Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə9/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

oğlu, Turnerin də eyni yaşlarda bir qızı varmış və ikisinin də 
arvadları  çoxdan  ölüb.  Ətrafdakı  İngilis  ailələrindən  uzaq, 
özləri  üçün  yaşayırlarmış.  Makkartilər  idmana  meyilli  ol-
duqlarından tez-tez ətrafdakı at yarışlarında görünürlərmiş. 
Makkartinin,  orta  yaşlı  bir  kişi  və  gənc  bir  qız  olmaqla  iki, 
Turnerin  isə,  ən  az  yarım  düjün  xidmətçisi  varmış.  Ailələr 
haqqında öyrənə bildiklərim bunlardır. İndi hadisəyə keçək. 
Keçən  Bazar  ertəsi,  yəni  3  iyunda,  Makkarti,  günortadan 
sonra saat üç radələrində Haserleydəki evindən çıxıb, vadi-
dən axan çayların qovuşması ilə meydana gəlmiş Boskomb 
gölünə doğru yollanıb. Həmin gün  səhər, xidmətçisiylə bir-
likdə  Rossa  gedib  və  orada  görüşdüyü  şəxsə,  tələsik  işi  ol-
duğunu, saat üçdə önəmli görüşü olduğunu bildirib. Amma 
bu  görüşdən  sağ  qayıtmayıb.  "Haserley”  fermasından  Bos-
komb gölünə dörddə bir mil məsafə var. İki nəfər onun ora-
dan  keçdiyini  görüb.  Biri  adı  qeyd  olunmamış  yaşlı  qadın, 
digəri  də  cənab  Turnerin  yanında  çalışan  ov  gözətçisi  Uil-
yam Krovder. Bu iki şahid də cənab Makkartinin tək başına 
getdiyini söyləyirlər. Lakin ov gözətçisi, cənab Makkarti ke-
çib  getdikdən  bir  neçə  dəqiqə  sonra  oğlu Cənab  Ceyms 
Makkartini çiynində silahla eyni istiqamətə doğru gedərkən 
gördüyünü söyləyir. Gözətçiyə görə oğul, atasının arxasınca 
təqib  məsafəsində  gedirmiş.  Amma  axşam  xoşagəlməz  ha-
disəni eşidənə qədər bu mövzunun üzərində çox dayanma-
yıb. 
-Makkartilər  gözətçi Uilyam Krovder tərəfindən görül-
dükdən sonra, başqa bir nəfər tərəfindən də  görülüblər. Bos-
komb  gölü  bölgəsi,  ətrafı  çəmən və  qamışlıqlarla  əhatələn-
miş meşəlik bir ərazidir. Patinse Moran adında on dörd ya-
şında bir qız, Boskomb vadisinin ərazi gözətçisinin qızıymış, 
o  vaxt  meşədə  çiçək  yığırmış.  Meşənin  gölə  yaxın  bir  tərə-
38
 
 


fində  cənab  Makkarti  və  oğlunu ciddi  şəkildə  mübahisə 
edərkən gördüyünü deyir. Ata Makkartinin kobud danışdı-
ğına və oğulun əlini, atasına vurmaq istəyərmiş kimi qaldır-
dığına şahid olub. Bu gərgin davranışlarından o qədər qor-
xub ki, oradan qaçıb evə gedib və anasına Makkartilərin Bos-
komb gölünün sahilində mübahisə etdiklərini gördüyünü və 
döyüşəcəklərindən  qorxduğunu  deyib.  Bu  sözlər  ağzından 
çıxar-çıxmaz  gənc  Makkarti  onlara    gəlib,  meşədə  atasının 
meyidini  tapdığını  söyləmiş  və  gözətçinin  kömək etməsini 
xahiş  etmişdir.  Silahı  və  papağı  yox  imiş  və  sağ  əlində  və 
köynəyinin qolunda təzə qan ləkəsi görünürmüş. 
Onun  arxasınca  çıxaraq,  gölün  yanındakı  çəmənlikdə 
uzanmış cəsədin yanına gedib çıxıblar. Cəsədin başına ağır, 
düz bir alətlə dəfələrlə vurulubmuş. Yaralar, cəsədin bir neçə 
addımlığında  olan  oğulun  silahının  qundağıyla  edilə  bilər-
miş. Bu şərtlər altında gənc dərhal həbs olunmuş və çərşənbə 
axşamı  günü  keçirilən  istintaqın  nəticəsinə  görə  “qəsdən 
adam öldürməkdə” təqsirkar bilinmişdir. 
Çərşənbə günü Rossda hakim qarşısına çıxmış və qərar 
növbəti iclasa qədər təxirə salınıb. Bunlar, polisin əlində olan 
ilkin məlumatlardır. 
-Bundan axmaq hadisə ola bilməz hər halda, - deyə fik-
rimi ifadə etdim. - Bütün bu detallar bir günahkara işarə ve-
rir. 
-Dəlillər  sözü  bir  az  fırıldaq  kimi  görünür,  -  Holms  fi-
kirli-fikirli  dilləndi.  -  Doğrudan  bir  şeyə  işarə edirmiş  kimi 
görünə  bilər.  Amma  baxış  bucağını  bir  az  dəyişdirdiyində 
bu səfər də tamamilə fərqli bir şeyə işarə etdiklərini görə bi-
lərsən. Hadisənin, gəncin əleyhinə göründüyünü və günah-
karın da o olma ehtimalının çox yüksək olduğunu qəbul et-
mək  lazımdır.  Amma  aralarında  qonşu  fermanın  sahibinin 
39
 
 


qızı xanım Turnerin də olduğu bir neçə insan, şübhəlinin gü-
nahsız olduğuna inanırlar və bu məsələni həll etməsi üçün
sən də  tanıyarsan,  Lestradeni  tutublar.  Lestrade,  məsələni 
həll edə  bilmədiyi  üçün  mənə  təhvil  verdi.  Buna  görə  orta 
yaşlı  iki  cənab,  evlərində  nahar  edəcəkləri  yerdə,  səhər-
səhər, saatda əlli mil sürətlə qərbə doğru gedirlər. 
-Hadisələr o qədər açıq-aydındır ki, qorxuram bu səfər-
də hadisədən heç nə aydınlaşdıra bilməyəsən. 
-Açıq  kimi  görünən  hadisələrdən  daha  böyük  fırıldaq 
ola bilməz, - deyə gülərək cavab verdi. - Qaldı ki, cənab Les-
tradenin qətiyyən görmədiyi bəzi gerçəklərlə qarşılaşa bilə-
rik.  Onun  nəzəriyyələrini  necə  çürütdüyümü  bilirsən.  Bir 
nümunə vermək lazımdırsa, mən, sənin yataq otağının pən-
cərəsinin  sağ  tərəfdə  olduğunu  açıq-aydın  görə  bilərkən, 
Lestradenin, belə açıq-aşkar müəyyən olan bir şeyi belə görə 
biləcəyindən şübhə edirəm. 
-Bu necə olur axı... 
-Sevimli dostum səni yaxşı tanıyıram. Ciddi xüsusiyyə-
tin olan əsgəri vasvasılığını da bilərəm. Hər səhər təraş olur-
san və bu mövsümdə də günəş işığında təraş olmağa üstün-
lük verirsən. Sola doğru endikcə edilən təraş pisləşdiyindən 
və çənənin alt küncündə bu qüsur əməlli-başlı ortaya çıxdı-
ğından, otaqda o tərəfin digərindən daha az işıqlandırılmış 
olduğu çox açıqdır. Bunu, sənin kimi vasvası birini tənqid et-
mək üçün deyil, müşahidə və ağıl yürütməyə bir nümunə ol-
sun deyə söyləyirəm. Mənim üsulum budur və ümid edirəm 
önümüzdəki məsələni  həll edərkən də  işə  yarayacaq.  İstin-
taqda ortaya atılan əhəmiyyətli bir-iki kiçik nöqtə var. 
-Nədir onlar? 
-Diqqət etsək, gənc adam dərhal deyil, Haserley ferma-
sına döndükdən sonra həbs olunub. Polis müfəttişi onu həb-
40
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə