Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə97/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   93   94   95   96   97   98   99   100   ...   104

Kuad  Mammadov
Kulturologiva effoktivli havat  va faalivvota aparan  vol
Azərbaycan 
xalqının  öz  milli  müqəddəratını  təyin  etməsi  özünü, 
əməli  olaraq,I  1918-ci  ildə Azərbaycan  Demokratik Respublikasının -  
müsəlman  Şərqində  ilk  demokratik  respublikasının  yaradılmasında 
göstərdi.  O  dövrdən 
azərbaycan  mədəniyyətində  əhəmiyyətli 
dəyişikliklər  və  xalqın  milli  özünüdərkinin  inkişafı  ilə  qeyd  olunan 
bir neçə onillik keçmişdir.
Bu  gün  Azərbaycan  yenə də müstəqil  dövlət  olaraq, öz  inkişafının, 
açıq  cəmiyyət  və  hüquqi  dövlət  quruculuğu  ilə  səciyyələnən, 
keyfiyyətcə  yeni  postsovet  dövrünə  qədəm  qoyur.  Yeni  tarixi  şərait, 
qloballaşma  prosesləri  ilə  əlaqədar  olan  dünya  inkişafının  yeni 
reallıqları  və  tendensiyaları  kontekstində  milli  dəyərlərin  tənqidi 
qiymətləndirilməsini  tələb  edir.  Azərbaycanlıların  milli  özünüdərki, 
milli  iftixar  vasitəsi  ola  biləcək,  xalqın  sosial-mədəni  inkişafındakı 
real 
nailiyyətlərdən  bəhrələnməlidir.  Bununla  bağlı,  tarixi  dövrün 
tələbatlanna  uyğun  qlobal  məkanda 
xalqın  rəqabətəqabilliyinin, 
həmişəyaşarlığının  və  mobilliyinin  yüksəldilməsi  məqsədi  ilə,  onun 
sosial-mədəni  kodunun  şüurlu  olaraq  dəyişdirilməsi  zərurəti  mühüm 
əhəmiyyət  kəsb  etməyə  başlayır.  Qüvvələri  müşühidədən  -  
quruculuğa,  mədəni  hadisələrin  qiymətləndirilməsindən  -  idraka  ətraf 
aləmin  transformasiyasına,  və  insanın  özünün  təkmilləşdirilməsi  və 
həyatının 
yaxşılaşdırılmasına 
keçirmək 
vacibdir. 
Keçmiş 
nailiyyətlərin  fetişləşdirilməsindən  imtina  edilməsinə,  qüvvələri 
müasir  inkişafda  cəmləşdirilməsinə  və  işıqlı  gələcəyin  qurulmasına 
istiqamətlənən  yeni  mentalitetin  formalaşdırılması  təxirəsalınmaz 
milli vəzifədir.
• "Milli  özünüdərk"  beynəlxalq  elmi 
kollokviumunun  tezisləri.  Bakı,  1999, s.  153-158.
394
Fuad  Məmmədov
Kulturologiva effektivli havat  va faalivvata aparan vol
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDAKI
SİYASİ MƏDƏNİYYƏT HAQQINDA
('ADR  Parlamenti  təşkilinin  80  illiyinə  həsr  olunmuş  "Müsəlman 
dünyasında  İlkPparlament" adlı elmi-nəzəri konfransda  çıxışın  mətni.
dekabr 1998-ci il)
Məlum  olduğu  kimi,  hər  bir  cəmiyyətin  siyasi  mədəniyyət 
səviyyəsi  siyasi  biliklərin  xarakter  və  həcmi,  vətəndaşların  fəaliyyət 
və  qiymətləndirilməsi,  eləcə  də,  siyasi  münasibətləri  tənzimləyən 
sosial  dəyər, ənənə və normaların məzmun və keydiyyəti  ilə müəyyən 
olunur.  Müasir  cəmiyyətdə  dövlət,  demokratiya,  konstitusiya,  hüquq, 
parlament  kimi  siyasi  mədəniyyət  institutları  mühüm  tərbiyəedici, 
tənzimləyici  və  müdafıəedici  funksiyaları  yerinə  yetirir.  Onlar  xalqın 
ümumi  mədəniyyətinin,  siyasi  şüurunun,  vətəndaşların  fəallığı  və 
təşəbüskarlığının  inkişafına  yardım  edir,  hər  şeydən  əvvəl,  idarəetmə 
orqanlarına nəzarətdə  iştirak, onların demokratiya institutları və siyasi 
normalara  könüllü  tabe  olmalan,  demokratik  cəmiyyət  və  dövlətin 
tərəqqisi  tələblərinə  cavab  verən,  demokratiyanın  siyasi  dəyərlərinin 
mühafizəsi 
yolu  ilə  siyasi  proseslərə  təsirini  təmin  edir.  Bu 
kontekstdə  Azərbaycanın  demokratik  inkişafındakı  tarixi  yol,  forma 
və nailiyyətlər müəyyən maraq doğurur.
Azərbaycan  xalqının  tərəqqipərvər  mədəni-fəlsəfi  ənənələrinin 
təməli  hələ  XII-XVI  əsrlərdə  Azərbaycan  İntibahı  dövründə 
qoyulmuş,  yeni  dövrdə,  demokratik  prinsiplərə  əsaslanan  yeni  tip 
cəmiyyətə  tədrici  keçid  üçün  şəraitin 
yaranması  ilə  öz  məntiqi 
inkişafina  çatmışdır.  XIX  əsr,  öz  kökləri  ilə  Müsəlman  İntibahına, 
Oyanma, Avropada Reformasiya və  Maarifçiliyinə gedib  çıxan  dünya 
mədəniyyətinin  novasiyalı  proseslərinin  ölkədə 
fəallaşdığı  bir 
zamanda, 
Azərbaycanda  demokratiya  mədəniyyətinin  əsaslarının 
formalaşmasının mühüm mərhələsi oldu.
XX  əsrin  əvvəllərində  şiddətli  ictimai-siyasi  inkişafın  nəticəsində, 
1917-ci  ildə  Rusiyada  monarxiya  çökdü.  Postrusiya  məkanında 
keyfiyyətcə  yeni  vətəndaş  cəmiyyətinin  quruculuğu,  absoklyutizm 
prinsiplərindən,  ilk dəfə  hələ XIII əsrdə orta əsr İngiltərəsində təməli 
qoyulmuş  parlamentarizm  prinsiplərinə  keçidə  istiqamətlənən,  yeni 
demokratik mədəniyyətin formalaşdıdırlmasım  tələb edirdi. Çoxəsrlik
395


Eua.d-MMnroadov
Kulturologiva efTektivli bayat  va faalivvata aparan vol
humanist  ənənələrin  varisliyini  qoruyaraq,  azərbaycan  mədəniyyəti 
maariflənmiş  Avropanın  mədəni  standartlarından  fəal  istifadə  etmək 
yolu ilə demokratik  yeniləşmə və tərəqqipərvər inkişaf  yoluna qədəm 
qoydu.
XX əsrin  əvvəlində  Azərbaycanın  siyasi  mədəniyyəti, siyasi  maraq 
və  ehtiyacların  dərki  fonunda, 
azərbaycan  xalqının  öz  milli 
müstəqilliyi  uğrunda  mübarizəsi  şəraitində, 
yeni  siyasi  quruluşa 
əhalinin 
müxtəlif  qrup 
və 
təbəqələrinin 
ümumi 
münasibət 
platformasının  yaradılması  şəraitində  formalaşırdı.  Siyasi  mədəniyyət 
öz  əksini  ölkənin  sosial-mədəni  institutlarının  -   demokratik  dövlət, 
parlament,  hüquqi  institutların  fəaliyyətində  tapırdı.  Bu  novasiyalı 
burjua-demokratik  mədəniyyətin  daşıyıcısı  və  ifadəçisi  Rusiyada  və 
Qərbi  Avropanın  müxtəlif ölkələrində  təhsil  almış,  o  cümlədən  onun 
Rusiya  Dövlət  Dumasındakı  nümayəndələri,  Azərbaycan  Dövləti  və 
Parlamentinin  rəhbərləri  və  üzvləri,  eləcə  də  müxalifətçi  partiyaların 
üzvləri,  maarifçilər.  Yazıçılar,  publisistlərdən  ibarət 
qbaqcıl 
azərbaycan ziyalıları  idi.
Yeni  dövr  qərbi  avropa  və  rusiya  mədəniyyətlərinin  novasiyalı 
təsirinə məruz qalmış Azərbaycan parlamentinin 7 dekabr  1918-ci  ildə 
təntənəli  açılışı  ənənəvi  azərbaycan  mədəniyyətində 
inqilabi 
dəyişikliklərin  parlaq  nümunəsi  oldu.  İlk  Azərbaycan  parlamenti  11 
müxtəlif qruplardan  97 üzvlə təmsil  olunurdu.  Orada müsavatçılar və 
partiyasızlar,  ittihadçılar  və  sosialistlər,  əhrarilər  və  slavyan-rus 
cəmiyyəti, 
milli  azlıqlar,  erməni  fraksiyası  və  “Daşnaksütyun” 
partiyası 
nümayəndələri  var  idi.  İlk  Nazirlər  Kabinetində  11
portfeldən  üçünü  azərbaycan  millətindən  olmayan  adamlar  aldılar: 
Protasyev  (Maliyyə  Naziri),  Lizqar  (  Ərzaq  Naziri)  və  Gindes 
(Səhiyyə  naziri).  Dördüncü  Nazirlər  Kabinetində  13  nazirdən  üçü, 
yenə 
də 

qeyri-azərbaycanlı, 

cümlədən 
X.Amaspürt, 
“Daşnaksütyun” nümayəndəsi  idi.
Ölkədə  siyasi  mədəniyyət  öz  əksini  icbari  təhsilin  tətbiqi 
istiqamətində  aşağı  və  orta  məktəblərin  milliləşdirilməsi,  rus  və  ana 
dilində  təhsil 
alma  hüququnu  təmin  edən,  milli  azlıqların 
imtiyazlarının  saxlanması,  Ermənistan  qaçqınlarına  yardım  və  dövlət 
quruculuğunun  digər  məsələləri  üzrə  tədbirlərdə  tapırdı.  Yaranan 
ziddiyyətlər  demokratik  metodlarla,  zor  və  amirlik  metodları
396
Fuad  Mammadov
Kulturologiva effcktivli to 'a l  va faalivvala aparan \<ıl
işlətmədən,  demokratik  mədəniyyət  prinsipləri,  müstəqil  dövlətin  və 
cəmiyyətin maraqlarından çıxış edərək,  qanunun  aliliyi  əsasında həll 
edilirdi.  Belə  ki,  ittifadçılar  tərəfindən  irəli  sürülən  hakimiyyətə 
inamsızlıq  votumu  F.Xoyski  hakimiyyətinin  istefası  ilə  nəticələndi. 
Ən  mühüm  prinsiplərdən  biri,  milli-mədəni  özünəməxsusluğun 
qorunması  ilə  əlaqələndirilən  dini-etiqad  azadlığı,  Azərbaycanda 
yaşayan 
milli  azlıqların  hüququnun  tanınması  idi. 
Azad  əmək 
təminatı  verən,  fəhlə  sinfinin  hüquq  mədəniyyətinə  ciddi  fikir 
verilirdi.  Bununla  belə,  siyasi  partiyaların  yetgin  olmaması,  düşünül­
müş siyasi proqramların olmaması, ümummilli maraqlarda əməkdaşlıq 
və  siyasi  mübarizə  təcrübəsinin,  qərb  demokratiyası  mədəniyyəti 
sahəsində dərin bilik və bacanqlann  olmaması hallan mövcud idi.
Azərbaycanda 
yeni 
buıjua-demokratik 
mədəniyyəti
formalaşdınlmasının 
ən 
ciddi 
göstəricisi 
azərbaycan 
ziyalı 
nümayəndələrinin  Rusiya  dövlət  Dumasındakı  fəaliyyəti 
idi. 
Azərbaycan  buıjua  ziyalılan 
monarxiyalı  Rusiya  şəraitində  Qərbin 
demokratik  ölkələrinə  məxsus  metodlarla  -  milli  hüquq  bərabərliyi 
sahəsində  dəyişikliklər,  siyasi  sahədə  demokratik  islahatlann  həyata 
keçirilməsi  yolu  ilə  mübarizə  apanrdılar.  Azərbaycan  Parlamenti 
tərəfindən  respublikanın  daxili  həyatının  demokratikləşdirilməsinə 
yardım 
edən 
Qanunun 
qəbul 
edilməsi 
ölkədə 
demokratik 
mədəniyyətin formalaşdınlmasmda mühüm addım oldu. 21  iyul  1919- 
cu  ildə  qəbul  edilmiş  “  Azərbaycan  Respublikasının  Təsisedici 
yığıncağına  seçkilər  haqqında  əsasnamə  seçkilərin  bərabər,  ümumi, 
birbaşa 
və 
gizli 
keçirilməsinin 
demokratik 
prosedurunu 
müəyyənləşdirdi.  11  avqust  1919-cu il tarixində Parlament tərəfindən. 
Azərbaycan  ərazisində  doğulmuş,  milliyyəti  və  dini  etiqadından  asılı 
olmayaraq, 
keçmiş  Rusiya  imperiyasının  hər  bir  vətəndaşının 
Azərbaycan  vətəndaşı  kimi  tanıyan  “  Azərbaycan  vətəndaşlığı  haq­
qında qanun”-un qəbul edilməsi demokratiyanın siyasi mədəniyyəti  və 
humanizm prinsiplərinə sədaqəti təsdiq edən göstərici idi.
Azərbaycanın 
dövlət 
və 
siyasi 
xadimləri 
-  
F.Xoyski. 
M.Ə.Rəsulzadə,  A.M.Topçubaşov.  H.B.Usubbəyov,  D.B.Flacinski. 
M.B.Hacinski,  İ.Ziyadxanov,  Ə.Haqverdiyev,  X.B.Xasməmmədov. 
H.Şahtaxtinski, 
A.Pepinov, 
C.M.Qənızadə, 
S.Mehmandarov, 
H.Məlikaslanov, 
M.Y.Cəfərov  və  bir  çox  başqalan  öz  şəxsi
397


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə