Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə2/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   2   3   4   5   6   7   8   9   ...   101

 



zərdə tutulur. 



«Əsərlər»in I cildinin tamamlanıb başa çatması Turan 

xanım Cavidin vəfatından sonraya təsadüf etdiyi üçün buraya 

Turan  xanımın  xatirəsinə  həsr  edilmiş  yazılar,  səmimi  ürək 

sözləri  də  salınmışdır.  «Əsərlər»in  nəşr  edilməsində  əsas 

məqsəd– Cavidşünaslığın vahid bir dövrü nəşrdə toplanması, 

Cavid irsinin tədqiqi ilə məşğul olan mütəxəssislərin ən mötə-

bər qaynaq kimi bu nəşrə baş vurmaq niyyətidir. Perspektivdə 

«Əsərlər»  həm  də  «Hüseyn  Cavid  ensiklopediyası»nın  əsas 

qaynaqlarından biri olacaqdır.  

«Əsərlər»in  ilk  cildinin  ərsəyə  gəlməsində  və  işıq  üzü 

görməsində  əməyi  olan  bütün  Cavidsevərlərə  öz  dərin  min-

nətdarlığımı bildirirəm.  

 

Gülbəniz Babaxanlı, 

Hüseyn Cavidin Ev Muzeyinin direktoru, 

 filologiya elmləri namizədi  

 

21 yanvar 2005  

 

 

 

 

 

 

 


 



 



 

 

 

 

 

 

 

TURAN CAVİD  

ƏBƏDİYYƏTƏ  

QOVUŞDU 

 

 

 

 

 

 



 

 

 



 

 

 




 




 



BÖYÜK SƏNƏTKARIN BÖYÜK QIZI 

 

Hörmətli matəm mərasimi iştirakçıları! 



Bu gün Azərbaycan xalqına ağır itgi üz verib. Azərbay-

canın böyük bir ailəsinin, böyük bir üzvü ilə vidalaşırıq. 

Cavidlər ailəsindən danışanda mütləq bu ailənin ümum-

milli  liderimiz  Heydər  Əliyevlə  bağlılığından  söz  açmalıyıq. 

Həqiqətən  də,  böyük  insanları  böyük  insanlar  qiymətləndirə 

bilərlər.  Böyük  insan  olan  ümummilli  liderimiz  Heydər  Əli-

yev böyük sənətkar Hüseyn Cavidi layiqincə qiymətləndirdi, 

bir  çox  maneələrə  baxmayaraq  onun  Vətəndə  məqbərəsini 

ucaltdı. O zaman Cavidlər ailəsinin yeganə nümayəndəsi Tu-

ran  xanımın  arzularını  da  həyata  keçirdi.  Mişkinaz  xanımın 

və Ərtoğrol Cavidin məzarları da Hüseyn Cavid məqbərəsinə 

köçürüldü. 

Mən bu gün, 1990-cı il iyun ayının 21-də ümummilli li-

derimiz Heydər Əliyevin sıravi bir vətəndaş kimi Moskvadan 

Vətənə gəlməyini xatırlayıram. Bu zaman onun ilk getdiyi yer 

ziyarət etdiyi yer, Hüseyn Cavidin dəfn olunduğu məzar oldu. 

Qəbrin üzərinə bir daş qoyulmuşdu və üstündə yazılmışdı ki, 

burada  Hüseyn  Cavid  məqbərəsi  tikiləcəkdir.  Bunu  görən 

Heydər Əliyev onu müşayiət edənlərə dedi ki,  «Mən Hüseyn 

Cavidin 100 illiyini keçirdiyimiz zaman qərara gəlmişdim ki, 

onun məzarı üzərində məqbərə ucaldaq. İndi isə gəlib burada 

onun məzarı üzərində bir daş parçası görürəm». Sonrakı dövr-

lərdə də ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası-

nın  Ali  Məclisinin  sədri  işlədiyi  dövrdə,  Bakıda  hakimiyyət 

davası aparılan bir zamanda, bu zalda Hüseyn Cavidin 110 il-

liyini  qeyd  edərək  onun  məzarı  üzərində  ucaldılacaq  abidə 

yerində böyük bir mitinq keçirdi, Hüseyn Cavid xatırlandı və 

qərara  alındı  ki,  Naxçıvan  Muxtar  Respublikası  öz  gücü  ilə 

burada Hüseyn Cavidin məqbərəsini ucaltsın. Sonrakı hadisə-

lər isə məlum olduğu kimi, 1993-cü ildə ümummilli liderimi-

zin  Naxçıvandan  Bakıya  –  Azərbaycan  xalqının  tələbi  ilə 



 

10 


ikinci dəfə siyasi hakimiyyətə qayıtmağı ilə nəticələndi. Res-

publikada siyasi  gərginliyi bərpa etdikdən sonra Heydər Əli-

yev ən vacib hesab etdiyi işlərdən biri – 1996-cı ildə Hüseyn 

Cavid  məqbərəsinin  tikilməsi  üçün  müsabiqə  elan  etməsi  ol-

du. Bu müsabiqədə Azərbaycanın bütün memarları öz məha-

rətlərini göstərdilər və Naxçıvan torpağında ucaldılan hazırkı 

məqbərənin layihəsi qəbul olundu. 1996-cı ildə bu məqbərə-

nin açılışında bir daha ümummilli liderimizin iştirak və çıxış 

etməsi,  Hüseyn  Cavid  irsinə  bir  daha  o  cür  yüksək  qiymətin 

verilməsi  Hüseyn  Cavid  şəxsiyyətinin  nə  qədər  böyük  oldu-

ğunu göstərdi. Böyük bir şəxsiyyətin, böyük sənətkar haqqın-

da verdiyi qiymət də böyük olur. 

Biz bu gün Cavidlər ailəsinin sonuncu üzvü olan Turan 

xanımla vidalaşırıq. Turan xanıma da ümummilli liderimizin 

məhəbbəti nə qədər böyük idi, bunu hər birimiz bilirik. Turan 

xanım 80 illiyində Naxçıvana gəldi. Mən təsədüfən bildim ki, 

Turan xanım Naxçıvandadır. Biz onu qarşıladıq və Turan xa-

nıma sual verdim, nə üçün 80 illik ərəfəsində Naxçıvana gəl-

diniz? Dedi,  «mən artıq təmtəraqlardan qaçmaq üçün Naxçı-

vana gəldim. Mənim üçün ən böyük təmtəraq Hüseyn Cavid 

irsini  yaşatmaqdan  ibarətdir».  Düzdür,  biz  burada  Turan  xa-

nıma  80  illik  keçirdik.  Çox  dar  çərçivədə  də  olsa  onu  qeyd 

elədik. Turan xanım bundan böyük hörmətə də layiq idi. Mən 

Bakı şəhərinə gedəndə mütləq Hüseyn Cavidin Ev Muzeyinə 

baş  çəkirdim,  Turan  xanımla  görüşürdük,  danışırdıq,  məslə-

hətləşirdik,  həmişə  də  fikrimiz  gəlirdi  bir  nöqtədə  birləşirdi 

ki,  Hüseyn  Cavidin  əsərləri  olduğu  kimi  çap  olunmalıdır. 

1992-ci il, oktyabr ayının 23-də bax bu zalda ümummilli lide-

rimizin  çıxışında  bu  məsələ  də  var  idi  ki,  Hüseyn  Cavidin 

əsərləri  mütləq  əslinə  uyğun  çap  olunmalıdır.  Bu  məsələ  ilə 

bağlı da ümummilli liderimiz tapşırıq vermişdi. Bu yöndə Tu-

ran  xanım  yorulmadan  işləyirdi.  Bir  neçə  dəfə  onunla  görü-

şüb, bunları müzakirə etmişdik. Və hər dəfə də Hüseyn Cavi-

din əlyazmalarını əlinə alanda, onun əllərinin necə titrədiyini 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə