Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

28 
 
Həyat  dövrü  əsasən  üç  hissəyə  bölünür:  fazalar,  dövrlər, 
mərhələlər. 
Qəbul  edilmiş  qaydalara  əsasən  bu  üç  hissənin  heç  birinin 
sayı olmur və ardıcıllıq prinsipi burada yoxdur. Bu xassələr layihənin 
xüsusiyyətindən,  komanda  heyyətinin  peşəkarlığından  və  onun 
yaranma  şəraitindən  asılıdır.  Layihələrin  inkişaf  prosesinin  məntiqi 
və əsas tərkib hissəsi adətən bütün layihələr üçün eyni olur. 
Layihələrin yerinə yetirilmə prosesi vaxt parametrinə əsasən 
aşağıdakı  kimidir:  hər  bir layihənin  başlanğıcı  və  sonu  vardır  və  bu 
müddətdə müəyyən dəyişiklikləri icra etmək üçün qüvvələrin tətbiq 
olunması tələb olunur. Tələb olunan qüvvə ilə vaxt arasındakı asılılıq 
aşağıdakı qrafikdə öz əksini tapmışdır. 
Ümumiyyətlə,  layihə  sıfırdan  başlayır  və  sıfırda  bitir.  Layihə 
əsasən dörd inkişaf fazasını keçir: 
 

 
Konsepsiya fazası (bu ilkin fazadır) 

 
Hazırlıq fazası 

 
İcra fazası (bu layihənin yerinə yetirilmə fazasıdır) 

 
Tamamlanma fazası (bu  layihənin son fazasıdır) 
Layihənin  həyat  dövrü  qrafikinin  özünəməxsus  xüsusiyyəti 
vardır,  yəni  ilkin  fazalarda  sərf  olunan  qüvvə  monoton,  icra 
fazasında  kəskin  artım  müşahidə  olunur  və  son  fazada  birdən-birə 
aşağı  enərək  sıfıra bərabər  olur.  Həyat  dövründə layihənin  müxtəlif 
fazalarından  keçməsi  üçün  xüsusi  bilik,  idarəetmə  metodları  və 
vasitələri tələb olunur. 
Hər  bir  layihə  müəyyən  mühitə  malikdir.  Layihələrin  ətraf 
mühitində  ona  ən  yaxın  layihə  “ana  təşkilat”dır.  Layihənin  yerinə 
yetirildiyi  təşkilata  bu  layihənin  “ana  təşkilatı”  deyilir.  Layihə  hər 
hansı bir məhsulun istehsalı ilə bağlı olduğu üçün o hər şeydən əvvəl 
məhsulun həyat dövrü ilə sıx bağlıdır. 
Beləliklə,  “layihənin  öz  həyat  dövrü”,  “layihənin  ana 
təşkilatı” və “məhsulun həyat dövrü” hər biri ayrı ayrılıqda dəqiq 
sərhədə və xüsusi qarşılıqlı əlaqələrə malikdirlər. 
Layihənin fəaliyyət sahəsini, idarəetmə konsepsiyasını, rəhbərini və 
komanda  heyyətini  təyin  etmək  üçün  əsas  şərtlərdən  biri  onun 
sərhədinin  dəqiqləşdirilməsidir.  Sərhədin  dəqiq  olunası  onun  üç 
həyat dövrlərinin hər birinin dəqiq olmasını tələb edir. 


29 
 
7. Layihənin fazaları 
 
Layihənin  həyat  dövrünü  əhatə  edən  dörd  fazalardan  hər 
birini ayrı-ayrılıqda nəzərdən keçirək. 
Konsepsiya  fazası.  Bu  fazada  layihənin  konsepsiyası 
işlənilir. 
Layihənin konsepsiyasına daxildir: 

 
Layihənin  mövcud  vəziyyətinin  təhlili  və  bu  haqda 
məlumatların toplanması; 

 
Layihələrin  dəyişdirilməsi  zərurətinin  təyin  edilməsi  və 
təsdiqi; 

 
Layihənin  məqsədini,  texniki  tapşırığı    və  nəticəsini 
müəyyənləşdirmək; 

 
Layihənin  tələblərini,  məhdudiyyətlərini,  şərtlərini  və 
meyarını müəyyənləşdirmək; 

 
Layihədəki riskləri müəyyənləşdirmək; 

 
Layihənin mühitini və iştirakçılarını müəyyənləşdirmək; 

 
Tələb olunan vaxtı, ehtiyatı, vasitələri müəyyənləşdirmək. 
Hazırlıq  fazası.  Bu  fazaya  layihənin  əsas  komponentlərinin 
işlənməsi və onun yerinə yetirilməsi üçün hazırlıq işləri daxildir. 
Burada aşağıdakı işlər yerinə yetirilir: 

 
layihənin rəhbəri təyin olunur

 
layihənin komanda heyyəti müəyyənləşdirilir; 

 
layihə  sifarişçisinin  tələbləri  öyrənilir,  digər  iştirakçılar 
müəyyənləşdirilir və kontraktlar bağlanılır; 

 
layihənin son nəticəsi və məhsul müəyyənləşdirilir; 

 
məhsulun keyfiyyət standartları müəyyənləşdirilir; 

 
layihənin strukturu işlənilir

 
əsas işlər yerinə yetirilir; 

 
tələb olunan ehtiyatlar müəyyənləşdirilir; 

 
işlərin yerinə yetirilmə planı hazırlanır; 

 
layihənin  ierarxiya  strukturu  qurulur,  dekompozisiya  olunur 
və WBS struktur hazırlanır; 

 
layihənin təqvim planı hazırlanır; 

 
layihənin smetası və büdcəsi müəyyənləşdirilir; 


30 
 

 
layihələrin  idarəetmə  proseduru  və  monitorinq  sistemi 
müəyyənləşdirilir; 

 
layihənin təqvimetmə mexanizmi hazırlanır; 

 
layihənin davam etdirilməsi üçün razılıq əldə olunur. 
İcra fazası. Bu fazaya layihənin məqsədinə çatmaq üçün yerinə 
yetirilən  işlər  çoxluğu  nəzərdə  tutulur  və  aşağıdakı  işlər  yerinə 
yetirilir: 

 
alqı-satqı üzrə kontraktların bağlanması; 

 
idarəetmə sisteminin tam işə salınması; 

 
işlərin yerinə yetirilməsi

 
layihə iştirakçılarının əlaqələndirilməsi; 

 
layihənin komanda heyyətinin stimullaşdırılması; 

 
layihənin  texniki  spesifikasiyası  və  onun  təfsilatı  ilə 
layihələndirilməsi; 

 
iş bölgüsünün operativ aparılması və planlaşdırılması; 

 
işlərin  yerinə  yetirilməsinə  nəzarət  sisteminin  tətbiq 
edilməsi;  

 
layihənin maddi-texniki təminatının həyata keçirilməsi

 
layihədə  nəzərdə  tutulan  tikinti-quraşdırma,  işəsalma  kimi 
işlərin yerinə yetirilməsi; 

 
layihənin 
monitorinqi, 
işlərin 
koordinasiyası, 
proqnozlaşdırma və tənzimləmə işlərinin yerinə yetirilməsi; 

 
layihədəki işlərin keyfiyyətinə nəzarət edilməsi

 
layihədəki  vaxt,  qiymət  və  digər  parametrlərin  idarə 
edilməsi; 

 
yaranmış problemlərin dərhal həll edilməsi. 
Tamamlanma  fazası.  Layihənin  bu  dövründə  son  məqsəd, 
nəticə əldə edilir, münaqişələr həll olunur və layihə bağlanır. Bu faza 
aşağıdakı işlərdən ibarət olur: 

 
layihənin tamamlanma prosesinin planlaşdırılması; 

 
layihənin son məhsulunun sınaqdan keçirilməsi

 
yeni yaradılmış obyekt üçün kadr hazırlığı; 

 
obyektin  sifarişçiyə  təhvil  verilməsi,  istismara  buraxılması 
və bu işlər ilə bağlı sənədlərin hazırlanması; 

 
layihənin yekunlaşdırılması və nəticənin qiymətləndirilməsi

 
yekun sənədlərin hazırlanması 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə