Azərbaycan döVLƏt aqrar universiteti müHƏNDİSLİk fakultəSİ KƏnd təSƏRRÜfati texnikasi kafedrası


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI



Yüklə 0,73 Mb.
səhifə7/8
tarix22.05.2018
ölçüsü0,73 Mb.
#45391
növüMühazirə
1   2   3   4   5   6   7   8

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

MÜHƏNDİSLİK FAKULTƏSİ

KƏND TƏSƏRRÜFATI TEXNİKASI
kаfedrası


MÜHAZİRƏCİ: DOSENT İSAYEV AYDIN YUNUS OĞLU

Fənn: Traktor və avtomobillər (mod-2)

Mühazirə 13

MÖVZU:

MÜHƏRRİKİN KİNEMATİKASI.

Mühazirənin planı:
1.ÇARXQOLU-SÜRGÜQOLU MEXANİZMİNİN KİNEMATİKASI.
ƏDƏBIYYAT SIYAHISI

1. Болтинскй В.Н. Теория, конструкция и расчет тракторных и автомобильных дивигаталей. Изд.


2.F.Ə.NAMAZOV. TRAKTOR VƏ AVTOMOBİL MÜHƏRRİKLƏRİNİN NƏZƏRİYYƏSİ
GƏNCƏ 2017

Çarxqolu-sürgüqolu mexanizminin kinematikası
Mühərrikdə porşenin irəli-geri hərəkəti dirsəkli valın fırlanma hərəkətinə çar-xqolu-sürgüqolu mexanizmi ilə həyata keçirilir Mühərriklərdə iş tsiklinin təşkilin-dən, onların vəzifəsindən və s. faktorlardan asılı olaraq çarxqolu-sürgüqolu mexa-nizminin müxtəlif konstruktiv sxemlərindən istifadə edilir (şəkil 1).

Mərkəzi (normal) çarxqolu-sürgüqolu mexanizmi – bu sxemdə silindrin oxu dirsəkli valın oxu ilə kəsişir və avtotraktor mühərriklərində geniş yayılmış sxemdir (şəkil 1,a).


həsənov ayaz 035
Şəkil 1. Çarxqolu-sürgüqolu mexanizmlərinin sxemləri: a- mərkəzi; b – qeyri-mərkəzi (dezaksil); v –mürəkkəb.
Qeyri –mərkəzi (dezaksial) çaxrqolu-sürgüqolu mexanizmi – bu sxemdə silin-drin oxu dirsəkli valın oxuna nəzərən bir qədər (porşen yolunun 10 faizindən çox olmamaq şərtilə) yana sürüşdürülür.

Məqsəd bəzi avtomobil mühərriklərində porşen və silindrlərin səthinə düşən normal təzyiqi müəyyən qədər azaltmaqdır (şəkil 1,b).

Mühərriklərdə digər daha mürəkkəb olan sxemlərdən də istifadə edilir, lakin mürəkkəb konstruksiyalı belə çarxqolu-sürgüqolu mexanizmləri avtotraktor quru-culuğunda az inkişaf tapmışdır (şəkil 1, v).

Silindrin diametri D və porşenin yolu S təyin edildikdən sonra, mühərrikin əsas hissələrinin konstruktiv forma və ölçülərini əsaslandırmaq üçün onun işi za-manı meydana çıxan bütün qüvvələrin təsirini öyrənmək lazımdır. Bu qüvvələrin qiyməti qismən çarxqolu-sürgüqolu mexanizmi hissələrinin ölçülərindən asılıdır. Bu ölçülərdən başlıcası r dirsəkli valın radiusu və l sürgüqolunun uzunluğudur.

Mərkəzi çarqolu-sürgüqolu mexanizmində və sürgüqolunun uzunluğu l, nisbətindən təyin edilir.

Avtotraktor mühərrikləri üçün hüdudunda qəbul edilir.

Ətalət qüvvəsini və silindrin divarına təsir edən normal qüvvəni azaltmaq məqsədilə nisbətən uzun sürgüqolu seçilir, lakin l –in çox götürülməsi mühərrikin qabarit ölçülərinin artmasına səbəb olur. Silindrin diametri kiçik olan mühər-riklərdə sürgüqolunun silindrin aşağı tərəfinə toxunma təhlükəsi olduğu üçün aşağı hüduda yaxın seçilməlidir.

Bütün yuxarıda qeyd edilənləri nəzərə alsaq və bir sıra başqa məsələləri həll etmək üçün porşenin yol, sürət və təcilinin dirsəkli valın dönmə dərəcəsindən asılı olaraq dəyişməsini –kinematikasını öyrənmək lazımdır.

Porşenin yerdəyişməsi –yolu (şəkil 2).

həsənov ayaz 036
Şəkil 2. Mərkəzi çarxqolu-sürgüqolu mexanizmi.
(1)

Bu düsturdan istifadəni asanlaşdırmaq məqsədilə ilə əvəz edək:



(2)

(3)

Bərabərliyi sağ tərəfini Nyuton binomuna görə hissələrinə ayrısaq.



Avtotraktor mühərrikləri üçün binomun üçüncü həddi və ondan sonrakı hədlər çox kiçik olduğundan, praktiki məsələlərin həllində onlar nəzərə alınmır.



nın təqribi qiymətini (1) tənliyində yerinə yazsaq,

(4)

Yol düsturundan (4) göründüyü kimi onu iki sərbəst yolun cəmi kimi də ifa-də etmək olar: porşenin I tərtib yolu, porşenin II tərtib yolu .



həsənov ayaz 037
Şəkil 3. Porşenin yol qrafiklərinin qurulması: a –analitik üsulla; b – F.A. Briks üsulu ilə; v – I və II tərtib yolları toplamaqla.
ifadəsi F.Briks düzəlişi adlanır və onun fiziki mənası porşenin I hissədə () tam yarıdan çoxunu, II hissədə isə () əksinə, yarıdan azını qət etdiyini göstərir.
həsənov ayaz 038
Şəkil 4. Porşenin surət qrafiklərinin qurulması: a – analitik üsul; b –qrafiki üsul; v –I və II tərtib surətləri toplamaqla

F.Briks düzəlişindən istifadə edərək porşenin yerdəyişməsini qrafiki olaraq da qurmaq mümkündür.

Bəzi ədəbiyyatlarda porşenin yolu aşağıdakı kimi də ifadə olunur.

(5)

Porşenin sürəti (4) ifadəsindən təyin edilir:



;

bucaq sürəti olduğunu nəzərə alsaq,

(6)

qiymətində olur, 90 və 270o qiymətlərində isə müva-fiq surətdə və -olacaqdır.

Porşenin təcili aşağıdakı kimi təyin edilir:



(7)

Dirsəkli valın müxtəlif dönüm dərəcələrində çıxarılmış (5), (6) və (7) ifadələri ilə hesabat aparılır və onların qrafiki qurulur. Qrafiklər həm analitik və həm də qrafiki üsulla qurula bilər. (şəkil 2, 3 və 4).


həsənov ayaz 039

Şəkil 4. Porşenin təcil qrafiklərinin qurulması: a –analitik üsul; b-qrafiki üsul; v –I və II tərtib təcillərin toplanması.




AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

MÜHƏNDİSLİK FAKULTƏSİ

KƏND TƏSƏRRÜFATI TEXNİKASI

kаfedrası

MÜHAZİRƏCİ: DOSENT İSAYEV AYDIN YUNİS OĞLU

Fənn: Traktor və avtomobillər (mod-2)

Mühazirə 14

MÖVZU:

MÜHƏRRİKİN DİNAMİKASI.

Mühazirənin planı:
1.MÜHƏRRİKİN DİNAMİKİ HESABATININ ƏSASLARI.

2. ÇARXQOLU- SÜRGÜQOLU MEXANİZMİNDƏ YARANAN ƏTA-LƏT QÜVVƏLƏRİ.

3. MÜHƏRRİKLƏRDƏ QEYRİ- MÜNTƏZƏMLİK.
ƏDƏBIYYAT SIYAHISI

1. Болтинскй В.Н. Теория, конструкция и расчет тракторных и автомобильных дивигаталей. Изд.


2.F.Ə.NAMAZOV. TRAKTOR VƏ AVTOMOBİL MÜHƏRRİKLƏRİNİN NƏZƏRİYYƏSİ

GƏNCƏ 2017


Mühərrikin dinamiki hesabatının əsasları
Mühərrikin işi zamanı çarxqolu-sürgüqolu mexanizminə silindrdə qazların təzyiq qüvvəsi, irəli-geri hərəkət edən hissələrin ətalət qüvvələri, qovşaq hissələri arasında sürtünmə qüvvəsi və ağırlıq qüvvəsi təsir göstərir.

Sürtünmə qüvvəsini təyin etmək oldquca çətindir və bu itkilər mexaniki f.i.ə. tərəfindən nəzərə alındığı üçün mühərrikin dinamiki hesabatında nəzərə alınmır.

Ağırlıq qüvvəsi də yüksək fırlanma tezliyinə malik olan (dəq-1) mühər-riklərdə nəzərə alınmır. Beləliklə, mühərrikin dinamiki hesabatında əsasən qazların təzyiq qüvvəsi və ətalət qüvvələrinin hesabatı aparılır.

Qazların təzyiq qüvvəsi mühərrikdə iş tsiklinin axımından asılı olub, çox mü-rəkkəb qanunauyğunluqla dəyişir və dəqiq riyazi üsulla onun təyin olunması çətin-dir. Buna görə də qazların təzyiq qüvvəsi təcrübi və ya nəzəri üsulla qurulmuş indi-kator diaqramından müəyyən olunur.

Ətalət qüvvələri dəyişən sürət və təcillə hərəkət edən hissələrin kütləsindən asılıdır. Müasir minik avtomobillərinin karbüratorlu mühərriklərində porşenin orta sürəti təcili isə a çatır. Yarış avtomobillərində isə (n=9000...12000 dəq-1) müvafiq surətdə qədər ça-tır. Ətalət qüvvələri irəli-geri hərəkət edən hissələrin (kütlələrin) ətalət qüvvəsin-dən və fırlanan kütlələrin ətalət qüvvələrindən – mərkəzdən qaçma qüvvə-lərindən Pc ibarətdir.

Qazların təzyiq qüvvəsi aşağıdakı ifadədən təyin oluna bilər (şəkil 1).



həsənov ayaz 040

Şəkil 1. Mühərrikin işi zamanı mərkəzi çarxqolu –sürgüqolu

mexanizminə təsir edən qüvvələr

(1)

burada işçi təzyiqdir.



(2)

burada cari təzyiq olub, indikator diaqramından götürülür.



atmosfer təzyiqi olub, porşenə karter tərəfdən təsir etdiyi üçün mənfi işarəsi ilə qəbul edilir.

Silindrin oxu boyunca porşen barmağına həmçinin irəli-geri hərəkət edən küt-lələrin ətalət qüvvələri də təsir göstərir. Onda slindrin oxu boyunca təsir edən qüv-vələrin cəbri cəmi:



(3)

qüvvəsinin sürgüqolu boyunca və silindrin oxuna perpendikulyar N istiqamətində iki toplanana ayırsaq,

; (4)

(5)

qüvvəsinin öz istiqamətində dirsəkli valın sürgüqolu boynuna köçürsək və dirsəkli valın mərkəzinə bir-birinə bərabər və əks istiqamətdə yönəlmiş qüvvəsi-nə paralel qüvvələr tətbiq etsək,

(6)

Momenti və sərbəst qüvvəsini alarıq. Burada mühərrikin burucu mo-menti adlanır və h şəkil 1-dan təyin edilir:



(7)

Azad qüvvəsini isə silindrin oxu və oxa perpendikulyar istiqamətdə iki top-lanana ayırsaq, onlardan biri N normal qüvvəni



; (8)

digəri isə silindrin oxu boyunca təsir edən qüvvəsini verəcəkdir.



(9)

A qoluna malik olan N cüt qüvvələri əks burucu moment --- yaradır, buna aşı-rıcı moment də deyilir. müsbət qəbul edildiyi üçün aşırıcı moment mənfi işa-rəsi ilə yazılır:

m ---=-NA (10)

(11)

Yuxarıdakı ifadələrdən göründüyü kimi, aşırıcı moment qiymətcə dirsəkli valda yaranan burucu momentə bərabər olub, mühərrikin işi zamanı traktor və avtomobilin çərçivəsinə verilir.



Çarxqolu-sürgüqolu mexanizmində yaranan

ətalət qüvvələri

İrəli-geri hərəkət edən kütlələrin ətalət qüvvəsi dirsəkli valın dönmə dərə-cəsindən asılı olaraq aşağıdakı kimi təyin edilir:



(12)

burada irəli-geri hərəkət edən hissələrin kütləsi olub, təqribi olaraq iki küt-lənin cəmi kimi təyin edilir:



(13)

burada porşen komplektinin (üzüklər və barmaqla birlikdə) kütləsi;



sürgüqolunun porşen başlığında cəmləşən və onunla birlikdə irəli-geri hərəkət edən hissələrin kütləsidir. m1 təqribi olaraq aşağıdakı kimi təyin edilir (şəkil 2,a).

(14)

burada sürgüqolunun kütləsidir.

Ətalət qüvvələrinin ifadəsini aşağıdakı kimi də yazmaq olar:

(15)

;

İfadədən göründüyü kimi in dəyişmə periodu dirsəkli valın bir tam döv-ründə təvafüq edir və buna görə də birinci sıra (tərtib) ətalət qüvvəsi adlanır. üçün dəyişmə periodu isə dirsəkli valın yarım dövrünə () təvafüq edir və ikinci tərtib ətalət qüvvəsi adlanır (şəkil 2, v)




həsənov ayaz 041
Şəkil 2. Sürgüqolunun kütləsinin paylanması (a), dirsəyin qərarlaşmamış his-səsi (b) və ətalət qüvvələrinin qurulması.
Ətalət qüvvələri əgər dirsəkli valın oxuna tərəf yönəlmişsə, onun işarəsi «+», əksinə isə «–» qəbul edilir.

İkinci tərtib ətalət qüvvəsinin qiyməti birinci tərtib ətalət qüvvəsinə nisbətən 3,5...4,5 dəfə kiçik olur, çünki həmin ifadəyə kəmiyyəti daxildir.

Fırlanan kütlələrin ətalət qüvvəsi mərkəzdənqaçma qüvvəsinə bərabər olub, aşağıdakı kimi təyin olunur:

(16)

burada müvazinətləşməyən fırlanan hissələrin kütləsi olub, yenə təqribi olaraq iki kütlənin cəmi kimi qəbul edilir:



(17)

burada müvazinətləşməyən və r radiusu qədər köçürülmüş dirsəkli valın bir boyunun kütləsidir. kütləsi ya bir boyunun en kəsik sahəsinin miqyasla çə-kilmiş proyeksiyasından hesablanır (şəkil 2, b), ya da əkstip mühərriklərdən qəbul edilir.



dirsəkli valın sürgüqolu boynuna cəmləşmiş və onunla birlikdə fırlanma hərəkəti edən hissələrin kütləsi olub, təqiribi olaraq aşağıdakı kimi qəbul edilir (şəkil 2, a):

Beləliklə, sürgüqolunun kütləsi hesablama işlərini asanlaşdırmaq məqsədilə üç yerə yox, iki yerə bölünmüş hesab edilir. Sürgüqolunun ağırlıq mərkəzində cəmləşən və mürəkkəb (yastı-paralel) hərəkət növü yerinə yetirən kütlə şərti olaraq sürgüqolunun yuxarı və aşağı başlıqları arasında paylanır.

Çarxqolu-sürgüqolu mexanizmi hissələrinin kütləsi silindrin diametrindən ası-lı olaraq cədvəl 1-dən qəbul edilə bilər.
Çarxqolu-sürgüqolu mexanizmi hissələrinin kütlə

göstəricilərinin qiymətləri

Cədvəl 1.


Çarxqolu-sürgüqolu mexanizminin elementləri

Konstruktiv kütləsi

Karbüratorlu

Dizel

D=60...100mm

D=80...120mm

1

2

3

Porşen komplekti ; porşen alüminium ərintisindən

80...150

150...300


Porşen çuğundan

150...250

250...400

Sürgüqolu

100...200

250...400

Valın müvazinətləşməyən hissəsi əksyüksüz ; poladdan basma üsulu ilə hazırlanmış val

150...200



200...400



Çuqundan tökmə üsulu ilə hazırlanmış val

100...200


150...300




qüvvəsi dirsəkli valın radiusu boyunca istiqamətlənib, üfüqi və şaquli istiqamətdə iki toplanana ayrıla bilər:

; (18)

; (19)

Ətalət qüvvələrinin diaqramı da ya analitik, ya da qrafiki üsulla qurula bilər (şəkil 2).

Dinamiki hesabat nəticəsində çarxqolu-sürgüqolu mexanizminə təsir edən qüvvələrin (P, Pj, P1, Pt və N) mühərrikin bir iş tsikli üçün (4 taktlı mühərriklərdə 2 taktlıda ) açılış diaqramları qurulur (şəkil 3). Bu diaqram-lardan istifadə edərək mühərrik hissələrinin yoxlayıcı –möhkəmlik hesabatı aparılır, bir silindr üçün və bütün silindrlər üçün əvəzləyici tangensial qüvvələr T (diaqramı sürüşdürmə yolu ilə) və burucu moment təyin edilir (şəkil 4), dirsəkli valın qeyri-müntəzəmlik dərəcəsi təhlil edilir, dirsəkli valın ana və sürgüqolu boyunlarını yük-ləyən qüvvələrin polyar diaqramı qurulur və digər hesabatlar aparılır.

Dirsəkli valın yastıqlarının həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə çoxsilindrli mühərriklərdə sürgüqolu boyunları müəyyən bucaq altında yerləşdirilir və ayrı –ayrı silindrlər dirsəkli valın eyni dönmə bucaqlarından bir iş-ləyirlər.

Dirsəkli valın bütün vəziyyətlərində sürgüqolu və ana boyunlarının, onların içliklərinin yüklənmə bölgəsi və dərəcəsini, təsir edən qüvvələrin istiqamətini təyin etmək məqsədilə boyunlara düşən təzyiqlərin vektor və açılmış diaqramlarından istifadə edilir. Açılmış diaqramlarına görə boyunlara və yastıqlara düşən maksimal və orta xüsusi təzyiqin qiymətləri tapılır.

həsənov ayaz 042

Şəkil 3. Çarxqolu-sürgüqolu mexanizminə təsir edən qüvvələrin

açılış diaqramları.

Vektor diaqramları dirsəkli valın boyunlarında yerləşən yağ deşiklərinin ən əl-verişli yerini təyin etmək üçün və porşenlərin soyudulmasını təmin etmək məq-sədilə istifadə edilir. Vektor diaqramlarına görə ən böyük və ən kiçik sürtünmə sa-hələri müəyyənləşdirilir və həmçinin, yastıqların hidrodinamiki hesabatları aparılır.


həsənov ayaz 043
Şəkil 4. 4 taktlı, 4 silindrli mühərrikin burucu momentinin təyini.
Vektor diaqramları polyar koordinat sistemində 4 taktlı mühərriklər üçün dir-səkli valın 720o, 2 taktlı mühərriklər üçün isə 360o dönümü üçün qurulur. Polyar koordinat sistemində qurulmuş vektor diaqramına görə boyunların yeyilmə diaq-ramları qurulur. Yeyilmə diaqramı boyunların yeyilmə xarakteri haqqında tam tə-səvvür yaratmağa imkan verir.
Mühərriklərdə qeyri-müntəzəmlik

Dinamikaya aid bütün nəzəri məsələlərin təhlilində dirsəkli valın mütləq sərt olması və onun bucaq sürətinin sabit olması şərtləri qəbul edilmişdir. Həqiqətdə isə burucu momentin mütəmadi dəyişməsi nəticəsində və çarxqolu-sürgüqolu mexa-nizminin kinematik xüsusiyyətləri ilə əlaqədar olaraq, dirsəkli valın bucaq sürəti mühərrikin hətta ən dayanıqlı –qərarlaşmış qəbul etdiyimiz iş rejimində belə vaxta-şırı dəyişir.

Burucu momentin qeyri-müntəzəmliyi dirsəkli valda burulma yırğalanmasının əmələ gəlməsinə səbəb olur ki, bu da dirsəkli valın qeyri-müntəzəm fırlanmasını artırır. Mühərrikin əvəzləyici momentinin müntəzəmlik dərəcəsi burucu
; (20)

(21)

Mühərrik o zaman müvazinətləşmiş olur ki, çərçivəyə ötürülən qüvvələr qiy-mət və istiqamətcə sabit olsunlar. Mühərriklərin müvazinətliyi silindrlərin sayın-dan və yerləşmə vəziyyətindən, dirsəkli valın konfiqurasiyasından asılıdır.

Birsilindrli mühərriklərdə bütün qüvvələrin təsir istiqaməti eyni müstəvi üzə-rində yerləşir və dirsəkli valın oxu ilə eyni 0 nöqtəsində kəsişirlər, ona görə də bu mühərriklərdə müvazinətləşməyən moment yoxdur: (şəkil 5)
həsənov ayaz 044
Şəkil 5. Birsilindrli mühərriklərin müvazinətləşməsi:
a -əksyüklə birlikdə mərkəzi çarxqolu-sürgüqolu mexanizminin sxemi; b – Pj1 və Pj2 qüvvələrini müvazinətləşdirən mexanizmin sxemi.
;

qüvvəsinin kosinus qunun ilə dəyişdiyini nəzərə alsaq, onu müvazinətləş-dirmək üçün silindrin oxu boyunca elə qüvvə tətbiq etmək lazımdır ki, o da kosi-nus qanunu üzrə dəyişməklə istiqamətcə Pj1-in əksinə yönəlmiş olsun. Bu məqsəd-lə çarxqolunun radiusu boyunca m kütləsinə bərabər olan əksyük yerləşdirsək, onun yaratdığı mərkəzdən qaçma qüvvəsinin () silindrin oxu istiqamə-tində toplananı qüvvəsini müvazinətləşdirə bilər. Lakin Pbu zaman silindrin oxuna perpendikulyar müstəvidə əlavə qüvvə yaranır. Başqa sözlə, çərçivəyə ötürülən qüvvə bir müstəvidən başqa müstəviyə keçirilir. Bu üsuldan is-tifadə edərək qüvvəni mühərrikin daha dayanıqlı olduğu müstəviyə keçirmək mümkündür və Pj1-in deməli tam müvazinətləşməsi mümkün deyil.

Birsilindrli mühərriklərdə Pj1-in tam müvazinətləşməsi üçün xüsusi quruluşa malik olan tarazlaşdırıcı qurğudan istifadə edilir (şəkil 5, b). Bu zaman bir-birinin əksinə fırlanan iki val 5 və 6 üzərində əksyük yerləşdirilir. Həmin əksyüklərin ya-ratdığı mərkəzdənqaçma qüvvəsinin üfüqi toplananları bir –biri ilə daim müva-zinətləşirlər, şaquli toplananların cəmi isə R=Pjl ilə müvazinətləşir.

Pj2-ni əksyüklə müvazinətləşdirmək qeyri-mümkündür. Pj2-nin müvazinətləş-dirilməsi mühərrikin konstruksiyasını çox mürəkkəbləşdirir. Buna görə də Pj2 mü-vazinətləşmir və sərbəst qalır.

Fırlanan hissələrin yaratdığı mərkəzdənqaçma ətalət qüvvələri müvafiq əks-yüklər qoymaqla asanlıqla müvazinətləşdirilir:



; (22)

; (23)

şərtindən əksyükün kütləsi mrx müəyyən olunur.

Avtotraktor mühərriklərində aşırıcı moment – müvazinətləşmir və maşının çərçivəsinə verilir.

İkisilindrli bircərgəli mühəriklərdə dirsəkli valın boyunları birtərəfli yerləşdi-rildikdə (təzyiq 360o-dən bir təkrar olunur)



(24)

(25)

(26)

İkisilindrli mühərriklərdə dirsəkli valın boyunlarının bir-birinə nəzərən yerləş-mə vəziyyətindən asılı olaraq onların müvazinətlik şərtləri də dəyişir (şəkil 6).


həsənov ayaz 045
Şəkil 6. Dirsəkli valın müxtəlif konfiqurasiyasında və silindrlərin

müxtəlif yerləşmə vəziyyətində ikisilindrli mühərriklərin müvazinətləşmə sxemləri.


Dirsəkli valın boyunları birtərəfli yerləşdirilən mühərriklərdə müvazinətləş-məyən moment yoxdur:

;

Dirsəkli valın boyunları 180o bucaq altında yerləşdikdə silindrlərin oxu istiqa-mətində müvazinətləşməyən moment yaranır:



(27)

burada silindrlər arası məsafədir.

Dördsilindrli bircərgəli mühərriklərdə dirsəkli valın dirsəkləri bir qayda olaraq bir-birinə 180o bucaq altında yerləşir. Belə mühərriklərdə Pj1-lər bir-biri ilə müva-zinətləşir:

Bütün silindrlərdə Pj2 –bir-birinə bərabər olmaqla eyni istiqamətə yönəlmişdir:



(28)

İkisilindrli “V” şəkilli mühərriklərdə silindrlər arasındakı bucağın olduğunu nəzərə alsaq, birinci silindrlər üçün



(29)

İkinci silindr üçün isə



(30)

bir-birinə perpendikulyar olduğu üçün

(31)

Deməli, əksyük vasitəsilə sadə üsulla müvazinətləşdirilə bilər. Bu mühər-riklərdə də müvazinətləşmir və maşının çərçivəsinə ötürülür. Mərkəzdənqaçma qüvvəsi isə yanacaqlarda yerləşdirilən əksyüklərlə müvazinətləşdirilir.

Çoxsilindrli mühərriklərin müvazinətləşməsi 2 və 4 silindrli mühərriklərin xü-susi halı kimi baxılır.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə