Amsterdam müqaviləsi 2 oktyabr 1997-ci ildə imzalanmışdır. Bu sazişə əsasən Aİ-nin səlahiyyətləri genişləndirilmişdir


Nitsa Müqaviləsi Avropa İttifaqının institutlarının (orqanlannm) həm strukturunda, həm tərkibində, həm də səlahiyyətlərində müəyyən dəyişiklik edən sənəd idi



Yüklə 20,99 Kb.
səhifə2/2
tarix26.03.2022
ölçüsü20,99 Kb.
#84750
1   2
MÜQAVİLƏLƏR

Nitsa Müqaviləsi Avropa İttifaqının institutlarının (orqanlannm) həm strukturunda, həm tərkibində, həm də səlahiyyətlərində müəyyən dəyişiklik edən sənəd idi. Onun rolu və əhəmiyyəti də məhz bununla şərtlənirdi. Bundan əlavə Avropa Parlamentinin səlahiyyətləri və tərkibi genişləndirilmiş, Avropa Komissiyasının rolu isə gücləndirilmişdir. Aİ-nm məhkəmə sistemi də dəyişdirilmişdir. 2001-ci ildə Məhkəmənin statusu haqqında Protokol qəbul olunmuşdur. Aİ çərçivəsində inteqrasiya proseslərinin sonrakı inkişafı bu quruma Çexiyanın, Macarıstanın, Polşanın, Slovakiyanın Sloveniyanın, Estoniyanın, Latviyanın, Litva, Kiprin və Maltanın qoşulması ilə bağlıdır. Üzv ölkəbrin çoxalması inteqrasiya proseslərinin dərinbşdirilməsinə yönəlmiş tədbirləri mürəkkəbləşdirirdi və Aİ-nın institusional mexanizminin fəaliyyətini çətinləşdirirdi. Lissabon müqaviləsi Aİ-nın quruluşunun ümumi prinsipbrini əks etdirir və onun əsaslarının, həmçinin onun orqanlarınm institusional mexanizminin yenidən qurulmasmı nəzərdə tutur.



Lissabon Müqaviləsi 13 dekabr 2007-ci il tarixdə Lissabon şəhərində (Portuqaliya) Avropa İttifaqına üzv olan 27 dövlətin rəhbərləri tərəfindən imzalanmışdır; 1 dekabr 2009-cu il tarixdə isə o, qüvvəyə minmişdir. Lissabon Müqaviləsinin qüvvəyə minməsi ilə Avropa hüququ tarixinin müasir - üçüncü inkişaf dövrü (mərhələsi) əsaslı şəkildə start götürdü. 2007-ci il Lissabon Müqaviləsi (Avropa İttifaqında islahat haqqında Müqavilə) insan hüquqlannın müdafiəsi sahəsində Avropa İnsan Hüquqlan Konvensiyasının müvafiq normalarının Avropa hüququna daxil olmasını təmin edir; bu müqavilə də kollektiv üzv kimi Avropa İttifaqının həmin Konvensiyaya qoşulmasını nəzərdə tutur. Lissabon Müqaviləsinin (Avropa İttifaqında islahat haqqında Müqavilənin) qüvvəyə minməsi ilə normativ dövriyyəyə, formal olaraq, «Avropa İttifaqı hüququ» kimi vahid hüquq sistemi daxil edildi. Burada «Avropa İttifaqı hüququ» tətbiq olunan yeganə termin kimi işlədilir. Başqa sözlə, Lissabon Müqaviləsi Avropa İttifaqı hüququnu vahid anlayış kimi işlədir. Lissabon Müqaviləsinin qüvvəyə minməsi ilə kommunitar hüquq (Avropa birlikləri hüququ) tamamilə vahid Avropa İttifaqı hüququ ilə əvəz olundu. Belə ki, həmin müqavilə nəticəsində Avropa birliklərinin mövcudluğuna son qoyuldu. Bildiyimiz kimi, həmin AKPB 50 il müddətinə yaradılmışdı. 1951-ci ildə imzalanan Paris Müqaviləsi (Avropa Kömür və Polad Birliyinin təsis edilməsi haqqında Müqavilə) 50 il müddətinə bağlanmışdı; 2002-ci il iyulun 23-də 50 illik müddət başa çatdığına görə sözügedən birliyin mövcudluğuna son qoyuldu. Bununla bağlı olaraq, onun səlahiyyətləri, hüquq və vəzifələri, əmlakı Avropa Birliyinə (əvvəlki «Avropa İqtisadi Birliyi»nə) keçdi. Lissabon Müqaviləsi təsis aktlarını həm dəyişdirir, həm təsis aktlarına əlavələr edir, həm təsis aktlannı tamamlayır, həm də onlan transformasiya edir. Lissabon Müqaviləsinə uyğun olaraq, Avropa İttifaqı bütövlükdə Avropa Birliyini əvəz edir; burada Avropa İttifaqının demokratikləşdirilməsinə aid bir sıra yeni göstəriş müəyyənləşdirilir. Həmin müqaviləyə əsasən, Avropa İttifaqı Avropa Birliyinin hüquqi varisi hesab edilir.
Yüklə 20,99 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə