29
Nasir li-dinillah vəziri ibn ül-Qəssabın sərkərdəliyi altında bir ordu
göndərdi. İbn ül-Qəssab 591-ci ilin məhərrəm ayında (dekabr, 1194)
Xuzistanın paytaxtı Tüstəri (Şüstər) və bir çox qalaları zəbt etdikdən
sonra Şumlanın ailəsini yığıb Bağdada apardı. Beləliklə, Xuzistanda
əfşar Şumla və oğullarının hakimiyyəti sona yetdi, ölkə isə xəlifənin
torpaqları sırasına qarışdı.
Əlimizdəki məlumatlara görə Şumla və oğullarının şəcərəsi
bu şəkildədir:
_____________________________________________
1 1 1
Küş (Güc) – Doğan qardaşı Şənka
1 _______
Şumla (Ay – Doğdu) 1 1
oğlu
(Ibn-Şənka)
İsmayıl xan Alplı-Avşar
İsmayıl xan 1589-cu ildə I Şah Abbasın göstərişi ilə Yusif
xanı vəzifəsindən kənarlaşdırıb, Vəli xanla birgə Kermanı idarə et-
məyə başladı. O, 1592-ci ilədək Kerman əyalətinə başçılıq etdi.
I Şah Abbas 1602-ci ildə onu Kerman əyaləti bəylərbəyiliyindən çı-
xarıb Fərəh vilayətinə hakim göndərdi. İsmayıl xan 1605-ci ilədək
Fərəhin hakimi olmuşdu.
İsmayıl xan 1003-cü ildə (1614\1615) Kazerun hakimi təyin
edilmişdi.
Ərdoğdu xan Alplı-Avşar
Ərdoğdu xan Avşar elinin tanınmış əmirlərindən biri sayılırdı.
Onun I Şah Təhmasibin hakimiyyətinin son illərində ortaya çıxdığı
məlumdur.