Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə5/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   2   3   4   5   6   7   8   9   ...   114

______________Milli Kitabxana_______________ 
15 
     Mən düşüncə fraqmentlərindən yığılmış bu mozaikada 
yaradıcılığı Azərbaycan teatr mədəniyyəti tarixinin böyük bir 
mərhələsinə  sığışan rejissor, aktyor, filosof, estet, pedaqoq, 
maraqlı  həmsöhbət Mehdi Məmmədov portretinin sanki bir 
neçə eskizini cızmağa çalışdım. Axırda gördüm ki, onlardan 
hər birini sonsuza qədər, ideala qədər işləmək də olar,  
müəyyən cizgiləri uydura-uydura hər eskizi mükəmməl 
portretə çevirmək də olar. Amma, təəssüf ki, bu eskizlərin heç 
biri Azərbaycan mədəniyyətində  əsl dolğun Mehdi portretini, 
Mehdi obrazını  əvəzləməyəcək. Çünki onu xatırlayan 
insanların hər birinin qəlbinə, yaddaşına Mehdi bir cürə  həkk 
olunub, bir cürə hakim olub. Hərə Mehdini öz istədiyi kimi, öz 
qavradığı kimi, özünün başa düşdüyü kimi, özünün sevdiyi 
kimi öz iç dünyasında yaşadıb, yaşadır və yaşadacaq. Ona görə 
də  hərə bir Mehdiyə, bir Mehdi obrazına, bir Mehdi 
şəxsiyyətinə, bir Mehdi imicinə iddialıdır. Bəs gerçək həyatda 
Mehdi portretinin, Mehdi obrazının, Mehdi imicinin əsas 
qayəsini hansı cizgi müəyyənləşdirirdi?  Əlbəttə ki, sənət 
sevgisi. Sənət onun üçün canından, varlığından, həyatından 
artıq idi, anasından, atasından artıq idi, qohumlarından, 
əzizlərindən, övladlarından artıq idi, sevdiyi qadınlarından artıq 
idi. “Sənət qurbanlar tələb edir” deyiminin mənası nədirsə, elə 
budur. Onun həyatını öyrənib, rejissor, aktyor, alim fəaliyyəti 
üçün mühüm hadisələri çözüb də  mən belə söyləyirəm ki, 
Mehdi Məmmədov öz teatrını, tamaşalarını, kitablarını, 
məqalələrini, fikirlərini, sənət naminə daxilində yaratdığı 
intizamı dünyada hamıdan... hamıdan... hamıdan... çox sevirdi 
və  əmin idi ki, o, bunu nahaq eləmir. Bu sənətkar bir uşaq 
sadəlövhlüyü ilə  həmişə inanıb ki, onun gördüyü iş yaşadığı 
dünyanı bir az daha alicənab, bir az daha duyğusal, bir az daha 
intellektual, bir az daha səmimi, bir az daha insanpərvər və bir 
az daha xeyirxah edəcək. Mehdi Məmmədov sənət üçün 
yaşayıb, öz ali idealları üçün yaşayıb,  şıq geyimli qəribə bir 
dərviş kimi, aşiq kimi yaşayıb, Azərbaycan Hamleti kimi 


______________Milli Kitabxana_______________ 
16 
yaşayıb, həqiqətlər qəsrinin sakini kimi yaşayıb; nə 
əqidəsindən dönüb, nə  sənətinə arxa çevirib, nə  də dediyi 
sözləri dəbbələyib. Mehdi Məmmədov saf adam olub, heç kimə 
əyilməyib, heç kəsə üzgörənlik, yaltaqlıq eləməyib, kiməsə 
gücü çatmayanda, sadəcə, mənalı-mənalı susub və çıxıb gedib. 
Mən Mehdi Məmmədovu Azərbaycan teatr mədəniyyətinin 
fenomeni bilirəm və, eyni zamanda, onu sənət dünyasının  ən 
sirli müəmması qismində qavrayıram. Bu “müəmma”nı 
ucaboy, qamətli, görkəmli (söz necə  də yerinə düşür!) 
Mehdinin davranış  və danışıq üslubunun, səsinin magiyası 
şərtləndirirdi. Onun qüvvətli bioenerjisi idi müəmma: Mehdi 
maqnit kimi hamını özünə çəkirdi, ekstrasens kimi hamıya təsir 
göstərirdi. Və Mehdini sevirdilər, dəlicəsinə sevirdilər, ona 
ideal rejissor, ideal sənətçi, kişi idealı kimi baxırdılar. Nəticədə 
isə Mehdi Məmmədov hamının gözü qarşısında zəmanənin 
qəhrəmanına, zəmanənin bayraqdarına (Azərbaycan peşəkar 
teatrının 100 illik yubiley təntənəsində bayrağı  əskər 
addımlarıyla səhnəyə Mehdi Məmmədov çıxarmadımı?) 
çevrilirdi, gah əfsanələrdə yaşayırdı, gah lətifələrdə. Bu, 
zəmanə  qəhrəmanının alın yazısıdır.  Şəhər bəyənib seçdiyini 
həmişə  qısa bir müddətə öz folklorunun çərçivəsinə, 
parametrlərinə salır və bu yeni qəhrəmana folklorun 
prizmasından yanaşır.  İndisə Mehdi Məmmədov artıq tarixi 
şəxsiyyətdir, onun artıq tarixən formalaşmış siması, tarixən 
formalaşmış imici var; Milli Teatrın divarından asılmış portreti 
var ki, yağlı boya ilə  işlənilib; kino arxivində, televiziyanın 
filmotekasında kadrları var ki, Mehdinin diri obrazını 
dünəndən bugünə  gətirir. Ona görə  də  mənim üçün titan 
Mehdi, dahi Mehdi haqqında monoqrafiya yazmaq son dərəcə 
çətindir. Amma inanıram ki, axırı çox uğurlu olacaq. Çünki 
kitaba hazırlıq dövründən ta üzü bu yana yaxşı-yaxşı 
insanlardan, - Mehdi Məmmədovun qardaşı  oğlu  Əsəddən, 
oğlu Ülvidən, nəvəsi Mehdidən,  əvəzsiz  Şəfiqə xanımdan, 
Elçin Məmmədovun bacısı Solmaz xanım Həmzəyevadan, 


______________Milli Kitabxana_______________ 
17 
tələbələri Firdovsi Naibovdan, Ələkbər Kazımovskidən, 
Respublika Arxiv idarəsinin müdiri Maarif Teymurovdan, 
Teatr Muzeyinin direktoru Nuridə Nurullayevadan, Teatr 
Xadimləri  İttifaqının prezidenti Azər Paşa Nemətdən
teatrşünas həmkarlarım 
İ.Kərimovdan, 
İ.Rəhimlidən, 
İ.İsrafilovdan kömək görmüşəm. Mənim sevimli teatrşünas 
dostum Kəmalə xanım Cəfərzadənin söhbətlərindən, 
məsləhətlərindən dəfələrlə yararlanmışam. Hamınıza... 
hamınıza təşəkkürlər! Biz hamımız xeyirxah bir iş görürük. 
Təki gördüyümüz iş Mehdi Məmmədovun adına, 
mədəniyyətdəki imicinə, sənətdəki ucalığına layiq olsun.... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                         


______________Milli Kitabxana_______________ 
18 


______________Milli Kitabxana_______________ 
19 
 OLUMDAN  TEATRA... 
                               (modus vivendi) 
 
                        
“Fizikada dəqiqqlik dəqiqsizliyin həddini tapmaqdır”. 
                                                                            Karl Popper
 
 
     Əgər dünya teatrdırsa, onda bəs teatr nədir? 
     Tamaşa oyundur. Burada hər  şey aldanışdır, illyuziyadır, 
təlqindir. Məharət, bacarıq, peşəkarlıq ondadır ki, səni bədii 
uydurmaya, yalana inandırırlar. İnanmayıb neyləyəcəksən: axı 
özün pul verib bilet almısan ki, səni aldadıb  əyləndirsinlər. 
Tamaşada yaşamırlar, yaşantıları imitasiya eləyirlər. Orada 
kimsə gerçəkdən doğmaz, doğulmaz, ölməz və öldürməz: 
amma sən ürəkdolusu ağlayarsan, ürəkdolusu gülərsən, kimisə 
sevərsən, kiməsə səcdə edərsən, kiməsə də - nifrət...  
     Həyatda isə olurlar və ölürlər... və bu zaman məsafəsində 
hərdən də teatra işləməyə gedirlər, tamaşa oynamağa gedirlər 
və bir gün də görürlər ki, teatrın dahisi olublar, teatrın dəlisi 
olublar, teatrın məcnunu olublar.. və daha teatrsız yaşaya 
bilmirlər, teatrsız nəfəs ala bilmirlər, teatrdan ayrıla bilmirlər... 
və özlərini teatra “qurban” deyirlər, fəda eləyirlər... və heç 
nəyin fərqinə varmırlar... Mehdi Məmmədov da Yaşar 
Qarayevin 1974-cü ildə miniatür monoqrafiya, miniatür 
tədqiqat kimi yazdığı “Sənət eşqi” məqaləsində onun “Sən 
yenidən doğulsaydın necə yaşayardın?” sualını belə 
cavablayıb: “
Yenidən yaşayardım teatr üçün... Yenə teatrda 
işləyərdim. Rejissor olmaq istərdim. Əgər bacarsaydım... Aktyor 
olmaq istərdim. Ola bilsəydim”.
19
 Nə bir qırıq tərəddüd, nə bir 
qırıq təəssüf. Peşmançılıq da sıfır nöqtəsində. Mehdi 
Məmmədov öz ömrünü sanki teatra görə, teatr üçün 
proqramlaşdırmışdı və buna heç heyfsilənmirdi də. Çünki teatr 
Mehdini dünyanın xoşbəxt sənətçisi eləmişdi. 
     Mehdi Məmmədovun rəsmi, hər yerdə bəyan edilən doğum 
tarixi  22 may 1918-ci ildir. Sənədləşdirilmiş faktdır, yəni 
müzakirəyə çıxarılmır, reviziya olunmur. Kim nə vaxt, harada 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə