Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə8/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   4   5   6   7   8   9   10   11   ...   195

18 

 

(A.K.Aлекперов,  1960).  Qazıntı  zamanı bişmiş kərpicdən inşa edilmiş tikili qalıqları üzə  



çıxarılır,  xeyli  maddi mədəniyyət qalıqları əldə olunur. Ekspedisiya şəhər yerindən 200 

aralıdakı təpələrdən birində arxeoloji qazıntı apararaq, burada XII-XIII əsrlərdə yaşayışın 

olduğunu  təsdiqləyən  mədəni  təbəqə  yatımının  mövcudluğunu  müəyyənləşdirir. 

Ə.K.Ələkbərov üzə çıxarılan tikili qalıqlarını sənətkarlara məxsus yaşayış evinin qalıqları 

kimi  şərh  edir,  əldə  olunmuş saxsı  məmulatının  təsnifatını verir,  Örənqalanın  orta  əsr 

Beyləqan şəhərinin  xarabalıqları  olması,  şəhərin  XII  əsrdə  çiçəklənmə  çağı  keçirməsi 

haqqında fikirlə r irə li sürür (A.K. Aлекперов,, 1960). 

30-cu  illərin  ortalarında  Şabran ş əhərinin  öyrənilməsinə  ilk  təşəbbüs  göstərilir. 

1935-ci  ildə  Y.A.Paxomov  və  S.B.Aşurbəyli  Şabran şəhərinin  xarabalıqlarında  kəşfiyyat 

xarakterli  tədqiqat aparıblar.  Y.A.Paxomov  bu barədə yazdığı hesabatda  abidənin  geniş 

təsvirini,  oradan  toplanmış  yerüstü  materiallar  haqqında  məlumat  verir  (E.A.Пахомов, 

1935;  1937).  İki  il sonra  Y.A.Paxomov  yenidən  Şabran şəhər yerinə ezam olunur. Bakı su 

kəmərinin inşaatı zamanı üzə çıxmış dulus kürəsinin qalıqlarını qeydə alır, buradan xeyli 

istehsal  çıxarları,  şirli  və  şirsiz  saxsı  məmulat  toplayır  (E.A.  Пахомов,1938).  Həmin 

materiallar  əsasında  sonradan  V.N.Leviatov  Şabran  şəhərinin  saxsı  istehsalına  həsr 

olunmuş xüsusi məqaləsini yazır, şəhərdə dulusçuluğun yüksək inkişaf səviyyəsinə çatması 

fikrini irəli sürür (B.Н.Левиатов, 1946). 

1935-1937-ci  illərdə  Gəncə  diyarşünaslıq  muzeyinin  fondlarını  arxeoloji 

materiallarla  zənginləşdirmək  məqsədi  ilə  muzeyin  direktoru  Y.P.Xadarin  Gəncə şəhər 

xarabalıqlarının  sağ  sahil  hissəsində,  memarlıq  abidələrinin  salamat  qaldığı  ərazidə 

məhdud, həm də sistemsiz qazıntılar apararaq oradan əldə olunan arxeoloji  materialları 

muzeyin fondlarında yerləşdirmişdir (P.Дж.А хмедов, 1988, cтp. 5-6). 

Keçən  əsrin  30-cu  illərində  Cənubi  Azərbaycanda  əcnəbi  alimlər  bəzi  tədqi-

qatlar aparmışlar. Onları daha çox Təxti-Süleyman şəhər yeri maraqlandırmışdır. 1937-

ci  ildə  E.F.Şmit  Tə xti-Sü leyman  şəhər  yerinin  aerofotoçəkilişini  etmişdir.  Həmin  ilin  

oktyabrında  A.İ.Poupun  rəhbərliyi  ilə  ABŞ-ın  İran  incəsənəti  və  arxeologiyası 

İnstitutunun  ekspedisiyası  şəhər  yerində  çöl  tədqiqatları  aparmışdır  (Naumann,  1976). 

Ananın  Dəbil  şəhərinin  də  sistemli,  ardıcıl  arxeoloji  tədqiqinə  1937-ci  ildən  

başlanılmışdır (K.Q.Kafadaryan, 1952). 

XX  əsrin  30-cu  illərinin ortalarında həm  də  Azərbaycanın  arxeoloji  abidələrinin 

tədqiqinə dair ilk ümumiləşdirilmiş əsərlər yazılmışdır. İ.İ.Meşşaninov və Ə.K.Ələkbərovun 

birgə yazdıqları  məqalədə (И.И.Мещанинов, A.K.Aлекперов,  1936) sovet hakimiyyətinin 15 

ili  ərzində  respublikada  aparılmış  arxeoloji  tədqiqatların  yekunları  barədə  məlu mat 

verilmiş, əldə edilmiş başlıca nailiyyətlər qeyd olunmuşdur. Həmin əsərdə orta əsr şəhər 

xarabalıqlarının arxeoloji tədqiqinin mühüm nəticələri də öz əksini tap mışdır. 



19 

 

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə 



hazırlıqla  əlaqədar  orta  əsr  şəhərlərinin  arxeoloji  tədqiqinə  diqqət  artırıldı.  Gəncə, 

Şamaxı və Bakıda arxeoloji qazıntılar aparıldı. Şamaxıda İ.M.Cəfərzadə, Y.A.Paxo mov 

və  Ə.A.Ələsgərzadə  tədqiqatlar  aparmış,  İ.M.Cəfərzadə  şəhərin  məhəllələrinin  köhnə 

adlarını,  pir  və  məscidlərin  xarabalıqlarını  tədqiq  etmişdir  (И.М.Джафарзаде,1937). 

1938-ci  ildə  Gülüstan qalasında arxeoloji tədqiqat aparan Y.A.Paxo mov qalanın gizli yolları 

və su təchizatı ilə bağlı maraqlı mülahizələr irə li sürmüşdür (E.A.Е.А.Па хомов, 1939). 

1937-1939-cu  illərdə  Bakının  İçərişəhər  sahəsində,  Şirvanşahlar  sarayının 

həyətində,  1941-ci  ilin  yayında  is ə  divanxananın  qərb  hissəsində  arxeoloji  qazıntılar 

aparılmış,  V.N.Leviatov  qazıntıların  nəticələri,  əldə  olunmuş  materiallar  haqqında 

məqalə və kitabça çap etdirmişdir (B.И.Левиатов., 1940a; 1944). 1939-1940-cı illərdə 

isə  Y.A.Paxomov  Bayıl  qəsrində  ilk  qazıntılar  apararaq, qalanın sirlərini  açmağa  cəhd 

göstərmişdir. Qazıntılar zamanı üzə çıxarılan, üzərində kitabələr olan daş lövhələrdən beşi 

daha  böyük  marağa  səbəb  olmuşdur.  Ardıcıl  düzülmüş  həmin  daş  lövhələr  üzərində 

qəsrin  hicri  632  (1234/1235)-ci  ildə  inşa  olunduğu  qeyd  edilmişdir  (E.A.Па хомов, 

1940a; 1941). 

Y.A.Pa xomov 1938-ci ildə Tovuz rayonunda, Kür çayının sahilində Torpaqqala 

şəhər  yerini  qeydə  alıb  burada  apardığı  ilkin  tədqiqatlar  əsasında  abidənin  XI-XIII 

əsrlərə  aid şəhərtipli  yaşayış yeri  olduğu  ehtimalını  irəli  sürmüşdür  (E.A.  Пахомов, 

1939, стp. 22). 

1938-1940-cı illərdə  Gəncə şəhər xarabalıqlarında İ.M.Cəfərzadənin rəhbərliyi 

ilə arxeoloji qazıntılar aparılmışdır. Qazıntılarda o zamanın bütün aparıcı mütə-xəssisləri - 

S.M.Qazıyev, V.N.Leviatov, V.Qraçev, O.İone, Y.Hu mmel, İ.Şeblıkin yaxından iştirak 

etmişlər. Qazıntıların gedişatı və nəticələri haqqında ekspedisiya rəisi İ.M.Cəfərzadənin 

məqalələri  (И.М.Джафарзаде,  1939,  1941,1947a)  və  monoqrafiyası  (И.М.Джафарзаде, 

1949) çap olunmuşdur. V.N.Leviatov Gəncə şəhər xarabalıqlarında aparılmış qazıntıların  

nəticələrinə  əsaslanmaqla  "Gəncə  böyük  Nizaminin  vətənidir"  adlı  məqalə 

(B.Н.Левиатов,  1941),  orta  əsr  Gəncə  şəhərinin  saxsı  məmulatından  bəhs  edən  kitab 

yazmışdır  (B.H.  Левиатов,  1940).  Eyni  zamanda  M.M.Altmanın  yazılı  qaynaqlara  və 

arxeoloji  qazıntıların  nəticələrinə  əsaslanmaqla  orta  əsr  Gəncə şəhəri haqqında yazdığı 

monoqrafiya  (M.M.Альтман  1949),  İ.P.Şeblıkinin  Gəncənin  orta  əsr  memarlığı  üzrə 

məqalələri (И.П.Щеблыкин, 1941; 1942) çap edilmişdir. 

Böyük  Vətən  müharibəsinin  başlanması  orta  əsr  şəhərlərinin  çöl  arxeo loji 

tədqiqini  müvəqqəti  dayandırsa  da,  müharibə  illə rin in  bütün  çətinliklərinə  

baxmayaraq,  artıq  1944-cü  ildən  arxeoloji  qazıntılar  aparılmasına  başlanmışdır. 

Qəbələ 

şəhərinin 



xarabalıq larında 

1944-1945-c i 

illərdə 

S.M.Qazıyev  

(S.M.Qazıyev,1945;  1965a,  səh.  146),  Bakıdakı  Şirvanşahlar  sarayı  kompleks ində 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə