Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   46

tək oynamaq isə elə də asan deyil. Bəlkə, Polli xala mənimlə oynamağa razı olar?
– Bilirsən nə var, yaxşısı budur, mənimlə oynayasan. Yaxşı oynayacağıma əmin
deyiləm, amma mən çalışaram, mütləq çalışaram.
– Ah, Nensi! – deyə Polyanna Nensini qucaqladı. – Mən əminəm, sizdə çox yaxşı
alınacaq!
Bir qədər sonra çardaqdakı balaca otaqda tənha qalmış qızcığaz üzünü balışa sıxaraq
acı göz yaşları tökürdü:
– Ah, atacan, mən indi bizim oyunumuzu oynaya bilmirəm. Mənə elə gəlir ki, qaranlıq,
qorxulu otaqda yatanda nəyə sevinmək mümkün olduğunu heç sən də bilməzdin. Ah,
əgər mən, heç olmasa, bir azca Nensiyə, ya da Polli xalaya yaxın olsaydım! Onda mən,
bəlkə də, sevinərdim...
Nensi həmin vaxt mətbəxtdə qabları yuyur, öz-özünə danışırdı:
– Hm... hər şeyə sevinmək... Əgər mən bu qəribə oyunu oynamalı olsam, onu öz
bildiyim kimi oynayacağam. Mən çalışacağam ki, zavallı qızcığaza dayaq olum. Mən
buna çalışacağam, çox çalışacağam...
Eleanor Porterin eyniadlı əsəri əsasında işlənmişdir.
Düşün və cavab ver
6.  Hekayədəki hansı məqamlar Polyannanın kasıb ailədə böyüdüyündən xəbər verir?
7.  Sizcə, Polyannanın sonrakı taleyi necə olacaq?
8.  Qruplarla iş. Hər qrup müəyyən xoşagəlməz situasiyalar fikirləşir, digər qruplar
bu situasiyalarda sevinməli məqamları tapmağa çalışır.
Yazı
9.  Sxemə əsasən, Polyannanın
xalasıgilə gəlişi ilə bağlı
göndərilmiş teleqramın mətnini
tərtib edin.
2.  Nensi nə üçün Polyannaya “Həmişə sevinmək oyunu”nu xalası ilə deyil, onunla
oynamasını təklif etdi?
TELEQRAM
Hara__________________ 
Kimə _________________ 
Məzmun ______________ 
Haradan ______________ 
Kimdən _______________ 


Dil qaydaları
10.  Mətndə göy rənglə verilmiş sözlərin tərkibini müəyyən edin. Hansı feillər hərəkətin
icrasında iki subyektin iştirakını tələb edir?
Yadda saxla!
 QARŞILIQ-BİRGƏLİK NÖV
11.  Hərəkətin qarşılıqlı və ya birgə icra edildiyinə görə feilləri qruplaşdırın.
1. Həyətdə uşaqlar qaçışırdılar. 
2. Ağcaqanadlar başımızın üstündə vızıldaşırdılar. 
3. Onlar dost kimi görüşdülər. 
4. Tərəflər səhərə kimi atışdılar. 
5. Meydandakılar evlərinə dağılışdılar. 
6. Qoşunlar səhərə kimi döyüşdülər. 
12.  Yaz, de, anla, gül feillərinə -ış  (-ş) şəkilçilərini artırmaqla cümlədə işlədib yazın.
Hərəkətin qarşılıqlı, yoxsa birgə şəkildə icra olunduğunu göstərin.
13.  Verilmiş sözləri həm isim, həm də feil kimi cümlədə işlədib yazın. 
görüş, qaçış, döyüş, gülüş
14.  * Debat.
I qrup: gəzişmək, qızışmaq qarşılıq-birgəlik növ feillərdir.
II qrup: gəzişmək, qızışmaq məlum növ feillərdir.
15.  Dördündən biri qrammatik məna növü baxımından fərqlidir:
A) atış(maq) B) civildəş(mək) C) soruş(maq) D) ağlaş(maq) 
A) barış(maq) B) yazış(maq) C) yapış(maq) D) alış(maq) 
A) mələş(mək) B) quruldaş(maq) C) güləş(mək) D) salamlaş(maq) 
A) qarış(maq) B) axış(maq) C) döyüş(mək) D) atış(maq)
Qarşılıq-birgəlik növ, feillərə -ış  (-ş) şəkilçisi artırmaqla düzəlir.
Bu növ feillərdə hərəkət iki və ya daha çox subyekt tərəfindən qarşılıqlı şəkildə və
ya birgə icra edilir.
Uşaqlar gülüşdülər. (birgə hərəkət)
Dostlar çoxdan yazışırlar. (qarşılıqlı hərəkət)
4
4


QAYIQDA DÖRD 
NƏFƏR
Göyərtəni işıqlandıran zəif lampanın kədərli işığında dörd nəfər idilər: sarısaçlı qadın,
çiy ət qoxuyan qəssab, daz professor, bir də tənbəki çəkən gənc. Dördü də sonuncu
gəmiyə gecikmiş, qayığa minmişdi.
Gecə ulduzsuz, dəniz azacıq dalğalı idi. Qayığa çırpılan kiçik dalğalar arabir göyərtəni
isladırdı.
Sarışın qadın skamyada əyləşib dənizə baxırdı. Gənc oğlan gözaltı onu süzürdü.
Professorun fikri tramvayda oxuduğu məqalədə qalmışdı. Qəssab isə bu gün alverdən
əldə etdiyi gəliri hesablayırdı.
Qadın, deyəsən, üşümüşdü. O qalxıb kayuta doğru getdi. Amma içəri girəndə başı
fırlandı. İçəridən benzin və qızmış dəmir qoxusu gəlirdi. Qadın dərhal pəncərəni açıb
qarşısında oturdu
Uzaqda iki zenit projektoru sanki göy üzündə nə isə axtarırdı. Projektorlardan birinin
işığı qaranlıq səmada sağdan sola, o birininki soldan sağa sürətlə hərəkət edir, bəzən
ortada birləşirdi. Bu zaman gecənin zülmətini yaran gur işıq zövq oxşayırdı.
Sarışın qadın bu mənzərəyə baxarkən bir az aralıda dənizə işıldaböcək kimi bir şey
uçdu. Sonra onların sayı çoxalmağa başladı. Qadın bir-birini qovan bu əcaib böcəklərin
qapqara dənizə enmələrinə dalğın şəkildə tamaşa etdi.


Birdən qızmış dəmir qoxusu daha da kəskinləşdi. 
Qadın nə baş verdiyini bilmək üçün
ətrafa göz gəzdirdi.
 Kapitan kayutunun qapısından bayıra tüstü sızırdı. Qadın çaşmış
halda qapının dəstəyindən yapışıb açdı və bu zaman tüstünün içində kapitanla
köməkçisini yerə çömbəlmiş halda, qan-tər içində gördü. Az qaldı özündən getsin.
Sonra: “Yanırıq... Kömək edin!” – deyib özünü kənara atdı.
1. Oxuduğunuz hissədə təhkiyə və təsvir verilmiş abzasları fərqləndirin.


Qadının fəryadı bir andaca göyərtədəkiləri bir-birinə vurdu. Kapitan kayutunun açıq
qapısından sızan acı tüstü vahiməli şəkildə burularaq göyərtəni ağuşuna alırdı. Qəssab
çaşmış halda bayaqdan üstündə oturduğu döşəkçəni qucaqlamış, professor isə
qayıqdakı yeganə xilasedici həlqəni boynuna keçirmişdi.
Sarışın qadın həyəcandan tənbəkisini əlindən salan gənc oğlana doğru qaçdı:
– Xilas edin məni... Məni xilas edin, üzməyi bacarmıram! – deyə yalvardı.
Gənc titrək bir səslə: “Mən də bacarmıram”, – dedi. Amma yalan danışırdı. Az da olsa,
üzməyi bacarırdı. Hər halda, yarım saat suyun üzündə qala bilirdi... Amma tək özü...
Qadın ondan ümidini kəsib qəssabdan kömək istədi. Qəssab isə əllərini qaldırıb: “
Bu
təhlükəli vəziyyətdən qurtulsam, üç qurban kəsdirəcəyəm
”, – deyə Allahdan kömək
istəyirdi.
Professorun vəziyyəti lap xarab idi. Hələ səhər dərsdə Sokratın həyata önəm
vermədiyini bildirir, əsl filosof üçün bunun heç də çətin olmadığını, özünün də Sokrat
kimi ölümü təbəssümlə qarşılaya biləcəyini söyləyirdi. Təəccüblüsü də budur ki, bütün
bunlara tələbələri kimi özünü də inandırmışdı.
Qadın indi də qaba su dolduran köməkçini qucaqlayaraq yalvarırdı: “Siz Allah, məni
buraxmayın, nə olursa olsun, tək qoymayın”. Köməkçi onu sakitləşdirməyə çalışdı. 
Elə
bu zaman kapitanın səsi eşidildi:
– Tərpənməyin, nə edirsiniz?! Qayığı batıracaqsınız!
Hiddətli olmasına baxmayaraq, səsində insana inam verən bir şey vardı. Yoxsa...
Yoxsa yanğını söndürmüşdü? Bəli, əlbəttə, söndürmüşdü. Söndürməsəydi, qışqırmağa
vaxt tapardı?
– Necə mərdimazarlara rast gəldik e!
Nə qədər təhqiramiz səslənsə də, indi kapitanın sözləri sərnişinlər üçün xoş avaz kimi
səsləndi.
Professor yaxasını düzəldib bir-iki dəfə öskürdü.
 O da istədi: “Bu nə çaşqınlıqdır? Bir
sakitləşin, bəylər”, – deyə hamını təmkinli olmağa çağırsın. Ancaq yaxşı ki, demədi.
Çünki xilasedici həlqə hələ də boynunda idi.
Bir az sonra hər şey öz qaydasına düşmüşdü. Külək boğucu tüstü ilə bərabər, ölüm
qorxusunu da göyərtənin üstündən sovurub aparmışdı. Köməkçi qolu ilə tərini silirdi.
Bu həngamədə çox yorulmuşdu.
Göyərtəni işıqlandıran lampanın kədərli işığında yenə dörd nəfər idilər. Yenə öz
dünyasına qapanmış dörd adam.
2. Sizcə, bundan sonra hekayə qəhrəmanları özlərini necə aparacaqlar?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə