AMRAHBANK ASC-də risklərin idarə edilməsi sistemi
Bankda risklərinin idarə olunması sistemi bankın risklərin idarə olunması
prosesinin təşkilinə, və ilk növbədə bütün mühüm risklərin müəyyən edilməsi, onların
qiymətləndirilməsinin metod və prosedurlarının işlənib hazırlanması, aşağı salınması
(qarşısının alınması) və monitorinqinə münasibətdə kompleks və vahid yanaşmaya
əsaslanır.
Risklərin idarə edilməsi siyasətinin düzgün müəyyən olunması, idarə edilməsi və
ona nəzarət müvafiq olaraq, idarəetmə orqanları olan Müşahidə Şurası, İdarə Heyəti və
Komitələr tərəfindən həyata keçirilir.
Müşahidə Şurası Bankın fəaliyyəti nəticəsində üzləşdiyi bütün risklərin münasib
səviyyələrini müəyyən edir, risklərin düzgün müəyyənləşdirən, qiymətləndirən və onlara
nəzarəti təmin edən risklərin idarə edilməsi sisteminin yaradılmasını təmin edir. Bu
məqsədlə, Müşahidə Şurası tərəfindən Bankın fəaliyyətində mövcud olan risklərin
düzgün idarə edilməsini həyata keçirən komitələr yaradılmışdır.
Müşahidə Şurası özü və formalaşdırmış olduğu komitələr vasitəsi ilə risklərin idarə
edilməsi siyasətini, standartlarını, proseduralarını, limitləri, riskli sahələr üzrə qərarların
qəbul olunması mexanizmlərini, riskli sahələrdə çalışanların məsul şəxslərin səlahiyyət
və vəzifələrini müəyyənləşdirir.
Gündəlik risklərin idarə edilməsi üçün isə tam məsuliyyəti İdarə Heyəti və onun
tabeçiliyində olan funksional struktur bölmələri daşıyır.
Risk limitlərinə cari nəzarət, habelə riskin təhlili Risklərin idarə edilməsi
Departamenti tərəfindən həyata keçirilir və o, birbaşa İdarə Heyətinə və Risklərin idarə
edilməsi komitəsinə bu barədə hesabat verir. Bu Departament riskli sahələrin müəyyən
olunması, qiymətləndirilməsi, idarə edilməsinə nəzarətin metodologiyasını, digər
struktur bölmələri ilə birlikdə risk xəritələrini, stress testləri və ssenariləri hazırlayır və
İdarə Heyəti ilə razılaşdırdıqdan sonra Risklərin İdarə Edilməsi Komitəsinə təqdim edir.
Bankda risklərin idarə edilməsi üzrə qərarqəbuletmə sistemi aşağıdakı kimi
bölünmüşdür:
Risklərin idarə edilməsi, bütün növ üzrə risklər, global limitlər – Risklərin idarə
edilməsi Komitəsi,
Bazar, faiz, likvidlik, valyuta riskləri –Aktiv və Passivlərin idarə edilməsi
Komitəsi,
Kredit, ölkə, ödəməmə, kredit portfeli üzrə cəmlənmə riskləri –Kredit Komitəsi,
Əməliyyat, hüquqi risklər üzrə – İdarə Heyəti, strateji və təşkilati risklər –
Müşahidə Şurası
Bankda risklərin idarə edilməsi üzrə qəbul edilmiş qərarların yerinə yetirilməsi
üzrə məsuldur:
-Bazar, faiz, likvidlik, valyuta riskləri – Xəzinədarlıq Departamenti;
-Kredit, ölkə, ödəməmə, kredit portfeli üzrə cəmlənmə riskləri – Kredit
Departamenti;
-Əməliyyat riskləri – bankın bütün struktur bölmələri;
-Hüquqi risklər –Hüquq departamenti;
-İmic riskləri-Biznesin inkişafı departamenti
-Strateji – İdarə Heyəti
-Risklərə nəzarət, onların ölçülməsi və qiymətləndirilməsi üzrə gündəlik
məsuliyyət, digər struktur bölmələrinə kömək və risklərə nəzarət funksiyaları – Risklərin
İdarə Edilməsi Departamenti.
Risklərin idarə edilməsi işinin təşkili
Risklərin idarə edilməsi işinin təşkili Azərbaycan Mərkəzi Bankının korporativ
idarəetmə standartlarına əsasən aşağıdakı kimi müəyyən olunur:
Bankda bütün strukturlar və işçilər risklərin idarə edilməsi prosesində iştirak
edirlər.
Strukturların risklərin idarə edilməsindəki rolu, hüquq və vəzifələri onların
əsasnamələrində, işçilərin vəzifələri isə onların vəzifə təlimatlarında aydın
göstərilir.
Funksional struktur bölmələri öz əsasnamələrində və risk xəritəsində
göstərilmiş vəzifələri yerinə yetirirlər.
Bankın işçilərinin bu Siyasətin yerinə yetirilməsi üzrə vəzifələri
aşağıdakılardan ibarətdir:
N
ə
zar
ə
t
Hesabatverm
ə
Ə
laq
ə
l
ə
ndirm
ə
Səhmdarların Ümumi Yığıncağı
Müşahidə Şurası
İdarə heyəti
Audit Komitəsi
Risk Kom
Kred.Kom
APİK
IT Kom
Risk dept
Departament və
filiallar
Şöbələr
Daxili audit dept
İH üzü
İH üzvü
İH üzvü
İH üvzü
a.
risklərin idarə edilməsi qaydalarına uyğun hərəkət etmək
b.
risklərlə bağlı AMB-nin qaydaları və daxili qaydalara əməl etmək
c.
yeni risk növləri və riskdə dəyişikliklər haqqında birbaşa rəhbərinə hesabat
vermək
d.
risklər üzrə zəruri təlim proqramlarında iştirak etmək
e.
cavabdeh olduqları işləri vaxtında və keyfiyyətlə həyata keçirmək
Risklərin idarə edilməsi departamenti mütəmadi əsasda işçilərə risklərin idarə
edilməsi üzrə təlimlər keçirilir.
1.
Səlahiyyət bölgüsü və limitlər
Bankda risklərin idarə edilməsi üzrə səlahiyyətlər və limitlər bu siyasət əsasında
Müşahidə Şurası tərəfindən müəyyən olunur. Bununla belə qeyd edilməlidir ki,
Müşahidə Şurası tərəfindən verilmiş səlahiyyətlər və limitlər daxilində İdarə
Heyəti icra orqanları üzrə səlahiyyət və limitləri müəyyən edir.
Bankda minimum aşağıdakı limitlər tətbiq olunur:
a.
Kapital adekvatlığı norması
b.
Cəlb olunmuş vəsaitlərin kapitala nisbəti (leverage) limiti
c.
Bankın ümumi aktivləri və öhdəlikləri üzrə qlobal limitlər
d.
Qlobal limit çərçivəsində kredit portfeli üzrə - ölkə, sahə, müştəri qurupu,
valyuta, region, müddət və kreditin növü üzrə limitlər
e.
Qlobal limit çərçivəsində qiymətli kağızlara investisiya portfeli üzrə - dəyəri
stabil və dəyişkən alətlərə, emitentlərin strukturu, sahəsi və qiymətli
kağızların növləri üzrə limitlər
f.
Qlobal limit çərçivəsində banklara verilən ssuda və avanslar üzrə - ölkə,
bank, məhsulun növü üzrə limitlər
g.
Qlobal limit çərçivəsində banklardan və digər maliyyə institutlarından cəlb
edilmiş vəsaitlər üzrə- cəlbetmə mənbəyi, ölkə, valyutası, faiz forması
(dəyişkən və sabit), müddəti üzrə limitlər
h.
Qlobal limit çərçivəsində müştərilərdən cəlb edilmiş vəsaitlər-ölkə, müştəri
qurupu (korporativ və fərdi), sahə, valyutanın növü, müddəti, məhsulun
çeşidi üzrə
i.
Bazar riskləri (kapital, valyuta, faiz və əmtəə-mal riskləri) üzrə- risklərə açıq
siyasəti yetirildiyi halda riskə məruz qalma limitləri
j.
Əməliyyat riskləri üzrə maksimum kapital ehtiyatı limitləri
k.
Uzun, cari və ani likvidlik üzrə limitlər
l.
Ayrı-ayrı valyutalar, habelə məcmu valyuta mövqeyi üzrə limitlər
m.
Qərar qəbuletmə üzrə limitlər
n.
Əməliyyatların təsdiqnaməsi üzrə limitlər
o.
Azərbaycan mərkəzi Bankının müəyyən etdiyi bütün digər limitlər
çərçivəsində investisiyalar və riskli əməliyyatlar üzrə limitlər
İdarə Heyəti səlahiyyət bölgüsü və limitlərin müəyyən olunması zamanı mövcud
siaysətlərə riayət etməklə, an azı aşağıdakı prinsipləri qoruyur.
a.
Nəzarət sistemlərinin adekvatlılığını
b.
İşçilərin səriştəliliyini
c.
Rəqabəti
d.
Daxili prosesləri
e.
Bankın ölçüsünü
f.
Proseslərin avtomatlaşdırılması səviyyəsini
g.
Proseslərin səmərəliliyini
h.
Risklərin minimallaşdırılmasını
Aşağıdakı məsələlər üzrə qərarların qəbul olunması Müşahidə Şurasının
müstəsna səlahiyyətindədir:
a.
Bankın strateji planının və daxili reqlamentinin (siyasət, qayda, təlimatlar)
qəbulu, onlara əlavə və dəyişiklərin edilməsi
b.
İdarə Heyəti və bankdaxili komitələrin səlahiyyətlərinin və limitlərinin
müəyyən olunması
c.
Bankın aktiv və öhdəlikləri üzrə qlobal limitlərinin müəyyən olunması
d.
Bankın öhdəliklərinin kapitala nisbəti, cəlbolunmalarının mənbəyi, strukturu
və onlar üzrə limitlərin və qərarqəbuletmə səlahiyyətlərinin müəyyən olunması
e.
Kredit portfelinin strukturu, onun sahə, məhsul növləri limitlərin və
qərarqəbuletmə səlahiyyətlərinin müəyyən olunması
f.
Büdcə xərcləri üzrə qərarqəbuletmə səlahiyyətlərinin müəyyən olunması
g.
Bank qanunvericiliyi ilə verilmiş, Bankın Nizamnəsində göstərilmiş və AMB-
nin normativ-hüquqi sənədlərində, habelə bankın ayrı-ayrı sahələr üzrə
siyasətlərində təsbit olunmuş digər səlahiyyətlər.
Risklərin idarə edilməsi sisteminin komponentləri
Risklərin idarə edilməsi sistemi aşağıdakı komponentlərdən ibarətdir:
a.
Ayrı-ayrı risklərin idarə edilməsi üzrə siyasətin müəyyən olunması və tətbiqi
b.
Hər bir risk üzrə risk xəritəsinin hazırlanması və tətbiqi
c.
Risklərin ölçülməsi alətlərinin müəyyən olunması və tətbiqi
d.
Səmərəli səlahiyyət bölgüsü sisteminin yaradılması və tətbiqi
e.
Limitlər sisteminin yaradılması və tətbiqi
f.
Riskə gündəlik nəzarət sisteminin yaradılması və tətbiqi
g.
Risklər üzrə hesabatlılıq sisteminin yaradılması
h.
Bankın tam və ya qismən nəzarət edə bilmədiyi risklər üzrə fövqaladə hallar
planının hazırlanması və onun tətbiqi
Bankda ayrı-ayrı risklərin idarə edilməsi sistemi
Bazar riskləri
1) Bankın bazar risklərinin idarə olunması vahid metodologiya ilə tənzimlənir və
beynəlxalq standartlar, Bazel komitəsinin tövsiyələri və beynəlxalq təcrübəyə
əsaslanır;
2) Bank maliyyə bazarında əməliyyatları apararkən idarəçilik və qərarların
qəbulunun bütün səviyyələri üzrə mümkün bazar risklərini müəyyən edir;
3) risklərin qiymətləndirilməsindəki dövrülük qəbul edilmiş metodikalar, prosedurlar
və Bankın kollegial idarəetmə orqanının qərarlarına əsasən müəyyən olunur.
4) Ayrı-ayrı bazar alətlərinə münasibətdə limitlərin müəyyən edilməsi, əməliyyat
riskinin qiymətləndirilməsi və ona nəzarət, əməliyyatın xüsusiyyətlərindən asılı
olmayaraq, vahid standartlara riayət etməklə aparılır.
Bazar risklərinin idarə olunması zamanı aşağıdakı limit və məhdudiyyətlərin əsas
növləri:
– kontragentlər üzrə limitlər;
– emitentlər üzrə limitlər;
– portfellər üzrə struktur limitləri;
– açıq valyuta mövqeyi üzrə limitlər;
– müddətlər üzrə aktiv və passivlərin kəsiri üzrə limitlər;
– müddətlər üzrə yerləşdirmənin minimum və cəlb etmənin
maksimum tarifləri;
– minimum əməliyyat marjası;
– itkilər üzrə limitlər;
– marjalı ticarət üzrə məhdudiyyətlər;
–
müxtəlif valyutalı diskontlar.
Faiz riskinin əsas mənbələri sırasına aşağıda qeyd olunanlar daxil edilir.
– sabit0 faiz dərəcəsi olan alətlər üzrə aktivlərin, passivlərin və
balansdankənar tələb və öhdəliklərin ödənilməsi müddətlərinin üst-üstə
düşməməsi;
– dəyişən faiz dərəcəsi olan alətlər üzrə aktivlərin, passivlərin və
balansdankənar tələb və öhdəliklərin ödənilməsi müddətlərinin üst-üstə
düşməməsi (faiz dərəcəsinin dəyişdirilməsi riski);
– qəti müəyyən edilmiş faiz dərəcəsi olan maliyyə alətləri üçün, ödəniş
müddətləri üst-üstə düşdükdə — Bank tərəfindən yerləşdirilən və cəlb
olunan resurslar üzrə faiz dərəcələrinin dəyişməsi dərəcəsinin üst-üstə
düşməməsi; dəyişən faiz dərəcəsi olan maliyyə alətləri üçün, həmin
faiz dərəcəsi eyni dövrlər üzrə dəyişdikdə – faiz dərəcələrinin dəyişmə
həcminin üst-üstə düşməməsi (baza riski);
Faiz riskinin operativ idarə olunmasını Xəzinədarlıq GAP-analiz, əməliyyat
marjasının cari səviyyəsinə istinadən Bankın kollegial idarəetmə orqanı və ya
səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərarlara əsasən aparır.
Faiz risklərinin idarə olunmasının obyektləri
– təklif edilən məhsullar üzrə faiz dərəcələri;
– əməliyyat marjası.
Faiz riskinin idarə olunması və nəzarətdə saxlanılması məqsədi ilə aşağıdakılardan
istifadə olunur:
– müddətlər üzrə yerləşdirmənin minimum və cəlb etmənin maksimum
dərəcələri, minimum əməliyyat marjasının müəyyən olunması;
– aktiv və passiv əməliyyatlar üzrə dərəcələrin müəyyən edilmiş
məhdudiyyətlərə cavab verməsinə nəzarət;
– əməliyyat marjasının monitorinq.
Valyuta riskinin təhlili və qiymətləndirilməsi üçün aşağıdakılardan istifadə edilir:
– valyuta məzənnələrinin dəyişkənliyi, valyuta məzənnələri arasında
asılılıq , valyutaların sərbəst konvertasiyası (likvidliyi);
- stress-testlər, ssenari təhlili və həssaslıq təhlili;
– Xarici amillərin təsirinin kəmiyyət qiymətləndirilməsi (valyuta
bazarında tendensiyaların təhlili və s.)
Valyuta riskinin məhdudlaşdırılması məqsədi ilə aşağıdakılardan istifadə olunur:
– valyuta riski üzrə mövqeyin həcmi;
– ayrıca valyuta üzrə açıq mövqeyin həcmi;
– açıq mövqelərin müddəti;
– mövqeyin şərtsiz bağlanmasının minimal qiyməti;
Açıq valyuta mövqeyinin artım tempinin operativ idarə olunmasını Xəzinədarlıq
Bankın kollegial idarəetmə orqanı və ya səlahiyyətli vəzifəli şəxsi tərəfindən təsdiq
edilmiş limitlərə istinadən həyata keçirir.
Likvidlik riskləri
Likvidlik risklərinin idarə edilməsi Bankın Xəzinədarlıq departamenti tərəfindən
Bankın ayrıca normativ sənədlərində təsbit edilmiş parametrlərə uyğun olaraq
aparılır.
Likvidlik riskinin idarə olunmasının əsas prinsipləri:
1) Bankın ödəniş qabiliyyətini təmin etməkdən ötrü likvid aktivlərin məqbul
həcmdə saxlanılması;
2) Mərkəzi Bankın müəyyən etdiyi tələblərə uyğun olaraq likvidlik normalarına
riayət;
3) müvafiq müddətli resursların mövcudluğu halında aktiv əməliyyatların
maliyyələşdirilməsi;
4) fors-major halları üçün Bankın maliyyə sabitliyini təmin etmək məqsədi ilə,
likvid aktivlər formasında ehtiyatlar yaradılır.
Kredit riskləri
Bankda risklərinin idarə olunması sitemi bankın kredit siyasəti və bankın
kredit siyasətini müəyyən edən digər əsas sənədlərə əsasən aparılır. Həmin
sənədlər təsdiq olunur, mütəmadi olaraq Bankın İdarə heyəti tərəfindən onlara
yenidən baxılır və deyilən dəyişikliklər Bankın Müşahidə Şurası tərəfindən təsdiq
edilir;
Kredit risklərinin müəyyən edilməsi və idarə olunması kredit riskini
daşıyan bütün məhsul və əməliyyatlara münasibətdə aparılır;
Kreditlərin təqdim olunması qəti olaraq müəyyən edilmiş meyarlara
istinadən həyata keçirilir;
Kredit limitləri borc alanlar və kontragentlər, əlaqəli borc alanlar səviyyəsi
üzrə müəyyən olunur və həm balans, həm də balansdankənar əməliyyatlar üzrə
müxtəlif risk növlərini əhatə edir;
Yeni kreditlərin verilməsinin, habelə mövcud kreditlərin şərtlərinin və
təkrar maliyyələşdirilməsinin təsdiqinə dair qəti olaraq müəyyən edilmiş proses
tətbiq olunur;
Portfel və kontragentlərə münasibətdə cari monitorinq sistemi və kredit
risklərinə nəzarətdən istifadə olunur;
Kreditlərin vəziyyətinin monitorinqi aparılır, o cümlədən onlar üzrə
yaradılmış ehtiyatların kifayət səviyyədə olması yoxlanılır;
Kredit portfelinin tərkib hissələri və keyfiyyətinin monitorinqi aparılır;
Bankın kredit risklərinin idarə olunması üçün istifadə edilən proseslərin
müstəqil cari qiymətləndirilməsi aparılır;
Kredit işinin təşkili və qəbul edilə bilən risklərin artımı prudensial
standartlar, normativlər və daxili limitlərə cavab verir;
Kredit risklərinin idarə olunması sistemi Bankda risklərin idarə olunması
sisteminin vahid hissəsini təşkil edir və aşağıda qeyd edilən kredit biznes-
proseslərinin tərkib hissələrindən ibarət olur:
1) konkret kredit məhsulları/sövdələşmələr üzrə kredit riskinin təhlili və
qiymətləndirilməsi;
2) kredit məhsulunun təqdim olunması/kredit sövdələşməsinin həyata
keçirilməsi barəsində qərarların qəbul olunması;
3) borclar üzrə mümkün itkilər üçün ehtiyatların yaradılması;
5) kredit məhsullarının təminatı;
6) kredit məhsulunun verilməsi, monitorinqi və müşahidəsi üzrə ilkin və
sonrakı nəzarət;
Kredit riskini daşıyan kreditlərin və digər məhsulların verilməsi və
verilməsi şərtlərinin dəyişdirilməsi barəsində qərarların qəbul olunması qaydası,
Bankın kollegial idarəetmə orqanlarının səlahiyyətləri və kreditlər üzrə qərarların
qəbul olunması ilə əlaqədar səlahiyyət bölgüsü məsələsi Bankın ayrıca daxili
sənədləri ilə müəyyən olunur.
Kredit risklərinin səviyyəsinin aşağı salınmasına yönəlmiş mümkün
tədbirlər:
-
kredit portfelinin strukturunun dəyişdirilməsi, o cümlədən də
yüksək riskli kreditlərin verilməsindən imtina və yüksək etibarlı borc alanlara
verilmiş borclər hesabına kredit portfelinin formalaşdırılması vasitəsi ilə;
-
əlavə təminatın rəsmiləşdirilməsi, potensial problemli kreditlər
üzrə vəsaitlərin ayrılmasının dayandırılması, ayrı-ayrı borc alanların fəaliyyəti
üzərində nəzarətə dair əlavə tədbirlərin işlənib hazırlanması;
- Bankın kollegial idarəetmə orqanları və İdarə Heyətinə kredit riskinin
səviyyəsinin artması barəsində məlumatın təqdim olunması və Risk-menecmenti
xidməti tərəfindən risklərin səviyyəsinin aşağı salınması üzrə təkliflərin verilməsi.
Əməliyyat riskləri
Bankda əməliyyat risklərinin idarə edilməsi sisteminin yaradılması zamanı
aşağıdakı əsas prinsiplərdən istifadə edilir.
1) bölmələrin rəhbərləri tabeliklərində olduğu bölmələrin funksiyalarına aid olan
əməliyyat risklərinə nəzarət edilməsinə məsuliyyət daşıyırlar;
2) riskin iqtisadi səmərəlik prinsipi əsasında idarə olunması;
3) risklərin idarə olunması mədəniyyətinin təşviqi;
4) əməliyyat risklərinin kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsinin tətbiqi;
5) risklərin kompleks təhlili.
Əməliyyat risklərinin idarə edilməsi prosesində idarəetmə obyektləri
aşağıdakılardır:
- biznes-proseslər, yeni məhsul və biznes istiqamətləri;
– hesablaşma əməliyyatları;
– səlahiyyətlərin bölgüsü prosesi;
– fəaliyyətin reqlamentləşdirilməsi prosesləri;
– informasiya texnologiyalarının tətbiqi və istifadəsi prosesləri;
– insan resurslarının idarə olunması prosesləri;
– fövqəladə hallar, təbii və texnogen xarakterli hadisələr və xaricdən müdaxilə
riskinin qarşısının alınmasına xidmət edən proseslər.
Bankda əməliyyat risklərinin idarə olunmasının aşağıdakı üsullarından istifadə
olunurı:
– fəaliyyətin miqyasına uyğun olan daxili nəzarət üzrə sistem və prosedurlar;
– texnologiyaların, informasiya, daxili və xarici təhlükəsizliyin, insan
resurslarının idarə olunması sistemlərinin formalaşdırılması.
Əməliyyat risklərinin idarə olunması istiqaməti üzrə Risklərin İdarə edilməsi üzrə
strukturun aşağıdakı funksiyaları vardır:
- əməliyyat risklərinin idarə olunması sisteminin yaradılması
– əməliyyat risklərinin idarə olunması sistemi ilə əlaqədar normativ bazanın
yaradılması;
- əməliyyat risklərinin eyniləşdirilməsi və monitorinqi;
- əməliyyat risklərinin məhdudlaşdırılması üzrə prosedur və texnologiyaların
işlənib hazırlanması və tətbiqi işində iştirak;
– idarəçilik hesabatlarının tərtib edilməsi;
Risklərin idarəedilməsi alətlərinin müəyyən olunması
Bankın İdarə Heyəti aşağıdakı metodlardan istifadə etməklə hər bir risk üzrə
ehtimal olunan itgiləri hesablayır və onların məcmusunun kapitala olan münasibətindən
asılı olaraq, ayrı-ayrı risklər üzrə siyasətlərə yenidən baxılması üzrə Müşahidə Şurasına
konkret təkliflər verir:
a.
Riskə məruz dəyər metodu
b.
Senarilərin tətbiqi üzrə strest test metodu
c.
Həssaslıq təhlili üzrə strest test metodu
Riskin ölçülməsi alətləri risk xəritəsində göstərilən struktur tərəfindən və
müddətlərdə təqdim edilir.
Risklərə nəzarət
Bankda risklərin gündəlik idarə edilməsinə nəzarət üçün məsul orqan İdarə
Heyəti, risklərin düzgün idarə edilməsinə nəzarət sistemlərinin işləməsinə nəzarət
üçün məsul orqan isə Daxili Audit Departamentidir.
Dostları ilə paylaş: |