34
Süley man şah Xuzistana getdi və oradan şahzadə Məlik şah tərəfındən qovuldu.
Süley man şah xəlifə əl-Müqtəfıyə məktub yazdı və Bağdada gəlmək üçün icazə
istədi. Xəlifə icazə verd i və Sü ley man şah Bağdadda təntənə ilə qəbul ed ild i və ona
nəvaziş göstərildi. Bu, 551-ci ilin məhərrəmində (mart, 1156) baş vermişdi. Xəlifə
Süley man şahın adına xütbə o xunmasına əmr verdi və atası Məhəmməd Təpərin
"şahənşah əl-müəzzəm qiyas əd-dünya vəddin" ləqəbini ona da verdi.
Xəlifə 3 minlik atlı dəstəsinin komandanlığını Süley man şaha tapşırdı, o da
həmin ilin rəbiüləvvəl ayında (aprel, 1156) Zibəl əyalətinə yola düşdü. Xəlifə isə
öz ordusu ilə Xulvan keçidinə doğru hərəkət etdi
1
.
Süley man şah şahzadə Məlik şaha çapar göndərib, yanına gəlməsini xah iş
etdi və onu özünə varis təyin etdi. Sultan Məhəmməddən narazı əmirlər, o
cümlədən Şəmsəddin Eldəniz, Nüsrətəddin Arslan Apa, Alp Quş Gün -Xur,
Fəxrəddin Zəngi və başqaları tez bir zamanda Sü ley man şaha qoşuldular
2
.
Müttəfiqlər Məhəmmədə qarşı çıxış etdilər, o da Həmədanı verib, kiçik bir qüvvə
ilə İsfahana çəkild i. Sü ley man şah Həmədanda sultan lıq taxtını tutdu, ancaq
tezliklə dövlət işini bir yana buraxıb, əyyaşlığa qurşandı
3
.
Süley man şahın müttəfiqi olan əmirlər başa düşdülər ki, o, onların ü midini
doğrultmadı, ona görə də bir-bir sultanlığı tərk etməyə başladılar. Nüsrətəddin
Arlan Apa ibn Ağ Sunqur Marağaya qayıtdı, atabəy Eldəniz isə Azərbaycana
döndü, çünki onun burada olmaması nəticəsində ayrı -ayrı hakimlər arasında
toqquşmalar başlan mışdı. Xass -bəy ibn Pələng-Arinin əmisi oğlu əmir Rəvvadi
Eldənizin ən qorxulu düşməni id i.
Rəvvadi hələ Sultan Məsud tərəfındən Arran və Gəncənin hakimi təyin
edilmişdi. Eldəniz də öz işlərinə başı qarışdığından, müəyyən vaxta kimi ona
dəymirdi. Rəvvadi Eldənizin olmamasından istifadə edib, soyğunçuluq və
quldurluqla məşğul olmağa başladı. Gəncə əhalisi Eldənizin yanına çapar göndərib,
Rəvvadinin zülmündən onları qurtarmasın ı ondan xahiş etdilər. Eldəniz öz
qoşunları ilə Gəncəyə gəldi və tezliklə Rəvvadi ölkədən qovuldu
4
.
Sultan Məhəmməd müttəfiq lərin Sü leyman şahı tərk etdiklərini eşidəndə,
Mosul atabəyi Qütbəddin ibn Mədud Zəngidən kömək istədi, o da köməyə ö z
canişini Zeynəddin Əli Kiçiyin başçılığı altında qoşun göndərdi.
Sultan Məhəmmədin qoşunlan 551-ci ilin cumad əl-əvvəlində (iyul, 1156)
Süley man şahın qoşununu dağıtdı. Süley man şah qaçdısa da, Zeynəddin Əli onu
yaxalayıb tutdu. O, Mosul qalasına salındı və 554 (1159)-cü ilə kimi orada qaldı
5
.
1
İbn əl-Əsir, IX, səh.48-49; ol-Bundari, səh.140-142; İbn əl-Fuvati, IV/2, səh.1191-1192.
2
İbn-əl-Əsir, Ix, səh. 49; Əl-Bundari, səh. 242; Ravəndi, səh. 252, 255.
3
Əl-Bundari. səh.252; Михтар Гош стр.15-17.
4
Михтар Гош стр.15-17.
5
İbn əl-Əsir, IX, səh., 48-49; əl-Bundari, səh. 233 ,240-242; İbn əl-Kalansi, səh. 338; Ravəndi, səh.
256.
35
Süley man şaha kömək göstərmiş atabəy Şəmsəddin Eldəniz, Sultan
Məhəmməd tərəfindən bağışlandı, ancaq Sultanın yanında girov saxlan maq üçün
öz oğlu Məhəmməd Cahan Pəhləvanı göndərməyə məcbur oldu
1
.
Süley man şah məğlub olandan sonra Sultan Məhəmməd 551-ci il zülqədə
ayında (16.12.1156-14.01.1157) xəlifə əl-Müqtəfiyə öz adının Bağdadda və İraqda
xütbələrdə çəkilməsin i tələb edən bir məktub göndərdi. Ancaq Xəlifə bu tələbə
cavab verməd i. Onda Sultan Bağdadı mühasirəyə almaq üçün onun köməyinə
qoşun göndərməyi söz verən Mosul atabəyinin vədinə arxalanıb, İraqa doğru
hərəkət etdi.
Hic ri 552 (04.03.1157)-c i il məhə rrə m ayın ın 20-də sultan Məhəmməd in
ordusu Bağdadı mühasirəyə aldı. Səfər ayının 3-də (1157-ci il martın 17-də) ağır
döyüş baş verdi. Xəlifənin döyüşə cəlb etdiyi gəmilər Sultan ordusunu ağır tələfata
uğratdı. Bağdadlıların müqavimətinə baxmayaraq, Su ltan qalib gəlmə li idi. Bağdad
az qalırdı ki, təslim o lsun. Çünki mühasirədə olanların sursatı tükənirdi. Ancaq
belə olmad ı
2
.
Xəlifən in vəziri Avnəddin ibn Hübeyrə Bağdadın ilk mühasirəsi günündən
atabəy Şəmsəddin Eldənizlə möhkəm mə ktublaşmağa başlayaraq onun Həmədana
hücuma, bununla da Sultan Məhəmmədi Bağdaddan yayındırmağa çağırmışdı.
Bunun əvəzində isə atabəyə oğulluğu şahzadə Arslan şahın Sultan taxtına
çıxarılmasında kö mək edəcəklərini vəd edirdilər. Belə bir məktub Vey in hakimi
Əmir İnanca da yazılmışdı. Onu da Sultana qarşı çıxdığ ı təqdirdə, İraqda iqta pay
torpağı ilə şirn ikləndirird ilər"
3
.
Sultan Məhəmmədin rəq ibləri - əmisi oğlu şahzadə Məlik şah, atabəy
Şəmsəddin Eldəniz, oğulluğu şahzadə Arslan şah ibn Toğrul tezliklə Həmədana
yiyələndilər
4
.
Bundan xəbər tutan Sultan tələsik Bağdadın mühasirəsini buraxıb bütün
qüvvələrini Həmədana tərəf döndərdi. Bu vaxt atabəy Eldəniz və Məlik şah öz
qüvvələrini Reyə yönəltdilər. Sultan Məhəmməd də təcili oraya gəldi. Rey
divarları yanındakı döyüşdə Eldəniz məğlub oldu və Azərbaycana çəkildi.
Məhəmməd Həmədana gird i və Eldənizə qarşı müharibəyə hazırlaşdı.
Sultan Məhəmməd və Rey hakimi Əmir İnancın qoşunları atabəy Eldənizə
və Bağdaddan onun yanına gəlmiş Süleyman şahın qoşunlarına qarşı hücum e tdi.
Na xç ıvan yaxın lığ ında Araz vadisində döyüş başlandı. Nəticədə Eldəniz yenə də
məğ lubiyyətə uğradı. Su ltan Naxçıvanı və bütün Arranı tutdu. Bir müddətdən sonra
atabəy Eldəniz Su ltan Məhəmmədə belə bir məktub yazdı: "Mən sənin qulun və
[hökmdarlar] evin in məmlüküyəm! Sənin əmin Süley man şah, sənin qabiliyyətli
bayraqların gəlməmişdən qabaq, mənə qoşulmuşdu. Onu kö məksiz qoy maqla,
1
Ravəndi, səh.256.
2
İbn əl-Əsir, IX, səh.51-52; əl-Bundari, səh.246-247.
3
Əl-Hüseyni, vər.78a; Naməlum müəllif. D-173, vər.672a.
4
Əbül-Fida, III, səh.544; İbn Xaldun, V, səh.156.
Dostları ilə paylaş: |