Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə12/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   8   9   10   11   12   13   14   15   ...   103

26 
 
Xəlifə  özünün  bütün  planların ın  yerinə  yetirilməsini  Zəngiyə  həvalə  etdi. 
Beləliklə,  Bağdadda  üçlər  -  Xəlifə,  Davud,  Zəngi  -  birliy i  yarandı.  Məsuda  qarşı 
yönəldilmiş
1
  bu  birlik  əslində  İraq  sultanlığın ın  mərkə zi  hakimiyyətinə  qarşı 
çevrilmişdi. 
Birliy in  bütün  qüvvələri  bir  yerə  toplandıqdan sonra  Xəlifə  sultan  Məsuda 
qarşı  hərbi  hücumun  başlanması  haqqında  əmr  verdi.  Sultan  da  öz  qoşunları  ilə 
hücuma keçdi, ancaq döyüşə başlamazdan qabaq birliy in bütün əmirlərinə  məktub 
göndərdi  və  onun  tərəfınə  keçməyi  təklif  etdi.  Ancaq  Xəlifənin  müttəfıq ləri 
arasında  atabəy  Zənginin  iştirakı  və  nüfuzu  nəinki  müttəfıq  əmirlərin  belə  addım 
atmasına yol verməd i, hətta Sultan Məsudun qoşunu içərisində tərəddüd yaratdı və 
əmirlərin bir neçəsi Xəlifənin tərəfinə keçdi. Məsud Xəlifəyə də təklif etdi ki, onun 
tərəfinə keçsin, ancaq rədd cavabı aldı. 
Bütün bu hərbi və siyasi itkilərə baxmayaraq, Məsudun Bağdada hücumunu 
davam  etdirməsi  müttəfiqlə ri  qorxuya  saldı.  Onların  arasından  birinci  şahzadə 
Davud çıxd ı və öz qoşunları ilə Azə rbaycana qayıtdı. Atabəy Zəngiyə gəldikdə isə, 
Sultan  Məsud  bütün  Suriya  üzərində  hakimiyyəti  ona  boyun  olub,  öz  tərəfınə 
keçməyi təklif etdi.  Başqa bir tərəfdən isə Suriya torpaqları Zəngin i öldürə biləcək 
əmirə  təklif  edilmişdi.  Buna  görə  də  Zəngi  ya  ölümünün  qorxusundanmı,  ya  da 
Məsuda  qarşı  müqavimətin  faydasız  o lduğunu  anladığındanmı,  öz  qoşunu  ilə 
Bağdadı tərk etdi. Xəlifənin yanında yalnız  3000 atlı qaldı. 
Zəngi  Bağdadı  tərk  edərək,  xəlifə  ər-Rəşidə  paytaxtdan  çıxmağı  məsləhət 
gördü,  çünki  bu  sayda  qoşunla  Məsudla  mübarizədə  qalib  çıxmağı  fıkirləşməyə 
dəyməzdi.  Sabahısı  gün-  1136-cı  il  avqustıun14-də,  Xəlifə  Bağdadı  tərk  etdi  və bir 
gün sonra sultan  Məsud şəhə girdi
2
.  O,  Xəlifəyə geri qayıtmağı təklif  etdi,  ancaq  ər-
Rəşid  bundan  imtina  etdi.  Belə  vəziyyət  Sultanın  həll  etmək  istədiyi  məsələləri 
asanlaşdırdı. Belə ki, sultan Xəlifəni taxtından salmağı qarşısına məqsəd qoymuşdu. Çox 
zaman  belə  hadisələr  əhali  arasında  yaxşı  qarş lanmırdı.  İndi  isə  Xəlifənin  özü  çıxıb 
getdiyindən, onu taxtdan salmaq üçün tədbirlər görülməyəcəkdi. Ancaq indi məsələ belə 
izah edilir ki, guya Xəlifə özü taxt-tacdan əl çəkib, paytaxtdan çıxmışdır
3

Sultan hər  məhəlləyə bir şihnə təyin edib, paytaxtda əmin-amanlığı bərpa etdi. O, 
öz döyüşçülərinə şəhər sakinlərinin evlərinə gözət  durmağı qadağan etdi. Hər hansı bir 
talan ölümlə təsbit edilirdi.  Sulte bir sıra belə tədbirlərdən sonra yeni xəlifənin seçilməsi 
işinə  girişdi.  O,  qaçmış  xəlifə  ər-Rəşidin  keçmiş  əyanları  ilə  məsləhətləşərək,  Əbu 
Abdulla Məhəmməd ibn əl-Müstəzhirin yeni xəlifə seçilməsinə razı oldu. Sultan Məsud 
Bağdadın  qazı  və  ülamələrini  çağırıb,  xəlifə  ər-Rəşidin  öz  əli  ilə  yazdığı  məktubu 
onlara  təqdim  etdi.  Məktubda  deyilirdi:  "Mən qoşun topladığım,  hücuma  keçdiyim, 
                                                                 
1
 İbn əl-Əsir, VIII, səh.354; İbn əl-Cövzi, X, səh.57. 
2
 İbn əl-Cövzi, X, səh.59; Sibt ibn əl-Cövzi, XII, səh.83. 
3
 İbn əl-Cövzi, X, səh.60. 
 


27 
 
sultanın hər hansı bir adamı ilə döyüşə başladığım təqdirdə, xəlifə adını öz üzərimdən 
götürəcəyəm". 
Hicri  530-cu  il  zülqədə  ayının  16-da  (1136-cı  il  avqustun  8-də  şahidlər 
Xəlifənin məktubu öz əli ilə yazdığını təsdiqlədilər və müfti ər-Rəşidin taxtdan düşməsi 
haqqında aktı imzaladı. Avqustun 18-d Əbu Abdulla Məhəmməd  xəlifə seçildi və əl-
Müqtəfi adını aldı. Avqustun 20-də o, xütbələrdə xəlifə, Səncər və Məsud isə sultan 
kimi  yad  edildi.  1136-cı  il  sentyabrın  8-də  Məsud  xəlifənin  demək  olar  ki,  bütün 
daşınar və daşınmaz əmlakını qabaqcadan müsadirə etməklə yanaşı, ö zü də ona beyət 
etdi.
1
 
Sultan Səncər atabəy Zəngiyə məktub göndərərək taxtdan düşmüş xəlifə ər-
Rəşidin Mosuldan qovulmasın ı təklif etdi.  Ər-Rəşid əvvəlcə A zərbaycana, oradan 
da  Həmədana  yola  düşdü.  Şahzadə  Davud,  Fars  hakimi  Məngübars  və  Xuzistan 
hakimi  Boz  Apa  öz  qoşunları  ilə  ona  qoşuldular.  Sultan  Məsud  onları  haqladı. 
Döyüşdə  Məngübars  həlak  oldu,  ər-Rəşid  İsfahana  qaçdı,  hicri  532-ci  il  ramazan 
ayının  25-də  (1138-ci  il  iyunun  6-da)  orada  is maililər  tərə fındən  öldürüldü. 
Əhalinin  əksəriyyəti  xəlifənin  ölü mündə  yenə  də  Səlcuqiləri  müqəssir  sayırdı  və 
bu fıkir ö z əksin i istifadə etdiyimiz mənbələrdə də tap mışdır
2
.  
 
Xəlifə ər-RəĢidin öldürülməsindən sonra 
Ġraq sultanlığında siyasi vəziyyət 
 
Yu xarıda  təsvir  etdiyimiz  hadisələrdən  sonra  Sultan  Məsud  tədbirli  və 
uzaqgörən  vəziri  Kəmaləddin  Məhəmməd  əl-Həzin in  məsləhəti  ilə  əmirlərin  həm 
bir  vilayət  hakimi,  həm  də  qoşun  başçısı  kimi  hüquq  və  müstəqilliklərin i 
məhdudlaşdırmaq  üçün  tədbirlər  gördü.  Bu  tədbirlərin  müəyyən  hissəsi  həyata 
keçirildisə  də,  əmirlər  tezliklə  baş  qaldınb  sultanın  qərarlarına  müqavimət 
göstərdilər və b ir az sonra mərkəzi hakimiyyətlə açıq mübarizəyə g irişdilər.  
Sultanın  və  vəzirin  siyasətindən  narazı  olanların  başında  Azərbaycan 
hakimi  atabəy  Qara  Sunqur  dururdu.  Sultanlıq  taxtı  uğrunda  çarpışan 
şahzadələrdən  Səlcuq  şah  və  Davud  da  onunla  bir  yerdə  idilər.  Atabə y  Qara 
Sunqurun  İraq  sultanlığı  əmirləri  arasında  ço x  böyük  nüfuzu  var  id i  və  vəzir  əl-
Həzin  atabəyin  gücünü  bilərək  Su ltan  Məsuda  dedi:  "Qara  Sunqurun  varlığı 
sultana öz gücünü və nüfuzunu göstərməyə imkan verməyəcəkd ir"
3

                                                                 
1
 İbn əl-Əsir, VIII, səh.354-355; Yenə də onun: "Atabəylər", səh.53-54; İbn əl-Cövzi, X, səh.60; əl-
Fəxri, səh.227; Sibt ibn əl-Cövzi, XII, səh.183; əs-Suyuti, səh.436; İbn əl-İbri, səh.205; İbn Xaldun, 
V, səh.132-133. 
İbn  əl-Əsir,  VIII,  səh.361-362; Yenə  də  onun,  Atabəylər,  səh.54-55; İbn ol-Kalanisi,  səh.261;  İbn 
əl-Cövzi,  X,  səh.72;  Sıbt  ibn  əl-Cövzi,  2/1,  səh.168-169;  İbn  Xəllikan  (III,  səh.355)  bilavasitə  
Məsudu xəlifə ər-Rəşidin qatili adlandırır.
 
3
 Əl-Hüseyni. vər. 62a
.
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə