Avtomatlaşdirilmiş İdarəetmə SİstemləRİ


Avtomatlaşdırılımış idarəetmə sistemlərinin istifadə sferası



Yüklə 5,99 Mb.
səhifə7/13
tarix11.01.2022
ölçüsü5,99 Mb.
#82788
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Avtomatladırılmış idarəetmə sistemləri

Avtomatlaşdırılımış idarəetmə sistemlərinin istifadə sferası


Avtomatlaşdırılmış idarəetmə sistemi (AİS) istehsal mərhələlərində müxtəlif növ texnoloji prosesləri idarə etmək üçün istifadə olunan aparat və proqram kompleksidir. Müasir dövrdə, bütün sahələrdə AİS-lərdən istifadə olunur:
      • Mənzillərin idarə olunmasının avtomatlaşdırılmasıdır.
  • Qeydlərin Avtomatlaşdırılmış İdarəetmə Sistemi (QAİS)
  • Prosesə nəzarət
  • Satış və marketinq
  • İnventar nəzarət
  • Mühasibat və Maliyyə
  • İnsan resursları
  • Ofislərin Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (OAİS) / Müəssisə Əməkdaşlığı

QAİS-in istifadə olunmasının əsas məqsədi bütün müəssisələrin kağızsız bir mühitə çevirməkdir. QAİS müəssisənin verilənlər bazasındakı bütün verilənlərin və faylların qorunmasını və bu çərçivədə istifadəçilər tərəfindən rahatlıqla istifadəsini təmin etmək üçün verilənlər və bilikləri qoruyan idarəetmə prosesidir. QAİS vasitəsilə əldə olunan qeydlər bazarda ən son texnologiyalardan istifadə edərək rəqəmsal formatlara çevriləcək konkret formalarda ola bilər.


Bir müəssisənin hesablama sistemi, müəssisədəki bütün idarəetmə səviyyələrinin maddi vəziyyətləri və fəaliyyətləri haqqında hesabat verən bir bazadır.

Bir şirkətin idarəetmə hesabat sistemi idarəedicilər tərəfindən maliyyə inkişafını müəyyən etmək və mövcud idarəedicilərin inkişafını göstərmək, cari və keçmiş maliyyə göstəriciləri ilə müqayisədə müntəzəm hesabatlar yaratmaq üçün istifadə olunur.

Rəhbərlik şirkətin hazırkı maliyyə vəziyyətini və fəaliyyətlərini şirkət üçün əvvəlcədən müəyyən edən hədəflərlə qarşılaşdırmaq üçün sistem tərəfindən yaradılan verilənləri istifadə edir.

İdarəetmədə hesablama sistemi

Prosesə nəzarət sistemi bir müəssənin metal işləmə, neft emalı və ya avtomobil yığımı kimi bir işin fiziki və sənaye proseslərinə nəzarət edir. Nəzarət sistemi daim məlumat toplayır və sistemin işləməsi üzrə müntəzəm hesabatlar hazırlamaq üçün proqramlaşdırılmışdır. Bir menecer, müəyyən müddət ərzində, istehsal prosesində müəyyən bir hadisə baş verdiyini və ya şirkətin təkrar istehsal prosesindən kənara çıxdığını necə izah etmək üçün proses nəzarəti hesabatlarına baxır. Bu məlumat istehsalın ümumi məhsuldarlığını, maşın və işçilərin təhlükəsizliyini izləmək üçün əsasdır.



Prosesə nəzarət

Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə