Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə10/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

münasibətdə  qüvvəyə  minməsindən  sonra  bir  il  müddətində  həmin  Tərəf  bu 

Konvensiyada  ifadə  edilən  prinsiplərin  həyata  keçirilməsi  üçün  qəbul  edilən 

qanunvericilik  tədbirləri  və  digər  tədbirlər  haqqında  Avropa  Şurasının  Baş 

katibinə tam  məlumat verir.

2.Sonralar hər bir Tərəf vaxtaşırı və hər dəfə Nazirlər Komitəsindən müvafiq 

xahiş  gəldikdə  bu  çərçivə  Konvensiyasının  həyata  keçirilməsi  ilə  bağlı  istənilən 

məlumatı  Baş  Katibə verir.

3. 


Bu  maddənin  müddəalarına  uyğun  olaraq  Baş  Katib  verilən  bütün 

məlumatları Nazirlər  Komitəsinə göndərir.

26-  cı  Maddə

1.  Bu  çərçivə  Konvensiyasında  ifadə  edilən  prinsiplərin  həyata  keçirilməsi 

üçün  har hansı  bir Tərəfin  qəbul etdiyi  tədbirlərin  adekvallığı  qiymətləndirilər­

kən,  Nazirlər  Komitəsinə  milli  azlıqların  müdafiəsi  sahəsində  səriştəsi  olan 

üzvlərdən təşkil edilmiş  məsləhət Komitəsi kömək edilir.

2.  Məsləhət  komir isinin  tərkibi,  eləcə  də,  onun  iş  prosedurası  bu  çərçivə 

Konvensiyasının  qüvvəyə  minməsindən  sonra  bir  il  müddətində  Nazirlər 

Komitəsi  tərəfindən  müəyyən edilir.

V  BÖLMƏ

27-  ci Maddə

Bu  çərçivə  Konvensiyası  Avropa  Şurasının  üzv  dövlətləri  tərəfindən 

imzalanmaq  üçün açıqdır.

Konvensiyanın qüvvəyə mindiyi tarixə qədər, Nazirlər Komitəsinin Konvesi- 

yanı  imzalamağı  təklif etdiyi  istənilən  digər  bir  dövlət  üçün  də  imzalanmağa 

açıqdır.  O,  təsdiq  edilməli, qəbul  edilməli  və bəyənilməlidir.  Təsdiq etmə,  qəbul 

etmə  və  bəyənmə  haqqında  sənədlər  saxlanmaq  üçün  Avropa  Şurasının  Baş 

Katibinə təhvil verilir.

28-  ci  Maddə

1.  Bu  çərçivə  Konvensiyası  Avropa  Şurasının  on  iki  üzv  dövlətinin  27-ci 

maddənin  müddəalarına  uyğun  olaraq  bu çərçivə Konvensiyası ilə bağlı  olmağa 

razılıqlarını  bildirdikləri  tarixdən  üç ay vaxt  bitdikdən  sonra  gələn  ayın  birinci 

günü  qüvvəyə minir.

2. Sonralar bu çərçivə Konvensiyası ilə bağlı olmağa razılaşdığını bildirən hər 

hansı  bir  üzv  dövlət  üçün  bu  çərəivə  Konvensiyası,  təsdiq  etmə,  qəbul  etmə, 

yaxud  bəyənmə haqqında  sənədlərin  saxlanmaq  üçün  təhvil verdiyi  tarixdən  üç 

ay  vaxt  bitdikdən sonra  gələn aym  birinci günü qüvvəyə minir.

29-  cu Maddə

1.  Bu çərçivə Konvensiyası qüvvəyə mindikdən  və razılığa gəlmiş dövlətlərlə 

məsləhətləşmədən  sonra  Avropa Şurasının  Nazirlər  Komitəsi  Avropa Şurasının 

Nizamnaməsinin  20-ci  Maddəsinin  (d)  bəndində  nəzərdə  tutulduğu  kimi, 

özünün  əksəriyyət  tərəfindən  qəbul  olunan  qərarına  əsasən  Avropa  Şurasının 

üzvü  olmayan  və  7-ci  maddənin  müdəalarına  uyğun  ofaraq,  Konvensiyanı 

imzalamaq  təklifini  alan,  ancaq  onu  hələ  imzalamamış  istənilən  bir  dövlətə, 

həmçinin  Avropa  Şurasının  üzvü  olmayan  istənilən  digər  dövlətə  bu  çərçivə 

Konvensiyasına  qoşulmağı  təklif edə bilər.

2.  Qoşulan  hər  bir  dövlət  üçün  bu  çərçivə  Konvensiyası  qoşulma  haqqında 

sənədin Avropa Şurasının Baş Katibinə saxlanmağa verildiyi tarixdən üç ay vaxt 

bitdikdən sonra gələn aym  birinci günü qüvvəyə minir.

24

30-  cu  Maddə



1.  İstənilən  dövlət  təsdiq  elmə,  qəbul  elmə,  bəyənmə,  yaxud  qoşulma 

haqqında  sənədi  imzalayarkən,  yaxud  saxlanılmağa  təhvil  verərkən  beynəlxalq 

münasibətlərinə  görə  məsuliyyət  daşıdığı  və  bu  çərçivə  Konvensiyasının  tətbiq 

ediləcəyi ərazini və ya əraziləri göstərə bilər.

2.  İstənilən  dövlət  sonralar istənilən  vaxtda Avropa  Şurasının  Baş  Katibinin 

adına göndərdiyi ərizədə  bu çərçivə Konvensiyasının tətbiqini ərizədə göstərdiyi 

istənilən  başqa  bir  əraziyə aid  edə bilər; həmin  ərazidə  bu  çərçivə  Konvensiyası 

belə  bir  ərizənin  Baş  Katib  tərəfindən  alındığı  tarixdən  üç  ay  vaxt  bitdikdən 

sonra gələn ayın  birinci günü  qüvvəyə minir.

3.  Əvvəlki  iki  bəndin  müddəaları  əsasında  istənilən  ərazi  barəsində  verilən 

istənilən ərizə Baş Katibə xəbərdarlıq məktubu göndərmək  yolu ilə geri götürülə 

bilər.  Geri  götürülmə  qərarı  Baş  Katibin  belə  xəbərdarlıq  məktubunu  aldığı 

tarixdən yç ay vaxt bitdikdən sonra gələn aym bilici günü  qüvvəyə rninir.

31-  ci Maddə

1.  İstənilən  Tərəf istədiyi  vaxt  Avropa  Şurasının  Baş  Katibinə  xəbərdarlıq 

məktubu göndərərək  bu çərçivə Konvensiyasını etibarsız elan edə bilər.

2.  Bu  etibarsız  elan  etmə  Baş  Katibin  belə  xəbərdarlıq  məktubunu  aldığı 

tarixdən  altı  ay vaxt keçdikdən sonra gələn  ayın  birinci günü  qüvvəyə minir.

32-  ci Maddə

Avropa  Şurasının  Baş  Katibi  Avropa  Şurasının  üzvü  olan  dövlətlərə,  bu 

çərçivə  Konvensiyasını  imzalayan  başqa  dövlətlərə  və  ona  qoşulan  bütün 

dövlətlərə aşağıdakılar haqqında xəbər verir:

a) istənilən imzalanma haqqında;

b)  təsdiqetmə,  qəbuletmə,  bəyənmə,  yaxud  qoşulma  haqqında  istənilən 

sənədin saxlanılmağa verilməsi haqqında;

c)  bu  çərçivə  Konvensiyasının  28,  29  və  30-cu  maddələrinə  uyğun  olaraq, 

onun qüvvəyə mindiyi hər bir  tarix  haqqında;

d)  Bu  çərçivə  Konvensiyasına  aidliyi  olan  istənilən  digər  akt,  xəbərdarlıq, 

yaxud məlumat  haqqında.

Bu  çərçivə  Konvensiyasını  buna  səlahiyyəti  olan  aşağıdakılar  təsdiqləmək 

üçün onu  imzaladılar.

1995-ci  il  fevralın  1-də  Strasburqda  ingilis  və  fransız  dillərində 

hazırlanmışdır.  Hər iki mətn eyni qüvvəyə malikdir; tək bir nüsxədə saxlanılmaq 

üçün  Avropa  Şurasının  arxivinə  verilir.  Avropa  Şurasının  Baş  Katibi  imza  və 

möhürlə  təsdiq  edilmiş  surətləri  Avropa  Şurasının  üzvü  olan  hər  bir  Dövlətə, 

eləcə  də  bu  Konvensiyanı  imzalamaq,  yaxud  qoşulmaq  təklifi  edilən  hər  bir 

dövlətə göndərir.

25



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə