5
nəfəs borusu, qırtlaq, ağız boşluğu, dişlər, burun boşluğu, alt çənə kimi üzvlər də danışıq
səslərinin yaranmasında iştirak edir.
Ən fəal danışıq üzvü dildir.
Danışıq səsləri şifahi
nitqin vahidləridir. Yazılı
nitqdə isə bu, hərflərdə öz əksini tapır.
Səslər hərflərdən
müəyyən cəhətlərə görə fərqlənir: Səslər tələffüz olunur və eşidilir. Hərflər yazılır və
oxunur(görünür).
Sual 7 – cavab
Sait və samit səslərin təsnifatı haqqında məlumat verin.
Azərbaycan dilində 9 sait səs var:
[a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü]. Dodaqların
və dilin müəyyən vəziyyətlərə düşməsi ilə əlaqədar saitlərin müxtəlif növləri yaranır.
Dilimizdə saitlər üç qrupa bölünür və bu baxımdan hər saitin də üç əlaməti özünü göstərir:
1. Dilin üfüqi vəziyyətinə görə:
2.Dilin şaquli vəziyyətinə görə:
3.Tələffüz zamanı dodaqların aldığı vəziyyətə görə:
Samit səslərin yaranmasında səs tellərinin iştirakı fərqlidir.
Səs
tellərinin
iştirakına görə samit səslər iki növə bölünür:
Dostları ilə paylaş: