Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə4/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   2   3   4   5   6   7   8   9   ...   195

 

Bunu  da  xatırladaq  ki,  ölkəmizin  ayrı-ayrı  bölgələrinin,  elecə  də  orta  əsr  



abidələrinin  müxtəlif  növlərinin  arxeoloji  baxımından  eyni  dərəcədə  tədqiqata  cəlb  

olunmaması Ümumazərbaycan miqyasında vahid kompozasiya sxemi yaratmaqda çətinlik 

törətmişdir. 

Oxucuların mühakiməsinə təqdim olunan bu cilddə orta arxeologiyanın nailiyyət və 

çatışmazlıqları özünü büruzə verir. Problemin mükəmməl tədqiq olunmuş məsələləri həm 

mətndə, həm də illüstrasiyalarda öz layiqli əksini  tapdığı halda, zəif araşdırılmış məsələlər 

yetərincə işıqlandırılmamışdır. Bütövlükdə, hazırki cild  orta əsrlər arxeologiyasının XXI 

əsrin  əvvəllərinə  olan    vəziyyətini  əks  etdirir,    görülmüş  işlərə  yekun  vurur  və  həllini 

gözləyən aktual  problemləri üzə çıxarır. 

Hazırki  kitab uzun illərin gərgin əməyinin nəticəsi olaraq yazılıb tamamlanmışdır. 

Təəssüf  hissi  ilə  qeyd  etməliyik  ki,  keçən  müddət  ərzində  müəlliflər  kollektivinin 

üzvlərindən  Azərbaycan  MEA  müxbir  üzvü,  proffesor  Qara  Əhmədov,  tarix  elmləri 

namizədləri Fərhad ibrahimov və Rafael Əhmədov dünyasını dəyişmişlər. Onların ruhu şad 

olsun. Redaktə prosesində adları çəkilən  müəlliflərin yazdıqları mətnin əsas müddəalarına 

toxunmadan yeni  arxeoloji  materialların cəlb  olunması  ilə  əlaqədar bəzi  dəyişikliklər  və 

əlavələr  edilmişdir.  Xatırladaq  ki,  arxeoloji  tədqiqatların  mühüm  xüsusiyyətlərindən biri 

qazıntıların miqyasına uyğun olaraq materialların daim artması, əvvəllər məlum olmayan 

faktik materialların meydana çıxması və bu onları vaxtaşırı təhlil ederək sistemləşdirmək,  

tarixi mənbəyə çevirmək zərurətidir. 

Cildin mətni aşağdakı müəlliflər tərəfindən yazılmışdır: 

Giriş  –  Azərbaycan  MEA  müxbir  üzvü,  professor  Qara  Əhmədov,  tarix  elmləri 

doktoru Tarix Dostiyev 

I hissə (IX-XII əsrin birinci yarısı) 

I  fəsil.  Azərbaycan  orta  əsr  abidələrinin  arxeoloji  öyrənilməsinin  tarixi  –  tarix 

elmləri doktoru Tarix Dostiyev 

II fəsil. Yaşayış yerləri. Qara Əhmədov, Tarix Dostiyev 

III fəsil. Təsərrüfat, sənətkarlıq və ticarət – Qara Əhmədov 

IV fəsil. Mədəni-məişət abidələri 

Məişət avadanlığı - Qara Əhmədov 

İncəsənət – tarix elmləri namizədi Fərhad İbrahimov 

Bəzəklər – tarix elmləri namizədi Badisəba Rəcəbova 

Epiqrafika – Fərhad İbrahimov 

V fəsil. Dini, xatirə və qəbir abidələri – Fərhad İbrahimov 

II hissə (XIII ikinci yarısı - XVII əsr) 

VI fəsil. Yaşayış yerləri 

Şəhər yerləri – Tarix Dostiyev 



10 

 

Qalalar və qəsrlər – Tarix Dostiyev, Sevda Hüseynova 



Kənd tipli yaşayış yerləri – Sevda Hüseynova 

VII fəsil. Təsərrüfat, sənətkarlıq və ticarət 

Təsərrüfat – Tarix Dostiyev 

Sənətkarlıq: 

Metalişləmə – Tarix Dostiyev 

Dulusçuluq – Tarix Dostiyev, tarix elmlər namizədi Qafar Cəbiyev 

Şüşə istehsalı – Tarix Dostiyev 

Daşişləmə və digər sənət sahələri – Tarix Dostiyev 

Ticarət – Tarix Dostiyev 

VIII fəsil. Mədəni – məişət abidələri 

Məişət qurğuları və avadanlığı – Tarix Dostiyev 

İncəsənət – tarix elmlər namizədi Rəfail Əhmədov 

Bəzəklər– tarix elmlər namizədi Badisəba Rəcəbova 

Epiqrafika – Tarix Dostiyev 

IX fəsil. Dini, xatirə və qəbir abidələri – Tarix Dostiyev 

Nəticə - Qara Əhmədov, Tarix Dostiyev 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


11 

 

 



BİRİNCİ HİSSƏ 

 

(IX-XIII əsrin əvvəlləri) 

 

I FƏSİL 

 

AZƏRBAYCANIN ORTA ƏSR ABİDƏLƏRİNİN  

ARXEOLOJİ ÖYRƏNİLMƏSİNİN  TARİXİ 

 

Azərbaycanın  orta  əsr  abidələrinin  arxeoloji  öyrənilməsi  tarixini  xarakter  və 

əhatə dairəsinə görə dörd mərhələyə bölmək olar: 

1.

 



XX əsrin əvvəllərinə qədərki dövr. 

2.

 



1918-1945-ci illər. 

3.

 



1946-1991-c i illə r. 

4.

 



XX əsrin sonu - XXI əsrin ilk illəri. 

Azərbaycanın  orta  əsr  abidələri  haqqında,  az  da  olsa,  məlumata  XVIII-XIX 

əsrlərin  müəlliflərinin əsərlərində rast gəlirik. XVIII əsrin  20-ci  illərində  Xəzəryanı 

bölgəyə  rus  qoşunlarmın  qəsbkar  yürüşü  zamanı  Dərbənd  şəhərində  olan  I  Pyotr 

şəhərin  tarixi  abidələri  ilə  maraqlanmış,  onu  müşayiət  edən  alimlərə  -  Kantemir, 

Herber və Soymonova Dərbəndin qədim abidələrinin tədqiq və təsvir edilməsi haqqında 

göstəriş vermişdir. Kantemirin topladığı materialları və Dərbənd şəhərinin istehkamlarının 

planını 1728-ci ildə F.Z.Bayer çap etdirmişdir. Orta əsr Bayıl qəsrinin qeydə alınması da 

XVIII əsrin 20-c i illərinə təsadüf edir. 1723-cü ildə, rus hərbi donanması Bakı buxtasında 

olarkən,  F.İ.Soymanov  su  altında  qalmış  tikinti  qalıqlarını  müşahidə  etmiş,  onlar 

haqqında  məlumat  verərək bu  abidənin  karvansara xarabalıqları olması ehtimalını irəli 

sürmüşdür  (Г.Ф.Мюллер,1753).  1807-ci  ildə  Bakı  buxtasının  xəritəsini  tərtib  edən 

coğrafiyaçı  Mixaylov  ilk  dəfə  olaraq  su  altında  qalmış  tikinti  qalıqlarının  istehkam 

qalıqları  olmasını  bildirmişdir  (A.И.Михалевский,  1930).  1770-1774-cü  illərdə  akademik 

S.Q.Qmelin  Xəzər  dənizinin  qərb  sahillərindəki  əraziləri  tədqiq  etmiş,  yazdığı  əsərində 

Azərbaycanın da bir sıra orta  əsr arxeoloji  və  memarlıq  abidələrinin təsvirini  vermişdir 

(C.Г.Гмелин, 1785). 

Orta  əsr  şəhərgahları,  istehkamları,  yaşayış  yerləri  haqqında  məlumat  toplayan, 

onları  şərh  etməyə  cəhd  göstərən  ilk  tədqiqatçılardan  biri  A.A.Bakıxanovdur.  O, 

Azərbaycan  tarixşünaslığında  ilk  dəfə  olaraq  "Gülüstani-İrəm"  əsərində  orta  əsr 

problemlərini  araşdırarkən  yazılı  qaynaqlarla  yanaşı,  zəngin  informasiya  potensialına 

malik  maddi  mədəniyyət  abidələrindən  dəyərli  mənbə  kimi  istifadə  etmişdir 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə