Амин Бабайев, Вцгар Бабайев



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə143/150
tarix02.12.2017
ölçüsü5,08 Kb.
#13528
növüDərslik
1   ...   139   140   141   142   143   144   145   146   ...   150

362
 
 
 
Həlim və cövhərlərin hazırlanma qaydaları
  
                                                                                                                        
Sıra 
№-si 
Bitkilər 
İstifadə olunan 
orqanlar 
İstifadə 
forması 
Hazırlanma və istifadə olunma qaydaları 
 
 
 
 
 

Baş soğan  
Kök yumrusunun 
pulcuqlarından 
həlim 
200 qram baş soğanın pulcuqlarını 10 litr qaynar suya tökərək 4-5 gün 
saxlandıqdan sonra süzürlər. İstifadə vaxtı ½ nisbətində durulaşdırılır. Beş 
gündən bir olmaqla çiləmə təkrar olunur. 
Həlim süzüldükdən sonra süzgəcdə qalan pulcuq qalıqlarını cərgələrə və ya 
sahəyə səpmək lazımdır. 
həlim 
400 qram bitki qalığını 10 litr suya tökərək iki gün saxlayırlar. Məhlulu 
süzərək ½ nisbətində durulaşdırırlar. Çiləmədən  əvvəl 40 qram təsərrüfat 
(paltar) sabunu əlavə olunur. 

Tütün və tənbəki 
Yarpaqları qurudan 
zaman əmələ gələn 
qalıqlardan 
cövhər 
400 qram qurudulmuş bitki qalıqlarını 10 litr suda bir gün saxlayırlar. Bir 
gündən sonra iki saat qaynadırlar. Soyudulmuş məhlul ½ nisbətində 
durulaşdırılır. Çiləmədən əvvəl 10 litr cövhərə 40 qram təsərrüfat sabunu əlavə 
edilir.    
4 kq təzə yaşıl kütlənin üzərinə 10 litr su tökərək həzin alovda 30 dəqiqə 
qaynadırlar. Soyumuş məhlulu süzür, istifadədən əvvəl 1/3 nisbətində 
durulaşdıraraq 40 qram (hər on litrə) təsərrüfat (paltar) sabunu əlavə edirlər. 

Pomidor 
Sağlam yaşıl kütlədən  
cövhər 
Payızda hazırlanmış (qurudulmuş) həlimdən də cövhər hazırlamaq olar. Bunun 
üçün 4 kq bəlim xırda doğranaraq üzərinə 10 litr su əlavə olunur. Məhlul 30 
dəqiqə həzin odda bişirilir. Soyumuş cövhər süzülür və ¼ nisbətində 
durulaşdırılır. Hər on litr cövhərə 40 qram təsərrüfat (paltar) sabunu əlavə 
olunur.   

Boymadərən 
Çiçəkləmə dövrü 
yığılmış bütün yaşıl 
kütlədən 
cövhər 
 
800 qram qurudulmuş yaşıl kütlə xırdalayaraq qaynar su ilə pörşələyirlər. 
Məhlulu 10 litrə çatdıraraq 36-38 saat saxlayır və ya 30 dəqiqə qaynadırlar, 
çiləmədən əvvəl həlim və ya cövhərə 40 qram təsərrüfat (paltar) sabunu əlavə 
olunur. 

Acı yovşan  
Çiçəkləmə dövrü 
yığılmış bütün yerüstü 
hissədən 
cövhər 
 
Bir kiloqram qurudulmuş kütlə 10-15 dəqiqə qaynadılır. Soyudulmuş cövhər 
süzülür və 10 litr olanadək su əlavə olunur. Hər 10 litr məhlula 40 qram 
təsərrüfat (paltar) sabunu əlavə olunur.  
36



 
363

Acı qovuq 
(zəncirotu) 
Yaşıl kütləsi və 
köklərindən 
həlim 
 
300 qram xırda doğranmış kökləri və ya 400 qram təzə (tər) yarpaqları 1-2 saat 
10 litr qaynar suda saxlayırlar. Birinci çiləmə tumurcuqların şişməsi 
mərhələsində, ikinci çiləmə isə çiçəkləmədən dərhal sonra və 10-15 gündən 
sonra (təkrar) aparılır.    

Kartof  
Sağlam, yaşıl bəlimdən 
həlim 
1,2 yaşıl kütlə və ya 600-800 qram qurudulmuş bəlimi 3-4 saat 10 litr qaynar 
suda saxlayırlar. Soyumuş məhlulu süzürlər. Çiləmədən əvvəl hər 10 litr 
həlimə 40 qram təsərrüfat (paltar) sabunu əlavə etməli. 

Məxmərçiçək 
Çiçəkləmə dövrü 
yığılmış bitkilərdən  
həlim 
Qurudulmuş bitkilərin (yarım vedrə) üzərinə qaynar su tökülür (vedrə dolana 
qədər). İki gün saxladıqdan sonra süzürlər. Çiləmədən əvvəl hər 10 litr həlimə 
40 qram təsərrüfat (paltar) sabunu əlavə etməli. 
həlim 
1 kq doğranmış kütlənin (kök və yarpaq) üzərinə 10 litr qaynar su tökürlər və 
iki gündən sonra süzürlər. Süzülmüş məhlul dərhal istifadə olunur. Çiləmədən 
əvvəl hər 10 litrə 40 qram təsərrüfat sabunu əlavə olunur. 

Mahmızçiçək 
Kök və yarpaqlarından 
cövhər 
1 kq doğranmış kütlənin (kök və yarpaq) üzərinə 10 litr qaynar su tökür və 10-
12 saat saxladıqdan sonra qaynadırlar. Soyudulmuş məhlul süzülür. Çiləmədən 
əvvəl hər 10 litr məhlula 40 qram təsərrüfat sabunu əlavə olunur. 
həlim 
200 qram toxumun üzərinə 10 litr qaynar su tökərək 24 saat saxlayırlar. 
Soyumuş məhlulu süzərək istifadə edirlər.  
10 
Gülümbahar 
Bitkinin toxumlarından 
bitkilərin 
becərilməsi 
Tərəvəz bitkiləri əkilən sahələrin cərgəaralarında gülümbaharın becərilməsi. 
Hazırlanmış kütlə  xırda (qurudulmuş yarpaqlar) doğranaraq bankaya 
yerləşdirilir və 1:1 nisbətində su tökülür. 8-10 gün saxlandıqdan sonra süzür və 
istifadə edirlər. Çiləmədən əvvəl 20-25 ml həlim 10 litr suda həll olunur. 
həlim 
50 qram doğranmış kök yumrusunun üzərinə 10 litr su tökərək qarışdırır və bir 
gün saxlayırlar. Hazırlanmış məhlul süzülür və istifadə olunur. 
11 
 
Sarımsaq 
 Qurudulmuş 
yarpaqlardan, kök 
yumrusunun 
pulcuqlarından 
cövhər  
700 qram doğranmış yumrunun üzərinə 10 litr qaynar su tökərək pörtlədirlər. 
Alınmış məhlulu istifadədən əvvəl 1:7 nisbətində durulaşdırırlar.    
12 
Pıtraqotu 
(at pıtrağı) 
Yaşıl yarpaqlardan 
həlim 
10 litrlik vedrənin 1/3 hissəsi xırda doğranmış yarpaqlarla doldurularaq üzərinə 
10 litr su tökülür. Üç gündən sonra məhlul süzülür və istifadə olunur. 
13 
At əvəliyi  
Köklərindən 
həlim 
300 qram doğranmış kökün üzərinə 10 litr qaynar su tökərək 2-3 saat 
saxlayırlar. Soyumuş məhlulu süzür və dərhal istifadə edirlər. 
14 
Qızılağac 
Yarpaqlarından   
həlim 
Bir kq doğranmış quru yarpaqların və ya iki kq təzə (tər) yarpaqların üzərinə 
on litr su tökülərək bir gün saxlanılır. Bundan sonra 30 dəqiqə «su 
hamamında» saxlayırlar. Soyudulmuş məhlulu süzür, istifadədən əvvəl hər on 
litrə 40 qram təsərrüfat (paltar) sabunu əlavə edirlər. 
36



Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə