Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə77/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   73   74   75   76   77   78   79   80   ...   84

 
153
- Eləmi?! Yaxşı, keç otur iynəni vurum.  
- Çəkim qurtarım da. 
- Siqaret çəkməyin elə mənim kabinetimə qalıb? 
Külqabını onun qabağına qoydum, sonra da durub nəfəsliyi açdım.  
- Nə deyinirsən ee!? Nə olub sənə bu gün? 
- Heç nə. Nə olmalıdır bəyəm? – elə səmimi təəccüblə soruşdum ki, özüm özümə mat qaldım. 
- Nə bilim. Elə bil başqa adam olmusan. Dünən neynədiniz Toğrulla? 
- Necə yəni neylədik? 
- Dünən suşi yemək təklifimə yox deyib, Toğrulla görüşməyə getdin. Ona görə soruşuram. Deyəsən yaxşı vurmusunuz, 
hiss olunur. Mən də deyirəm buna nə olub – siqaretdən dərin qullab alıb nazik xətlə tüstünü ağzının kənarından üflədi.  
- Heç nə olmayıb. Yorğunam.  
- Gecə harda qalmısan? 
İtirəcəyim heç nə yoxdursa, kobud danışa, keçmişin bütün acığını ondan çıxa bilərəm. 
- Sənə nə var? Tez elə qurtar siqareti, iynəni vurum. 
Kinayə ilə gülümsəyib siqareti söndürdü. Gözlərini süzüb dedi: 
- Deyəsən məni acılamaqla məndən ayrılmaq istəyirsən, hə? Amma mən bilirəm ki, bu sözlər ürəkdən gəlmir. 
- Sən nə alçaq adamsan – yerimə oturub sakitcə dedim. – Hə də. Kişiyə hədə-qorxu gəlib, onunla yatağa girən qadından 
başqa nə gözləmək olar? Sən qəhbədən də pissən. Bunu bilirsən?  
Sifəti daşlaşmış, ağzı aralı qalmışdı. Deməli sözlərim hədəfə  dəyib. Aha, rəngi də qaçdı. Hətta qorxdum ki, özündən 
gedər. 
- Sözlərinə fikir ver! Bu nə danışıqdır? 
- Yoxsa neynəyərsən?!  İşdən atdırarsan məni? Hə? Niyə susursan? Bilirsən nəyə heyfsilənirəm? Gərək sənin başını 
doğrudan da əzəydim.  
- Murad! Səbrim tükənir ha! Bəsdir!  
- Soxum sənin səbrinə də, atana da, anana da. Hamınızın var-yoxunu sikim! Başqa sözün? 
Gözlərini qıyıb, titrək səslə, ilan kimi fısıldadı: 
- Kimə arxayınsan belə?! Hə?! Kimə?! 
- Aha! Deməli sənə boyun əymirəmsə, qabağında diz çökmürəmsə, mütləq kiməsə arxayınam? Ola bilməz ki, elə 
özümdən arxayın olum? Səndən sadəcə olaraq qorxmayım? Şeyla xanım, sizdən qorxmamaq olar? İcazə verirsiniz? – 
dəli kimi gülməyə başladım. 
Başını bulaya-bulaya bir siqaret də yandırdı. Təmkinli görünməyə çalışaraq: 
- Çox yox, iki gün əvvəl məni vəhşi kimi qayıran adam, bu gün niyə belə danışsın? – yüngülcə öskürüb, külü çırpdı. – 
Sən belə qudurmusan ki, valideynlərimi söyürsən? Bu dəqiqə zəng vursam, ikicə saniyəyə səni məhv edərlər. Bunu ki, 
yaxşı bilirsən. 
Ayağa sıçrayıb əllərimi masanın üstünə dirədim, üzümü ona yaxınlaşdırdım. 
- Zəng vur! Tez ol, qəhbə! Zəng vur! 
- Sakit ol! Nə olub ee sənə? Yenə müxalifətçi dostların başını xarab eləyib? Onlara arxayınsansa, bil ki, mən jurnalist zad 
hərləmirəm ha! – külü qəzəblə çırpıb, şəstlə üzümə baxdı. 
- Bilirəm hərləmirsən.  Amma  vaxt  gələcək hərləyəcəksiniz! Çox az qalıb. Özü də ki, jurnalist dostlarıma niyə 
arxalanıram? – barmağımla tavana işarə edib, - Bu millət bir gün sizi ordan devirib ağzınıza pox qoyacaq – dedim. – 
Bax, mən bu millətə arxayınam. Gülməlidir, hə? Gül, gül. Görərik axırda kim güləcək. 
Şeyla xısın-xısın gülməyini dayandırıb, qollarını döşündə çarpaz birləşdirdi. Dimdik gözlərimə baxıb: 
- Bu millət Qənirə Millini devirəcək?! Sən doğrudan buna inanırsan? – soruşdu. 
- O qədər diktator devrilib, Qənirə onlardan artıqdır? Başa düşmədim? – dedim və əlavə elədim, - Qənirə heç diktator da 
deyil axı. Ona diktator demək, onu Stalinlə, Hitlerlə, Mussolini ilə bir tutmaqdır. Bu isə haqsızlıqdır. Qənirə sovet 
dövründən qalma cılız, iyrənc, üfunətli bir çuşkadır. Normal ölkələrdə, onun kimisinin heç üzünə tüpürməzlər. Gucci-dən, 
Armani-dən geyinməklə deyil e! Gərək adam olasan. Zövqün olsun. Mədəniyyətin olsun. Nədir? Nə  bərəldmisən 
gözlərini? İyirmi birinci əsrdə ölkəni bu cür geriçi, feodal üsullarla idarə eləmək, ən azı zövqsüzlükdür. 
Hikkəsindən pörtmüş Şeyla, baxışlarını məndən qaçırdıb pəncərədən bayıra baxdı. Alçaq səslə dedi: 


 
154
- Sizə elə hürmək qalacaq. Tarix hələ ki, bizim tərəfimizdədir – siqaretdən axırıncı qullabı alıb, kötüyü hikkə ilə 
külqabında əzdi. 
- Bahoo! Gör papanın ceyran qızı nə sözlər bilir! – masadan aralanıb kabinetdə var-gəl etməyə başladım. – Tarix sizin 
tərəfinizdədir, hə? Sən də, sənin atan da, debil Qənirə də tarix hissini itirmisiniz deyəsən. Amma yaddan çıxarırsınız ki, 
hətta tarix hissini itirmiş hakimiyyətlərə qarşı da, tarix çox amansız, qəddar olur. Fransada oxumaqla deyil ey, madmazel 
Şeyla. Nə döyürsən gözlərini? Dediklərim çatmır sənə, hə? Bodriyardan bir-iki cümlə  əzbərləmisən, Debüssiyə qulaq 
asıb şərab içirsən, elə bilirsən ağıllısan? Tək sən yox, siz hamınız gicdıllağsınız. Xəbəriniz yoxdur ki, tarix sizə qarşıdır, 
tarixi inkişaf sizi inkar edir. Ola bilsin siz bundan sonra hələ  50  il  də hakimiyyətdə qalasınız, amma nəticə indidən 
məlumdur. Qənirə deyəndə ki, “Avropa dəyərləri bizə yaddır. Bizim öz dəyərlərimiz var” nəyi nəzərdə tutur, hə?! Öz 
siyasi, maliyyə maraqlarını, tayfasının xoşbəxtliyini. Düz demirəm? Bəs sən  Şeyla? Sənin heç Avropa dəyərlərindən 
xəbərin varmı? Russodan, Monteskyedən, Peyndən, Ceffersondan, ensiklopedistlərin ideallarından, bu ideallar uğrunda 
həlak olan insanlardan xəbərin var? Oxumusan? Oxumamısansa neçə illər Avropada nə  işlə  məşğul olmusan? 
Səhərdən axşama qədər vurdurmusan, hə? Azadlıq,  ədalət, bərabərlik, həmrəylik kimi Avropanın, dünyanın universal 
dəyərlərindən xəbərin yoxdursa, niyə yaşayırsan? 
Nəhayət! Nəhayət ki, bu qancığın gözlərinin dolduğunu, dodaqlarının titrədiyini görmək mənə qismət oldu. Deməli ondan
atasından, Qənirə Millinin repressiya maşınından doğrudan da qorxmadığımı, axır ki, başa düşdü. Əlbəttə qorxmuram, 
çünki yuxudayam. Qorxmuram, çünki indi burada qarşımda oturub gəlinciyi  əlindən alınmış körpə  qızlar kimi gözlərini 
döyən bu şıltaq qancıq, sadəcə olaraq mənim hallüsinasiyamdır. Olsun, bundan utanmıram. Mən heç olmasa 
yuxularımda etiraz edirəm, hallüsinasiyamın üzünə öz sözümü deyirəm. Bunu bacarmayanlar da var. 
- Bilirəm, Sənan doldurub sənin beynini. Seçkilər yaxınlaşır, yenə  xəyallara qapılmısınız. Elə bilirsiniz nəyəsə nail 
olacaqsınız – başını endirib alçaq səslə dedi, - Bayaqdan məni təhqir edirsən. Nə tez çıxıb yadından, hə? İki gün əvvəl 
tamam başqa adam idin axı. 
- Başqa adam zad deyildim! Nəinki iki gün əvvəl, ağlım kəsəni sizin rejimə, sənin kimilərə nifrət etmişəm. Özü də 
inanırsan inan, inanmırsan cəhənnəmə ki, inan – iki gün əvvəl səninlə sevişməyim heç yadımda deyil. Bildin?! 
- Özünü dəliliyə vurma! Bir həftədən çoxdur hər gün demək olar ki, görüşüb sevişirik – qəzəblə qışqırdı. – Buna sözün 
nədir? Axı sənin nəyin çatışmır, hə? İşin var, pis qazanmırsan. Razılıq versən, naz eləməsən sənə öz klinikanı açmağa 
kömək eləyərəm. Bircə  dəfə  mənə “hə” desən bəsdir. Amma sən neynirsən? Qürurlu adam rolunu oynayırsan. Bəsdir 
ucuz qəhrəmanlıqlar elədin. Baş qoşma o uğursuzlara, axmaqlara. Görmürsən ki, ac-yalavac adamlardır, əllərindən bir 
şey gəlmir? Gəlsəydi, çoxdan hakimiyyətdə olardılar. 
- Olacaqlar, az qalıb. 
- Nə danışırsan?! Doğrudan?! Ha ha ha. Tutaq ki, sən deyəndir. Bu gün ki, güc bizdədir, hakimiyyət bizdədir. Buna nə 
deyirsən? 
- Mən öz sözümü dedim. Sənə də qulaq asmaq istəmirəm. Keç iynəni vurum, rədd ol get. Başımı ağrıtma! 
- Yox! Heç yana gedən deyiləm. Sənə bu gün nəsə olub. Dünən belə deyildin. Yenə başlamısan boş-boş  xəyallar 
qurmağa – ayağa qalxıb pəncərənin yanına, mənə yaxınlaşdı. - Heç kəs sənin qəhrəmanlığına görə  sənə çox sağ ol 
deyən deyil. Deyirsən ki, bu millətə arxalanıram. Hansı millətə? Bu qaragüruha?! - əli ilə küçəni göstərdi. – Qənirə hələ 
yaxşıdır - bu əclaflar bundan da pisinə layiqdirlər. Hansı müxalifətdən danışırsan? Kimdir müxalifət? Görməmiş çuşkalar! 
Əllərində imkan olsa, Qənirədən də betər soyarlar ölkəni. Elə bilirsən bunlar iqtidara gəlsə hər şey düzələcək? Bundan 
da pis olacaq! Yüz dəfə indikindən pis olacaq! 
Acıqla güldüm: 
- Yəni deyirsən sizdən daha pis olmaq mümkündür? 
- Əlbəttə mümkündür. 
- Xahiş edirəm danışma! Danışdıqca daha da poxa batırsan. Gör nə gündəsən!  İyirmi birinci əsrdə  ərəb dəyərləri ilə 
yaşayırsan. Fransada oxumusan, amma beynin orta əsr feodalının beynidir. Sənin üçün qanun şah deyil, şah qanundur, 
hə? Utanmırsan? Bu qədər cılız olmağa utanmırsan? Azərbaycan kimi zəngin dövləti Qənirənin  şəxsi xammal 
koloniyasına çevirmisiniz, hələ də danışmağa diliniz var? 
Bormaşına söykənib, düz qarşımda dayanmışdı. Hiss edirəm ki, mənə toxunmaq istəyir, amma kobud reaksiyamdan 
ehtiyatlandığı üçün cəsarət etmir. 
- Səninlə mübahisə etmək istəmirəm, dəfələrlə bu barədə danışmışıq – dedi. - Azərbaycanlılar hansı münasibətə 
layiqdirlərsə, o münasibəti də görürlər. Hələ rejim onlara az edir. Məndən olsaydı doqquz milyonun yeddi milyonunu qaz 
kameralarında boğardım. Bunlara demokratiya, liberalizm yaraşır? Sən nə danışırsan e? Elə bilirsən Niyazi Salayev öz 
şəxsi mənafeyini güdmür? 
- Sənə dedim ki, sus! İyrənirəm, başa düşmürsən? – üzümü turşudub üstünə çəmkirdim. 
- Bayaqdan məni təhqir edirsən, mən də çalışıram fikir verməyim, eşitməyim. Sənə pislik eləmək istəsəm, bilirsən ki, 
mənim üçün bir dəqiqəlik işdir. Amma eləmirəm. Bilirsən niyə?  
Cavab vermədiyimi görüb, “niyə”sini özü dedi:  
- Çünki səni çox istəyirəm. 
- Xalqından bu qədər iyrənən adamın kimisə çox istəməsi qəribədir. Bu da təzə çıxıb deyəsən. Sən hara, sevgi hara? 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə