Aqressivliyin diaqnostikasi. Bass-Darki sorğusu


Müəllimlərlə aparılan konsultasiya işləri



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix12.06.2023
ölçüsü1,26 Mb.
#116709
1   ...   6   7   8   9   10   11   12   13   14
Psixoloji-məsləhət-və-psixokonsultasiya-N.Məmmədova

Müəllimlərlə aparılan konsultasiya işləri 
Plan: 
1.
Müəllimlərlə aparılan konsultasiya işlərinin mahiyyəti 
2.
Konsultasiya zamanı müəllim və şəxsiyyətinin əsas cəhətləri və pedaqoji taktın vacib 
şərtləri 
Psixoloqun müəllimlərlə apardığı psixoloji konsultasiya işlərinin sistemində əsas vəzifə hər bir 
şagirdin şəxsiyyət kimi inkişafı üçün inkişafetdirici optimal mühitin yaradılmasına kömək 
göstərməkdən ibarətdir. 
Təlim-tərbiyə prosesində, şəxsiyyətyönümlü və pedaqoji əməkdaşlıq şəraitinin yaradılmasında 
ixtisaslı mütəxəssis kimi məktəb psixoloqunun rolu böyükdür. Psixoloqdan ixtisaslı məsləhət və
yardım alan müəllimlər özlərinin gündəlik peşəkar fəaliyyətində hər bir şagirdə fərdi 
yanaşmanın priyomlarını öyrənir, onların konkret psixoloji xarakteristikaları haqqında etibarlı 
məlumatlar əldə etmək imkanı qazanır. Onlar arasındakı peşə əməkdaşlığı ümumi və ortaq 


vəzifələrin birgə həllinə yönəlmişdir. Psixoloq müəllimlər arasında pedaqoji -psixoloji təlim 
nəzəriyyələrini yenj, fəal və interaktiv texnologiyaya və innovasiyalara təbliğ edir, onları təlim 
prosesində şagirdlərin motivləri,təlim- tərbiyə proseslərinin idarə olunmasının texnologiyası və 
şagird nailiyyətlərinin qiymətləndirilməsi metodikalarıilə tanış edir. Müəllimlərlə keçirilən 
konsultasiyalar zamanı psixoloq müəllimlər tərəfindən tətbiq edilən təlim metodları və 
metodiklarına qarışmır və müdaxilə etmək hüququna malik deyildir. Müasir pedaqoji- psixoloji 
biliklərin fəal təbliğatçısı olan psixoloq müəllimlərlə şagirdlər və şagirdlərin özləri arasındakı 
qarşılıqlı münasibətlərin xarakterinin öyrənilməsinə xüsusi diqqət yetirir. O, bu münasibətlərin 
humanist və demokratik olmasına, mənəvi və işgüzar dəyərlər arasında qurulmasında fəal 
yardımçı rolunda çıxış edir. 
Psixoloqun konsultativ işinin sistemində müəllimlərin pedaqoji-psixoloji mədəniyyətinin 
yüksəldilməsi, peşə hazırlığının təkmilləşdirilməsi, onlarda mənəvi və peşə şüurunun, yeni 
pedaqoji və metodik təfəkkürün formalaşdırılması məsələləri mərkəzi yer tutur. Bu məqsədlə 
psixoloq müəllimlərin daimi fəaliyyət göstərən seminar fəaliyyəti prosesində meydana çıxan 
müxtəlif pedaqoji-psixoloji problemlərin işgüzar müzakirələrini keçirir 
Psixoloq məktəb rəhbərliyinin və yuxarı təhsil orqanlarının göstərişi ilə müəllimlərin peşəkarlıq 
səviyyəsinin qiymətləndirilməsində fəal iştirak edir, öz rəyini bildirir. 
Plan 2 
Belə qiymətləndirmə zamanı psixoloq pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin aşağıdakı 
əsas cəhətlərinə xüsusi diqqət yetirməlidir 
-
Müəllimin ixtisas-peşə hazırlığı və təlim-tərbiyə işindəki uğurları. 
-
Müəllim şəxsiyyətinin tipoloji xüsusiyyətləri, kollektivdə və şagirdlər arasında reytinqi 
-
Müəllimin aqressivliyinin qiymətləndirilməsi. 
-
Onun ünsiyyətlilik səviyyəsi və şagirdlərlə qarşılıqlı münasibətlərin tərzi. 
-
Konfiliktli situasiyalarda davranışı 
-
Müəllimin peşə fəaliyyətində mövcud mane və əngəllər
-
Müəllimin mühüm şəxsi peşəkar keyfiyyətləri. Pedaqoji taktın vacib şərtləri 
-
Uşaqları yaxşı tanımaq, onların davranış motivlərini öyrənmək 


-
Tələbkarlıq da və məhəbbətdə ölçü hissini gözləmək 
-
Uşaqlarla münasibətdə özünün hər bir hərəkətinin mümkün nəticələrinin irəlidə 
görməyi bacarmaq
-
Müəllimlərin tələblərinin uşaqların yaş və fərdi xüsusiyyətlərine , onların hərəkətlərinin 
mümkün nəticələrini irəlidən görməyi bacarmaq
-
Müəllimlərin tələblərinin uşaqların yaş və fərdi xüsusiyyətlərinə , onların hərəkətlərinin 
tonuna və xarakterrinə uyğunluğu 
-
Tərbiyənin müxtəlif metodlarının ( rəğbətləndirmə və cəzalandırma ) tətbiqi zamanı 
pedaqoji taktın gözlənilməsi 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə