Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

Vaxtilə Nil çayının deltası papirus adlanan yabanı bataqlıq bitkisi ilə dolu idi. Qədim
misirlilər onu emal edərək yazı materialı hazırlayırdılar. Yazı üçün hazırlanmış papirus
uzun lent şəklində olduğundan onu bürmələyərək lülə şəklinə salırdılar.
Minilliklər ərzində elmin beşiyi sayılan Misirdə, Yunanıstanda və Romada papirus əsas
yazı materialı olmuş, kitab və yazı mədəniyyətinin inkişafına xidmət etmişdir. Bir çox
qədim alim və şairlərin əsərləri məhz papirus kitablar şəklində gələcək nəsillərə
ötürülmüşdür. Məsələn, Evklidin (M.ö. III əsr) 13 cilddən ibarət “Həndəsə” kitabı ilk
dəfə qamış qələmlə zərif papirusda yazılıb dünya kitabxanalarının qiymətli sərvətinə
çevrilmişdir. Homerin “İliada” və “Odisseya” əsərləri yazıldığı vaxtdan iki əsr sonra
papirusa köçürülmüşdür.


Bu gün dünyanın bir sıra kitab xəzinələrində xeyli miqdarda yazılı papirus bürmələri
saxlanılmaqdadır. Məsələn, Britaniya muzeyi kitabxanasında papirus üzərində yazılmış
üç min nüsxə əlyazma saxlanılır.
Azərbaycanda da papirusdan XII əsrə qədər yazı materialı kimi istifadə olunmuşdur.
“Lülələnmiş kağıza diz üstə inci axar” deyəndə Nizami papirusu nəzərdə tutmuşdur.
Azərbaycanda və digər Şərq ölkələrində min lərlə müəllifin əsərləri papirus vasitəsilə
yayılmışdır.
Göründüyü kimi, Azərbaycan, Şərq və ümumiyyətlə, dünya kitab mədəniyyətinin
inkişafında papirus çox mühüm rol oynamışdır. Bir çox xalqlar, məsələn, almanlar indi
də kağıza “papir”, fransızlar “papye”, ingilislər “peypə” deyirlər. “Papka” (qovluq) sözü
də papirus sözündən əmələ gəlmişdir.
Qədim mənbələrdə deyildiyinə görə, Miladdan öncə III-II əsrlərdə dünyada iki
kitabxana zənginliyinə görə bir-biri ilə rəqabət aparırdı. Onlardan biri məşhur
İsgəndəriyyə kitabxanası, digəri isə Kiçik Asiyada yerləşən Perqam şəhərinin
kitabxanası idi. Bunu görən misirlilər birinciliyi əldən verməmək üçün papirusun
ölkədən ixracına qadağa qoydular. Belə olduqda Perqam şəhərinin hökmdarı Evmen
yeni yazı materialı yaratmaq üçün dəri emalı üsulu icad etdi. Beləliklə, papirusla
yanaşı, heyvan dərisi əsas yazı materiallarından birinə çevrildi. Sonradan bir çox dillərə
daxil olan “perqament” sözü Perqam şəhərinin adından götürülüb. Hazırda “yazı üçün
nəzərdə tutulmuş heyvan dərisi” mənasını verir.
Perqament düzəltmək üçün inək, qoyun, keçi, balıq, ceyran, bəbir dərisindən istifadə
olunurdu. Bir yazı materialı kimi dəri papirusa nisbətən daha bahalı material idi və
onun emalı daha çətin başa gəlir, çox vaxt tələb edir di. Lakin dəri daha uzunömürlü
material idi. 
Ona görə də dəridən hətta kağız ixtira olunduqdan sonra da kitabçılıqda,
xüsusən cildləmədə istifadə olunurdu.
2.  Bu hissədən aldığınız beş ən vacib məlumatı tezislər şəklində ifadə edin.


Azərbaycan kitabçılıq tarixində də perqament xüsusi yer tutur. Hazırda Azərbaycan
Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda VIII əsrdə kufi xətti ilə dəri
üzərində yazılmış “Quran” surəsi müһafizə edilir. Təbriz kitabxanasında saxlanılan
perqament kitablardan biri gözəl xətlə xanı balığı dərisində yazılmış “Quran”
nüsxəsidir.
Məlum olduğu kimi, Çindən Avropaya gedən İpək yolu Azərbaycandan keçirdi. M.ö. II
əsrdən başlayaraq Çindən gələn karvanlar hər il Azərbaycana minlərlə ton ipək parça
gətirirdi. Azərbaycan xəttatlarının ən çox istifadə etdikləri yazı materiallarından biri də
ipək parça idi. Müəlliflər və xəttatlar onların üstünü yazandan sonra ipək səhifələri üst-
üstə yığıb cildçiyə verərdilər. Nizami Gəncəvinin əsərlərində oxuduğumuz bir çox
misralar həmin dövrdə ipək parça üzərində tuşla yazının geniş yayıldığını göstərir:
“...Yazırdı ipəyə qara müşk ilə”;
“...Müşk ilə süslənmiş ipək məktubu üç yerindən öpüb açdı”;
“...İpək üzərində yazmaqdan katiblər yorğun düşdülər”;
“...Gözəl bir ipəyə bürünüb əsər”...
Bu sözlər isə M.F.Axundovun “Kəmalüddövlə məktubları”ndandır: “Xəttatlar ağ ipək
üzərində yazmağı daһa çox xoşlayırdılar”.
Tarixi mənbələrdə deyildiyinə görə, Zülfüqar Şirvaninin (1190-1245) bir şeirindən
təsirlənmiş Şirvanşah hökmdarının vəziri ona üç ton yarım ipək bağışlamışdı ki, bundan
şairin əsərlərini kitab halına salmaq üçün istifadə olunmuşdu.
“Azərbaycanda nəşriyyat işi” kitabından
Düşün və cavab ver
3.  Müasir dövrdə “perqament” sözü başqa hansı məna kəsb edir?


4.  Mətnin yarımbaşlıqlarını məzmun ardıcıllığına görə sıralayın.
A) perqament          B) gil və daş          C) ipək          D) papirus
Söz ehtiyatı
5.  “Tuş”, “müşk”, “süslənmək” sözlərini kontekstə görə izah edin.


Dil qaydaları
6.  Mətndə göy rənglə verilmiş cümlələrdə bağlayıcıları göstərin. Nə üçün bir neçə
sözdən ibarət olduğunu əsaslandırmağa çalışın.
Yadda saxla!
 MÜRƏKKƏB BAĞLAYICILAR
7.  Nöqtələrin yerinə müvafiq bağlayıcılar işlətməklə cümlələri tamamlayın.
1.  Fikrimizi zorla başqalarına qəbul etdirmək ... faydasız, ... arzuolunmaz işdir.
2.  Xəstəlikdən sonra o ... fiziki durumunu bərpa etdi, ... intensiv məşqlər
hesabına yarışın qalibi oldu.
3.  Xəstəlikdən sonra o ... fiziki durumunu bərpa etdi, ... intensiv məşqlər
hesabına yarışın qalibi oldu.
4.  Rejimə düşə bilmədiyindən o ... dərslərini yaxşı oxuyur, ... dostları ilə istədiyi
kimi əylənə bilirdi.
5.  Biz səninlə ... ümumi bir razılığa gələcəyik, ... yollarımız ayrılacaq.
8.  Mürəkkəb bağlayıcıların yazılışında yol verilmiş səhvləri düzəldib yazın.
1.  İşləri çatdırmırdıq, ona görədə narahat idik.
2.  Halbu ki Sənubər bu yerlərə bələd idi.
3.  Hər gah özü də bu yolu belə getsə, hara çıxacağını bilmirdi.
4.  Həm yağış yağır, həmdə arabir qar dənələri düşürdü.
5.  Gecdir, səhəri gözləmə, ona görəki dan yeri sökülər-sökülməz atlılar kənddə
olacaqlar.
6.  Hərçəndki içəri ön tərəfdən də yol var idi, mən arxa tərəfdən keçdim.
Mürəkkəb bağlayıcılar iki cür yazılır:
bitişik: hərgah, halbuki, habelə, nəinki
ayrı: ya da, gah da, gah da ki, belə ki, ona görə ki, buna görə də və s.
Nə, nə də inkarlıq bağlayıcısı işlənən cümlələrin xəbəri həmişə təsdiqdə olur;
məsələn:
 külək, nə də çovğun onun qarşısını ala bildi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə