5
əhali ərəb dilini yadellilərin d ili kimi deyil, müqəddəs kitab, elm və mədəniyyət,
ünsiyyət dili kimi qəbul ed ird i.
Azərbaycanda islamın yayılması ilə müsəlman qaydasında yeni dəfnetmə
adəti yarandı. Müsəlman dəfnet mə adəti ilə birlikdə yeni tip qəbirüstü xatirə
abidələri – sarkofak, baş və sinə daşları yayıld ı. Onların ö zlə rində ərəb dilində
epitafiya, oy ma və ya qabartma üsulu ilə nəbati, həndəsi naxışlar hə kk o lunurdu.
Səlcuqlar dövründə qəbirüstü abidələrinin daha mürə kkəb və mükə mməl növü olan
qülləvari türbələr meydana çıxd ı və sonralar geniş yayıld ı.
Azərbaycanın yüksələn xətt ü zrə sosial-iqtisadi, siyasi və mədəni inkişafı
monqol işğalı ilə dayandırılmış oldu. Monqol istilası nəticəsində XIII əsrin birinci
yarısında Yaxın və Orta Şərq siyasi xəritəsi əsaslı şəkildə dəyişdi. Qonşu ölkələr
kimi A zərbaycan da monqol əsarəti altına düşdü və Dərbəndən Fars körfəzinə
qədər geniş əraziyə ma lik beşinci monqol ulusuna – Hülakülər (Elxan ilə r) dövlətinin
tərkib inə qatıldı. Azərbaycan bu nəhəng dövlətin mərkə zi vilayəti, Təbriz isə onun
paytaxt şəhəri idi. A zərbaycan torpaqlarına digər monqol dövlətlərin in – Qızıl
Ordanın iddia etməsi b ir əsrədək davam etmiş qarşıdurma və müharibələrə səbəb
oldu. Qızıl Orda öz məqsədlərin i gerçəkləşdirmək üçün dəfələrlə A zərbaycana hərbi
yürüşlər təşkil edir, ölkəni xüsusilə Şirvan torpaqlarını soyub talayır, iqtisadiyyata
ağır zərbə vururdular (A zərbaycan tarixi, 1999, səh. 26-29).
Müharibələr və köçəri hərbi əyanların yerli əha lin i sıxışdırması ölkədə,
xüsusilə də Arranda təsərrüfat həyatının və şəhər mədəniyyətinin inkişafına mənfi
təsir göstərən amillərdən biri id i. Ağır vergi yükü və süni suvarma rayonlarda
irriqasiya qurğularının dağılması kənd təsərrüfatına ağır zərbə endirmişdi. Şəhər
sənətkarlığı və ticarət tənəzzül həyatı keçirirdi. Bunun nəticəsi idi ki, monqol
istilasından sonra Azərbaycanda monqol yürüşlərinədək becərilən torpaqların yalnız
onda biri təyinatı ü zrə istifadə olunurdu. Bir ço x zəngin v ilayətlə r boşalmış,
çiçəklənən şəhərlər xarabalığa çevrilmişdi.
Qazan xan köçəri monqol əyanlarının müqavimətini qıraraq ölkə
iqtisadiyyatının dirçəlməsinə təkan verən zəruri islahatlar keçirirdi və mərkəzi
hakimiyyəti gücləndirdi, İsla mı dövlət d ini e lan etdi, sosial-iqt isadi və mədəni
inkişafın sürətlənməsi üçün hüquqi zəmin yaratdı. Dövrün mühüm əlamətlərindən
biri iqtisadiyyatın dirçəlişində, xüsusilə şəhərsalmada qul əməy indən geniş istifadə
olunması idi.
Qazan xan ın islahatları nəticəsində ölkədə şəhər həyatı, sənət istehsalı, daxili
ticarət canlanmış, beynəlxa lq ticarət əlaqələ ri genişlən mişdi. Təbriz şəhəri Şərq in ən
böyük ticarət mərkəzlərindən birinə çevrilmişdi. Yen i şəhər salın mışdı. Kənd
nahiyələri can lan mış, xüsusilə dağətəyi və dağlıq ərazilə rdə çoxlu yeni kəndlə r
6
salın mışdı. Karvan yolların ın təhlükəsizliy inə diqqət artırılmış, çaylar üzərində yeni
körpülər, ticarət magistrallarında karvansaralar inşa olun muşdu.
Qazan xanın islahatı Hülakilər dövlətin in süqutunu uzatdı, lakin onun
qarşısını ala bilmədi. Cəlairilər sülaləsinin hakimiyyəti dövründə də sabitliyi bərpa
etmə k mü mkün olmadı. XIV əsrin sonu və XV əsrin əvvəllərində A zərbaycanın əsas
ərazisi Cəlairilərin idarəçiliy indən çıxaraq Tey murilərin, bir sıra yerli feodalların və
Qaraqoyunluların ha kimiyyəti alt ına düşdü. Be lə bir keşmə keşli, ziddiyyətli dövrdə
Azərbaycanda meydana çıxan hürufilik təriqəti qonşu ölkələ rə də yayıldı.
XV əsrin 30-80-ci illərdə sabitliyin bərqərar olması nəticəsində Azərbaycan
mədəniyyətində nəzərə çarpacaq irəliləyişlər baş verirdi, şəhərlərdə, ilk növbədə, paytaxt
şəhərlərdə quruculuq işləri genişlənirdi. Şirvanşahların iqamətgahının Bakıya köçürülməsi
burada şəhərsalma fəaliyyətinin intensivləşməsi, bir sıra monumental binaların, ilk növbədə
saray kompleksinin inşası, sənət istehsalı və ticarətin inkişafı, mədəni həyatın canlanması
ilə əlamətdar oldu.
XV əsrin mənəvi həyatında mistik-panteist səciyyəli ideoloji cərəyanların geniş
yayılması Ərdəbil şeyxlərinin nüfuzunun əhali arasında güclənməsi və yüzilliyin ikinci
yarısından şeyxlərin hərbi-siyasi fəallığının artması, onların hakimiyyət uğrunda
mübarizəsi Səfəvilər dövlətinin yaranması ilə sonuclandı. Ölkə ərazisinin vahid dövlət
tərkibində birləşməsi mütərəqqi bir hadisə idi.
1514-cü ildən başlanan, fasilələrlə bir əsrdən artıq davam edən Səfəvi-Osmanlı
müharibələri ölkənin sosial-iqtisadi və mədəni inkişafına ciddi zərbə vurdu, şəhər və
kəndlərin xarabazara çevrilməsinə, əhalinin qırılmasına, bir çox mədəniyyət abidələrinin
məhvinə səbəb oldu. Sənət istehsalında durğunluq, sonra is ə tənəzzül baş verdi. Daxili
ticarətin həcmi azaldı. Xarici ticarət əlaqələri məhdudlaşsa da, XVI-XVII əsrlərdə
Azərbaycan Rusiya, Avropa və Asiya ölkələri ilə ticarət əlaqələri saxlamaqda idi.
XVI-XVII əsrlərdə hərbi-siyasi durum, sənət istehsalının və daxili ticarətin
həcminin məhdudlaşması şəhər mədəniyyətinin tənəzzülünü, şəhərlərin aqrarlaşması
prosesini sürətləndirdi.
Bütün bu mühüm hadisələrin təsiri çoxsaylı abidələrdə yaşayış yerlərində - kənd və
şəhər xarabalıqlarında, qalalarda, müdafiə istehkamlarında, yaşayış binaları qalıqlarında,
saraylarda, ictimai, təsərrüfat və dini tikililərdə, karvansara, körpü, sərdabə və türbələrdə,
qəbiristanlıqlarda və s. aydın izlənilir. Bu abidələrin qalıqlarına Azərbaycanın bütün
ərazisində – dağ, dağətəyi rayonlarında hər addımbaşı rast gəlmək mümkündür.
Bu dövrdə yazılı qaynaqların kəmiyyət və keyfiyyət etibarı ilə artmasına,
yüksəlməsinə baxmayaraq Azərbaycan feodal cəmiyyətinin problemlərinin həllində orta
əsr arxeoloji abidələrinin tədqiqinin müstəsna əhəmiyyəti vardır. Xüsusilə Azərbaycan orta
əsr şəhərlərinin, şəhər mədəniyyətinin araşdırılmasında arxeologiyanın rolu böyükdür.