36
özü mə həqarət gətirəcəyimdən qorxub [mən belə hərəkət etdim]. Yo xsa adamlar
deyərdilər ki, əlahəzrət sultan Məsudun, Allah ona rəhmət eləsin, qardaşı
Süley man şah talenin hökmünə buraxılıb! [Ancaq] indi artıq aydındır ki, Sultan
birdir və buna görə də mən ölkənin [idarə] yüyənini ona verirəm. Mən sənə tabe
olanlardan birincisi olacaq və sənin [başçılıq etdiyin] cəmiyyətə daxil o lacağam".
Sultan onun üzrxah lığ ını qəbul etdi və bir daha itaətdən çıxmayacağı
haqqında Atabəydən iltizam alıb, onu Arrana hakim təyin etdi. Marağa hakimi
Arslan Apa ibn Ağ Sunqur əl-Əh mədili A zərbaycana hakim təyin edildi
1
.
Sultan Məhəmməd yenidən Bağdada hücuma hazırlaşmağa başladı, ancaq
çox keçmədi ki, xəstələndi və 554-cü il zilqədənin sonunda (dekabr, 1159) ö ldü
2
.
Məhəmmədin ölümündən sonra, Sultan taxtına namizəd seçmək ətrafında
əmirlər arasında fikir ayrılığı yarandı. Əmirlərin bir hissəsi Məhəmmədin qardaşı
şahzadə Məlik şaha meyil göstərir, başqa bir qismi anası Eldənizin arvadı olan
şahzadə Arslan şahı sultan görmək istəyir, üçüncü tərəf isə Süleyman şahı sultan
seçmək istəyirdi. Süleyman şahın tərəfdarları üstünlük qazandı. Belə ki, bu hissənin
başında böyük bir ordusu olan Rey hakimi İnanc dururdu. Süleyman şah sultan oldu. Bir
yandan da, xəlifə əl-Müqtəfi onun sultan mənsəbini artıq təsdiqləmiş və adına xütbə
oxutdurmuşdu
3
.
Yeni sultan Süleyman şah atabəy Eldənizin qüdrət və nüfuzunu, onun necə
təhlükə yarada biləcəyini görüb, atabəyə oğulluğu şahzadə Arslan şahın vəliəhd təyin
edilməsi haqqında əmr göndərdi. Arslan şahın adı xütbələrdə çəkilməyə, sikkələrdə
basılmağa başlandı
4
.
İsfahanda oturan Məlik şah əmisi Süleyman şaha itaət etməkdən boyun qaçırdı.
O, bir qədər qoşun topladı, Süleyman şahın adını xütbədən çıxarmaq tələbilə xəlifəyə
məktub göndərdi və onu Bağdada hücumu ilə hədələdi. Xəlifənin vəziri ibn Hübeyrə
Məlik şaha bir kəniz bağışladı və 555-ci il rəbiü ləvvəldə (mart, 1160) Məlik şah
zəhərləndi. İsfahan əhalisi bu hadisədən sonra Məlik şahın adamlarını şəhərdən
qovdu və Süleyman şaha and içdi
5
.
555-ci il rəbiüləvvəlin 2-də (10.03.1160) xəlifə əl-Müqtəfi vəfat etdi. Səlcuqilər
dövründə o, birinci xəlifə idi ki, Səlcuq nəslinin ayrı-ayrı nümayəndələri arasında
gedən ara müharibələrindən istifadə edərək, müstəqil hakim olmuşdu.
Müqtəfınin oğlu əl-Müstəncid yeni xəlifə seçildi
6
. O, Süley man şaha
göndərdiyi məktubda itaətdə olmağı və atası xəlifə əl-Müqtəfin in dövründə olduğu
kimi, indi də Su ltanın hakim o lduğu bütün yerlərdə oxunan xütbələrə xəlifə n in
1
Əl-Hüseyni, vər.79b-80a.
2
İbn əl-Əsir, IX, səh.52; yenə də onun: "Atabəylər", səh. 114; əl-Bundari, səh. 255,285-288; Ravəndi,
səh. 257-259; İbn əl-Cövzi, X, səh.181; Rəşidəddin, 2/1, səh.80.
3
İbn əl-Əsir, IX, səh.67; Əbül-Fida, III, səh.564; Naməlum müəllif, D-173, vər.672b.
4
İbn əl-Əsir, IX, səh. 68; əl-Bundari, səh.289-290; Yəzdi, səh.144; Ravəndi, səh.264, 272.
5
İbn əl-Əsir, IX, səh.71; əl-Bundari, səh.295-296; Ravəndi, səh.264; İbn əl-Cövzi, X, səh.198.
6
İbn əl-Əsir, IX, səh.68-69; yenə də onun: "Atabəylər", səh.114; əl-Bundari, səh.289-292.
37
adının salın masını tələb edirdi. Sü ley man şah bütün şərtləri qəbul etdi və eyni
zamanda özünün gizli fikrinə görə, Bağdadda sultanın canişini olacaq iki qazını
oraya göndərdi. Ancaq xəlifə əl-Müstəncid sultanm elçilərini qəbul etmədi,
bununla Bağdadın Səlcuqilərdən asılı olmadığın ı b ir daha təsdiq etdi
1
.
Sultan Süley man şah əyyaşlığı üstün tutub (o hətta ramazan ayında da çaxır
içirdi), dövlət işləri ilə məşğul olmurdu. Ço x çəkmədi ki, əmirlər və ruhanilər ona
qəsd düzəltdilər. 555-ci il şəvvalda (oktyabr, 1160) əmirlər Sü ley man şahı həbs
etdilər, vəzirini və yaxın adamlarını edam etdilər, ö zünü Həmədan qalasına
saldılar. 556-cı ilin rəbiü ləvvəl ayın ın 12-də (11.04.1161) onu orada ya boğmuş, ya
da zəhərləmişdilər
2
.
II FƏSĠL
AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN
YARANMASI VƏ ÇĠÇƏ KLƏ NMƏS Ġ
Dövlətin banisi ġəmsəddin Eldəniz
Orta əsr mənbələrinin çoxu Şəmsəddin Eldənizin gənclik illərinə aid yalnız cüzi
məlu matlar verir
3
, həm də bu məlumatlar bir-birinin eynidir. Yalnız daha sonrakı
müəlliflər- Mirxond (1433-1498) "Rövzət əs-səfa" və onun nəvəsi Xondəmir (1475-
1536) "Həbib əs-siyar" əsərində Eldənizin gəncliyi haqqında bir qədər ətraflı məlumat
vermişlə r
4
.
Mirxond yazır: Məlumatlı tarixçilər xəbər verirlər ki, qıpçaqların ölkəsində
qədim çağlarda belə bir adət var idi: əgər hər hansı bir tacir birdəfəyə 40 qul alsaydı,
onlan satan ondan yalnız otuz doqquzunun pulunu alır, q ırxınc ını pulsuz verirdi.
Belə olmuşdu ki, Sultan Mahmudun hakimiyyəti dövründə (1118-1131) bir
qul alverçisi 39 qulu satıb, qırxıncı qul üçün pul götürməmişdi. Həmin qul da
1
Əl-Bundari, səh.293-294.
2
İbn əl-Əsir, IX, səh.72; əl-Bundari, səh. 296; Nişapuri, səh.74; Ravəndi, səh.266; Əbül-Fida, III,
səh.564; İbn Xaldun, V, səh.166; əl-Hüseyniyə görə (v.81a), Süleyman şahı əmir Şərəfəddin
Qord-Boz öldürmüşdü. "O, gecə [Süleyman şahın]yanına gəldi, onu tutub boğazına kaman
kirişi [keçirib] dartdı və boğdu. Səhərisi Süleyman şahın meyitini tapdılar".
3
Eldəniz adının menşəyinə aid bir neçə fikir vardır. Mən belə hesab edirəm ki,bu ad iki türk
sözündən düzəlibdir: "il" ("el") və "dəngiz" ("təngiz"). Bəlli olduğu kimi, rus dilində "burun
sonoru"nun (nuni-səğir) üçün qarşılıq eynilik yoxdur. Ona görə də"dəngiz" yerinə mən həmişə
"dəniz" yazıram. T engiz sözü isim (ad) kimi "Oğuz xaqandastanı"nda (bax: DT S, səh.525)
göstərilir. O, tengiz (dəniz) sözünə uyğundur. MüasirAzərbaycan və türk dillərində bu söz "dəniz"
kimi tələffüz edilir. Məncə, bu şəxsi ismin oxşar verilməsi də yersiz deyil. Qabaqkı yazılarda (ən-
Nəsəvi və əl-Hüseyninin əsərlərinin tərcüməsində) mən bu sözün ənənəvi olaraq İl-Dəgiz
oxunduğunun tərəfdarı idim, ancaq indi bu cür oxunuş, etimologiya variantı mənə çox da dürüst
gəlmir (b a x: M.Şərifli. Eldəgəz [adına] dair).
4
Mirxond, VI, səh.10-12; Xondəmir, II, səh.557.
Dostları ilə paylaş: |