Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə17/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   13   14   15   16   17   18   19   20   ...   138

50 

1959-cu ilin statistikasına əsasən bərbərlərin iĢlətdikləri dia-

lektdə beĢ milyon əhali danıĢıb. 

Cəbhənin qəlbində durmuĢ zəncilər, 

Sağında həbəĢlər, solunda bərbər (Ġ-89). 

Bərciz (məc. kos.) - Bax: Bürcis. 

Kim mənə kin etsə düĢmən olaraq, 



Bərciztək oxum var, ataram ancaq (Ġ-38). 

Bu  ulduz  Qövs  (Kaman)  bürcündə  olduğu  üçün  ondan  ox 

atarmıĢ.  Nizami  anlatmaq  istəyir  ki,  düĢmənlərlə  və  paxıllarla 

mübarizəyə  mənim  də  MüĢtəri  (Bürcis)  ulduzu  kimi  silahım, 

sözdən,  Ģeirdən  oxlarım  var,  istəsəm  vuraram.  Demək,  Ģair  öz 

Ģeirlərini Bərcis ulduzuna bənzətmiĢdir.  



Bərdə  (top.)  –  Azərbaycanın  ən  qədim  Ģəhərlərindən  biridir. 

Rəvayətə görə, eramızdan neçə yüz il əvvəl NüĢabə (bax.) adlı yerli 

hökmdar  tərəfindən  salınmıĢ  bu  Ģəhərə  Bərdə  adını  Makedoniya 

sərkərdəsi Aleksandr (Ġskəndər) vermiĢdir. Bir zaman Qafqaz Al-

baniyasının paytaxtı olmuĢdur. VIII əsrdə Ərəblər tərəfindən iĢğal 

edilmiĢ  bu  Ģəhər  orta  əsrlərdə  karvan  yoluna  yaxın  olduğundan, 

böyük ticarət və peĢəkarlıq mərkəzi sayılırdı. Örtülü bazarları, mü-

dafiə hasarları, yeraltı mühafizə yolları, daĢ körpüləri və s. varmıĢ. 

XII  əsrdə  mədəni  mərkəzlərdən  olmuĢdur.  Nizaminin  yazdığına 

görə, “Xosrov və ġirin” haqqında ilk mənbələrdən biri həmin Ģə-

hərin saray kitabxanasında mövcud imiĢ. O, bu Ģəhərin gözəlliyini 

böyük vətənpərvərlik duyğuları ilə tərənnüm etmiĢdir.  



Bərdənin havası çox mötədildir

Hər il qıĢ zamanı o bura gəlir (Xġ-63). 

Burada söhbət Məhin Banudan (bax) gedir.  

ġair  “Ġskəndərnamə”  əsərində  isə  Bərdəni  böyük  ilhamla 

vəsv etmiĢdir.  

Bərdə nə gözəldir, necə qəĢəngdir, 

Yazı da, qıĢı da güldür, çiçəkdir... (Ġ-203). 

ġairin  təsvirinə  görə,  Bərdənin  əvvəlki  adı  Hərum  olmuĢ, 

sonradan Bərdə adlanmıĢdır.  



Hərum adlanırdı bu yurd hər yerdə

Ġndisə adına deyirlər Bərdə (Ġ-204). 




51 

Ağamusa  Axundovun  fikrincə,  Bərdə  türk  dillərində  “qab, 

piyalə, kuzə” mənasında olan “bart” sözündəndir. Demək, Azər-

baycana gələn digər türk tayfaları qədim Hərum (Horum) Ģəhərini 

piyalələrlə,  saxsı  qablarla,  kuzələrlə  zəngin  olduğunu  görüb  onu 

“piyaləli”,  “kuzəli”  mənasını  bildirən  Bərdə  sözü  ilə  adlandır-

mıĢlar.  Sonralar  bu  ad  köhnə  yer  adını  sıxıĢdırıb  aradan  çıxar-

mıĢdır (“Torpağın köksündə tarixin izləri”. Bakı, 1983. s. 96-101).  

Q.Qeybullayev Bərdə oykoniminin eramızdan əvvəl cənubda 

mövcud  olmuĢ  Ġran  mənĢəli  Parda  toponimi  ilə  əlaqələndirir. 

Lakin belə halda məĢhur Hərum adının nə üçün V əsrdə Bərdəyə 

çevrildiyi naməlum qalır.  

Qədim Bərdə nahiyyələri  əhalisinin toxuculuğundakı  məha-

rətinin  ənənəvi  olmasını  həmin  sözün  leksik  mənası  da  təsdiq 

edir. “Qədim türk lüğəti”ndə “berdi” sözünün “iplik sap” mənası 

var.  Orta  Asiyadakı  türk  dilləri  ilə  müqayisədə  Azərbaycan 

dilində  açıq  saitli  sözlərin  iĢlədilməsi  üstün  olduğuna  görə 

“berdi” sözü dilimizdə Bərdə formasında təzahür etmiĢdir. Ümu-

miyyətlə, qədim türkcədə bar-ber kökü toxuculuqla əlaqədar bir 

neçə sözün əsasında dayanır: barçın – ipək parça, bertü-ködəkcə. 

Barama  sözündə  də  həmin  bar  kökünü  görmək  mümkündür. 

Beləliklə, Bərdə coğrafi adının “iplik sap” mənasında olan “ber-

di” sözündən götürüldüyünü söyləmək olar.  

Tarixi-coğrafi məlumat və çoxlu söz üzərindəki müĢahidələr 

belə qənaət yaradır ki, Hərum yun parça, yun məmulat istehsalı 

ilə,  Bərdə  toponimi  isə  ipəkçilik  və  pambıqçılıqla  əlaqədar  ya-

ranmıĢdır. Qədim Hərumun sonradan Bərdə kimi məĢhurlaĢması 

burada  ipəkçilik  və  pambıqçılığın  sürətli  inkiĢafı  ilə  bağlı  ol-

muĢdur (“Elm və həyat”, № 6, 1987. s. 17-18).  Bax: Hərum 

“Bərdə” adını fars dilində “qul  yeri”, “qadına sitayiĢ  kultu” 

və  s.  ilə  əlaqələndirənlər  də  vardır.  E.Ġ.Əzimov  “Bərdə  toponi-

mi” məqaləsində göstərir ki, Perm vilayətində Bərdə adlı üç çay 

(Silva çayının sağ qolu) və bir yaĢayıĢ məntəqəsi, Qərbi Sibirdə 

Bərdə adlı çay var. Dağlıq Altayda Köhnə Bərdə, Böyük Bərdə 

və Kiçik Bərdə adlı yaĢayıĢ məntəqələri olmuĢdur və öz adlarını 

çay adlarından almıĢdır. Çay adı kimi Bərdə sözü “qol, ensiz çay, 




52 

sapabənzər  çay,  tel”  mənasını  verir.  Berdi  sözünün  “nazik, 

uzun”  mənası  Azərbaycan  dilindəki  pərdi  (damın  üstünə  qoyu-

lan) sözündə də saxlanılmıĢdır (Azərbaycan onomastikası prob-

lemlərinə dair konfransın materialları. Bakı, 1986. səh-150). 

“Bərdə”  toponiminin  sözaçımı  haqqında  müxtəlif  fikirlər 

söylənmiĢdir.  Bunların  hər  birində  müəyyən  həqiqət  də  vardır. 

Lakin müəlliflər onun ən qədim forması olan “Partov” formasını 

izah etsəydilər , daha uğurlu alınardı.  

E.Əzimov “Bərdə”ni “qol, ensiz çay, tel” kimi izah etsə də, bu 

adın  vaxtilə  mürəkkəb  ad  olmasına  toxunmamıĢdır.  Zənnimizcə, 

“Partov” üç komponentdən ibarətdir: par-t-ov. “Par” vaxtilə müstə-

qil  söz  kimi  sarı,  parıltılı,  iĢıq,  əsas  olmayan,  bütövün  bir  hissəsi 

mənalarında iĢlənmiĢ və indi də parla(maq), parlaq, parıltı, parılda 

(maq) və s. sözlərdə  geniĢ iĢlənir.  Fars  sözü olan  “para”  sözü ilə 

türk  sözü  olan  par-par  və  ya  “parlamaq”  sözlərindəki  “par”  eyni 

mənaya malik olub “bütövün bir hissəsi” mənasında iĢlənir: Günə-

Ģin, Ayın, ulduzun, odun parıltısı, çayın qolu, ağacın budağı və s. 

“T” samiti isə dilimizdə elə öz-özlüyündə “səs-küy” mənasını bil-

dirir: Ģiddət, gurultu, sürət, partıltı, parlamaq, top, tüfəng və s. 

Üstündə  Bərdə  Ģəhəri  yerləĢən  Tərtər  çayı  isə,  doğrudan  da, 

hay-küylü,  gurultulu,  sürətlə  axan  çaydır  və  2  “t”  samiti  vardır. 

“Ov” isə qədim türk dillərində elə su mənasında (ab, av, ov və s. 

formada iĢlənən bu ad həm də çox mənalı sözdür) iĢlənmiĢdir. De-

mək, “Partov”  – sürətlə  axan çay  deməkdir.  Bu baxımdan  Altay-

dakı “Bərdə” sözünün mənası ilə “Tərtər” sözünün mənası üst-üstə 

düĢür.  Çox  maraqlıdır  ki,  pərt,  pərtlik  sözü  Azərbaycan  “pərtöv” 

sözü isə fars mənĢəli hesab olunur. “Pərtov” isə “iĢıq, nur, ziya, Ģüa, 

parlaqlıq”  və  “səliqəsiz,  nizamsız,  narahat”  mənalarında  iĢlənir 

(Azərbaycan dilinin izahlı lüğəti . III c. Bakı, 2006. s.567). 

Yuxarıda  deyildiyi  kimi,  “par”-  od,  “part”  –yanan,  Ģiddətli 

od  mənalarını  bildirir.  “Partov”-  sürətli  od  və  ya  sadəcə  olaraq 

alov mənasında da iĢlənir. “Bərdə” adının həm su, həm də odla 

əlaqədar olaması qədim ZərdüĢt fəlsəfəsi ilə də səsləĢir.  



Bərdi-əcuz (on.) – QıĢın axır ayındakı Ģiddətli Ģaxta. Boz ay 

Ģaxtası.  




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə