Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə25/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

azlıqların  dillərinin  öyrənilməsinə  təşviq  edilməsi  həmin  dövlətdə  telerantlılığın 

və mədəni müxtəlifliyin güclənməsinə kömək edəcək.

20.  Azlıqlara  aid  dərs  proqramlarının  məzmunu  uyğun  milli  azlıqların 

təşkilatlarının l'əal iştirakı  ilə işlənməlidir.

21.  Dövlət  milli  azlıqlar  üçiin  dərs  proqramlarının  işlənməsi  və 

qiymətləndirilməsi  üçün  mərkəzlərin  yaradılmasına  dəstək  verməlidir.  Bu 

mərkəzlər uyğun idarələrlə bir şərtlə əlaqəli ola bilər ki, bu, dərs proqramlarının 

hazırlanması  ilə bağlı  məqsədə nail  olmağa  adekvat  kömək olacaq.

MİLLİ  AZLIQLARIN TƏHSİL HÜQUQU  ÜZRƏ 

HAAQA TÖVSİYYƏLƏRİ  İZAHEDİCİ QEYDLƏR

Giriş

1948-ci il İnsan  hüququnun Ümum Bəyannaməsi təhsilin insan hüququ  kimi 



bəyan edildiyi ilk və əsas beynəlxalq sənəddir.

Bəyannamənin  26-cı  maddəsində  ibtidai  təhsildən  məcburi  təhsil  kimi 

danışılır.  Bu  maddə  texniki  və  peşə  təhsilini  hamı  üçün  mümkün,  ali  təhsili  ilə 

fərqləndirmə əsasında miimkün eləməyi dövlətlərin öhdələrinə qoyur.  Bu maddə 

həm  də  təhsilin  vəzifəsini  insan şəxsiyyətinin  tam  inkişafı,  insan  hüquqlarına  və 

əsas  azadlıqlarına  hörmətin  gücləndirilməsi  kimi  müəyyənləşdirir.  26-cı 

maddədə  daha  sonra  təhsilin  millətlər,  irqlər  və  ya  dini  qruplar  arasında 

anlaşmanın,  dözümlülülüyün  və  dostluğun  inkişafına  yardım  göstərməli  və 

sülhü  qoruyub  saxlamaq  işinə  töhfə  verməli  olduğundan  danışılır.  Maddə 

valideynlərin  uşaqlarına  təqdim edilən  təhsil  növünü  seçməyə əsas  hüququnun 

olduğunu  müəyyənləşdirir.  26-cı  maddənin  bəndləri  iqtisadi,  sosial  və  mədəni 

hüquqlar  haqqında  Beynəlxalq  paktın  13-cü  maddəsində və beynəlxalq  hüquq 

kontekstində təfsilatı ilə daha güclü şəkildə təkrarlanır.

26-cı  maddə  nisbətən  gec  ortaya  çıxan  həm  bütövlükdə,  həm  də  qismən 

azlıqlara  münasibətdə  təhsil  hüququnu  təsdiqləyən  və  inkişaf etdirən  sonrakı 

beynəlxalq sənədlər üçün açıqlıq və ümumilik  tonu  müəyyənləşdirdi.

Mülki  və siyasi  hüquqlar  barədə Beynəlxalq  paktın  27-ci maddəsi.

Uşaq  hüququ  barədə Konvensiya.

Yuxanda  sadalanan  maddələr  milli  azlıqlara  doğma  dillərindən  onların 

qrupunun  başqa  üzvləri  ilə  birlikdə  istifadəyə  zəmanət  verir.  Aşağıdakı 

maddələr milli azlıqların öz doğma dillərini öyrənmək və ya öz doğma dillərində 

təhsil almaq  imkanlarına zəmanətlə təmin edir.

Təhsil 

sahəsində 



ayrı-seçkiliklə  mübarizə 

haqqında 

YUNESKO 

Konvensiyasının  5-ci  maddəsi.

ATƏM insan ölçüsü üzrə Kopenhagen müşavirəsi Konfransı sənədlərinin 34- 

cü paraqrafı.

Milli, dini  və dil azlıqlarına  mənsub şəxslərin hüquqları haqqında  BMT-nin 

Bəyannaməsinin  4-cü  maddəsi.

Milli  azlıqları  müdafiə  haqqında  azlıqların  Çərçivə  Konvensiyasının  14-cü 

maddəsi.


Bütün  bu  sənədlər müxtəlif səviyyələrdə azlıqların  doğma  dilləri  vasitəsi  ilə 

özünün  kollektiv özünəməxsusluğunu  müdafiə etmək hüququnu  bəyan edir.  Bu 

hüquq  ilk  növbədə  təhsil  vasitəsi  ilə gerçəkləşdirilir.  Amma  elə  həmin  sənədlər 

dil  vasitəsi  ilə  kollektiv  özünəməxsusluğu  dəstəkləmək  hüququnun  azlıqların

60

geniş  milli  cəmiyyətə  inteqrasiya  və  cəmiyyətdə  iştirak  öhdəliyi  ilə 



tarazlaşdırılmalı  olduğunu  qeyd  edirlər.  Belə  inteqrasiya  həm  həmin  cəmiyyəti, 

həm də dövlət dilini (dillərini) zəruri dərəcədə bilməyi tələb edir.  Dözümlülüyün 

və plüralizmin stimullaşdırılması  da  bu  prosesin əsas hissəsidir.

Azlıqlar  üçün  dil  təhsilindən  danışılan  insan  hüquqları  ilə  bağlı  beynəlxalq 

sənədlər olduqca  qeyri-müəyyan  və ümumi qalmaqdadır.  Onlar  təhsilə imkanın 

dərəcəsini nəzərdə tutmurlar, azlıqlar üçün doğma dildə təhsilin hansı dərəcəsinə 

imkan  yaradılmasını  və  hansı  vasitələrlə  yaradılmasını  və  hansı  vasitələrlə 

yaradılmasını  dəqiqləşdirmirlər.  Avropa  Şurasının  qəbul  etdiyi  milli  azlıqların 

müdafiəsi  barədə  Çərçivə  Konvensiyasının  14-cü  maddəsində  qeyd  olunan 

azlıqların  dilinin  tədrisinə  "adekvat  imkanlar"a  və  ya  həmin  dildə  təhsil  almaq 

anlayışlarına başqa faktorların işığında baxılmalıdır. Həmin Konvensiyanın 5-ci 

maddəsində qeyd olunduğu  kimi, azlıqların dil və mədəniyyətlərinin qorunması, 

müdafiəsi və  inkişafına yardım göstərən  münbit zəmin  yaradılmasının zəruriliyi 

və  ya  ATƏM-in  insan  ölçüsü  üzrə  Konfransının  Kopenhagen  müşavirəsi 

Sənədinin  33-cii paraqrafı ilə şərtlənmiş milli azlıqların etnik, mədəni, dil və dini 

özünəməxsusluqlarının  qorunması  üçün  zəruri  tədbirlərin  qəbul  edilməsi  tələbi 

bura daxildir.

Dövlətin  təmin  etməyə  qadir  olduğu  təhsilə  imkan  səviyyəsindən  asılı 

olmayaraq,  bu  sərbəst  müəyyənləşdirilməlidir.  Dövlətdən  milli  azlıqların 

icmalarının  ardıcıl  şəkildə  ifadə  və  nümayiş  etdirdikləri  ehtiyaclarını  lazımi 

dərəcədə  nəzərdən  keçirilməsi  tələb olunur.

Milli azlıqlar da öz tərəflərindən məntiqli  tələblər irəli sürməlidirlər. Onlar öz 

sayları,  istənilən  mövcud  bölgədə (və ya  bölgələrdə) demoqrafik  sıxlıqları, eyni 

zamanda  özlərinin  bu  strukturların  və  idarələrin  fəaliyyətlərini  təmin  etmək 

imkanları  kimi əsaslı  faktorları lazımi dərəcədə nəzərə almalıdırlar.

Beynəlxalq sənədlərin  ruhu

Son illərdə azlıqların hüquqlarının  beynəlxalq normativ sənədlərdə ifadəsinə 

yanaşma  inkişaf edibdir.  Mülki  və siyasi  hüquqlar haqqında  Beynəlxalq pakıda 

(1966-cı  il)  yazıldığı  ...  azlıqlara  mənsub  şəxslərə...  hüquqlarında  rədd  cavabı 

verilməməlidir..."  kimi  passiv  ifadələr  öz  yerini  ATƏM-in  insan  ölçüsü  üzrə 

Konfransının Kopenhagen  müşavirəsinin Sənədində yazıldığı "...  milli azlıqların 

etnik,  mədəni,  dil  və  din  özünəməxsusluqlarını  müdafiə  edəcək.  ."  kimi  daha 

müsbət,  fəal  yanaşmaya  verdi.  Yanaşmanın  belə  mütərəqqi  dəyişikliyi  göstərir 

ki,  sənədlərin  məhdudlaşdıııcı  və  ya  minimalist  şərhi  onların  formulaşdırıldığı 

ruha  uyğun gəlmir.

Bundan  başqa  imkan  səviyyəsi  bərabərliyin  və  ayrı-seçkiliyə  yol 

verilməməsinin BMT-nin Nizamnaməsinin  1-ci  maddəsində, insan hüquqlarının 

Ümumbəyannaməsinin  2-ci  maddəsində  ifadə  və  əsas  beynəlxalq  sənədlərdə 

təkrar edilmiş prinsiplərinə uyğun müəyyənləşdirilməlidir.

Eyni  zamanda  hər bir dövlətin spesifik şəraitinə diqqət yetirilməlidir.

Tədbirlər və resurslar

ATƏT  dövlətlərinə  azlıqların  hüquqlarına  fəal  yanaşma  məsləhət  görülür, 

daha  doğrusu,  milli  azlıqların  üzvləri  üçün  tam hüquq  bərabərliyi  təmin elmək 

üçün  onları  xüsusi  tədbirlər  görməyə  çağıran  Kopenhagen  Sənədinin  33-cii 

maddəsinin  ruhunda  yanaşmağı  məsləhət  görür.  Kopanlıagen  Sənədinin  33-cii 

maddəsi də dövlətlərdən öz ölkələrində milli azlıqların etnik, mədəni, dil və dini 

özünəməxsusluqlarını  qorumağı  və  bu  özünəməxsusluğun  təşviqi  iiçiin  şərait

61



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə