24
Zəncanın Xürrəmdərə məntəqəsində çıpıqlı, xəlifəli tirələri
məskunlaşıblar.
Zəncanın Aşağı və Yuxarı Qarapöştə bölgəsində, Xalxalın
Kağızkünan bölgəsinə sərhəd ərazilərdə köç-düşlə məşğul olan
Avşar elinin tirələri: heydərli, musalı, rüstəmli, bəndəli, rəsullu,
zareli, rəşidli, rzalı, bəyməhəmmədli, mirzəxanlı, muxtarlı, nəbili,
muradlı, pərçəmli, müslümlü, iydəli, məlikli, kazımlı.
Xalxalın cənubunda Kağıkünan, Xuruşrüstəm və Şahrud böl-
gələrində avşar elinin səədli, şatiranlı, təğtəmşili tirələri dövran ke-
çirirlər. Qacar hakimiyyətinə qədər Xalxalın başçıları Avşar elinin
Səədli oymağından olublar.
Yuxarı Tarom bölgəsində buta bağlayan avşarlar dədəli, səfili,
musalı (Çorzəq kəndində), murtuzlu (Dram kəndində), mirzəxanlı,
kərimbəyli, nasirli, novruzlu və başqa tirələrdən ibarətdir.
Aşağı Tarom bölgəsində isə binə bağlayan avşarlar qulallı,
qaradəvəli, mustafalı, zülqədər tirələrindən təşkil olunublar.
Əbhərin cənub hissəsində Avşar elinin İnanlı oymağı köç-
düşlə məşğuldurlar. Bu oymaq rahatlı, şülkəli, qaracalı, qonqurlu,
ağsaçlı, şahverənli, çarıqlı tayfalarına bölünürlər. Onlar Əbhərin
cənub hissəsindəki Qamışlı bölgəsindən Qitəliyə qədər, Xərqanın
ətəklərindən Bölük Zəhraya kimi yayılıblar. Qışlaqları Qumun
civarından ta Məhəmmədəlixan qalasına qədər ərazilərdir. Ordan da
Gedağ bölgəsinə kimi gedirlər.
Əbhərin ətrafında avşarların inanlı, balıqlı, iydəli tirələri
yaşıyırlar. Oranın Düdəngə bölgəsində inanlılar qərar tutublar.
Avşarların qışlaqlarında və Qidar bölgəsində məskunlaşan
tirələr: əbucanlı, aslanlı, avşarlı, ağaçıqlı, tohidli, teymurlu, cığlı, çı-
pıqlı, çirikli, həsənli, xəlifəli, doğanlı, şahverdili, tahirli, abbaslı,
isabəyli, qadirli, qaruğlu, qaradolaqlı, keçəlalılı, kürdlü, küşkanlı,
gümüşlü, məhəmmədşahlı, məhəmmədli, mehdili, vermanlı, yarəh-
mədli, yəqinli.
Secas bölgəsində avşarların dabanlı, Qidar bölgəsinin ətrafın-
da şıxlı, duraqlı, Bəzinəçayı bölgəsində ağuzlu, əmirli, tozlu, Sulta-
niyyə civarında sarıcalı, bozğuşlu, yaqublu, Gözəldərə kəndində
25
mehrli, Binab şenliyində pənahlı, Zakir şenliyində salmanlı, usanlı
tirələri sakindirlər.
Qərbi Xərqan bölgəsində məskunlaşan avşar tirələri: ağçalı,
çıpıqlı, qanqanlı, qəmişli.
Şərqi Xərqan yörəsində buta bağlayan avşar tirələri: avşar-
məhəmməd və başqaları.
Takistanın cənubunda Əfşariyyə bölgəsində və Qəzvində ya-
şayan avşar tirələri: muradbəyli, vəlicanlı, sadıqlı, bəgişli, təkəli və
başqaları.
Savənin Xərqan bölgəsində dövran sürən avşar tirələri: bəyan-
lı, yarpızlı.
Savənin Zərənd yörəsində qərar tutan avşar tirələri: həfişli,
sultanəhmədli, şirəlibəyli, qəmişli, tozlu, musalı, nəzərli, bəyanlı,
tohidli, şərəfli, balıqlı.
Qorvə bölgəsində avşar elinin guvanlı, pirimli tirələri binə
bağlayırlar. Qorvə ətrafındakı tirələrdən bəziləri qışlamağa Qidara
gedərlər. Qidara gedən tirələr: qəmçəli, baharlı, çımıqlı, dirəkli,
qamlı, giləkli və başqaları.
Qızılüzən çayının Bicar bölgəsinə axan hissəsində yaşayan
avşarların tirələri: çıpıqlı, qəmişli, iydəli, bəyanlı, qaracalı, qara-
məhəmmədli, qıçlı, muğanlı.
Quzey Azərbaycanda Avşar elinin Araşlı (Ağcabədi), Qırxlı
(Tovuz), Xırmandalı (Biləsuvar, Masallı) oymaqları qərar tutublar.
Əmir Şumla
Tədqiqatçı Faruq Sümər yazır ki, Şumla avşar bəylərindən
birinin adı deyil, ləqəbi idi. Bu sözün mənası və mənşəyi, bizcə,
məchuldur. Şumlanın əsil adı Ay-doğdu, atasınınki isə Küş-doğan
(Güc-doğan) idi. Şumlanın Yaqub bəylə qohum olub-olmadığı da
bilinmir. Deyəsən, Şumla onun dövründə Xuzistanın bir qismi ilə
Luristanın bəzi yerlərini idarə edirdi, Şumla əvvəlcə Sultan Məsu-
dun axırıncı hacibi, yəni bəylərbəyisi, Xas bəyin əmiri və yaxın
26
adamlarından biri idi. Əgər qaynaqlardan biri bizi aldatmırsa, Xas
bəyin tərəfdarı Zəngi Candar da türkmən idi. Birinci hissədə
deyildiyi kimi, Xas bəy öz rəqibləri olan məmlük mənşəli əmirlərlə
mübarizə aparmaq üçün özü kimi türkmən bəylərinin başına yığma
qayəsini daşıyırdı. Xas bəy 547-ci ildə (1152) Sultan Məhəmməd
tərəfindən hiylə ilə öldürüldüyü zaman Şumla öz zəkası sayəsində
canını qurtara bilmişdi. O, bu hadisədən sonra Xuzistana gəldi... O
vaxt bura artıq səlcuqlu Məlik şah ibn Məhəmmədin əlinə keçmişdi.
Şumla Xuzistana gələr-gəlməz dərhal fəaliyyətə başladı, xırda
Luristan əmirlərini özünə tabe etdi. Həmin dövrdə Bağdaddakı
Abbasi xəlifəliyi də vəziyyətdən istifadə edərək öz torpaqlarını
genişləndirməyə çalışmırdı.
Xəlifə zəif bir şəxsiyyət olan Məlik şahın əlindən Xuzistanı
almaq üçün 550-ci ildə (1155) bura ya bir ordu göndərsə də, Şumla
öz əsgərlərini yeridərək onun qoşunlarını məğlubiyyətə uğratdı, sər-
kərdələrini isə əsir aldı (rəcəb-sentyabr). Lakin Şumla onları Bağda-
da göndərərək xəlifədən üzr istədi, bir qədər sonra isə Məlik şahı
qovaraq Xuzistanın müstəqil hakimi oldu.
551-ci ildə (1156) Səlcuq hökmdarı Sultan Məhəmməd xəlifə-
yə öz hakimiyyətini tanıtmaq üçün Bağdadı mühasirəyə aldığı za-
man Xəlifənin təhriki ilə Azərbaycan hakimi Eldəniz və digər bəzi
əmirlər Məlik şahı Sultan elan etmiş və paytaxt Həmədan ələ keçi-
rilmişdi. Şumla da Məlik şahın tərəfdarı kimi Həmədana gəlmişdi.
Bir il sonra Şumla xəlifənin əmirlərindən Kaymazı məğlub edərək
əsir aldığı və Sultan Məhəmmədə göndərdiyi üçün Xəlifə onun üzə-
rinə böyük bir ordu ilə vuruşmamışdı. 554-cu ildə (1159) ölkəsi əl-
dən gedən Məlik şah məiyyətində Həmədanlı Sunqur və Kovdan
kimi böyük əmirlər olduğu halda Xuzistana girdi. Şumla onun qar-
şısına çıxsa da, məğlub oldu və bir qalaya sığınıb gizləndi. Xorasanı
alan Məlik şah Farsı da işğal hakimi Zəngi də Məlik şahı suzeren
tanıyaraq hər ikisi onun yaxın əmirlərinə çevrildi. Hətta həmin il
(554) Sultan Məhəmməd öldükdə bəzi məliklər səlcuq taxtında əy-
lərmək üçün məhz Məlik şahı dəvət elədilər. Məlik şah bu məqsədlə
yanında Şumla və Zəngi olduğu halda İsfahana gəldi. Burada başqa
Dostları ilə paylaş: |