122
olduğu kimi, “bilik” sözü öz anlayış və məna tutumuna görə “elm” sözündən daha genişdir və
qədimdir (Ə. Elçibəy) vb.
4. Ədəbi əsər, musiqi və rəssamlıq əsərləri, filmlər, kütləvi informasiya vasitələri,
çeşidli qurumlar, orden və medallar, maşın, gəmi, uçaq, silah adları vb.b.k. özəl adları
ayırmaq üçün; örn.: Şəhriyarın “Heydərbabaya salam”ı Bütöv Azərbaycan Yurdunun əbədi
bir türküsüdür (Ə.Elçibəy); Məsələn, “Danişməndani-Azərbaycan” kimi fundamental bir
əsərin müəllifi Təbrizli Məhəmmədəli Tərbiyət öz əsərində Azərbaycanın güneyini və quzeyini
ayırmadan, Dərbənddən Həmədana qədər Bütöv Azərbaycanın ziyalılarını, böyük
şəxsiyyətlərini bir yerə toplamışdır (Ə.Elçibəy) vb.
Qeyd: Dırnaq içindəki söz, yaxud ad şəkilçi qəbul edərsə, bu şəkilçi dırnaq
bağlandıqdan həmən sonra yazılır və dırnaqla şəkilçi arasında boşluq buraxılmır; örn.:
“Şahnamə”ni oxuyarkən istər-istəməz öz-özünə düşünürsən: “Uşaqlar üçün padşah
nağılları” (Ə.Elçibəy) vb.
Durğu iĢarələrinin yanaĢı iĢlədilməsi
Bəlli durumlarda eyni bir söz və va cümlələrdən sonra bir neçə durğu işarəsi yanaşı
işlənə bilər. Yanaşı işlənmə ən azı iki durğu işarəsinin öz varlığını qorumaqla bir araya
gəlmələri səbəbinə ortaya çıxır, ancaq nöqtəli vergül bu sıraya daxil deyil. Çünki nöqtə və
vergüldən düzəlsə də, nöqtəli vergül bir durğu işarəsidir və vahid bir anlamda işlədilir. Yanaşı
gələn durğu işarələrində isə hər durğu işarəsi öz varlığını qoruduğundan ayrı-ayrı anlamlar
daşıyır və özümlü keyfiyyətlərini qoruyurlar.
Bir neçə durğu işarəsinin yanaşı işlənməsi şifahi nitqdəki fonetik özəlliklərin yazıda
daha dəqiq ifadə olunması istəyi ilə bağlıdır. Tutaq ki, dırnaqdan sonra vergül və ayırtı
işlənirsə, deməli, birbaşa nitq, yaxud alıntıdan (dırnaq) sonra bir az ara verilir (vergül) və
sonra gələn sözlər öncəkilərdən ayrılıb fərqləndirilir (ayırtı). Örn.: “Düzünü de...Düzünü
de...”, – deyə Alpay Aysunu yamsıladı cümləsində “Düzünü de...Düzünü de...” birbaşa nitq
olub Aysuya məxsusdur və dırnaqda yazılmışdır, Aysunun bu sözlərindən sonra vergüllə gözə
çarpdırılan ara verilir və sonra da ayırtı ilə Alpayın sözləri Aysunun sözlərindən ayrılır.
Göründüyü kimi, yanaşı işlənən bu durğu işarələrindən hər biri öz anlamını və görəvini ayrı-
ayrılıqda qorumuşdur.
Yanaşı işlədilən durğu işarələri sırasında aşağıdakılar daha geniş yayılmışdır:
1. Nida iĢarəsinin təkrarlanması. Bu durumda nidanın (bəzi durumlarda isə soru
işarəsinin) təkrarlanması ilə mənanın qüvvətləndirilməsi və anlamın daha qabarıq gözə
çarpdırılması nəzərdə tutulur; örn.: ...dur zalıma de ki, mənə zülm yox, səadət gətirmisən!!
123
(Ə.Elçibəy); Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!!! (M.Ə.Sabir); Heyhat və heyhat və
heyhat və heyhat!!! Get уat və get yat və get уat və get уat!!! (M.Ə.Sabir); Ancaq təfavüt
burasındadır ki, Dövlət dumasını bağladılar padşah əmri ilə, amma "Molla Nəsrəddin"
jurnalını danos ilə!!! (Üzeyir bəy Hacıbəyov) vb.
2. Nida və soru iĢarələrinin yanaĢı iĢlədilməsi. Bu durumda cümlənin duyğusallığı,
hiss-həyəcanlı və ya kinayəli münasibət bildirməsi cavab almaq üçün soru sorma işindən daha
qabarıq olduğuna görə, öncə nida, sonra da soru işarəsi işlənir; örn.: İki gözlərimdi pulum,
kişi, bir məgər qanırsan!? (M.Ə.Sabir); Nədir dünyanı tutmuş elmlər, irfanlar, insanlar!?
(M.Ə.Sabir); Nə yerdə qalmısız bəylər, ağalar, xanlar, insanlar!? (M.Ə.Sabir); Mən ol vəqt,
haşa, edəm ictinab!? (M.Ə.Sabir) vb.
3. Nida və üç nöqtənin yanaĢı iĢlədilməsi. Bu durumda cümlənin duyğusallığı, hiss-
həyəcanlı və ya kinayəli münasibət bildirməsi daha qabarıq olduğuna görə, öncə nida gəlir,
ancaq cümlə tam bitmədiyinə, yaxud bitirilmədiyinə görə nidadan sonra üç nöqtə də qoyulur;
örn.: Qah, qah!.. Qəribə gülməlisən xaniman xərab!.. (M.Ə.Sabir); Düşdü bütün qəzetlər
qiymətdən, ay can, ay can!.. Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!.. (M.Ə.Sabir);
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!.. (M.Ə.Sabir); Yox, yox, xəta edirsən, haşa
və sümmə haşa!.. (M.Ə.Sabir); Ах!.. Aх!.. О keçən günlərimiz noldu, xudaya! (M.Ə.Sabir)
vb.
Qeyd: Nidanın da bir nöqtəsi olduğu üçün birləşmədə dörd nöqtədən biri düşür və
yanaşı işlənən durğu işarələri nida ilə iki nöqtə kimi görünür. Bəzən üçdən çox nöqtə
qoymağa çalışırlar ki, buna elə bir ehtiyac yoxdur.
4. Soru və nida iĢarələrinin yanaĢı iĢlədilməsi. Bu durumda cümlədəki soru sorma işi
duyğusallıqdan, hiss-həyəcanlı və ya kinayəli münasibət bildirmədən daha qabarıq olduğuna
görə, öncə soru, sonra da nida işarəsi işlənir; örn.: Bəs, sən hardasan, ay biçarə Vətən?! (Cəlil
Məmmədquluzadə); Millət necə tarac olur - olsun, nə işim var?! Düşmənlərə möhtac olur -
olsun, nə işim var?! (M.Ə.Sabir); Daş qəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq
qanları neylərdin, ilahi?! (M.Ə.Sabir); Axı niyə Berlin divarı aradan götürülməli, Araz boyu
tikanlı məftillər isə iki Azərbaycanın ortasında əbədi göz dağı kimi qalmalı idi?! (Ə.Elçibəy)
vb.
5. Soru və üç nöqtənin yanaĢı iĢlədilməsi. Bu durumda cümlənin soru sorma amacı
daha qabarıq olduğuna görə, öncə soru işarəsi gəlir, ancaq cümlə tam bitmədiyinə, yaxud
bitirilmədiyinə görə də, soru işarəsindən sonra üç nöqtə qoyulur; örn.: Mən demədimmi, var
buna dumduru iştibahımız?.. (M.Ə.Sabir); Mən də dedimmi, çox yemə, tez pozular
Dostları ilə paylaş: |