Aqressiya və şiddət



Yüklə 0,87 Mb.
səhifə3/5
tarix26.10.2023
ölçüsü0,87 Mb.
#131714
1   2   3   4   5
Aqressiya və şiddət

Sosial öyrənmə yanaşması

  • Aqressiya davranış yalnız birbaşa möhkəmləndirmə (insanın aqressiv davranışını təltif etmək) yolu ilə öyrənilmir. Aqressiya dolayı yolla da gücləndirilə bilər.
  • Bu yollardan biri modelləşdirmə və ya təqlid etməklə öyrənməkdir. Bəzi sosial psixoloqların fikrincə, aqressiv davranışı öyrənməyin ən vacib yolu aqressiv bir modeli müşahidə etməkdir. Model davranışı təqlid edilən və uyğun davranış üçün bir rəhbər olaraq götürülmüş şəxsdir. Uşaq bağçası uşaqları ilə edilən bir klassik təcrübədə, uşaqların hətta heç bir mükafat almadan müşahidə etdikləri aqressiv davranışları təqlid etdikləri müşahidə edildi (Akt. Brewer & Crano, 1994; Feldman, 1998).

Sosial öyrənmə yanaşması


Əgər müşahidə edilən yetişkin model;
1- Təcavüzkar davranışına görə mükafatlandırılırsa;
2-Uşaqla eyni cinsdəndirsə ;
3- Uşağın yaxın münasibətdə olduğu insanlardan biridirsə (valideyn və ya müəllim və ya digər sevilənlər);
Uşaqların bu modeli daha çox təqlid etdikləri müşahidə edildi (Taylor, Peplau and Sears, 2000).

Aqressiyanın yaranma səbəbləri


Sosial determinantlar: Bloklanma, təhrik və media şiddəti;
Situativ determinantlar: Alkoqol və yüksək temperatur;
Şəxsi determinantlar: Şəxsiyyət və cinsi fərqlər.

Sosial determinantlar

  • Bloklanma – şəxsin məqsədyönlü davranışının xarici amillərə görə bloklanmasıdır.
  • Təhrik - Adətən, insana bizə vurduğu qədər zərər vurmaq istəyirik və həqiqətən şəxsin pis olduğunu düşünürüksə, onu, bizi etdiyindən daha çox cəzalandırmaq istəyirik(Baron & Byrne, 2000).
  • Media şiddəti - Televiziya şoularının və kinofilmlərin çox sistemsiz bir şəkildə nəzərdən keçirilməsi belə bu kommunikasiya vasitələrinin çoxlu, uzunmüddətli və çox canlı şiddət səhnələri olduğunu bizə göstərməyə kifayət edəcəkdir. Vizual mediada şahid olduğumuz şiddətin real həyatda qarşılaşdığımızdan daha çox olduğu bildirilir (Baron və Byrne, 2000).

Situativ determinantlar

  • Alkoqol – Adam öldürmə, hücum və digər cinayətlərə görə tutulan insanların 75% -inin tutulduqda qanlarında alkoqol olduğu bildirilir. Digər tərəfdən, eksperimental tədqiqatlar göstərmişdir ki, alkoqollu içki qəbul edənlər, etməyənlərə nisbətən təhriklərə şiddətli davranışla cavab verirlər (Aronson, Wilson, & Akert, 1999).
  • Yüksək temperatur - Bəzi laboratoriya tədqiqatları göstərir ki, isti havanın müəyyən bir nöqtəyə qədəri aqressiyanı artırır, ancaq bu nöqtədən sonra aqressiyanı artırmır, əksinə azaldır (Baron və Birne, 2000; Feldman, 1998).

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə