Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə9/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   5   6   7   8   9   10   11   12   ...   266

19 

 

 



UOT 633.1 

ƏKİNÇİLİK İNSTİTUTUNUN YENİ TARİXİ DÖVRDƏ TƏDQİQAT 

PRİORİTETLƏRİ, QARŞIDA DURAN VƏZİFƏLƏRİ VƏ UĞURLARI  

 

C.M.TƏLAİ 

Azərbaycan KTN, Əkinçilik ET İnstitutu, Bakı-98, Sovxoz №2 



talai_akinchi@mail.ru

; www.aetei.az 

 

 

Məqalədə Əkinçilik ET İnstitutunun yeni tarixi, aparılan institusional dəyişikliklər, təşkilati 

strukturu, yeni tarixi dövrdə institutun tədqiqat prioritetləri, qarşıda duran vəzifələri, seleksiya, 

genetika,  fiziologiya,  biokimya,  fitopatologiya,  becərilmə  texnologiyası,  otlaqların  idarə 

edilməsi,  yemlərin  texnologiyası  və  zootexniki  qiymətləndirilməsi  sahələrində  əldə  olunan 

nailiyyətlər,  yerli və  beynəlxalq  elmi  əməkdaşlıq,  Dövlət  reyestrində  olan  və  patentlə  mühafizə 

edilən  dənli,  dənli-paxlalı  və  yem  bitkiləri  sortları  və  toxumçuluq  fəaliyyəti  haqqında  ətraflı 

məlumatlar  verilmişdir.  İnstitutun  2015-ci  ildə  yumşaq  buğdanın  “Günəşli”  və  yoncanın 

“Yemçilik  İnstitutu  16”  sortları  rayonlaşmış,  seleksiya  nailiyyətlərinin  Dövlət  reyestrinə  daxil 

edilmiş və patentləşmişdir. 

 

 

Açar  sözlər:  institusional  dəyişikliklər,  tədqiqat  prioritetləri,  vəzifələr,  elmi  uğurlar, 

beynəlxalq  əməkdaşlıq,  rayonlaşmış  sortlar,  seleksiya  nailiyyətləri,  sarı  pas,  keyfiyyət, 

resursmühafizəedici texnologiyalar, otlaqların idarəsi, yemlərin texnologiyası 

 

Ключевые  слова:  институциональные  изменения,  приоритеты  исследований, 

задачи,  научные  достижения,  международное  сотрудничество,  районированные  сорта, 

селекционные достижения, желтая ржавчина, качество, ресурсосберегающие технологии, 

управление пастбищ, технология кормов   

 

Key  words:  institutional changes,  research  priorities,  objectives,  scientific  achievements, 

international  collaboration,  released  varieties,  selection  achievement,  yellow  rust,  quality, 

resource-conserving technology, pasture management, feed technology 

 

 

Bu  gün  elmi-tədqiqat  müəssisələrinin  qarşısında  ölkədə  aqrar  bölmənin 

inkişafı  istiqamətində  həll  olunmalı  mühüm  vəzifələr  durur.  Bu  həlli  vacib 

vəzifələrə torpaqların münbitliyinin yaxşılaşdırılması, biomüxtəlifliyin qorunması, 

saxlanması və istifadəsi, bitkiçilikdə və heyvandarlıqda yeni yüksək məhsuldar sort 

və  cinslərin  yaradılması,  mütərəqqi  texnologiyaların  elmi  və  praktiki  əsaslarının 

işlənib  hazırlanması,  səmərəli  bitki  mühafizəsi  xidmətləri  tədbirlərinin  işlənib 

hazırlanması,  alınmış  mühüm  elmi  nəticələrin  fermer  və  digər  təsərrüfat 

qurumlarında  tətbiqinin  genişləndirilməsi  kimi  məsələlər  daxildir.  Bu  baxımdan 

yeni  tarixi  dövrə  qədəm  qoymuş  Əkinçilik  ET  İnstitutunun  qarşısında  da  mühüm 

vəzifələr durur. Belə ki, 46 ildən sonra  tarix  yenidən təkrarlandı. Azərbaycan ET 

Yemçilik,  Çəmənçilik  və  Otlaqlar  İnstitutu  yenidən  Əkinçilik  İnstitutuna 

birləşdirildi və bununla da institut yeni tarixi dövrünə qədəm qoydu. Əkinçilik ET 

İnstitutu  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  “Azərbaycan  Aqrar 

Elm  Mərkəzinin  və  onun  tabeliyindəki  elmi-tədqiqat  institutlarının  strukturunun 

təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan 

ET  Əkinçilik  İnstitutu  və  Azərbaycan  ET  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar 



20 

 

İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. Nəzərə almalıyıq ki, 



ET  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar  İnstitutu  məhz  1969-cu  ildə  Əkinçilik  ET 

İnstitutunun bazasında yaradılmışdır. 

Ümumiyyətlə,  Əkinçilik Elmi-Tədqiqat  İnstitutu SSRİ Nazirlər Sovetinin 20 

may  1950-ci  il  2117  saylı  və  Azərbaycan  K(b)P  MK-nın  və  Nazirlər  Sovetinin  6 

iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində  

yaradılmış  və  1950-ci  ilin  oktyabrından  fəaliyyətə  başlamışdır.  Əkinçilik  ET 

İnstitutu  Sov.İKP  MK-nın  və  SSRİ  Nazirlər  Sovetinin  14  fevral  1956-cı  il  253 

saylı  qərarına,  SSRİ  Kənd  Təsərrüfatı  Nazirliyinin  8  mart  1956-cı  il  87  saylı 

əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd 

Təsərrüfatı  üzrə  elmi  tədqiqat  müəssisələrinin  işinin  yaxşılaşdırılmasına  dair 

tədbirlər  haqda”  27  aprel  1956-cı  il  222  saylı  qərarına  uyğun  olaraq  Azərbaycan 

SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir [1]. 

Respublikada  taxıl  istehsalının  artırılması  ilə  əlaqədar  ixtisaslaşmış 

təsərrüfatları  yüksək  kondisiyalı  toxumlarla  təmin  etmək  və  ölkədə  toxumçuluq 

işinin  fəaliyyətini    yaxşılaşdırmaq  məqsədilə  Kənd  Təsərrüfatı  Nazirliyinin  16 

avqust  1993-cü  il  tarixli  236K  saylı  əmrinə  əsasən  Əkinçilik  ET  İnstitutunun 

bazasında “Elit” Elm İstehsalat Birliyi  yaradılmışdır. 2000-2015-ci illər aralığında 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  16  dekabr  1999-cu  il  190  saylı 

qərarına  əsasən  yaradılmış  Aqrar  Elm  Mərkəzinin  struktur  tabeliyində  fəaliyyət 

göstərmişdir [1]. 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  17  aprel  2015-ci  il  109 

nömrəli qərarına əsasən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2015-

ci  il  30  oktyabr  tarixli  110  nömrəli  əmri  ilə  Əkinçilik  ET  İnstitutunun  yeni 

strukturu  təsdiqlənmişdir.  Bu  baxımdan  Əkinçilik  ET  İnstitutunun  yenilənmiş 

strukturuna  8  şöbə  (Bitki  seleksiyası;  Bitki  fiziologiyası  və  biotexnologiya; 

Davamlı  əkinçilik  və  bitki  diversifikasiyası;  Otlaq  və  biçənəklər;  İnformasiya 

təminatı və elmi nəticələrin tətbiqi; Hüquq, kadr və kargüzarlığın təşkili; Maliyyə 

və mühasibat uçotu; Təsərrüfat), 5 laboratoriya (Torpaq və bitki analizləri; Dənin 

keyfiyyəti;  Xəstəlik  və  zərərvericilərə  nəzarət;  İlkin  toxumçuluq  və  toxumun 

keyfiyyəti;  Yemlərin  texnologiyası  və  zootexniki  qiymətləndirilməsi),  ictimai 

elmlər və xarici dillər kafedrası daxildir.  

İnstitutun  struktur  tərkibində  elmi-istehsalat  xarakterli  tədqiqat  işlərinin 

aparılması  məqsədilə  11  təcrübə  bazası,  o  cümlədən  4  bölgə  təcrübə  stansiyası 

(Tərtər  BTS,  Qobustan  BTS,  Zaqatala  BTS,  Cəlilabad  BTS),  3  dayaq  məntəqəsi 

(Şəki DM (taxılçılıq istiqamətli), Şəki DM (yemçilik istiqamətli), Gədəbəy DM), 1 

təcrübə sınaq stansiyası (Kürdəmir TSS) və 3 yardımçı təcrübə təsərrüfatı (Ağstafa 

YTT, Abşeron YTT (taxılçılıq istiqamətli) və Abşeron YTT (yemçilik istiqamətli) 

fəaliyyət  göstərir.  İnstitutda  elmi  və  müdafiə  şuraları  fəaliyyət  göstərir.  İnstitutda 

331  nəfər  çalışır,    onlardan    118-i  elmi  işçi,  o  cümlədən  5-i  elmlər,  47-i  fəlsəfə 

doktorlarıdır.   

Bu  gün  Əkinçilik  ET  İnstitutunun  qarşısında  ölkənin  müxtəlif  aqroekoloji 

bölgələri  üçün  dənli  taxıl  (buğda,  arpa,  qarğıdalı)  və  paxlalı  (noxud,  mərcimək), 

yem  (yonca,  xaşa)  bitkilərinin  yeni  yüksək  məhsuldar  və  keyfiyyətli,  biotik  və 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə