Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

MANUEL VASKO 
DA QAMA
Kolumbun coğrafi kəşflərindən sonra
Portuqaliya da sərvət top  la maq üçün yeni
torpaqlar axtarışına başladı. Portuqallar
Afrikanın cənu bundan dəniz yolu ilə Hindis-
tana çatmaq planı hazır 
la dılar. Bu məq 
-
sədlə Portuqaliya kralı 1497-ci ildə 4 gəmi,
170 nəfərlik heyətlə Lissabondan Hindistana
eks pedisiya göndərdi. Ekspedisiyaya
rəhbərliyi 28 yaşlı gənc dənizçi Manuel Vasko da Qamaya tapşırdılar.
Vasko da Qama Portuqaliyada zadəgan ailəsində ana dan olmuşdu.
Yaxşı təhsil almış və dəniz döyüşlərində iştirak etmiş Vasko özünü
cəsur dənizçi kimi göstərmişdi. Qızıl yüklənmiş Portu qa liya gəmisini
fran sız ların əsarətindən azad edəndən sonra isə bütün Portuqaliya onu
tanıdı.
Ekspedisiya üzvləri 
dörd
ay üzdükdən sonra Afrikanın cənub sa hil -
lə rinə çıxdılar. Onlar Ümid burnundan Hind okeanına keçərək daha 3
ay Afri kanın şərq sahilləri ilə irəlilədilər.
Nəhayət, 1498-ci il mayın 20-də Portuqaliya gəmiləri Hindistanın
Kəl küttə şəhərinə yaxınlaşıb lövbər saldı. Hindistanla ticarəti öz əllə -
rində saxla yan ərəb tacirləri avropalıların bura gəlişindən narahat oldu-
lar. Mü səl man tacirləri hər yerdə Vasko da Qamanın də niz qulduruna
oxşadığını de yir dilər. Onun gətirdiyi hədiy yə lərə – parça la ra, şlya  palara,
mərcan muncuq la ra lağ edirdilər. Av ro palılar gətirdikləri mal ları 
çoxlu
əd viy yata – darçın, mixək və qara istiota də yişib tələsik şə həri tərk
etdilər.
1499-cu ilin sentyabrında Vas ko da Qama Portuqaliyaya qayıtdı. Eks -
pedisiya heyətinin yalnız 
üçdə biri 
qa yıt mış dı. Amma qazanc çox idi.
Por tu qa liyalılar gətirdikləri ədviy yatı sa     taraq ekspedisiyaya xərclədiklə -
rindən dəfələrlə çox qazanc götürdülər. Beləliklə, tapşırıq yerinə yetiril -
di: Hin distana Afrikanın cənubundan su yolu tapıldı. 
Vasko da Qama 
ikinci
dəfə Hindistana 1502-ci ildə 20 gəmidən
ibarət güclü donanma ilə yollandı. Portuqallar odlu silahdan istifadə
1. “Ümid burnu” ifad sind ki “burun” sözü omonimdir, yoxsa
çoxm nalı söz?
57
İXTİRALAR VƏ KƏŞFLƏR
 Çap üçün deyil


edərək Afrikanın Hind okeanı sahillərini, Әrəbistan və Hindistan ya -
rımadalarını müstəmləkəyə çevirdilər. Onlar şəhərlərin əhalisini qırır,
vəhşicəsinə çapıb-talayırdılar. Kəlküttə şəhərini top atəşinə tutaraq dar -
madağın etdilər. Әdviyyatı, qızılı, gümüşü, daş-qaşı silah gücünə alıb
gə milərə dol dur du lar. Beləliklə, böyük coğrafi kəşflər müstəmləkə iş -
ğallarının başlanmasına zəmin yaratdı.
1524-cü ildə Vasko da Qama Hindistana vitse-kral təyin olunsa da,
ölümü gələcək müstəmləkə planlarını həyata keçirməyə mane oldu. 
Arzu Quliyeva
Düşün və cavab ver
2. İki qrupa ayrılıb debat keçirin.
1. Coğrafi k şfl rin b ş riyy t tarixi üçün  h miyy ti böyükdür.
2. Coğrafi k şfl rin g tirdiyi b lalar onun  h miyy tini üst l yir.
Dil qaydaları
3. M tnd  göy r ngl  verilmiş saylara diqq t yetirin. H min say -
ların quruluşca növünü mü yy nl şdirin. Fikrinizi  saslandırın.
4. Sayları sözl rl  ifad  edin v  quruluşca növün  gör  qruplaşdırıb
yazın.
27; 9; 6-7; 265; 15; 2,5; 1520; II; 21; 3; 20-ci
5. “Söz mücrüsü”nd  verilmiş birl şm l rd n istifad  ed r k 20 Yanvar
faci si haqqında kiçik inşa yazın.
19-dan 20-n  keç n gec , XI Qızıl Ordu, minl rl   liyalın
insan, yüzl rl  tank, bir neç  m kt bli, gözü dönmüş çoxlu
sg r, yüzd n çox göz dağına çevrilmiş m zar, milyonlarla
q r nfil, minl rc  insanın acı f ryadı
Sayın quruluşca 3 növü var: sad , düz ltm  v  mür kk b.
Sad  saylar bir kökd n ibar t olur: 
üç, beş, on, min, xeyli v  s.
Düz ltm  saylar sad  saylara leksik ş kilçil r artırmaqla ya ra -
nır:
birinci, s kkizinci, yüzl rc , minl rl , çoxlu.
Mür kk b saylar iki v  daha artıq sayın birl şm sind n  m l
g lir: 
beş-altı, on iki, beş tam onda üç.
Yadda saxla!      
SAYIN QURULUŞCA NÖVLӘRİ
58
II BÖLMƏ 
 Çap üçün deyil


YUSİF MƏMMƏDƏLİYEV 
1942-ci il dekabr ayının 31-i idi. Həmin gün
ha mı 
37
yaşı tamam olmuş gənc alim Yusif
Məm mə  d əli yevi təbrik edirdi. Təkcə doğum
günü mü 
nasibətilə deyil, eyni zamanda yeni
kəşfinə gö rə. O, aviasiya üçün yeni, yüksək
keyfiyyətli ya nacaq icad etmiş di. Məhz
bunun sa yə sində 
II
Dünya mü haribəsi
zamanı fa 
 şist  lərlə gedən döyüş 
lərdə
sovet qırıcı təy     ya rələri havada üstünlüyü
ələ keçir miş di. Bununla əlaqədar o dövrün
qəzetləri yazır dı:
“Sovet aviasiyasının məşhur qəhrəmanlarından, igid qırıcı-təy ya rə -
çilərdən soruşun, havada ağalıq etməkdə sizə kim kömək etdi? Bir ağız -
dan deyəcəklər: Məmmədəliyev. Məhz o, sovet təyyarəçilərinə hamıdan
yüksəkdə, hamıdan uzağa uçmağa kömək etdi”.
Gənc alimin kəşfi yüksək qiymətləndirildi. Ölkənin Ali Baş Komandanı
Stali n özü onu Lenin ordeni ilə təltif etdi. O dövrdə bu, SSRİ-də ən yüksək
mükafat idi. Yusif Məmmədəliyev kimya elmləri doktoru alimlik dərəcəsi
və professor elmi adı aldı.
12 il sonra Yusif Məmmədəli yev digər böyük ixtirası ilə dünya elminə
yeni töhfə verdi. Belə ki, onun icad etdiyi raket yanacağının köməyi ilə
sovet kosmik ra ketləri atmosferi yarıb orbitə çıxa bildi və dünyada ilk dəfə
olaraq 1957-ci ildə sovet süni peyki çəkisizlik şə raitinə qalxdı. 
Bütün bu yüksək nailiyyətləri nəzərə alaraq keçmiş SSRİ-nin elmi
dairələri Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyini irəli sür dü -
lər. Həmin məsələ Moskvada dövlət sə 
viy yə sin   də keçi 
rilən iclasda
müzakirəyə çıxarıldı. İclas iştirakçıları Yusif Məm           mə də li yevin kəşfi ilə
bağlı sənədlərin Nobel Komitəsinə təqdim olunması haq qın da razılığa
gəldilər. Elə bu zaman qəfildən iclasa ünvanlanmış bir mək tub üzə çıxdı.
Məktubda Sovet Ordusunun marşalı Baq 
ramyan, Tank Qoşunları
komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu
kəşfə dair məlumatın açıqlanmasını məsləhət görmürdülər. Bir çoxları
məktubda yazılanlara etiraz etdilər. Lakin ticarət naziri Mikoyan çıxış
edərək məktubun müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi.
1. Yusif M mm d liyev kosmik raket yanacağını neç nci ild  ix-
tira etmişdir?
59
İXTİRALAR VƏ KƏŞFLƏR
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə