Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə25/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   21   22   23   24   25   26   27   28   ...   138

74 

Qoca  pəhləvan  Fəribərz  Ġskəndərin  sualına  cavab  verərkən 

CəmĢid və Zöhhakın düĢdüyü vəziyyəti xatırlayır və qoca Dara-

nı metaforik Ģəkildə CəmĢidlə müqayisə edir. 

Qocalıq çağında çərxin inadı 

CəmĢidə, Zöhhaka nələr qurmadı? (Ġ-165 ). 

Həm CəmĢid, həm də Keyxosrov Ġran mifologiyasında qüdrətli 

hökmdar  rəmzi  hesab  olunurlar.  Elə  buna  görə  də  Ģair  Fəxrəddin 

Bəhram ġahı (bax) eyni vaxtda bu hökmdarlarla müqayisə edir.  

Camın bənzər CəmĢidin, Keyxosrovun camına  (SX-42). 

CəmĢidin  xələti  (məc.  ktem.)  –  Doğan  GünəĢ  CəmĢidin 

xələtinə, dünya isə bu xələtə bürünən insana bənzədilir. 

Əlbürzün baĢında günəĢ göründü, 

CəmĢid xələtinə dünya büründü  (Xġ-70). 

Cənd  (top.)  –  Nizaminin  təsvirlərindən  ehtimal  etmək  olar 

ki, bu Ģəhər Orta Asiya ərazisində olmuĢdur. ġairin fikrincə, bu 

Ģəhəri Makedoniyalı Ġskəndər tikdirmiĢdir. 

Səmərqənd Ģəhərinə o verdi zivər



Cəndi də tikdirmiĢ böyük Ġskəndər  (I – 56 ). 

Cənnət (mif.) – Ərəb sözüdür və BehiĢt deməkdir. Dini əfsa-

nələrə  görə,  guya  dini  qayda-qanunları  və  Ģəriətin  tələblərini 

həyata  keçirən  Ģəxslər  öləndən  sonra  Cənnətə,  bunlara  əməl 

etməyənlər isə Cəhənnəmə ( bax ) gedəcəklər. 



Cənnət də ətirlənər gülzarının Ģehindən (SX – 35 ). 

Yəni  Məhəmməd  peyğəmbərin  gülzarının  Ģehindən  Cənnət 

də ətirlənər. 

Cənnət (xat. mif.) – Adəmin buğda yeyib Cənnətdən çıxma-

sına iĢarə olunur. 

Uçub qondu fələklərin quĢları, 

Səcdəsindən nə qədər ləngidi uçuĢları. 

Səxavəti ucundan mənimsədi bir dəni

Atdı gözəl cənnəti, dünya oldu məskəni (SX-69). 

Fələyin quĢları - mələklər deməkdir. Adəmə ona görə səcdə 

ediblər  ki,  Adəm  mərhəmət  və  kəramət  naminə  buğda  yeyib, 

Cənnətdən  dünyaya  gələndən  sonra  Tanrının  ona  öyrətdiklərini 

mələklərə də öyrədib. 




75 

Cənnət  beytləri  (məc.  mif.)  –  Ən  gözəl,  ahəngdar  və  dərin 

məzmunlu Ģeirlər Cənnət beytlərinə bənzədilir. 

Turaclar əkində ötüb gedirdi. 

Cənnət beytləri təqti edirdi (YG-274). 

Burada təqti etmək - ahənglə oxumaq deməkdir. 



Cənnət eyvanı (məc. mif) – Yeddi günbəd sarayının eyvanı 

Cənnət eyvanına bənzədilir. 



Cənnət eyvanına o gələn kimi... (YG-275). 

Burada söhbət Çin ordusunun Ġrana hücumu haqqında xəbər 

gətirən qasiddən gedir. 

Cənnət  meyvəsi  (məc.  mif.)  –  Xacənin  bağında  yetiĢən 

meyvələr Cənnət meyvəsinə bənzədilir. 

Ətrilə yoğrulub sanki hər yeri

Cənnət meyvəsinə oxĢar bəhəri (YG-256). 

Cənnət, Cəhənnəm (məc. mif.) – ġair Bəhram Gurun vəziri 

Rastü – RövĢənin vəzirlik dövrünü, firavan həyatını, özbaĢınalı-

ğını Cənnətə, zindana salınmasını, əvvəlki cahü -cəlaldan məh-

rum olmasını isə eyni vaxtda Cəhənnəmə bənzətməklə qüvvətli 

təzad yaratmıĢdır. 

Sonra bir cəllada dedi: “Onu al, 



Cənnətdən sürüyüb cəhənnəmə sal!” (YG-285). 

Cənub (top.) – Cənub qütbü.  Lakin Ģeirin təsvirlərindən elə 

nəticəyə  gəlmək  olur  ki,  burada  Cənub  dedikdə  Hindistan  və 

Çinin cənubundan söhbət gedir. 

Sonrasa Cənuba dönüb yenə də, 

Çoxlu ov etdilər yol gedə-gedə (Ġ-555). 

Cərəm  (an.)  –  Əsli  Dağıstandan  olan  rus  pəhləvanlarından 

birinin əsl adı. 



Cərəm adlı bir dağ Ləzgi dağından, 

Əlindən zinhara gəlmiĢ bu cahan (Ġ-335). 



Cəzirə  (top.)  –  Ərəbcə  ada mənasında olan Cəzirə  Ġskəndər 

ilə Dara qoĢunlarının üz-üzə gəldiyi Musil vilayətinin yerləĢdiyi 

ərazidir. 

Cəzirə ki, Musil adlı ölkədir, 

Səfalı bir yerdir, xoĢ düĢərgədir (Ġ-140). 




76 

Cəzirə - ġam ilə Ġraq və Kürdüstan arasında bir ölkədir. Fərat 

ilə  Dəclə  buradan  axdığı  üçün  qədim  yunan  coğrafiyaĢünasları 

buraya Mesopotamiya, yəni çaylararası adını vermiĢlər. 



Cin (mif.) – Ərəb sözüdür və ġeytan mifoniminin sinonimidir. 

Onlar müsəlman əsatirlərində oddan yaradılmıĢ ruhlardır. Ġstənilən 

sifətə, o cümlədən insan sifətinə girə bilirlər. Cinlər xeyirxah (Alla-

ha etiqad bəsləyən) və bədxah olur. Bədxah cinlər Ġblisə tabedirlər 

və adamlara zərər vurmaqda ona kömək edirlər (Ġslam. B.,1985). 

Cin – Ģeytan yuvasna döndərdilər dünyanı, 

Qoy zalımın, namərdin yerdə çürüsün canı (SX-37). 



Codrə (an.) – Rus pəhləvanlarından birinin əsl adı. 

Codrə adlı bir rus oxudu meydan

Südəmər ceyrandı ona hər aslan (Ġ-336). 



Covza (kos.) – Bax: Cövza. 

Ütarid və Covza qonmuĢ bir yerə, 

Sovrda məskən etmiĢ Ay ilə Zöhrə ( Ġ-64). 

Cörrum (top.) – Bərdə ətrafında hər hansı bir dağın, zirvə 

və ya təpənin yerli xalq tərəfindən iĢlənən adıdır. Bu, Bərdənin 

köhnə adı olan Hərum (bax) adı ilə də fonetik cəhətcə səsləĢir. 

Cörrum dağlarından Buğra çölünə 

Hər tərəf batmıĢdı bahar gülünə (Xġ-68). 



Cövza (kos.) – On iki bürcün üçüncüsüdür. Yunan əsatirində 

Dioskurlar (Poludevk və Kastor), ġərq əsatirində isə Ekizlər adı 

ilə  məĢhurdur.  Əsatirə  görə  bu  “Ekizlər”  Zevsin  oğullarıdır. 

Mehriban  qardaĢlar  olduqlarına  görə  Zevs  əbədi  həyat  vermək 

məqsədi  ilə  onları  gecə  və  sübh  ulduzlarına  döndərmiĢdir.  Qə-

dim nücum elmində Ekizlər əl-ələ tutuĢub, qol-boyun dayanmıĢ 

iki uĢaq Ģəklində təsvir edilmiĢdir. 

Kəmər bağlamıĢdı Cövza iki qat, 

QoĢa payalıydı əyləĢdiyi taxt (LM-184). 

Köhnə  astrologiyaya  görə,  Cövza  bürcü  külək  bürcü  hesab 

edilirdi. Buna görə də, soyuqdəymənin səbəbi sayılırdı. Yəni nə 

qədər ki, sən yox idin, Cövza sənə soyuq verib sonra da sağalt-

maq üçün səndən qan aldırmıĢdı. 

 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə