17
dilin öz qapısından içəri girməlidir. Başqa sözlə, Azərbaycan türkcəsi rus dilinin, fars dilinin,
yaxud hər hansı bir üçüncü dilin vasitəçiliyinə söykənmədən özü birbaşa dünya dillərinin hər
biri ilə ayrı-ayrılıqda təmasa keçməli və adların, sözlərin yazılışında birbaşa qaynaq dilin səs
özəlliklərinə söykənməklə yalnız Azərbaycan türkcəsinin səs özəlliklərini əsas almalıdır.
Örnəyin, İsveçin ikinci böyük şəhəri isveçcə Göteborg (deyilişdə: Yötebory) adlanır və bu ad
rusca Гетебург (deyilişdə: Qyеteburq) yazılır. Ruscanın
г (=q) səsi Azərbaycan türkcəsində
h
səsini verdiyi üçün şəhərin adı bu gün Azərbaycanda Hoteburq (bəzənsə Höteburq) kimi
göstərilir. Halbuki isveçcədə
G g hərfi qalın ünlülərdən öncə gələndə dilimizin
q səsini, incə
ünlülərdən öncə gələndə isə dilimizin
y səsini verir (
ö hərfi və səsi isə yaxlaşıq eynidir ) və
istər isveçlilər, istərsə də burda yaşayan Azərbaycan türkləri şəhərin adını
y səsi ilə deyirlər.
O zaman, nə üçün adı ruscadan çevirməli və Hoteburq//Höteburq yazmalıyıq? Məgər qaynaq
dilin – isveçcənin özəlliklərinə və Azərbaycan türkcəsinin özəlliklərinə söykənib dilimizdə
Göteborg adını Yöteburq yazmağımız daha doğru olmazmı?!
Təbii ki, daha doğru olar və belə
də yazılmalıdır.
Gətirdiyimiz bircə örnək belə açıqca göstərir ki, ədəbi dil normalarımızı gərəksiz rus
(+Avropa) və ərəb-fars dil normalarından mütləq arındırmalı, öz dil normalarımızı əsas
götürməliyik.
Azərbaycan türkcəsi ədəbi dilinin bütövləşməsində Azərbaycanın güneyinə bağlı ən
aparıcı şərtlərdən biri xalq danışıq dilinə yaxın olan standart normalar sisteminə söykənməklə
ədəbi dilimizin minillik gələnəyini bərpa etməkdir. Bu yöndə çox işlər görülməlidir ki,
onlardan biri də düzgün yazı qaydalarının vahidləşməsidir və biz də məhz bu sorundan
danışmağı göz önündə tuturuq. Ancaq öncə dillə bağlı bir neçə anlayışı açıqlamağı gərəkli
bilirik.
19
kütlələrinin canlı danışıq dili, həm də şifahi xalq yaradıcılığının – folklorun dili kimi tanınır.
Azərbaycan türkcəsi xalq danışıq dili də 45 – 50 milyonluq Azərbaycan türk xalqının canlı
danışıq dili və dünyanın ən zəngin folklorlarından biri olan Azərbaycan folklorunun
yaradıldığı ulu bir dildir.
Azərbaycan türkcəsi ədəbi dili zaman-zaman dövlət dili kimi rəsmi status qazanmışdır
və günümüzdə də Azərbaycan Respublikasının dövlət dilidir. Bununla yanaşı, Azərbaycan
türkcəsinin həm xalq danışıq dili, həm də ədəbi dili zaman-zaman çevrədəki bir sıra ayrı-ayrı
xalqlar arasında ümumünsiyyət dili və yazı dili rollarını da üstlənmişdir (Xatırladaq ki, bu
durum XIX yüzilliyin sonlarınadək var olmuş, ruslar Azərbaycanın quzeyini işğal etdikdən və
Azərbaycanın güneyində dövlət fars sovinizminin əlinə keçdikdən sonra isə Azərbaycan
türkcəsinin xalqlararası ümumünsiyyət dili və yazı dili rolları get-gedə azalmışdır. Ancaq bir
dil üçün xalqlararası düzeydə rol oynamaq
təkcə kültürəl məsələ deyil,
həm də daha çox siyasi
bir məsələdir və quşqusuz, Bütöv Azərbaycan Dövlətinin yaranması ilə Azərbaycan
türkcəsinin həmin rolları yenidən geniş biçimdə ortaya çıxacaqdır).
Xalq danıĢıq dilində dil sisteminin bütün birimləri (vahidləri) üzrə çoxvariantlılıq
var, yəni xalq danışıq dilində səs (fonetik birim), söz (leksik birim), söz biçimləri (morfoloji
birim), söz birləşməsi, cümlə (sintaktik birim) vb. bu kimi dil birimlərinin işlədilməsində bəlli
bir çeşidlilik özünü göstərir. Çoxvariantlılığın olması o deməkdir ki, xalq danışıq dilində
normalaşdırılma, standartlaşdırılma, dil birimlərinin təktürlü (yekcins) qəlib biçimində hamı
üçün eyni cür işlədilmə zərurəti vb. yoxdur. İnsanlar xalq danışıq dilində danışarkən
cümlələrin ölçülü-biçili olmasına, cümlədə sözlərin doğru sıralanıb-sıralanmamasına, sözlərdə
düzgün deyilişin gözlənib-gözlənilməməsinə vb. o qədər də önəm verməz, terminlər yerinə
ümumtəsviri sözlərdən yararlanmağa, daha çox qısa, sadə, aydın, anlaşıqlı...danışmağa,
bəzənsə yalnız öz aralarında bilinən sözlər işlətməyə vb. çalışarlar. Özəlliklə, xalq danışıq dili
elə bir ön hazırlıq olmadan, birbaşa danışıq zamanı öztörəmə (spontan) yolla ortaya çıxan,
monoloqa yer verilsə də, daha çox şifahi dialoq üzərində qurulan və rəsmi xarakter daşımayan
doğal bir dildir. Canlı ünsiyyət səbəbinə xalq danışıq dili əl-qol hərəkətləri və him-cim (jest
və mimika),
səs tonu,
intonasiya, vurğu, durğu vb. yardımçı vasitələrlə də çox zəngindir.
Xalq danışıq dili geniş anlayışdır və bəlli özəlliklərinə görə bir-birindən seçilən çeşidli
danışıq qollarını da öz içərisinə alır. Aparıcı özəllikləri baxımından Azərbaycan türkcəsi xalq
danışıq dilində dörd qol ayıra bilərik: 1. ümumdanışıq qolu; 2. loru danışıq qolu; 3. bölgəsəl
ləhcələr qolu; 4. sosial ləhcələr qolu.
Bu qollardan hər birinə ayrı-ayrılıqda qısaca göz yetirək:
1. ÜmumdanıĢıq qolu