Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

Dil qaydaları
4.  Mətnin sonuncu abzasında göy rənglə verilmiş qoşmaları aid olduğu sözlə birlikdə
tələffüz edin. Deyilişi və yazılışı arasında olan fərqi müəyyənləşdirin.
Yadda saxla!
 QOŞMALARIN DEYİLİŞİ VƏ YAZILIŞI
5.  Kimi, savayı, -can , -dək, -tək qoşmalarını müvafiq sözlərə artıraraq cümlələrdə
işlədin və dəftərinizə yazın.
6.  Cümlələrdən orfoqrafik qaydaya uyğun olmayan qoşmaları seçib dəftərinizə
düzgün şəkildə yazın.
1.  Azad fikrini cəmləməkçün gözlərini yumub sakitləşməyə çalışdı.
2.  Uşaqlar axşama can çalışdılar.
3.  O, yay tək dartınıb yuxarı atıldı və topu səbətə saldı.
4.  Anar səhərə dək yatmayıb atasının dedikləri haqqında düşündü.
5.  Nailə rəfiqələriynən gəzməyə çıxmışdı.
6.  Anasıyçün bayrama gözəl hədiyyə hazırlamışdı.
7.  Qoşmaların işlənməsi ilə bağlı düzgün variantı seçib cümlələri dəftərinizə köçürün.
Bilmirdim ki, bunu məndən ötrü / ötəri edirsən. 
Sinfimizdə səni / sənin qədər çalışan yoxdur. 
O günlər xəyaldək / tək uzaqlardadır.
Çoxhecalı qoşmalar qoşulduğu sözlərdən ayrı yazılır: Çətinliklərə sinə gərə
bilmək üçün qaya kimi möhkəm olmaq lazımdır.
Təkhecalı qoşmalar (-dək, -can , -ca , -tək), o cümlədən ilə qoşmasının ixtisar
forması (-la, -lə) qoşulduğu sözlərə bitişik yazılır: Həmin gün səhərəcən
yatmadıq. Dəryaca ağlın olsa, yoxsul olsan, gülərlər.
İlə qoşması samitlə bitən sözlərdən sonra [-nan], [-nən], saitlə bitən
sözlərdən sonra [-ynan], [-ynən] şəklində tələffüz olunur: Varını heç kəslə
[kəsnən] bölüşmək istəməyən yoxsuldur. Məktubu ona çatdır, qalanı ilə
[qalanıynan] işin yoxdur.
Üçün qoşması samitlə bitən sözlərdən sonra [-çün], saitlə bitən sözlərdən
sonra [-yçün] şəklində tələffüz olunur: Böyük insanların səhvləri axmaqlar
üçün [axmaxlarçün] təsəllidir. Sərkərdə üçün [sərkər dəyçün] qələbədən şirin
şey yoxdur.
2
2
2


TƏQVİM
Divardan təqvim asılıb. Onun köməyi ilə yeni dərs ilinə neçə gün qaldığını, bayramların
həftənin hansı günlərinə düşdüyünü hesablamaq olar. Təqvim hamı üçün vacibdir. Hər
bir insan, xalq, dövlət təqvim üzrə yaşayır.
Qədim insanlar vaxtı hesablamağı bacarmırdılar. Lakin onlar görürdülər ki, qaranlıq
gecələr işıqlı gündüzləri əvəz edir, müəyyən müddət havalar soyuq keçir, sonra istilər
başlayır və bütün bunlar vaxtaşırı təkrar olunur. Onlar günləri saymaq üçün ağac və ya
daş üzərində işarələr qoyurdular.
Həyat tərzi dəyişdikcə insanın dəqiq vaxt ölçülərinə tələbatı artırdı. Məsələn, əkinçilər
üçün səpin və məhsul yığımının nə vaxt başlanacağını bilmək çox vacib idi. Vaxtı
hesablamaq hökmdarlar, tacirlər, sənətkarlar üçün də lazım idi. Bax onda təqvim
meydana çıxdı.
Ən qədim təqvim Ay təqvimi olmuşdur. İlk Ay təqvimi Miladdan öncə III minillikdə
tərtib edilmişdir. Bu təqvimə görə, Ayın Yer ətrafında dövr etməsi vaxtı – 29 sutka 12
saat – əsas vaxt ölçüsü kimi qəbul edilir və bir ay adlanır. Bəlkə də, bir çox dillərdə
“ay” sözünün həm səma cismi, həm də zaman vahidi bildirməsi bununla əlaqədardır.
Ay təqviminə görə, bir il on iki aydan ibarətdir. Bu təqvim sonralar Şərq ölkələrində
geniş yayıldı. Bu gün iyirmidən çox Şərq ölkəsi Ay təqvimindən istifadə edir.
Müasir dövrdə təqvimin geniş yayılmış növü Günəş təqvimidir. Bu təqvimin vətəni
Qədim Misirdir. Misirlilər Nil çayında suyun nə vaxt bol olacağını əvvəlcədən bilməli və
həmin vaxta qədər kanalları təmizləməli, bəndləri möhkəmlətməli idilər. Əgər Nilin
suyunu bəndləyib əkinlərə verməsə idilər, su axıb dənizə gedərdi və tarlalar susuz
qalardı. Bütün ölkənin həyatı və abadlığı isə məhsuldan asılı idi.
Misir kahinləri gördülər ki, iyunun 22-də, ən qısa gecədən sonra günəş çıxmazdan
əvvəl səmada parlaq Sirius ulduzu görünür. Elə həmin vaxt çayın suyu daşır. Onlar
1.  Bildiyiniz xarici dillərdə “ay” sözünün tərcüməsini və onun mənalarını araşdırın.


hesabladılar ki, Sirius ikinci dəfə görünənə qədər 365 gün keçir. Bu uzun müddəti hər
biri 30 gün olan on iki mərhələyə böldülər. Artıq qalan beş günü isə ilin axırına
caladılar. Beləliklə, Günəş təqvimi yarandı.


Bir neçə il sonra müşahidə etdilər ki, Sirius ulduzu “gecikir”! Təqvim üzrə il qurtarırdı,
Sirius isə görünmək bilmirdi. Təqvim tələsirdi! Kahinlər başa düşdülər ki, vaxtı düzgün
hesablamayıblar. Sən demə, il 365 gün və 6 saatdan ibarət imiş. Fərq o qədər də
böyük deyildi, amma dörd ildə bir sutka edirdi.
Təqvimi çox sonra Roma sərkərdəsi Qay Yuli Sezar dəyişdi. Tarixə yulian təqvimi kimi
daxil olmuş bu təqvimə görə, bəzi aylarda 30, bəzilərində 31, fevral ayında isə cəmi 28
gün vardı. Hər dörd ildən bir bu qısa aya bir gün əlavə edilirdi ki, təqvim irəli
getməsin. Həmin ildə 366 gün olur, 
...
 biz ona uzun il deyirik. Bizim indi istifadə
etdiyimiz təqvim belə yarandı.
Beləliklə, yeni təqvim yarandı. Lakin sonralar daha ciddi hesablamalar nəticəsində
məlum oldu 
...
, bir ilimiz, əslində, 365 gün 5 saat 48 dəqiqə 46 saniyədir. Adama elə
gəlir ki, il üçün 11 dəqiqə 14 saniyənin böyük əhəmiyyəti olmaz, 
...
 hesablamalar
göstərir ki, bu kiçik zaman kəsiyi təqvimdə hər 400 ildə təxminən 
     
 sutkanın artıq
qalmasına səbəb olur. Bunu nəzərə alaraq 1582-ci ildə Roma papası XIII Qriqori
təqvimdə yeni düzəliş etdi. 
...
, onun göstərişi ilə təqvim 12 gün qabağa çəkildi.
“Təqvim” anlayışı ilə “il hesabı” anlayışını fərqləndirmək lazımdır. “İl hesabı” dedikdə
ilin, tarixin başlandığı gün, hadisə nəzərdə tutulur. Qədim və orta əsrlərdə ayrı-ayrı
xalqlar müxtəlif il hesablarından istifadə edirdilər. Əksər ölkələrdə, o cümlədən
Azərbaycanda il yazın gəlişi ilə başlanırdı. Bəzi ölkələrdə ilin başlanğıcı kimi yeni
hökmdarın hakimiyyətə keçməsi, bəzilərində paytaxt şəhərin əsasının qoyulması
(Romada), Olimpiya oyunlarinin keçirilməsi (Yunanıstanda) və s. qəbul edilmişdi. Orta
əsrlərdə Avropa ölkələri yanvarın 1-ni ilin ilk günü kimi qəbul etdilər. Bunu İsa Məsihin
doğum günü ilə əlaqələndirirdilər. Ərəblər ilin başlanğıcı üçün Məhəmməd
Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi (hicrət) gününü (miladi tarixlə 16 iyul 622-
ci il) götürmüşlər. Müsəlman ölkələrində geniş yayılmış bu il hesabı “hicri tarix” adı ilə
məşhurdur.
Azərbaycanda qriqorian təqviminə keçid və yeni ilin yanvardan başlanması 1918-ci ilə
təsadüf edir.
Rafiq Ələkbəroğlu
2.  Ay və Günəş təqvimlərinə görə ildəki günlərin sayı arasındakı fərqi hesablayın.
3.  Göy rəngli boşluğun yerinə hansı say uyğun gəlir?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə