ola biləcəklərinə görə, onlar da ən azı mərkəzləşdirilmiş nizamlama sahəsinə
qismən daxil edilməlidir. Bu sahələrdə nizamlama birgəlik əsasında da, o
cümlədən nizamlamanın xüsusilə aid olduğu ərazi vahidəlrinin və ya azlıqlarının
iştirakı (18-ci və 19-cu tövsiyyələrə bax) ilə həyala keçirilə bilər. Bununla
bərabər, nizamlaşdırıcı səlahiyyətin belə bölgüsü hüquq-müdafiə normalarına
zidd olmamalı və əlaqələndirilmiş şəkildə, lazımi praktiki yanaşma ilə həyata
keçirilməlidir.
Ümumi etirafa görə, muxtariyyətin ərazi və ya qeyri-ərazi formasından asılı
olmayaraq, hamının mənafeyinə uyğun gəldiyi və həm bütünlükdə dövlət üçün,
həm do azlıqlar üçün xüsusi əhəmiyyəti olan sahələrdən biri təhsil sahəsidir.
Yuneskonun təhsil sahəsində ayrı-seçkiliklə mübarizə Konvensiyasının 5.1
maddəsində yuxarıda göstərilən məqsədlərə hansı yol ilə çatmaq haqqında
olduqca ətraflı müddəalar vardır: "bu Konvensiyanın tərəfləri olan dövlətlər
hesab edirlər ki: (...)
b) valideynlər, müvafiq hallarda isə qanuni qəyyumlar, birincisi, hər bir
dövlətin qanunları ilə müəyyən edilmiş çərçivə daxilində öz uşaqlarını dövlət
tədris müəssisələrinə deyil, səlahiyyətli
təhsil orqanları tərəfindən
müəyyənləşdirilmiş və ya təsdiqlənmiş minimum tələblərə cavab verən başqa
tədris müəssisələrinə azad surətdə göndərmək imkanına, ikincisi isə, öz
əqidələrinə uyğun olaraq, uşaqlarının dini və mənəvi tərbiyəsini təmin etmək
imkanına malik olmalıdırdar; ayrıca heç bir kəsə və ya bütövlükdə heç bir
şəxslər qrupuna onların əqidələri ilə bir araya sığmayan dini tərbiyəni zorla
qəbul etdirilməməlidir;
c) milli azlıqlara mənsub şəxslərin məktəblərə rəhbərlik etmək də daxil
olmaqla öz maarifçilik işlərini aparmaq və hər bir dövlətin təhsil sahəsində
siyasətinə uyğun olaraq, öz dilini işlətmək və tədris etmək hüququnu qəbul
etmək lazımdır, ancaq bir şərtlə ki: i) bu hüququn həyata keçirilməsi milli
azlıqlara mənsub şəxslərə bütün kollektivin mədəniyyətini və dilini anlamağa və
onun fəaliyyətində iştirak etməyə mane olmur və ölkənin suverenliyini sarsıtmır;
ii) belə məktəblərdə təhsil səviyyəsi səlahiyyətli orqanlar tərəfindən
müəyyənləşdirilmiş, yaxud təsdiqlənmiş ümumi səviyyədən aşağı deyil; iii) bu
tipli məktəblərdə oxumaq fakültativdir"
16. İnsan hüquqlarının ümumi bəyannaməsinin 21-i maddəsində mülki və
siyasi hüquqlar haqqında beynəlxalq paktın 25-ci maddəsində, insan hüquqları
haqqında Avropa Konvensiyasına əlavə edilən 1 №-li protokolun 3-cü
maddəsində və ATƏT-in normalarında dolğun şəkildə xülasə edilmiş
demokratik idarəetmə prinsipi bütün səviyyələrdə və bütün həlqələrdə
idarəetməyə aiddir. Özünüidarə sosial qurumlarını təşkil etmək vacib və
məqsədəuyğun olduqda bu qurumlarda demokratiya prinsipinə əməl edilməsi
bütün vətəndaşların öz hüquqlarını bərabər ölçüdə reallaşdırmasnın ilk şərtidir.
a) Qeyri-ərazi mexanizmləri
17. Bu bölmə çox vaxt "şəxsi" və ya mədəni muxtariyyat adlandırılan, ancaq
bu və ya digər qrup üzvlərinin coğrafi baxımdan yığcam yaşamadıqları halda
daha çox tətbiq edilə bilən qeyri-ərazi mexanizmlərinə həsr edilmişdir.
Səlahiyyətlərin, o cümlədən konkret sahələrdə işlərin idarə edilməsi üzrə
səlahiyyətin müvafiq bölgüsü ümumdövləl səviyyəsində, yaxud ərazi
təşkilatlarına görə təmin edilə bilər. İstənilən halda bu tədbirlə əhatə olunmayan
şəxslərin hüququna hörmət edilməsinə təminat vermək lazımdır. Muxtariyyət
54
belə formalarda həm də ictimai funksiyasının reallaşması üçün lazım gələn
adekvat maliyyələşdirmə ilə möhkəmləndirilməli və geniş iştirakı nəzərdə tutan
proseduralara əsaslanmalıdır. (5-ci tövsiyyəyə bax)
18.
Mümkün funksiyaların siyahısı bununla bitmir. Çox şey konkret
şəraitdən, o cümlədən, ilk növbədə azlıqların tələbatından və onların ifadə
etdikləri istəklərindən asılı olacaq. Müxtəlif şəraitlərdə bu və ya digər məsələlər
azlıqları çox və ya az dərəcədə maraqlandıracaq və həmin məsələləin həlli.
azlıqlara müxtəlif cür təsir edəcək. Bəzi sahələr birgə fəaliyyət sahəsi ola bilərlər.
Azlıqlar üçün xüsusi həssas məsələlərdən biri öz şəxsi və digər adlarını özlərinin
müəyyənləşdirmək hüququdur və bu isə həm ictimai müəssisələrə, həm də ayrı-
ayrı vətəndaşlara aiddir. Çərçivə konvensiyasının 11-ci maddəsinin 1-ci
bəndində müvafiq müddəa nəzərdə tutulmuşdur. Din məsələsinə gəldikdə isə,
həmin tövsiyyənin müəllifləri dini təşkilatlara verilən səlahiyyətlər dairəsinin
müəyyənləşdirilməsi (məsələn, vətəndaşlıq vəziyyəti aktları barəsində) istisna
olmaqla, bu sahəyə dövlət müdaxiləsinə qarşı etirazlarını bildirirlər. Azlıqların
nümayəndələrinin öz xüsusi kütləvi informasiya vasitələrini yaratmaq və
onlardan istifadə etmək imkanına malik olmalarına Çərçivə Konvensiyasının 9-
cu maddəsinin 3-cü bəndi ilə təminat verilsə də, tövsiyyələrdə həmçinin azlıqlara
məxsus müəssisələr tərəfindən kütləvi informasiya vasitələri üzərində nəzarətin
həyata keçirilməsi nəzərdə tutulmur. Əlbəttə, mədəniyyət - sosial təminat, mənzil
və uşaqlara baxmaq kimi sahələri də əhatə edən hərtərəfli anlayışdır; dövlət bu
sahələrdə rəhbərliyi həyata keçirərkən, həm də azlıqların mənafelərini nəzərə
almağa borcludur.
b) Ərazi mexanizmləri
19. Qərarların bilavasitə aid olanlara və mənafelərinə toxunanlara
maksimum yaxınlıqla və mümkün qədər onlar tərəfindən qəbul edilməsi üçün
Avropa dövlətlərində səlahiyyətlərin verilməsi və subsidiarlıq prinsipinin
reallaşdırılması üçün ümumi bir meyl xarakterikdir. Yerli özünüidarənin
Avropa xartiyasının 4-cü maddəsinin 3-cü bəndində bu məqsəd aşağıdakı
qaydada ifadə edilmişdir. Prinsip etibarı ilə ictimai funksiya ilk öncə əhaliyə
hamıdan daha yaxın olan hakimiyyət orqanları tərəfindən həyata keçirilməlidir.
Funksiyaları digər orqanlara verərkən hakimiyyət vəzifələrin miqyasını və
xarakterini, eləcə də səmərəlilik və qənaət tələblərini nəzərə almalıdır Məhəlli
özünüidarə dövlət birliyinin qorunub saxlanmasına kömək edə və eyni zamanda
əhalinin ümumi sayında azlıqların xüsusi çəkisinə uyğun səviyyədə onların
idarəetmədə rolunu artıraraq, azlıqların iştirak və cəlb olunma səviyyəsini
yüksəldə bilər. Bu vəzifəyə federativ quruluş qədər, unitar dövlətlər və ya
federasiyalar daxilində xüsusi muxtar vahidlər də cavab verə bilərlər. Qarışıq
inzibati idarələrin mövcudluğu da mümküdür. 15-ci lövsiyyədə qeyd edildiyi
kimi, bütün dövlət ərazisində təşkil edilən qurumlar hökrnən eyni növdə
olmamalıdır, tələbata və ifadə edilən təklifə uyğun olaraq, müxtəlif növdə
meydana çıxa bilər.
20. Muxtar hakimiyyət orqanları qanunverici, icra və məhkəmə orqanları
səviyyəsində qərarlar qəbul etmək üçün real səlahiyyətlərə malik olmalıdır.
Dövlətdə səlahiyyətlər mərkəzi, regional və yerli hakimiyyət orqanları arasında,
həmçinin funksional əlamət üzrə bölünə bilər. Kopenhagen sənədinin 35-ei
bəndində "belə azlıqların konkret tarixi və ərazi şəraitlərinə cavab verən lazımi
yerli və ya muxtar idarəetmə orqanları" kimi alternativlərdən danışılır. Buradan
55