AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   2   3   4   5   6   7   8   9   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

QƏBİRDƏ 

 

...gördüm  qəbirdə  cürbəcür  heyvanlar  peyda  oldular  və  cənazəyə 



hücum etdilər. Cənazəni qəbirdə yerləşdirən adam onlara dəymədi, 

onları görmürmüş kimi qəbirdən çıxdı. 

Cənazəyə əlaqəm olduğundan qəbrə girdim ki, bu heyvanları bayıra 

çıxaram. Lakin onlar çoxalıb, mənə qalib gəldilər. Bir tərəfdən də elə 

qorxuya  düşmüşdüm  ki, bütün bədənim  əsirdi.  Camaatdan  kömək 

istədim, amma bir kəs dadıma çatmadı. Hərə öz işinə məşğuldu və 

qəbirdəki həngamədən xəbərsizdi. 

Qəfildən qəbirdə başqa şəxslər peyda oldular və mənə kömək etdilər. 

Heyvanlar  qaçdılar.  Onların  adlarını  soruşmaq  istəyirdim  ki, 

dedilər… 

“Yaxşı əməllər pis işləri yuyub aparar.”

2

 və görünməz oldular... 



Bu həngamədən sonra gördüm ki, adamlar qəbri doldurub, məni dar 

və qaranlıq qəbirdə qoyublar. İndi isə evlərinə tərəf gedirlər. Hətta 

qohumlar, dostlar, gecə-gündüz qulluğunda durduğum arvad-uşaq 

da  məni  tək  qoydular.  Onların  vəfasızlığından,  qəbrin  qorxu  və 

dəhşətindən, tənhalıqdan elə qəmləndim ki, az qala bağrım yarıla. 

Fövqəl-adə  qürbət  və  dəhşətdə,  Allahdan  başqalarından  əlimi 

üzdüyüm halda cənazənin başı üstə oturdum. Qəbir lərzəyə gəlirdi. 

Gorun  divar  və  tavanından  torpaq  tökülürdü.  Xüsusilə  qəbrin 

aşağısında silkələnmə güclü idi. Elə bil bir heyvan oranı yarıb qəbrə 

daxil olmaq istəyirdi. Nəhayət, həmin yer yarıldı və gördüm... 

 

ALLAHIN KİMDİR? 

 

İki nəfər qorxunc çöhrəli, vahiməli heykəlli, nəhəng, div kimi qəbrə 



daxil oldular. 

Ağızlarından  və  burun  dəliklərindən  tüstü,  od-alov  püskürürdü. 

Əllərində odda qızarmış, alov saçan gürzlər vardı. Onlar yeri-göyü 

                                                 

2“Hud” surəsi, ayə 114. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

titrədən  ildırım  səsiylə  cənazədən  soruşdular…  “Mən  Rəbbukə?”-

Allahın kimdir? 

Qorxu və dəhşətdən dilim-ağzım qurumuşdu. Elə bildim ki, ruhsuz 

cənazə  onların  cavabını  verə  bilməyəcək  və  onlar  da  heç  şübhəsiz, 

gürzlərlə  elə  vuracaqlar  ki,  qəbir  alovla  dolacaq.  Vəsfə  gəlməz  bu 

dəhşətdə,  yandırıcı  od  daha  da  artacaq.  Yaxşısı  budur,  mən  cavab 

verim.  Çarəsizlərin  çarəsi,  dara  düşənlərin  ümidi  Haqqa  üz  tutub, 

qəlbimdə  dara  düşənlərin  yardımçısı  Əliyyibni  Əbi  Talibə  (ə) 

mütəvəssil  oldum.  (Himayədarlığa  çağırmaq,  istəyini  Allahdan 

İmam vasitəsi ilə almaq.) 

Onu  dost  tuturdum,  qüdrət  və  qüvvəsini  bütün  aləmlərdə, 

mənzillərdə  nüfuzlu  bilirdim.  İnsanın  huşunu  əlindən  alan  belə 

qorxunc,  xətərli  anlarda  Həzrəti  çağırmaq  kimi  bir  vasitənin  yada 

salınması Allahın nemətlərindən, yardımlarındandır. 

“İnsanları məst görərsən, hansı ki, onlar məst deyildirlər.”

3

 

Bu  fikir  və  düşüncə  qəlbimə  qüvvət  verdi,  dilim  açıldı.  Mənim 



sükutum çox uzandığından, həmin iki şəxs misilsiz qəzəb və hiddətlə 

ikinci  dəfə  soruşdular…  “Allahın  kimdir?”  Əvvəlkindən  yüz  dəfə 

çətin  idi.  Qəzəbdən  çöhrələri  qaralmışdı,  gözlərindən  od  saçırdı. 

Gürzləri qaldırıb, vurmağa hazır dayandılar. 

Amma mən əvvəlki kimi qorxmurdum. Zəif səslə cavab verdim ki, 

mənim məbudum yeganə və oxşarsız Allahdır. 

“O Özündən başqa heç bir məbud olmayan, gizlini də, aşkarı da bilən 

Allahdır.  O,  rəhmli  və  mərhəmətlidir.  O,  Özündən  başqa  heç  bir 

məbud  olmayan,  (məxluqun)  sahibi,  müqəddəs  və  pak,  əmin-

amanlıq  bəxş  edən,  məxluqatın  qəyyumu  və  nəzarətçisi,  qalib, 

hökmü  keçən  və  hər  şeyin  fövqündə  olan  Allahdır.  Allah 

(müşriklərin) Ona qoşduqları şəriklərdən pak və münəzzəhdir.”

4

 

Dünya  həyatında  daim  hər  sübh  namazından  sonra  oxuduğum  bu 



ayələri onlara dedim ki, Adəm övladının fəzl və kamalsız olduğunu 

düşünməsinlər. Axı mələklər ilk gündə insanın yaranışına etiraz edib 

                                                 

3“Həcc” surəsi, ayə 2. 

4“Həşr” surəsi, ayə 22, 23. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  10 

onu  yalnız  fəsad  törədib,  qan  tökən  adlandırmışdılar!  Bir  sözlə, 

onların cavabında bu şərif ayəni oxumağım onların qəzəbini sındırdı, 

çöhrələrinin tutqunluğu getdi. Hətta biri o birinə dedi… Məlum olur 

ki,  bu,  İslam  alimlərindəndir,  bundan  sonra  ona  nəzakətlə  sual 

verməyimiz yaxşıdır. 

O  biri  dedi…  Bizim  onunla  rəftarımızın  necəliyi  başqa  bir  sualın 

cavabı ilə bağlıdır və bu cavab kim olursa olsun, səbəb və nüfuzların 

bizim nəzərimzdə etibarı yoxdur. 

Sual verdilər… 

 

PEYĞƏMBƏRİN KİMDİR? 

 

Bu sualda qəlbimin döyüntüsü daha da azaldı, dilim daha da açıldı, 



səsim daha da ucaldı. Cavab verdim… Mənim Peyğəmbərim Allahın 

insanlara  göndərdiyi  elçidir.  O,  Həzrət  Mühəmməd  ibni  Əbdüllah, 

peyğəmbərlərin sonuncusu və ağasıdır. 

Bu zaman onların narahatlığı və qəzəbi tamamilə yox oldu. 

Çöhrələri işıqlandı. Mənim də qorxu və dəhşətim yox oldu. 

Sonra  kitab,  qiblə,  İmam  və  Allah  Rəsulunun  xəlifəsindən  sual 

verdilər. Mən cavab verdim… 

Kitabım mehriban Allah tərəfindən alim və böyük Peyğəmbərə nazil 

olmuş  Qurani  Kərimdir.  Qibləm  Məscidül-həramdır.  Allah-Taala 

buyurub…  “Harada  olsan,  ibadət  zamanı  üzünü  Məscidül-hərama 

tut.” Həzrət İbrahim buyurdu… “Üzümü O Allaha tərəf tuturam ki, 

yer və göy Onun əmri ilə hərəkətdədir, dinim var, şirkdən uzağam.” 

İmamlarım Peyğəmbərin on iki haqq canişinidir ki, birincisi Həzrət 

Əliyyibni  Əbi  Talib,  sonuncusu  Həzrət  Bəqiyyətullahdır.  Hər  biri 

vacibə alim, günah və xətadan pakdırlar. 

Onlar  dünyada  əməllərimizə  şahid,  axirətdə  şəfaətçi,  Allahın 

bağışlamasına vasitədirlər... 

O böyük şəxslərin adlarını, əslini-kökünü adbaad saydım. Dedilər… 

Təfsil lazım deyil, hər kəlmənin cavabı bir kəlmədir. Dedim… Sizin 

üçün  bundan  da  müfəssəl  lazımdır,  çünki  bizim  haqqımızda 

əvvəldən bədgüman olmusunuz. Həkimin buyurduğuna etiraz caiz 



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə