Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə15/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

 
48 
Akif  başlıca  adlardır.  Nazim  Hikməti  də  elə  həmin  dövrdə    oxudum,  şeirlərini 
bəyəndim,  sevdim.  Nazim  Hikmətin  türk  dilindən  istifadəsinin  özəlliyi  diqqətimi  çox 
çəkdi. Onun şeirində,  bayaq adlarını sıraladığım şairlərdən fərqli olaraq, daha gözəl bir 
dil  üslubu  var.  Konuşur  kimi  yazır.  O  üslub  Nazim  Hikmətin  xəlqiliyindən  və 
ustalığından soraq verir. 
- Cənab səfir, bilirsiniz ki, Nazim Hikmət Azərbaycanda daima oxunub, ilk kitabı 
da  burda  nəşr  edilib,  indi  isə  bizim  XX  əsr  klassiklərimizlə  bir  sırada  dayanır,  dərin 
hörmətlə  yad  edilir.  Bunun  siyasi  tərəfləri  də  olub  düşünülə  bilər.  Türkiyədə  isə 
Azərbaycandan  fərqli  Nazim  Hikmətə  münasibət  birmənalı  olmayıb.  Onu  yalnız  şair 
kimi  qəbul  etmək  sarıdan  çətinlik  olub.  Həm  bu  xüsusda  düşüncələrinizi,  həm  də 
Azərbaycan  şairlərinin  Türkiyə  Prezidenti  və  siyasət  adamlarına  müraciəti  haqda 
fikrinizi bilmək istərdik. 
- Bu müraciəti mənə Azərbaycan Yazıçılar Birliyinin rəhbəri Anar təqdim etdi. Və 
mən  bu  müraciəti  ünvanına  göndərdim.  Onun  lazımınca  dəyərləndiriləcəyi  şəksizdir  – 
düşünürəm.  Mən  hər  bir  şairə,  yazıçıya  və  ya  sənətçiyə  siyasi  prizmadan  baxılıb 
yanaşılmasını  düzgün  saymıram.  Sənətçi  sənətiylə  nə  deyirsə,  nə  verirsə,  bu  onun 
içindən  gəlir.  Əsas  da  budur.  Şair,  yazar  bəlli  dövrlərdə  bəlli  siyasi  görüşə    sahib  ola 
bilər  –  bu  başqa  şeydi,  bu  haqda yorumlar  ola  bilir.  Bizim  işimiz  yazıçıya  onun  siyasi 
görüşlərinə görə deyil, onun şeirinə görə qiymət verməmizdir. 
-  Əhməd  bəy  söylədiniz  ki,  ingilis  ədəbiyyatı  oxudunuz  universitetdə.  Nazim 
Hikmətin  yalnız  türkçədə  yazdığını  da  söylədiniz.  İngilis  ədəbiyyatında  Nazim 
Hikmətlə paralel aparılması mümkün olan şair varmı Sizə görə? 
- Müxtəlif dillərdə yazan şairləri təbii ki, müqayisə etmək olar. Amma ən doğrusu 
həmin  şairi  yaşadığı,  yazdığı  dili  daşıyan  cəmiyyət  içində  qiymətləndirməkdir.  Mən 
Nazim  Hikməti  kimsə  ilə  müqayisə  edə  bilmərəm.  Nazim  Hikmətin  yeri  başqa.  Onu 
digər  dünya  dillərindən  başqa  türk  dilində  danışan  bütün  xalqlar  eyni  qədər  sevmişlər, 
oxumuşlar,  nəşr  etmişlər.  Mənim  bu  çapda  hər  hansı  başqa  dildə  yazan  bir  şair  bu 
dəqiqə yadıma düşmür, yəqin ki, beləsi heç yoxdu da. 
-  Sizə  əziyyət  vermək  istəməzdik,  amma  Nazim  Hikmətdən  yadınızda  qalan  bir 
şeir parçasını oxumağınızı istərdik. 


 
49 
-  O  gün    toplantıda  Nazim  Hikmətin  bir  şeirini  oxumuşdum,  çox  gözəl  şeirdi. 
Sanki o “Dəvət”i bütün yeni müstəqillik qazanan ölkələr, türkdilli xalqlar üçün edir, çox 
xoşlandım o şeirdən. Əzbərdən bilmirəm, kitabdan oxuyacam. 
- Buyurun. 
Qalxıb  masası  üzərində  qalanmış  kitablar  sırasından  “Günəşi  içənlərin  türküsü” 
kitabını  götürür.  Əyləşir.  Və  kitabı  açan  kimi  “Bax,  açar-açmaz  buldum”  deyir.  Sonra 
isə  bir  az  əmin  və  duyğulu  səslə  şeiri  oxuyur.  Bir  dürüst  intonasiyalı  qiraətdən  sonra 
cənab səfir Əhməd Ünal Çeviközə təşəkkür edib ayrılırıq. Bir az daha mətbuat müşaviri 
cənab Saim bəyin otağında söhbətləşirik. 
Mənim  içimdə  isə  cənab  səfirin  oxusunda,  Türkiyə  ləhçəsində  daha  şirin  təsir 
bağışlayan “Dəvət” şeiri səslənir: 
Dört nala gelip uzak Asya`dan 
Akdeniz`e bir kısrak başı gibi uzanan 
 bu memleket bizim. 
Bilekler kan içinde, dişler kenetli, ayaklar çıplak 
və ipek bir halıya benzeyen toprak; 
bu cehennem, bu cennet bizim! 
Kapansın el kapıları bir daha açılmasın, 
Yok edin insanın insana kulluğunu  
 bu davet bizim. 
 Yaşamak bir ağac gibi tek ve hür 
 və bir orman gibi kardeşçesine: 
 bu hasret bizim!” 
 
 
 
 
 
 
 


 
50 
 
NAZİM  HİKMƏT  YARADICILIĞININ TƏDQİQİ  DAVAM  EDİR 
 
Nazim  Hikmət  yaradıcılığı  haqqında  bir  sıra  məqalələr,  publisistik  yazılar,  böyük 
şairə  həsr  olunmuş  poetik  nümunələr  mətbuat  səhifələrində  dərc  edilmişdir.  Bu 
məqalələrdən biri Almaniyada yaşayan, ədəbiyyatımızın dostu Yücəl Feyzioğlunundur. 
“Ədəbiyyat  qəzeti”nin  22  avqust  2003-cü  il  tarixli  nömrəsində  Yücəl  Feyzioğlunun  
maraqlı  bir  məqaləsi  çap  olunmuşdur.  Məqalə  belə  adlanır:  “Səməd  Vurğun  evində 
Nazimin stulu”. Müəllif qeyd edir ki, bu məqalə Türkiyədə “Cümhuriyyət” qəzetində və 
“Yeni  cizgi”  jurnalında  çap  olunmuşdur.  Nazim  Hikmətə  və  Səməd  Vurğuna  sonsuz 
məhəbbət  duyğuları  ilə  qələmə  alınmış  bu  məqalədə  müəllif  yazır:  “Səməd  Vurğunun 
qızı Aybəniz xanıma Səməd Vurğunla və Nazim Hikmətlə bağlı suallar verdim. Nazim 
Hikmət  özlərindən  biri  kimiydi.  Azəri  yazarlar  arasında  xatirəsi  çox  canlı  yaşayır. 
Aybəniz  xanım  mənə  yer  göstərdi.  Oturdum.  “Sizin  nə  üçün  o  stulda  əyləşdirdim, 
bilirsinizmi?”  –  deyə  Aybəniz  xanım  soruşdu.  “Bilmirəm.”  –  dedim.  “Çünki  o  stul 
Nazim əminin stuludur.” – dedi. O anı ifadə etməkdə acizəm. Masa ətrafındakı hər kəs 
çox təsirlənmiş, vücudumu tər basmışdı. Qalxıb dərhal o biri stula keçdim: 
“Eləsə  Səməd  Vurğun  evində  Nazim  qoy  aramızda  əyləşsin.  Nazim  həmişə 
aramızda olacaq...” 
Yeri  gəlmişkən  deyim  ki,  Yücəl  Feyzioğlu  Nazim  Hikmət  yaradıcılığının 
Almaniyada  təbliği  sahəsində  çox  işlər  görmüşdü.  1989-cu  ildə  Yücəl  bəy  mənim 
“Nazim  Hikmət  və  yaşamı”  kitabımı  Berlində  çap  etdirmişdi.  Azərbaycanda  son  illər 
Nazim Hikmətlə bağlı qələmə alınmış yazıların içərisində uzun illər Türkiyədə çalışmış 
nazimşünas  Tofiq  Abdinin  tədqiqat  işləri,  məqalələri  xüsusi  yer  tutur.  Tofiq  Abdin 
təkcə  Nazim  Hikmət  barəsində  deyil,  onun  yaradıcılığını  tədqiq  edən,  əsərlərini 
müxtəlif dillərə çevirən nazimsevərlər haqqında da maraqlı yazılar qələmə almışdır. Bu 
yazılardan  biri  rus  yazıçısı,  Nazim  Hikmətin  həyatını  əks  etdirən  “Bosfor  üzərində 
nəğmə”  kitabının  müəllifi  Radiy  Fişə  həsr  olunmuşdur.  Həmin  məqalədən  bəzi 
məqamları diqqətinizə çatdırmaq istəyirəm. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə