Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə10/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

   
33
Monitorda təsvirin yenidən  əks olunması bir saniyə 
ərzində 
təsvirin tamamilə ekranda təzələnməsi ilə 
səciyyələndirilir.  Əksər hallarda bu parametri kadrların tezliyi 
də adlandırırlar. Parametr monitorun və videoadapterin 
xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. 
Əks olunma tezliyi herslərlə ölçülür. Tezlik artdıqca 
ekranda təsvir bir o qədər də təmiz alınır. Müasir monitorlarda 
tezlik 75-100 hers arasında dəyişir. 
Ekranın müdafiə  dərəcəsi ümumdünya standartlarına 
(məsələn, MPR-II, TCO, TCO-95 və s.) uyğun təyin edilir. 
İstifadə olunma sahələrinə görə monitorlar müxtəlif 
tənzimedici qurğular ilə təmin edilirlər. 
Monitorda  əsas göstəricilərdən biri ekranda təsvir 
olunan nöqtələrin sayıdır. Müxtəlif monitorlarda nöqtələrin 
sayı müxtəlif olur. Məsələn, adi monitorlarda üfiqi və  şaquli 
istiqamət üzrə nöqtələrin sayı-640x480=307200-ə  qədər, 
professional monitorlarda isə 1600x1280=2048000-ə  qədər 
olur. Rəqəmlərin sayından görünür ki, monitorlarda nöqtələrin 
sayı milyondan çoxdur. Aydın məsələdir ki, monitorlarda 
istənilən təsvirin dəqiqliyini artırmaq üçün nöqtələrin sayını 
tənzimləmək lazımdır. Həmçinin ekranda əks olunan təsvirlərin 
rənglərinin sayını da tənzimləmək olar, bu rənglər 16-16,8 
milyon intervalında ola bilər. 
Müasir dövrdə daha çox maye kristal monitorlardan 
isifadə olunur. Bu tipli monitorların ekranları adi elektron 
saatlar, mobil telefonlar və s. olan ekranlarla eynidir. Bu ekran 
iki təbəqədən ibarətdir. Həmin təbəqələrin arasında milşəkilli 
molekullar yəni maye kristallı qarışıqlar vardır. Kristallar işığı 
polyarizatorlardan keçirirlər. Elektrik cərəyanı mayedən 
keçəndə kristalları bir istiqamətdə yönəldir. Kristallar işığı 
polyarlaşdıran müstəvi qatlarını döndərir. Nəticədə  işıq 
buradan keçə bilmir və həmin hissə tünd rəngə boyanır. 


 
34
LCD ekranlarda CRT monitordan fərqli olaraq cəmi 64 
rəng çaları yaratmaq mümkündür
1
. Hər pikseldə 3 element 
qırmızı, yaşıl, mavi (RGB) olmaqla hər element 64 rəng çaları 
yarada bilər. Bununla da  64*64*64=262 144 sayda rənglərdən 
alınan kombinasiyadan birini almaq olar. CRT ekranlarda isə 
bu kombinasiya 256*256*256= 16 777 216 sayda olur. LCD 
ekranlarda “təsviri” insan gözünün rahat görməsi üçün 
parlaqlığı artırmaq üçün elementlər (backlight) yerləşdirirlər.  
Videoadapter. 
Monitorun ekranında alınmış təsviri 
formalaşdırmaq üçün videoadapterdən (videokartdan) istifadə 
olunur. Videoadapter mətn və ya qrafik rejimdə işləyə bilir. 
Videoadapterin  iki növündən istifadə edilir: 

 
16 rəngli 80x25 və ya 80x50 simvolla mətn rejimində 
və 600x350 və ya 640x480 nöqtələrə qrafik rejimdə, həmçinin 
256 rənglə 320x200 nöqtələrlə qrafik rejimdə ekranı  təmin 
edən VGA videokartı; 

 
16 milyon rənglə 640x480 simvollarla müxtəlif 
rejimlərdə ekranı  təmin edən SGVA və ya super VGA 
videokartı. 
Qeyd etmək lazımdır ki, videoadapterin yaddaşını 
artırmaqla (məsələn, 1 Mbayt-dan 2 Mbayta qədər) rənglərin 
və simvolların rejimlərə uyğun ekranı  təmin etməsini 
çoxaltmaq olar. 
Videoadapter sətirlərarası (Interlaced) və ya sətir-sətir 
(Noninterlaced) genəltmə rejimlərində işləyə bilir. Sətirlərarası 
rejimdə monitorun ekranında alınmış  təsvir iki kadrla 
formalaşır.  İkinci rejimdə isə  təsvir bir kadr vasitəsilə 
formalaşmış olur. Birinciyə  nəzərən monitorun ekranında 
alınmış təsvir daha aydın və dəqiq olur. 
Videokartı  səciyyələndirən digər parametr ekranda 
təsvirin dəyişmə tezliyidir. Bu parametr 50-120 hers tezlik 
diapazonunda dəyişir. Təcrübə göstərir ki, fərdi kompüterlə 
                                                 
1
 256 rəng çaları yaratmaq mümkündür. 


   
35
işləyən istifadəçinin normal işləməsini təmin etmək üçün
həmçinin onun iş prosesində gözünün yorulmamasını  əldə 
etmək üçün videoadapteri sətir-sətir genəltmə rejimində 
işlətmək məqsədəuyğundur. Bu zaman kadrların dəyişmə 
tezliyi 75 hersdən az olmamalıdır. Ümumilikdə isə, 100 Hs 
tezlik optimal sayılır. Bəzi hallarda videoyaddaşın lazımi 
səviyyədə tezliyə malik olmaması  nəticəsində monitorun 
ekranında göstərilən təsvir dumanlı şəkildə alınmış olur. Bu isə 
videokartın lazımi səviyyədə işləməməsinə dəlalət edir. 
Videoadapterin müasir proqramlar paketi ilə  işləməsi 
üçün o, mütləq sürətləndirmə funksiyasına malik olmalıdır. 
Başqa sözlə desək, videoakselerator  rolunu ifa etməlidir. 
Videoadapterin belə rejimdə  işləməsi mərkəzi mikropro-
sessorun yükünü azaldır, nəticədə kompüterin işləmə sürəti 
çoxalır. 
Sürətləndirmə funksiyası ikiölçülü (2D) və üçölçülü 
(3D) sinfə bölünür. İkiölçülü sürətləndirmə rejimi bütün müasir 
proqramların (ofis paketlərindən tutmuş kompüter oyunlarına 
qədər) icra olunma sürətini artırmağa imkan verir. Üçölçülü 
sürətləndirmə rejimində isə kompüter oyunları ilə yanaşı, 
kompüterdə istifadə edilən stimulyasiya və modelləşdirmə 
proqramlarının həyata keçirilməsinə şərait yaranır.  
İndiki zamanda istehsal olunan müasir videoadapterlər 
ikiölçülü sürətləndirmə funksiyasına malikdirlər.  
Səs kartı (səs adapteri). 
Səsləri
1
  (musiqi, danışıq və 
s.) səsləndirmək üçün kompüterə akustik sistemlər (səs 
ucaldanlar) və səs kartları quraşdırılır.  
Müasir kompüterlərdə dərəcəsindən asılı olaraq (8 və ya 
16 bitlik) səs kartları istifadə olunur. İstifadəçi çalışmalıdır ki, 
istifadə etdiyi səs kartları Sound Blaster 8 (8 bitlik səs kartı 
                                                 
1
 
Səs dedikdə, insan qulağının 16 Hs-dən 25000 Hs-ə kimi hava 
titrəyişini qəbul etməsi başa düşülür. Səs müxtəlif tezliklərdə olub, 
amplitudası və fazası ilə səciyyələndirilir. 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə