qayıqda salda və ya növbətçi qayıqda onu açmaq və asanlıqla geyinmək mümkün olmalıdır. İstilik qoruyucu vasitə aşağıdakı tələblərə cavab vermlidir:

  • -30-120C-ə kimi temperaturda öz funksiyalarını yerinə yetirməlidir.

  • Bütün qayıq və salların təchizatına daxil olub, heyyətin ümumi sayının 10%-i qədər olmalıdır.Minimum 2 ədəd olmalıdır. ”Andoqa” s/g-də daxili rabitə üçün sivyaz, xarici gəmilərdə rabitə üçün isə fruno radiotelefon, fruno radoireceiver kimi aparatla istifadə olunur. Radioreceiver vasitəsi ilə məlumatlar qəbul, radiotelefon vasitəsi ilə ötürülür. Fruno naftex gəmidə hər hansı bir təhlükəli üzmə şəraitində və hava haqqında olan məlumatları qəbul edib yazılı xəbər verən cihazdır.



  • Gəmidə pirotexniki siqnal vasitələrindən fişəng vardır.”Andoqa” s/g-də 6 ədəd kapitan körpüsündə fişəng mövcuddur.



  • Həmçinin burada 2 ədəd radiolokasiya əks etdiricisi yerləşir. İş prinsipi gəmi tər olunan zaman vəzifəsinə uyğun olaraq heyyət üzvlərindən biri kapitan körpüsündən götürərək qayığa minib bundan sonra ipini çəkərək düymısinə basırıq. Bu vasitə gəmi tərk olunan zaman istifadə olunur və gəminin qəzalı vəziyyətdə olduğunu digər gəmilərə siqnal vasitəsi ilə ötürülür.



  • Gəmidə iki cür xilasedici kollektiv vasitə mövcuddur:



  • Növbətçi qayıq

  • Xilasedici sal



  • Marpol 73/78-ə əsasən dənizin çirklənməsinin qarşısının alınması üçün tələblər vardır.Gəmidə zibillər korma hissədə zibil yeşiklərində siniflərinə uyğun olaraq toplanır və sonra uyğun yerlərə təhvil verilir.



  • “Andoqa” s/g-nin kapitan körpüsündə aşağıdakı qurğular yerləşir və təyinatları:



  • Girokompas”standart-22” tipli almanya istehsalıdır. Maqnit kompasdan fərqli olaraq girokompas meridianda yüksək dayanıqlığa malikdirlər. Kurs göstərişi daha dəqiq olduğundan o gəminin yük daşıma imkanını çoxaldır, yüklərin daşınma xərclərini azaldır. Giroskopun asılma mərkəzi onun elə bir nöqtəsidir ki, rotorun bütün fırlanma hərəkətlərində o, hərəkət etməyən təkcə bir nöqtədir. Əgər giroskopun kütləsinin mərkəzi asılma mərkəzi ilə üst-üstə düşərsə, onda giroskop astatik adlandırılır, (və ya tarazlaşdırılmış) əgər üst-üstə düşmürsə, onda giroskop ağır giroskop adlandırılır.

Azad giroskop elə giroskopdur ki, ona heç bir xarici qüvvələrin momenti təsir etmir .Girokompasdan GKK-u götürülür və onun düzəlişindən istifadə edərək HK tapılır.

HK=GKK+ GK





  • Maqnit kompası “KMOT-145”- Rusya istehsalıdır.Üst göyərtədə yerləşir. KMO – T" tipli maqnit kompası (Tropik optik maqnit kompası) optik qurğuya malikdir. Optik qurğunun köməyi ilə kartuşkanın şkalası sükancının qabağında yerləşdirilmiş əksetdiriçi güzgüyə proyeksiyalanır. "KMO – T" tipli maqnit kompası eyni zamanda həm əsas (baş), həmdə yol kurs göstəriçisidir.



  • “Exalot F-3000”- Rusya istehsalıdır.Exalotdan dərinliyi ölçmək üçün istifadə olunur.Bu cihaz maksimum 3000m-ə qədər dərinliyi kildən hesablamağa imkan verir.1000-ə qədər dərinliyi 8 gedişdə ölçmək mümkündür. " F-3000" tipli naviqasiya exolotu Rusiya Dəniz Gəmiçiliyi Registri tərəfindən sertifikatlandırılıb. 10,4” TFT LCD gündüz işıqlanan monitora malikdir. İşıqlanmasının yandan tənzimlənməsi mümkündür. "F-3000" tipli naviqasiya exolotu İMO – nun yeni NSC.74(69) Rezalyusiyasının standartlarına cavab verir (Şəkil 70).

Exolotun aşağıdakı üstün cəhətləri var:

- İki hissəli 1kVt – lıq antenna;

- 5 – 1000m ölçmə diapazonu;

- Ölçülmüş dərinliyin zaman və koordinatlarla birlikdə 24 saat yaddaş qurğusunda saxlanılması;

- Audiovizual siqnalizasiya sisteminin olması (dərinlik, dibin itirilməsi);

- Özünüdiaqnostika (Nasazlıqların təyini);

- ECDİS və "Qara qutu" (VDR) üçün məlumatların NMEA-0183 RS-232C və RS-422 formatında çıxışı;

- Daimi olaraq cərəyanın yoxlanması və nasazlıq olarsa, siqnalizasiyanın işə düşməsi;

- Temperaturun göstəricisi və əlavə məlumatların displeydən silinməsi;

- Monoxrom rejimdə printerə çıxış;






  • Laq “İEL-2M”-Rusya istehsalıdır.

Laqdan biz məsafəni və sürəti təyin etmək üçün istifadə edirik. “İEL-2M” induksiya elektron laqı başqa laqlar kimi, gəminin sürətinin və gedilən məsafənin ölçülməsi üçün təyin olunmuşdur. O nisbi sürəti ölçür, yəni gəminin sürətini suya nisbətən təyin edir . Gəmi sürətinin və onun getdiyi məsafənin indiqasiyası üçün laqda iki qurğu vardır: sürət göstəricisi və məsafə sayğacı. Hər iki indiqator məsafəli repiter verilişi ilə təchiz olunmuşdur. “İEL-2M” laqınının komplektinə aşağıdakı cihazlar daxildir:

- induksiya çevricisi ;

- qida cihazı;

- uzlaşdırıcı cihaz ;

- gəminin sürət göstəricisi ;

- gəminin V sürətinin və gedilən S məsafəsinin göstəricisi ;

- məlumatların (informasiyaların) çoxaldıcısı .

L
aqın həssas elementi induksiya çevricisi (İÇ) olub, gəminin v sürətinə mütənasib olan ~Uiç siqnalını hasil edir. İnduksiya çevricisnin, yəni laqın həssas elementinin işləmə prinsipi yuxarıda, geniş izah olunmuşdur.



  • Radar ; “KODEN 1810”

“Furuno FR-2115”

Bu radarların hər ikisi Yaponiya istehsalıdır.Radar 360 dərəcəlik dairə boyunca oriyentirlərə qədər olan məsafəni təyin etmək, həmçinin ətrafda olan cisim və digər gəmilərin yerini təyin edərək toqquşma təhlükəsinin qarşısını almaq üçün istifadə olunur.

-GPS“Furuno GP-90” Yaponya istehsalıdır. Bu cihazan biz enin dairəsini (şratanı- ) və uzunluq dairəsini (dalqatanı-µ) götürərək xəritədə gəminin yerini təyin edirik.Uzunluq dairəsi µ-a şərqə və qərbə doğru 180 dərəcəyə en dairəsi -i

şimala və cənuba doğru 90 dərəcəyə qədər hesablanır.





  • “NavTex NT-700” sahilyanı naviqasiyaya aid məlumatları qəbul edir.Həmçinin hava haqqında məlumatları da ekranda göstərin.



  • “AİS FURUNO FA-150” yaponiya istehsalıdır.Gəmiləri müşahidə etmək üçündür.AİS-ə gəminin danıları yəni xüsusiyyətləri daxil edilir.



  • “VRK KAMEWA”- sükan

  • Gəmidə 2 ədəd Holla tipli lövbərlər yerləşir.

Lövbər zəncirinin kalibri 40 mm,

Sol lövbər zənciri 725 m,sağ lövbər zənciri 750m-ə bərabərdir.Lövbərin kütləsi 2460 kq-dır. Lövbərlər “sağ lövbər və ya sol lövbər suya” komandası ilə suya endirilir.Lövbər zəncirləri markalanır-1-ci smiçkanın axırıncı həlqəsi,2-ci smıçkanın 1-ci həlqəsi, ikinci smıçkanın axırıncı 2 həlqəsi 3-cü smıçkanın əvvəl 2 həlqəsi və belə davam edir.Smıçkanın uzunluğu 27,5m olur.Andoqa gəmisində 29 smıçka olub, hər smıçka 25m olur.

Lövbər zəncirini vermək və yiğmaq üçün BRAŞPİL və ŞPİL qurğusundan istifadə olunur.

Braşpil və Şpilin əsas fərqləri : braşpilin oxunun üfüqi və şpilin oxunun vertikal olmasıdır. Şpilin mexanizmi onun alt hissəsində yerləşir.



  • Yanalma quröusundan gəmi körpüyə yaxınlaşan zaman və ya hansısa körpüyə yan alan zaman istifadə olunur.Yanalma qurğusuna aşağıdakılar daxildir.

  • Klyuzlar

  • Kraneslər

  • Knextlər

  • Burazlar

Lövbər quruluşunda həmçinin yanalma quruluşunun tərkibinə daxildir.

  • Ballast sistemi ballast götürülməsi, boşaldılmasına, gəminin suya oturumunu və kren_differenti dəyişmək məqsədi ilə istifadə olunur.Ballast sistemi gəminin suya oturumunu tənzimlənməsi məqsədilə və yük əməliyyatı zamanı kren və differentinkompensasiya edilməsi üçün istifadə edilir.Ballast sistemində istifadə olunan borular mümkün olduğu ölçüdə maşın qaydaları və istəklərinə uyğun olmalıdır.Ballast sisteminin boruları termoplastik və ya karbonlu borular olur.borular həm də pas atmayana poladdan hazırlanır.

Quruducu sistem-buraxıla bilən lren və differenti saxlamaq istənilən hər hansı bir bölmədən yığılmış suları xaric etmək qabiliyyətinə malikdir.quruducu sistem aşağıdakı hissələrdən ibarətdir-

  • Nasoslar

  • Boru kəməri

  • Cihazlar

  • Klapanlar

  • Qoruyucu təbəqələr

  • Siqnalizasiya qurğusu

Nəticə

“Andoqa” s/g- də qəza xəbərdarlıq işarə və simvolları ilə tanış oldum. Siqnalizasiyaların növləri ilə və siqnalizasiya verilən zaman nə edəcəyimlə bağlı məlumatlandırıldım. Bütün xilasetmə avadanlıqlarının haqqında məlumat əldə etdim və onlardan nece istifadə olunacağı öyrəndim. Kapitan körpüsündə yerləşən naviqasiya cihazları ilə tanış oldum, onların iş prinsipi haqqında məlumatlandırıldım. Həmçinin , xəritədə gəminin yerinin təyin olunması, kurs xəttinin Girokompasdan götürülmüş girokompas kursu və girokompasın düzəlişi vasitəsilə tapılan Həqiqi kurs bucağı vasitəsilə çəkilməsini öyrəndim. Sonra xəritədə sirkulyasiya prosesi haqqında praktiki hesablamalar apardım. Lövbərlərin işə salınma mexanizmləri ilə və lövbər zəncirinin yiğilib verilməsi üçün lazım olan braşpil və şpilin hissələri və iş prinsipləri ilə tanış oldum. Yanalma kəndirlərinin sahilə verilməsi və onların təhlükəsiz bir şəkildə knextə bağlanmasını öyrəndim.
Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə