DİALOQ
– Rəşidə, salam!
– Salam, Sitarə!
– Rəşidə, bilirsən, sabah Cəmilənin ad gü nü dür?
–
Çox sağ ol, Sitarə, tamam yadımdan çıx mış
dı, nə yaxşı yadıma saldın! Lap biabır olacaqdım!
– Rəşidə, necə bilirsən, Cəmiləni evlərində,
yoxsa dərsə gələndə təbrik edərik?
– Evlərinə getsək, daha yaxşı olar. Heç bilirsən
Ül viyyə xala necə dadlı şirniyyatlar bişirir! Cəmilə
də sevinər. Birlikdə şənlənərik!
– Doğru deyirsən. Evlərinə getmək daha yax
şı dır. Axı onun 10 yaşı tamam olur! Yəqin Cə milə
bu ad gününə xüsusi hazırlaşır.
– Sən heç Cəmiləgildə olmamısan? Anası Ül
viy yə xala elə mehriban qa dın dır ki! Bilirəm, o da
bizim gəlişimizdən çox sevinəcək!
– Deməli, sən Cəmiləgilin evlərini tanıyırsan.
Onun üçün sürpriz edərik.
– Əlbəttə, tanıyıram. Biz bağçaya da birlikdə
getmişik. Analarımız da dostluq edirlər.
– Lap yaxşı! Onda sabah saat neçədə görüşək?
– Səncə, neçədə görüşsək, yaxşı olar?
– Saat on iki gec olmaz ki ?
– Yox,
gec deyil, elə saat on iki yaxşıdır.
– Lap yaxşı. O vaxta qədər də anamla onun üçün hədiyyə seçərik.
– Mənim də Cəmiləyə maraqlı bir hədiyyəm olacaq.
– Bilmək olar, bu necə hədiyyədir?
– Əvvəlcədən bilsən, maraqlı olmaz. Orda görsən, daha yaxşıdır.
– Ağıllı fikirdir. Bu daha maraqlı olar.
– Yaxşı, razılaşdıq, düz saat on ikidə burda səni gözləyəcəyəm. Gecikmə ha!
– Narahat olma , gecikmərəm! Görüşənədək!
– Görüşənədək!
ÜMUMİLƏŞDİRİCİ DƏRS
1. Siz aşağı siniflərdə həm rus, həm də Azərbaycan dilində ailə haqqında çoxlu şeirlər,
mətnlər
oxumusunuz. “Ailə müqəddəsdir, onu qorumaq lazımdır” fikri ilə razısınızmı? Valideynlərinizi
incitməmək üçün nə edirsiniz və evdə hansı işlərdə onlara kömək edirsiniz? Danışın.
2. “Ailə özü balaca bir dövlətdir” deyirlər. Bunu necə başa düşürsünüz?
Yoldaşlarınızla debata qoşulun. Lazım gələrsə, müəlliminizin köməyindən də istifadə edin.
3. Qohumluq bildirən sözləri sayın və həmin sözləri cümlələrdə işlədin.
4. Aşağıdakı mətni oxuyun. Sonra göy, yaşıl və çəhrayı rəngdə verilmiş sözləri seçib ayrı
14
razılaşmaq – соглашаться
SÖZLÜK
biabır olmaq – опозориться
SÖZ EHTİYATI
Çap üçün deyil
ayrı sütunlarda yazın. Hər sütunda eyni olan hissələrin altından bir xətt, dəyişən hissələrin altın
dan isə iki xətt çəkin. Hər sözdə neçə hissə olduğunu müəyyənləşdirin.
***
Ata
və ana leylək
yuvadan
uçub getmişdilər.
Yuvada
üç leylək
balası
vardı.
Leyləklərin
qayıtmasına isə az qalırdı...
O istəyirdi ki,
leyləklər
qayıdanadək
yuvanı
möhkəmləndirib, qurtarsınlar.
Artıq
yuva
ağacın budağına bərkidilmişdi. Bir azdan hər iki
leylək
parka tərəf uçdu. Onlar
yuvanı
görmüşdülər. Ancaq
yuvaya
birdənbirə enmədilər. Əvvəlcə
yuvanın
ətrafında bir neçə
dəfə dövrə vurdular. Nəhayət, ata
leylək
, onun dalınca da ana leylək
yuvaya
qondular.
Bala
leyləklər qırmızı ağızlarını açdılar.
Balalarını
yedirəndən sonra
leyləklər
təzə
yuvanı
sahmana
salmaqla məşğul oldular.
5. 4cü çalışmadakı mətni rus dilinə tərcümə edin.
6. 4cü çalışmanın mətni üzrə imla yazın. Sonra kitabla yoxlayın və səhvlərinizi düzəldin.
7. Mətni oxuyun və plan əsasında danışın. Sonra mətni bir də oxuyun və ifadə yazın.
BALACA SOLMAZ
Poçtalyon məktubu verib getdi. Ancaq Solmaz Məsmə xalanın yanında qaldı.
Məsmə xala yatağında dikəlib məktubu oxumaq istədi. Solmaz tez yastığı
düzəldib, onun
kürəyinə söykədi.
Məsmə xala eynəyini taxıb məktubu oxumağa başladı. Solmaz çarpayının qabağındakı balaca
stolun üstündə çirkli qabları gördü. O tez qabları götürüb mətbəxə apardı. Yuyub şkafa qoydu.
Stolun üstündəki süfrəni düzəltdi. Orada bir resept gördü. Bir saat
qabaq
həkimin həyətə nə
üçün gəldiyini o indi
başa düşdü
. Solmaz resepti götürüb dedi:
– Məsmə xala, gedib aptekdən dərmanları alımmı?
Məsmə xala
əvvəl
razı olmadı. O,
balaca
Solmaza əziyyət vermək istəmirdi. Qızın təkid et
diyini gördükdə, razılaşmalı oldu.
İki saatdan sonra Solmaz Məsmə xalanın dərmanlarını alıb gətirdi.
Məsmə xala onun
kiçik
, yaraşıqlı alnından öpdü.
Xalidə Hasilova
8. Tapmacanı oxuyun, cavabını tapın. Sonra göy və yaşıl rəngdə
olan sözlərin birbirinə münasibətini aydınlaşdırın.
Məmməd Aslan
15
Sapı incə, ağzı kürək,
Süfrə üstdə olsun gərək.
Dolu
gedər
,
boş
gələr
ki,
İşi bizə xoş gələr ki!...
süfrə – скатерт
dərman – лекарство
yaraşıqlı – красивый
SÖZLÜK_kürək_–_лопата_sap_–_здесь_:_ручка,_рукоятка_SÖZLÜK'>SÖZLÜK
kürək – лопата
sap –
здесь: ручка, рукоятка
SÖZLÜK
təkid etmək – настаивать
dikəlmək – приподняться
əziyyət vermək – утруждать, беспокоить
SÖZ EHTİYATI
Çap üçün deyil
Tez ol, dur get məktəbə,
Sarıl elmə, ədəbə.
Abdulla Şaiq
Sevimli dostlar, deyin görüm, Mirzə Ələkbər Sabirin ikinci və üçüncü siniflərdə öyrəndiyiniz
“Yaz günləri”, “Uşaq və buz” şeirlərini unutmamısınız ki? Bəs Abdulla Şaiqin “Uşaq və dovşan”,
“ Səməni”, “Qərənfil” şeirləri yadınızdadırmı? Sevimli şairlərimizin daha hansı şeirlərini oxu
musunuz? Əziz uşaqlar, M.Ə.Sabir və A.Şaiq dost olublar. Ona görə də Çoxbilmiş istəyir ki, indi
hər iki şairin yeni şeirlərini oxuyasınız! Görək həmişə uşaqları sevən və onları millətin gələcəyi
hesab edən sevimli şairlərimiz siz lə rə bu şeirlərində nə deyirlər?
16
MƏKTƏBƏ ÇAĞIRIŞ!
Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Gün çıxdı, sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən
gün düşdü,
Otaqlara saçıldı.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Oğul, oğul, amandır,
Çox
yuxlamaq
yaman
dır.
Çox
yuxlamaq
şeytandan,
Tez durmaq allahdandır.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Müəllimin kəlamın
Al, saxla
ehtiram
ın;
Həqdən
edər təmənna
Məktəbinin
dəvamın
.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Mirzə Ələkbər Sabir
MƏKTƏB ZAMAN I GƏLDİ!
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.
Al şəfəqli günəş var,
Pəncərədən parıldar.
Qalx ki, hamı oyanmış,
Dünya
nura
boyanmış.
Səhər
ziyan
dır yuxu,
Məktəbə get, dərs oxu.
OYAN, OĞLUM !
Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə.
Abdulla Şaiq
nur – свет
qiymətli – ценный
ədəb – вежливость
vəfalı – верный, преданный
ehtiram – уважение, почитание
ziyalı –
здесь: светлый, просвещенный
SÖZLÜK
Çap üçün deyil