çatışmazlığı olan, pediatrik xəstələrə və s.) də göstərilir. Bu isə həmin sahələrdə müvafiq
müt
əxəssislərin olmasını və palliativ xidmətlərin çeşidi və əhatəliliyinin genişləndirilməsini
t
ələb edir.
3.
Palliativ qayğı ilə bağlı standartlaşdırılmış yanaşma və qəbul edilmiş təlimatlar olmadığından,
ehtiyacı olan xəstələrə göstərilən qayğının həcmi və keyfiyyətinin şəhərdən şəhərə və tibb
ocaqlar
ı arasında ciddi fərqləndiyi düşünülür.
4.
Palliativ qayğı ilə bağlı ilk tədris vəsaiti 7 il bundan əvvəl hazırlanmış olsa da, yeni dərsliklər və
kitablar n
əşr edilməmişdir. Qeyd edilmiş tədris vəsaiti əsasında dərslər yalnız ATU-da
onkologiya kafedrasında tədris alan tibb tələbələri üçün keçirilir. Müvafiq tədris proqramı və
d
ərslər nə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), nə
d
ə tibb kollecləri səviyyəsində keçirilmir. Bakı Dövlət Universitetində social işçilərin
hazırlanması zamanı palliativ qayğı və hospis məsələləri səthi və məhdud həcmdə olsa da,
araşdırılır və tədris edilir.
5.
8-10 il
əvvəl Bakı və Sumqayıtda həm evdə, həm də stasionar şəraitdə və poliklinikada palliativ
qayğı xidmətləri uğurla sınaqdan keçirilmişdir. Bu sınağın əsasında milli palliativ qayğı və
hospis xidm
ətləri modelinin hazırlanması tələb olunur.
6.
Palliativ v
ə hospis xidmətlərinin yaradılması üçün lazım olunan xərclərin hesablanması tələb
olunur. Bura h
əm texniki, həm insan resursları ilə bağlı xərclər daxildir.
7.
T
əxminən 10 ildən çoxdur palliativ qayğı ilə bağlı ölkədə işin aparılmasına baxmayaraq,
əhalinin mühüm bir hissəsi hələ də bu xidmətlərin nə olduğu və nəyə xidmət etdiyi barədə dəqiq
bilgiy
ə və məlumata malik deyil.
8.
Tibb işçilərinin palliativ qayğı və hospis xidmətləri, o cümlədən palliativ xəstələrin ehtiyacları
bar
ədə məlumatlılığı yetərli deyildir.
9.
H
əyatın sonunda olan xəstələr, xüsusilə də onkoloji və QİÇS xəstələrinin keçirdiyi xronik
ağrının ciddiliyi və onların həyat keyfiyyətinə təsiri tibb işçiləri tərəfindən çox vaxt tanınmır,
q
əbul edilmir və nəticədə düzgün tənzimlənmir.
PALL
İATIV QAYĞI XİDMƏTLƏRİNİN YARADILMASINA DAİR ÜMUMİ TƏKLİFLƏR
Mövcud s
ənədlərin/hesabatların təhlili, eləcə də hazırkı sorğunun nəticələri göstərir ki, ilkin
inkişaf mərhələsində və əsasən də pərakəndə və məhdud həcmdə mövcud olmasına baxmayaraq,
icma daxilind
ə və evdə, ambulator-poliklinika şəraitində və ixtisaslaşmış palliativ qayğı şöbələri və
hospisl
ərin yaradılması ilə inkişaf etdirilməsi üçün milli palliativ qayğı proqramının qəbul
edilm
əsinə ehtiyac vardır. Palliativ qayğı və hospis xidmətlərinin genişləndirilməsi və milli səhiyyə
sisteminin ayrılmaz komponentinə çevrilməsi, habelə icbari tibbi sığorta ödənişləri ilə əhatə
olunmasını təmin etmək ciddi əhəmiyyət kəsb edir.
Aşağıda tövsiyə edilən tədbirlər bu məqsədə çatmaq, eləcə də hesabatda təsvir edilmiş
boşluqların və maneələrin aradan qaldırılması üçün birbaşa yol göstərə bilər. Bu tövsiyələrin bir
qisminin h
əyata keçirilməsinin maliyyə və insan resurslarından asılı olmasına baxmayaraq, digər bir
çox f
əaliyyətlərin həyata keçirilməsi heç bir ciddi maliyyə və texniki sərmayələr tələb etmir.
Palliativ qayğı sistemi və xidmətlərin yaradılması prosesinin qısa təsviri
•
Milli Palliativ Qayğı və Hospis üzrə İşçi Qrupun yaradılması
o
Az
ərbaycanda palliativ qayğı sisteminin inkişafını planlaşdırmaq və bu məqsədlə
aidiyy
əti dövlət qurumları və ictimai birliklərin
mütəxəssislərindən ibarət Milli
Palliativ Qayğı və Hospis üzrə İşçi Qrupun yaradılması ilk addım ola bilər. Bu
qrup pal
liativ qayğı və hospis modelinin sınaqdan keçirilməsi işini təşkil edə,
f
əaliyyətlərin ilkin və yekun nəticələrini qiymətləndirə və tələb olunduqda,
korreksiyalar apardıqdan sonra onun qurumlararası qarşılıqlı əlaqə və əməkdaşlıq
şəraitində ölkə üzrə tətbiqinə nail ola bilər.
24
•
Respublikada
palliativ qayğı və hospis xidmətinin inkişafına dair
konsepsiya və
modelin
t
ərtib edilməsi
•
Palliativ qayğının yaradılması və inkişaf etdirilməsi üzrə aidiyyəti nazirliklər və komitələr,
habel
ə beynəlxalq və milli ictimai birliklərin iştirakı
•
Palliativ qayğı məsələlərinin milli qanunvericilikdə əks etdirilməsi məqsədilə milli
qanunvericiliyin t
əhlilini aparılması və müvafiq əlavə və ya dəyişikliklərin təklif edilməsi
•
Palliativ qayğı xidmətlərinin sınaqdan keçirilməsi və xüsusi tədris-təcrübə mərkəzinin
yaradılması məqsədilə Bakı şəhərinin iri xəstəxanalarının birində 5-10 çarpayılıq pilot
Palliativ q
ayğı şöbəsinin təşkil edilməsi və böyüklər üçün poliklinika və ərazi üzrə təcili
tibbi yardım xidməti ilə müvafiq əməkdaşlığın qurulması
Maliyy
ə
•
Palliativ qayğı xidmətlərinin
göstərilməsi üçün stasionar,
poliklinika və ev şəraitində
x
əstələrə qayğı üzrə standartlar və meyarların tərtib edilməsi və xərclərin hesablanması.
T
əlim-tədris
•
Az
ərbaycan Tibb Universitetinin nəzdində tədris edilən palliativ qayğı dərslərinin
əhatəliliyinin genişləndirilməsi, ADHTİ və 2 nömrəli Bakı Baza Tibb Kolleci nəzdində
ixtisaslaşdırılmış pallitiv qayğı üzrə təkmilləşdirmə kurslarının yaradılmasının təmin
edilm
əsi.
•
Palliativ qayğı məsələlərinin rezidentura və magistr təhsil səviyyələrinə inteqrasiya edilməsi.
Xidm
ətlərin göstərilməsi
•
Palliativ qayğı xidmətlərinin göstərilməsi üçün stasionar, poliklinika və ev şəraitində
x
əstələrə qayğı üzrə protokollar və alqoritmlərin tərtib edilməsi.
•
Keyfiyy
ətli palliativ qayğı xidmətlərinin göstərilməsinə təminat üçün monitorinq və
qiym
ətləndirmə strategiyalarının yaradılması.
D
ərmanların istifadəsinin
mümkünlüyü
•
Palliativ v
ə hospis qayğısında olan xəstələr arasında xronik ağrının idarə edilməsində baha
olmayan per os narkotik analgetikl
ərin əlçatanlığının və düzgün istifadəsinin təmin edilməsi.
•
Narkotik analgetikl
ər, habelə opiatların artıq dozalanması zamanı istifadə edilən nalokson
preparatlarının istehsalı, idxalı, təyin edilməsi və reseptlərin yazılması məsələlərini
t
ənzimləyən müvafiq qanun və normativ hüquqi aktların təkmilləşdirilməsi.
25